Milli mətbuat haqqında ilk qanunun müəllifi

 

Böyük vətənpərvər, görkəmli ziyalı

 

1990-cı ildə İstanbulda məşhur türk yazarı Murat Çulcunun “Erməni intriqalarının pərdə arxası: Torlokyan davası” adlı kitabı nəşr olunub. Böyük dəyəri olan bu kitab tarixə XX əsrin məhkəməsi kimi düşmüş, Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili erməni Torlokyanın məhkəmə prosesindən bəhs edir. Behbud xan Cavanşiri 1921-ci il iyulun 18-də İstanbulun “Pera-Palas” hotelinin önündə üç güllə ilə qətlə yetirən Torlokyan həbs olunur və o vaxt ingilis işğalı altında olan İstanbulda ingilis hərbi tribunalı tərəfindən mühakimə edilir.

Qətl hadisəsindən keçən 20 gün ərzində ermənilər Torlokyanın müdafiəsi üçün bütün yollara əl atırlar. Xaincəsinə öldürülən Behbud xan tərəfdən isə cəmi 6 nəfər şahid vardı - qəzet işçisi Qaraağazadə Əhməd Həmdi, tələbə Səməndər bəy, Ziba xanım, Yusif bəy Kazımov, məmur Asəf bəy, Şəfi bəy Rüstəmbəyli. Bütün pozucu cəhdlərə baxmayaraq, dəlil gətirən şahidlər cinayətkarın ifşa edilməsi üçün ortaya yetərli faktlar qoymağı bacardı. Həmin məhkəmədə şahid qismində ilk ifadə verən şəxs Şəfi bəy Rüstəmbəyli oldu. O, məhkəmədə bir hüquqşünas kimi sərrast, inandırıcı sübutlar gətirərək, hadisəni olduğu kimi anladır...

Lakin həmin tarixi oxuyanlar bilir ki, bütün dəlillər Behbud xanın qətlə yetirilməsini göstərsə də, işğalçı qrupun tribunalı qatilə bəraət verir, cinayətkar məhkəmə zalından sərbəst buraxılır...

Müəllif həmin kitabda qeyd edir ki, 1920-ci il rus işğalından sonra Türkiyəyə mühacirət edən Şəfi bəy Rüstəmbəylinin fəaliyyəti İstanbula daxil olduğu gündən başlamışdı. Bəli, bu şəxs Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru, AXC parlamentinin üzvü olmuş Şəfi bəy Rüstəmbəyli idi.

Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulub. O, orta təhsilini Gəncədə klassik gimnaziyada başa vuraraq, 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Universitet həyatı onun bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb. Rüstəmbəyli tezliklə universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. Böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin rəhbərliyi ilə həmin ilin oktyabrında gizli şəkildə yaradılmış Müsəlman Demokratik Müsavat Partiyasının Kiyev şöbəsinin ən fəal üzvlərindən biri də Şəfi bəy olur. Buradakı fəaliyyəti onun siyasi dünyagörüşünün formalaşmasında önəmli rol oynayır. Gənc hüquqşünas 1916-cı ildə diplomunu alaraq Gəncəyə qayıdır, bir müddət burada dairə məhkəməsində işləyir.

 

“Azərbaycan”ın redaktoru, parlamentin deputatı

 

“Vikipedia”da görkəmli ictimai-siyasi xadimlə bağlı verilmiş yazıda deyilir ki, 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edən şəxslərdən biri də Şəfi bəy Rüstəmbəyli olmuşdur. O, 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan “Azərbaycan” qəzetinin (rus dilində) redaktoru təyin edilir. Fəaliyyəti dövründə onun bu qəzetdə Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb. Yüksək intellektual səviyyəsi və gərgin fəaliyyəti nəzərə alınaraq, Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin deputatı seçilir. Yeri gəlmişkən, o, “Azərbaycan” qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi. Böyük ziyalı Azərbaycan Parlamentinin deputatı və “Azərbaycan” qəzetinin baş redaktoru olduğu dövrdə - 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur. O, “Azərbaycan”ın redaktoru olmaqla yanaşı, AXC-nin Daxili Işlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir.

Təəssüf ki, bir çox azərbaycanlı vətənpərvərlər kimi, onun istiqlal arzuları da bolşevik işğalı nəticəsində yarımçıq qalır. 1920-ci ildə Aərbaycan işğal olunduqdan sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Amma o burada da sakit oturmaq niyyətində deyildi. Tiflis şəhərində onun rəhbərliyi altında “Azərbaycanı xilasetmə komitəsi” yaranır. Amma onun bu fəaliyyəti də uzun sürmür. 1921-ci ilin fevralında Gürcüstan da ruslar tərəfindən işğal olunur. Artıq orada da mübarizənin bir işə yaramayacağını görən, Rüstəmbəyli İstanbula köçür və ömrünün sonunadək burada mühacirət həyatı yaşayır. Amma o, mühacirətdə Azərbaycan davasını bir an da olsa, dayandırmır. Burada jurnal nəşrinə başlayır Azərbaycan həqiqətlərini dünyaya yayır. Onun redaktorluğu ilə İstanbulda 1923-1927-ci illərdəYeni Qafqaziyyə”, 1928-1931-ci illərdəAzəri türkü”, 1928-1930-cu illərdəOdlu yurd 1932-ci illərdəAzərbaycan yurd bilgisijurnalları nəşr olunmağa başlayır. Vətənpərvər ziyalının burada dərc olunan məqalələrinin hər biri Azərbaycanla bağlı bir dəyərli mənbədir. Türkiyədə nəşr olunanAzərbaycan yurd bilgisi”nin bütün nömrələri S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat Incəsənət Arxivində qorunub saxlanılır.

 

Son nəfəsədək Azərbaycan davası...

 

Ş.Rüstəmbəylinin öz ölkəsi qarşısında xidmətləri yuxarıda söz açdığımız məhkəmədəki suallara cavblarında açıqlığı ilə özünü göstərir. “1918-ci ildə Bakıda partiyalar varmıydı?”, “Bu partiyaların birinə mənsub idinizmi?”, “Azərbaycanqəzetində fəaliyyətiniz nədən ibarət idi?", “Hansı mövzuda məqalələr yazırdınız?”, “1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?” Şəfi bəy soruşulan bütün suallara böyük ağıl-zəka doğru-dürüst cavab verir, məhkəməni çaşdırırdı. Bilərəkdən qatilin cinayəti arxa plana keçirilir, vəkillərin sualları daha çox Şəfi bəyin Azərbaycandakı ictimai-siyasi mövqeyinə Azərbaycanqəzetindəki redaktorluq fəaliyyətinə həsr olunurdu: “Azərbaycan”ın mətbəəsi Bakının harasında yerləşirdi?" sair. Vəkil Xasruyanı Şəfi bəyinİrəliqəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalə ilə bağlı suallara təkrar-təkrar qayıdır, niyə yazdın, necə yazdın, faktları haradan götürdün?... Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etiraz edir işin düzgün aparılmasını tələb edir. Şəfi bəyin üsyanı Xasruyanı çaşdırır o, hazırladığı protokolda onu belə ifadə edir: “...İndi şahidlərin gerçək durumlarını meydana qoymaq istəyirəm. O şahidlər kimlərdir? Müsavat" partiyası üzvlərindənAzərbaycanqəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli. Bu elə bir qəzetdir ki, doğum tarixi taleyi hər kəsə bəllidir. Dərhal əlavə edim ki, möhtərəm redaktor məndə bu təsiri yaratmışdır"(Vikipedia).

Böyük vətən fədaisi Rüstəmbəyli Türkiyədə yaşadığı illərdə, ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda mübarizə apardı. O, vətən davasına can qoyduğu gündən sona kimi öz əqidəsini dəyişmədi. Bir çox silahdaşları kimi, böyük azadlıq arzularını son nəfəsinədək qəlbində daşıdı. Şahidlərin yazdığına görə, Məhəmməd Əmin Rəsulzadə milli parlamentin son iclaslarında kədərlə işğalçıların Azərbaycana yetişdiyini xəbər verdiyi zaman, arxadan hönkürtü səsi eşidilir. Özünü uca səslə ağlamaqdan saxlaya bilməyən bu şəxs Şəfi bəy Rüstəmbəyli idi...

Görkəmli siyasi xadim, Azərbaycanın dəyərli övladı Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə İstanbulda vətən həsrəti ilə dünyaya gözlərini yumub.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 9 fevral.- S.14.