Türkiyədə Şuşa havası

 

Şuşa Dövlət Musiqili Dram Teatrı təmirə bağlanacaq. Teatrın direktoru, əməkdar artist Yadigar Muradov “New Baku Post”a yenilikləri danışıb. Bir müddət müxtəlif binalara köç edən teatr 2005-ci ildənSavalankinoteatrında məskunlaşıb. Lakin kinoteatrın vəziyyəti normal fəaliyyətə imkan vermədiyi üçün kollektiv bölgələr səyyar tamaşalarla kifayətlənir.

Şuşada teatr truppası 1848-ci ildə yaradılıb. Erməni Azərbaycan dillərində tamaşalar göstərən truppada sirk bölməsi olub. Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin vəfatından sonra – 1948-ci ildə teatr fəaliyyətini dayandırır M.Qorki adına Stepanakert Dövlət Dram Teatrı açılır. 1989-cu ildə sənət ocağı Şuşa Dövlət Musiqili Dram Teatrı kimi bərpa edilir. Yenicə formalaşan teatr bu dəfə ermənilərin güdazına gedir. 1992-ci ildə Şuşanın işğalından sonra teatrın köçkün həyatı başlayır.

Şuşa teatrının durumu necədir?

Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə  Savalan  kinoteatrı ləğv edildi bina Mədəniyyət Turizm Nazirliyinin balansına keçərək  Şuşa Dövlət Musiqili Dram Teatrına bağışlandı. Yaxın günlərdə isə təmirə dayanacağıq. Onsuz da səyyar fəaliyyətə öyrəşmişik. Binamız olsa, o qədər yaxşı fikir arzularımız var ki, aləmə səs salarıq.

– Bu il üçün hansı planlarınız var?

Keçən il M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş teatr festivalına qatıldıq. FestivaldaSərgüzəşti Vəziri-Xani Lənkərantamaşası ilə birinciliyi qazandıq. Həmin tamaşa ilə bu ilin aprel ayında Türkiyənin Konya şəhərində keçirilən “Min nəfəs, bir səsadlı  festivala dəvət aldıq.  Festivala Mədəniyyət Turizm Nazirliyinin dəstəyilə qatılacağıq. Ötən ilin sonlarında İmişli Biləsuvar rayonlarına qastrol səfərində olduq. Bu il həmçinin J.B.MolyerinZorən təbib Əli ƏmirlininYalan həyat ya şou kraliçasıəsərlərini hazırlayacağıq. Sonuncuya  Sumqayıt teatrının baş rejissoru Firudin Məhərrəmov, digərinə isə teatrımızın baş rejissoru əməkdar artist Loğman Kərimov quruluş verəcək. Teatrı yaşatmaq üçün  çox vaxt səyyar tamaşalarla yanaşı,  konsertlər hazırlayırıq. Bu il

Azərbaycanın şimal bölgəsinə qastrol səfərimiz gözlənilir.

Şuşa teatrı necə yaşayır?

Bütün teatrlar qismən büdcədən maliyyələşir. Yəni, maaş alırıq ildə bir dəfə dövlət sifarişi ilə tamaşa hazırlamaq üçün vəsaiti Mədəniyyət Turizm Nazirliyi ayırır. Teatrın yaşaması, binanın saxlanması, qastrol digər xərcləri bilet satışı hesabına ödəyirik.

Teatr rəhbəri olmaq çətindir?

– 1980-ci ildən 1990-cı ilədək Şuşada yerli musiqiçi, aktyorlar toplayaraq gözəl orkestrə malik musiqili dram teatrı açdıq. Nazirliyin verdiyi 6 ay məşq hazırlıq dövründə 2 əvəzinə 3 tamaşa hazırladıq.Arşın mal alan”da Əsgər, “Özümüz bilərik”də Zəfər, “Nənəmin şahlıq quşu”nda Cəsarət, “Durnaoperettasında Aşıq Murad rolunu oynadım. Qulpverilişinə gəlib çıxmağıma səbəb Aşıq Murad obrazı oldu. Sonra direktor kimi işlərim çoxaldı səhnəyə az çıxdım. Lakin rejissor Əsgər Əsgərov bu yaxınlarda  Nəcəf bəy VəzirovunYağışdan çıxdıq, yağmura düşdüktamaşasını hazırladı mənə Aşıq Vəli rolunu verdi.

Aşıq obrazı ilə tanınmağınız sizi sıxmır ki?

Başqa rollar da ifa etmək istərdim. Ancaq bunu rejissorlar etməlidir. Kiçik böyüklüyündən asılı olmayaraq hansı rolu tapşırsalar öhdəsindən gələrəm. Amma səviyyəsiz ssenarilərdən qaçıram. Ürəyimə yatan rolu can-başla oynayaram.

Məsələn, hansı səpkili rolları?

Bunu deyə bilmərəm. Ola bilər ki, sabah hambal, icra başçısı, dilənçi, döyüşçü  rolunu oynayım. Televiziya, teatr kinoda əsas ssenaridir. Bəzən çəkilişlərə gedirsən, sözləri əzbərləyirsən, bilmirsən əsərdə söhbət nədən gedir. 

İldə bir neçə film çəkilir, eyni zamanda televiziya serialları ekranlaşdırılır. Dəvət alırsız?

Teatrımıza aktyor seçmək üçün kinostudiyadan televiziya kanallarından gəlirlər, lakin məni dəvət etmirlər. Deyəsən, hamı məni ancaq aşıq obrazında görür. Çoxları elə bilir ki, həqiqətən aşığam. Vallah, mən aşıq deyiləm, akyor kimi aşıq rolunu ifa etmişəm. Bir az səsim var, oxuyub-oynaya bilirəm. 

Bəlkə, özünüz bu obrazdan çıxmağı arzulamırsınız?

Bir çox tamaşalarda aktyor rejissor kimi çalışmışam, heç bəyənilməmişəm. Lakin aşıq obrazı tez bir zamanda sevildi. Özünü  gözə soxanlardan həmişə qorxmuşam. Dayanıb gözləmək ki, mən istedadlıyam, kimsə məni gəlib götürüb caynağında aparıb otuzduracaq yuxarıda, elə bir qartal heç vaxt gəlməyəcək.

Amma çox nikbinsiniz. Hər zaman gülürsünüz...

Qaçqınlıqdan sonra anam pəncərədən dənizə baxıb deyirdi ki, “Şuşadakı evimizdən çaylara, dağlara baxırdım. İndi dəmir meşə görürəm”. Dəmir meşədeyəndə neft buruqlarını nəzərdə tuturdu. Ailəmizi Şuşadan Ağdama gətirməyimi danışanda hər zaman gülürəm. Çünki əgər orda qalsaydıq, indi heç birimiz sağ deyildik. Teymurləngin bir sözü var: “İnsanın itirəcək bir şeyi olmayanda onu gülmək tutur”.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-23 yanvar.-S.-10.