Təhsil fərqləri

 

Litva ilə Azərbaycanın təhsil sistemi arasındakı fərqləri Vilnüsdə iki azərbaycanlı gənc müqayisə edir.  Litvada doğulan, orada təhsil alan azərbaycanlı tələbə Nazlı Quliyeva və Litva Azərbaycanlı Gənclər Təşkilatının sədri Samir Musayev müxtəlif pillələrdəki təhsil sistemini qarşılaşdırırlar.

 

Məktəbəqədər təhsil sistemi nə ilə fərqlənir?

 Nazlı: Litvada məktəbəqədər təhsil icbari deyil. Amma körpələr evi və ya uşaq bağçalarına gedənlər çoxdur. Son zamanlar Litvada həmçinin ekoloji uşaq bağçaları geniş yayılıb. Burada uşaqlara təkrar istifadəyə yararlı materiallardan hazırlanmış oyuncaqlar, ekoloji cəhətdən  təmiz ərzaq məhsulları təklif edilir. Litvada 647 uşaq bağçası var.

 Samir: Azərbaycanda da məktəbəqədər təhsil icbari deyil. Özəl uşaq bağçaları şəraitinə görə dövlət statuslu qurumlardan üstündür,  ödənişlidir.  Azərbaycanda 1666 uşaq bağçası fəaliyyət göstərir.

Bu iki ölkənin orta təhsil sistemini necə müqayisə etmək olar?

Nazlı: Litvada məktəb 7 yaşından başlayır. Əgər uşağın hazırlığı yüksək səviyyədədirsə, onda valideynlərin tələbi ilə məktəbə erkən yaşda getmək də olar. 4 illik ibtidai təhsil icbaridir. İbtidai siniflərdə uşaqlar qiymət əvəzinə gül, heyvan, məzəli və uşaq simvollarını əks etdirən etiketlər alırlar. Növbəti pillə 16 yaşına kimi (10-cu sinfə qədər) davam edir. Məktəbi bitirən və imtahandan keçən şagirdlərəƏsas Təhsil haqqında şəhadətnamə verilir. Bu imtahanları verən şəxs təhsilini davam etdirmək, orta təhsil almaq və ya peşə məktəbinə getmək seçimini əldə edə bilər. 

Ali təhsil almaq istəyənlər 11-12-ci siniflərdə də oxuyurlar. Lakin siz artıq peşəni yönümünüzə dair qərar verirsiniz. Və bu qərara əsasən yekun imtahanlarda hansı fənnin daha üstün olduğu seçilir. Məsələn, əgər gələcəkdə tibb təhsili almaq istəyirsinizsə, onda əsas A səviyyənizə uyğun olaraq biologiya, kimya və riyaziyyat fənlərini seçməlisiniz.

11-12-ci siniflər ən vacib və zəruri olan siniflərdir, çünki bu siniflərdə uşaqlar buraxılış imtahanlarına və ya yekun imtahanlara hazırlaşır. İngilis dili imtahanının quruluş və tapşırıq şərtləri isə İELTS və ya TOEFL kimi beynəlxalq imtahanlara oxşayır, yalnız çətinlik səviyyəsi bir az aşağıdır. Dövlət İmtahan Mərkəzi prosesə nəzarəti həyata keçirir. 

Ümumilikdə, parlament növlü məktəblərə də rast gəlinir, burada tələbələr rektor, məktəb şurasının üzvü kimi vəzifələr əldə edir.  Burada şagirdlərin özləri tolerantlıq, səhiyyə günləri və ya Milad bayramı, İstedad Yarışması kimi müxtəlif tədbirlər təşkil edilir. Nəticədə, Litvanın orta təhsili yalnız tədris planı üzrə deyil, lakin həmçinin dərsdən sonrakı təhsil üzrə də istiqamətlənib. Litvada ümumən 1309 orta məktəb fəaliyyət göstərir vəən son statistik göstəriciyəəsasən 2012-ci ildə məktəbi 392.900 şagird bitirib.

Samir: Litvadan fərqli olaraq, Azərbaycanda orta ümumtəhsil məktəbləri 6 yaşdan başlayır və 11 illikdir. İbtidai siniflərdə şagirdlərin qiymətləndirilməsi üçün gündəlikdən istifadə edilir. İbtidai sinifdən sonra Litvada olduğu kimi daha geniş və bütün fənlər üzrə orta təhsilin ikinci vəəsas mərhələsi başlayır. Bu mərhələ özü də icbari olaraq 9-cu sinfə qədər davam etməklə, həmin ilin sonunda verilən imtahana əsasən uğur qazanan şagirdlər orta təhsillərini davam etdirmək üçün orta təhsili son mərhələsi olan 10-11-ci siniflərə buraxılır. Uğur qazana bilməyən şagirdlər isə orta təhsil haqqında şəhadətnamə almaqla, öz istəklərinə uyğun olaraq öz təhsillərini orta ixtisas məktəblərində davam etdirirlər ki, təhsil bitdikdən sonra həmin sahənin bir mütəxəssisi kimi yetişirlər.

Orta təhsilin son iki sinfi şagirdlər üçün daha vacib və önəmli bir dövrdür. Bu siniflərdə şagirdlər  seçəcəyi ixtisas qrupuna uyğun olaraq həmin fənlər üzrə məktəb dövründə daha çox saat götürür, fərdi şəkildəəlavə dərslər alırlar. 11-ci sinfi başa vuran şagird Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlardan uğur qazanarsa, Təhsil Nazirliyi tərəfindən attestat alır. Uğur qazana bilməyən şagird növbəti il yenidən imtahana girə bilər.

Litvadan fərqli olaraq, Azərbaycanda valideyn öz övladının davranış və davamiyyətinə elektron sistem vasitəsilə nəzarət etməsi geniş yayılmayıb.  Bunun əvəzində Azərbaycanda “valideyn iclasları” dəbdədir. Digər fərq - 10-11-ci siniflərdə gələcək ixtisas seçimi ilə bağlı xüsusi təlim və seminarlar keçirilmir. Azərbaycanda 4516 məktəb var. Bu məktəblərin bəziləri qiymətləndirmə üçün 10 ballıq, bəziləri isə 5 ballıq sistemdən istifadə edir.

Azərbaycan və Litvada universitetlər, ümumiyyətlə ali təhsil sistemi nə ilə fərqlənir?

Nazlı: Litvada 23 universitet fəaliyyət göstərir: 15 dövlət, 8 özəl universitet. Bu ölkədə tələbə adını daşıyan gənclərin sayı 125 mindən bir qədər çoxdur ki, onların da 4 minini əcnəbilər təşkil edir. Ali təhsil üç dərəcədən ibarətdir: bakalavr,  magistr doktorantura dərəcəsi. Universitetlərin ən yaxşıları Vilnüs Kaunas şəhərində yerləşir. Onların əksəriyyəti tələbələrin 1-2 semestr ərzində xaricdə təhsil almaq üçün ERASMUS- MUNDUS proqramı üzrə digər xarici universitetlərləəməkdaşlıq edirlər.

İlk fərq ondadır ki, müxtəlif proqramlar üçün müxtəlif fənn imtahanları nəzərdə tutulur, ingilis litva dili imtahanı o qədər mühüm əhəmiyyət kəsb etmir. Buna görə , hansı sahə üzrə təhsil alacağını əvvəlcədən müəyyən etmək ya zəruri olan imtahanlara daha yaxşı hazırlaşmaq çox vacibdir. İmtahanların  nəticəsi təxminən 1 həftəyə bəlli olur. Ən yüksək qiymət alanlar, 80-100 faizlik nəticə göstərənlər ödənişsiz təhsil alır.

Əgər tələbə ödənişsiz oxuyursa, amma təhsil prosesində yüksək qiymətlər almırsa, ondan ödəniş tələb oluna bilər. Litvada magistr dərəcəsi adətən 1.5 il davam edir, amma bəzi istiqamətlər 2 il müddətində ola bilər. Doktorantura 4 il davam edir təhsil almaq üçün üç seçim forması var: əyani, qiyabi ya xarici təhsil.

Burada ibtidai orta təhsil almış şəxs kimi deyə bilərəm ki, mən buradakı təhsil səviyyəsindən sistemindən tam razıyam, çünki mən artıq məktəbdə sonrakı təhsil pilləsinə hazırlanmışdım vəəlavə bilik bacarıqlar əldə etmişdim.

Samir: Azərbaycanda ali təhsil müəssisələrin sayı 51-dir. Onlardan 36-sı dövlət, digərləri isə özəl universitetlərdir. Azərbaycanda müəllimlərin sayı 187 minə yaxındır.  Litvada bu göstərici 54.800-dür. Azərbaycanda ali məktəblərə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir ixtisaslar üzrə qəbul balları, ödəniş haqları dəyişir. 

Ali məktəblərdəki tədris sistemi arasında kəskin fərq var. Əsas fərq maddi-texniki baza müəllim-professor heyətinin dərs keçmə sistemi arasındadır. Belə ki, Litva universitetlərinin hər biri texniki avadanlıqlarla tam təmin edilib. Professor heyəti isə çox səmimi, sadə insanlardan ibarətdir. Ən əsası onlar elektron tədrisdən yüksək səviyyədə istifadə edə bilirlər. Azərbaycanda professorlar həddən ziyadə ciddidir müasir texnologiyalardan az istifadə edirlər.

2012-ci il göstəricilərinəəsasən, Azərbaycanda 147.774 tələbə var, onların 4628 nəfəri xaricilərdir. Sonda müqayisə üçün onu da qeyd edək ki, Azərbaycanda əhalinin sayı 9 milyondan çoxdur, Litvada isə 3 milyondur.

 

 

Fərəh Sabirqizi

 

Baku Post.-2013.-23 yanvar.-S.-8.