Gülüş ciddi məsələdir

 

Xalq Artisti, Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının müdiri, professor İlham Namiq Kamalın 64 yaşı tamam olub. Musiqili Komediya Teatrının aktyorubu sənət ocağında rejissor kimi bir neçə tamaşaya quruluş verən sənətkar yaradıcılığındakı yeniliklər və həyatının ən maraqlı məqamlarını “New Baku Post”la bölüşüb. Azərbaycan Dövlət Teatr İnstitutunda Ədil İsgəndərovun və  Rza Təhmasibin kursunda təhsil alan İ.N.Kamal Dövlət Gənclər Teatrı və Akademik Milli Dram Teatrında çalışıb. 20 ildən çoxdur ki, həyatını Musiqili Komediya Teatrı ilə bağlayıb. Bu teatrın səhnəsində, eləcə də 40-a yaxın kinoteleviziya tamaşasında yaddaqalan rollar ifa edib. Onların arasında “Qaynana”, “Qəribə adam”, “Evləri köndələn yar”, “Bəyin oğurlanması”, “Kişilər”, “Göz həkimi”nin adını çəkmək olar.

– Həyat və yaradıcılığınızda hansı yenilikləriniz var?

– Ev, ailə, nəvələr, dükan-bazar həyatımın gündəlik işləridir, universitet, teatrteleviziya isə yaradıcılığımdır. AzTV-də “Dünyanı yaradanlar” silsiləsindən rəssamlar və dünya kinosu ilə bağlı olan hissə bitdi. Burada İlham Namiq Kamal sadəcə aparıcı deyil, xarakterik obrazdadır. “Dünya musiqisi” adlı növbəti layihə hazırlanır. 86 seriya çəkilib, 40-a yaxını da çəkiləcək. Keçən il teatrda Ü.Hacıbəylinin “Ər və arvad” tamaşasında Mərcanı, Emin SabitoğluCahangir Məmmədovun “www. Fərzəli-kef.com” komediyasında Fərzəli rolunu oynadım. Hər ikisi repertuardadır. Musiqili Komediya Teatrının istifadəyə verilməsini gözləyirik. Səs akustikası, işıq effektləri qurulur. Teatr foyedən tutmuş kreslosunadək gözəl olmalıdır. Təmirdən sonra “O olmasın, bu olsun” tamaşasının yeni quruluşunda  Məşədi İbad obrazını ifa edəcəm. Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasını hazırlayacam, librettosunu yazıram. Əsər 50 il bundan əvvəl yazılıb, lakin onu bugünlə əlaqələndirirəm. 

– Film rejissoru kimiözünüzü sınamaq istərdinizmi?

– Yox, kifayət qədər işim var. Aktyor kimi çəkilə bilərəm. Film çox çətin məsələdir, 3-4 ay elə hazırlıq prosesinə həsr edilir. Vaxtilə Hüseyn Seyidzadə, Əjdər İbrahimov kimi böyük rejissorların filmlərində, “Mozalan”ın 80-ə yaxın bədii süjetində rollarım olub. Lakin indi elə gənc rejissor ola bilər ki, ssenarisini bəyənim və uyğun rol olarsa, məmnuniyyətlə çəkilim. Yaşıma görə müəyyən seçim də lazımdır. Gənc olanda ucdantutma hamısına çəkilirdik.

– İndi insanları güldürmək asandır, yoxsa ağlatmaq?

– Sağlam, düşündürücü gülüşə insanlar güləcək, həyatın üzüntülü tərəflərini göstərən təbii oyun varsa, gözyaşları tökəcək. İstər komediya, istər faciədə aktyor çətin proses yaşayır. Gərək rolu elə oynayasan ki, ayaqyalın ülgücün üzərində dabanın qanamadan gəzməyi bacarmaq kimi olsun, əndazəni keçməyəsən. Nə şitliyə yuvarlanmaq, nə də ah-zar etmək olmaz. Musiqili Komediya Teatrına bütün yaş təbəqələrindən olan tamaşaçılar gəlir. Əgər doğrudan da, gülüş səhnəsi varsa, hamı gülür. Gülüşdüşündürücü olmalıdır.

– Bu gün türk komediyasının başlama saatını səbirsizliklə gözləyirik. Niyə  milli komediyalara maraq azdır?

– Bizim komediyaları yalnız AzTV çəkirdi. Azərbaycanda heç bir televiziya kanalı tamaşa hazırlamır. Bunlar özfəaliyyət səviyyəsində olmamalıdır. Əgər 7-8 televiziya kanalında belə adət-ənənə olacaqsa, gənclər inkişaf edəcək, daha başqa yerlərə gedib sanbalsız işlərlə məşğul olmayacaq. Bundan həm aktyor, həm də tamaşaçı qazanacaq. Teatr nə qədər böyük olsa da məhdudiyyət var, tamaşaçı zalı uzaqbaşı 300-400 nəfər tutur. Televiziya isə kütləvidir. 

– Telekanallarda hansı verilişləri izləyirsiniz?

– Pultu əlimə alanda səmimiyyət axtarıram. Aparıcıda səmimiyyət tapandadilin səlistliyini eşidəndə ləzzət alıram. Amma heyf ki, bəzi televiziya kanalları dilimizi təhrif edir. Halbuki aparıcının heç bir ixtiyarı yoxdur ki, ləhcə ilə danışsın. 

–  “İlham Miniatür Teatrı” fəaliyyətini niyə dayandırdı?

– 4 ilə yaxın fəaliyyət göstərdik. Gənc Tamaşaçılar Teatrının binasında bizə yalnız yer ayrılmışdı. Həftədə iki dəfə tamaşa və səhər  9-dan 12-dək məşq  saatımız vardı. Teatrla Mədəniyyət və İncəsənət Universitetinin  tələbələri arasında körpü olduq. İstedadlı tələbələr gəlib özlərini sınayırdı, həm də maaş alırdı. Gənc Tamaşaçılar Teatrı təmirə dayandı, sonra isə Dövlət Gənclər və Kamera Teatrı ilə birləşdirildi. Üç teatrın yerləşdirildiyi binada və 137 nəfər aktyor ştatı  olan teatrda  özəl teatra yer ayrıla bilərdimi? Ona görə də müəyyən müddət fəaliyyətimizi dayandırmışdıq. Bu yaxınlarda İmişli, Neftçala, Salyan, Lerikdə “Gülüş ciddi bir məsələdir” adlı proqramla çıxış etdik.

– Qardaşınız Cəfər Namiq Kamalla tərəf-müqabili olmusunuz?

– Üç qardaşıq – mən, Cəfər və İlqar. Cəfər bizim kafedrada aktyor sənətindən dərs deyir. Qardaşımla “Mənim ərim dəlidir”, “Hərənin öz payı” və “Lənkəran xanının vəziri” tamaşasında tərəf-müqabili olmuşuq. Qardaşla tərəf-müqabili olmaq daha gözəldir. 7-8-ci sinifdə oxuyanda Cəfər pionerlər evindəki dərnəyə gedirdi. Bir gün dedi ki, tamaşa hazırlayırlar və bir rol çatmır. Mən də getdimo vaxtdan qaldım bu sənətdə. Əslində isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə getməli idim. Lakin İncəsənət Universitetinin imtahanları iyulda, Dövlət Universitetində isə avqustda idi. İyulda imtahan verdim və qəbul oldum. Bunu evdə deyəndə “bunun axırı nə olacaq?” sualına bənzər  baxışlar hiss etdim. İllər keçdi, uğurlarımı gördülər. Qızlarım bu sənəti seçməyib... 

– Azərbaycan teatrında hansı mövzulu tamaşalara ehtiyac var?

– Tragikomediyalar çox az hazırlanır. Azərbaycanda müasir dramaturgiya qələmi olanlar azdır və rejissorluq kasadlaşıb. Əvvəllər Akademik Milli Dram Teatrına Tofiq Kazımovun teatrı, Gənc Tamaşaçılara Zəfər Nemətovun teatrı, Musiqili Komediyaya Şəmsi Bədəlbəylinin teatrı deyilirdi. Onlar həmin sənət ocaqlarının baş rejisoru olub. Bizim teatrlar indi məmur və direktor teatrları olub. Baş rejissorlar ikinci dərəcəli sayılır. Teatrlara güclü direktorlar lazımdır. Yaradıcı baxımından isə teatrın bədii və estetik təmayülünü ancaq baş rejissor təyin edə bilər.

– Sizə elə gəlmirmi ki, teatrlarda klassikaya daha çox üstünlük verilir?

– Teatrlarda 30 faiz klassika, 70 faizi isə bugünkü problemlər olmalıdır. Teatr muzey deyil.  Klassik tamaşada heç bir rejissorun ağlına gəlməyən yeni yozumlar tamaşaçıya təqdim olunmalıdır, tamaşanın anlaşılması üçün yeni açar lazımdır. Bu açarı tapan rejissor xoşbəxtdir. Lakin müasir əsərləri yaddan çıxarmaq olmaz. Teatrı yaşadan müasir əsərlərdir.

– Özünüz də klassik əsərlərdə oynamısınız....

– Akademik Milli Dram Teatrında “Lənkəran xanının vəziri” tamaşasında Xan obrazı. Bu tamaşa Azərbaycan xalqına bir ləkədir.  Azərbaycan qadınının belə alçalmasını təqdim edən rejissor deyərdim ki, azərbaycanlı deyil. Bu tamaşada oynayanda rejissoru bu yoldan çəkindirməyə çalışırdım, sonra yaxşı oldu ki, bu tamaşada iştirak etmədim.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-30 yanvar.-S.-10.