Rəhimova Sərinə Fikrət qızı39
DİLDƏ PREDİKATİVLİK ANLAYIŞI VƏ ONUN QRAMMATİK İFADƏ VASİTƏLƏRİ
Dilçilikdə predikativlik məntiqi-qrammatik hadisə kimi qeyd olunur. Predikativlik cümlənin müəyyənləşdirilməsinin əsas meyarı sayılır. Hər bir cümlədə predikativliyə aid xüsusiyyətin olması labüddür. Predikativlik fikrin formalaşdırılmasında da böyük rol oynayır. Predikativlik kateqoriyası əsasən zaman və şəxs vasitəsilə reallaşır. Feili və ya ismi formanın mübtəda ilə şəxs əlamətlərində birləşməsindən yaranır. Cümlədə predikativlik əsasən mübtəda ilə xəbərin münasibəti nəticəsində formalaşır. Burada şəxs və kəmiyyətə görə uzlaşma da əhəmiyyət kəsb edir. Predikativ münasibət cüttərkibli cümlədə xəbərlə mübtəda arasında, təkrətkibli cümlələrdə isə baş üzvlə ifadə edilir.
Predikativlik cümləni formalaşdıran sintaktik kateqoriyadır desək, bizcə, yanılmarıq. Predikativlik cümlənin əsas məlumat vahididir.Predikasiyanın ifadəsində zaman, intonasiya aparıcı kateqoriyalardan sayılır.
Cümlənin ikinci əlaməti sayılan predikativlik leksik vahidlərin birləşərək varlıq haqqında məlumat verməsi ilə təzahür edir. Predikativlikdə verilən məlumat təsdiq və ya inkar edilir, məlumatlara münasibət bildirilir. “Predikativliyin yaranmasında zaman və modaİlıq mühüm rol oynasa da, qrammatika baxımından predikativliyin təzahürü özünü adlarda xəbərlik (xəbərlik şəkilçiləri), fellərdə şəxs kateqoriyasında təzahür etdirir”(1,60).
F. Veysəllinin fikrincə, “Cümlədə predikativlik mahiyyət etibarilə, “özünə qayıdışla”, təkrarla bağlıdır. Belə ki, cümlədə “subyekt ideyasının təmsilçisi olan mübtəda son mövqedə feili xəbərdəki və ya ismi xəbərdəki şəxs sonluğunun varlığı ilə təkrara uğrayır, beləliklə də sistemi(cümlə sistemini) qapayır...” ( 2,212). Cümlə sistemində meydana çıxan bu qapanmanın nəticəsi kimi cümlə yaranır. Cümlənin meydana çıxması üçün şəxs sonluqlarının olması əsas şərtlərdən biridir.
Elmi dilçilikdə belə bir fikir hökm sürür ki, dilin tarixi inkişaf mərhələlərində cümlədəki hər sözün özünəməxsus predikativliyi olmuşdur. Sonradan başqa üzvlərdəki predikativlik zəifləmiş, nəhayət predikativlik cümlənin xəbərində möhkəmlənmişdir. Beləliklə tək predikativli cümlə formaları yaranmışdır.
Tədqiqatçıların fikrincə, predikativliyi üç variantda izah etmək olar: “..a) predikativlik –subyekt ilə predikat arasında əlaqə (münasibət) dir(məntiqi aspekt); b)tema ilə rema arasında əlaqədir (kommunikativ aspekt); v)mübtəda ilə xəbər arasında əlaqədir(qrammatik aspekt)” (1,212).
Əslində isə təktərkibli cümlələrdə də predikativlik olur. Yəni, predikativliyə yalnız xəbər və mübtədanın mütləq şəkildə işləndiyi cümlələrdə yox, baş üzvlərdən birinin var olduğu cümlələrdə də rast gəlinir. Sadəcə olaraq cüttərkibli cümlə ilə müqayisədə təktərkibli cümlələrdə predikativlik daha zəif təzahür edir. Bu onunla izah olunur ki, cüttərkibli cümlələrdə paradiqm sistemi olur. Təktərkibli cümlələrdə isə paradiqm olmur.
Çox vaxt predikativliklə xəbər qarışdırılır. Predikativlik cümlədə ən çox xəbər vasitəsilə təzahür etsə də, xəbər və predikativlik eyni anlayış deyil. “...xəbərin məzmunluluğu semantik informativ vahidlərin təşkili və onlarda olan bir neçə məna dərəcəsinin mövcudluğu ilə təyin edilir”(3,1039-1040). Predikativliyin qrammatik ifadə vasitələri – feilin forma, zaman, şəxs şəkilçiləri, intonasiya və s. dir.
“Predikasiya - cümlədə (söz birləşməsindən fərqli olaraq) məlumatın məzmununun həqiqətə olan münasibətidir. Məntiqi-qrammatik hadisə sayılan predikativlik dilçilikdə cümlənin müəyyənləşdirilməsinin əsas meyarlarından biri kimi qəbul edilir”(4,9).
Müxtəlif dilçilik terminləri lüğətlərində predikativliyə verilən təriflər demək olar ki, eynidir. “Predikativlik ən ümumi sintaktik kateqoriyadır, ifadə məzmununun həqiqətə olan münasibətini bildirir. Cümlədə ifadə olunan həm real (üç zamandan birində baş verən), həm də qeyri-real, arzu edilən, tələb olunan ola bilər. Predikativliyin qrammatik ifadə vasitələri zaman, forma, modallıq kateqoriyaları və intonasiyadır” (5,466) .
Azərbaycan dilçilərinin hazırladığı izahlı dilçilik terminləri lüğətində oxuyuruq: “Müəyyən məzmunun-ifadə olunan fikrin obyektiv aləmlə əlaqəsinin dildə (linqvistik) ifadəsi. Predikativlik cümlənin əsasını, mahiyyətini təşkil edir. Predikativliyin qrammatik ifadə vasitələri zaman kateqoriyası, şəxs kateqoriyası və modallıq kateqoriyasıdır. Ona görə zaman zaman kateqoriyasıdır ki, xarici aləmə məxsus bütün hadisələr müəyyən zaman ərzində baş verir və hər söyləmin məzmunu da müəyyən zamanla əlaqədar dərk olunur. Ona görə şəxs kateqoriyasıdır ki, hər bir söyləm mütləq üç şəxsdən biri ilə əlaqələnir. Ona görə modallıq kateqoriyasıdır ki, hər bir söyləmi deyən şəxs mütləq öz münasibətini də bildirmiş olur(6,220). Gördüyümüz kimi, müxtəlif lüğətlərdə predikativliyə verilən təriflər bir- birindən o qədər də fərqlənmir.
Predikativliyin türk dillərində, o cümlədən Azərbaycan dilində tarixən formalaşma tarixi haqqında da müxtəlif fikirlər mövcud olmuşdur. Predikativlik dilimizin tarixi dövrlərində də var olmuşdur. Alimlərin fikrincə, hələ dilin inkişafının ilk dövrlərində predikaivlik mövcud olmuşdur. Bu o deməkdir ki, erkən dönəmlərdə sadə və mürəkkəb cümlə bir- birindən fərqlənməmişdir. İlkin dövrlərdə cümlədəki predikativlik elementinin yeri də indiki kimi cümlənin sonunda olmamışdır.Sonralar predikativlik elementi cümlənin sonuna doğru irəliləmiş, monopredikativlik yaranmışdır. Monopredikativli cümlənin birləşməsi nəticəsində isə mürəkkəb cümlələr yaran- mışdır. Beləliklə, dildə müxtəlif quruluşlu sadə və mürəkkəb cümlələr yaranmışdır. “Mixi yazıların və qədim türk yazılı abidələrinin verdiyi faktlar göstərir ki, bu cür quruluş ümumtürk dövründən mövcuddur və çox qədim tarixə
39
Bakı Slavyan
Universiteti
malikdir. Bu cür quruluş e.ə. 12-ci minillikdə artıq var idi, hələ böyük miqrasiyaların başlanmadığı, dil ailələrinin yaranmadığı dövrə -protodillər dövrünə aid yolu keçmişdir. Odur ki, bu gün də türk dillərinin qrammatik-sintaktik quruluşu son dərəcə yaxındır”(7,196). Predikativlik özü də 2 cür təzahür edir: tam predikat və kvazipredikativlik. K.Abdullayev tam predikativlikdən kvazipredikativliyə doğru inkişafı qeyd etmiş və göstərmişdir ki, “Müasir monopredikativ quruluş öz dərin qatında (tarixi keçmiş mərhələsində) bir neçə kvazipredikativ (zəif predikativ) nöqtəyə malik olmuş və daha sonra bu nöqtələrin bir quruluş boyu səpələnmiş variantından inkişafa başlamışdır”(4,67).
Dilçilikdə predikativliyin müxtəlif növlərini bildirən terminlər işlənir: kvazi predikativlik, yarımpredikativlik, polipredikativlik, təkrar predikativlik belə terminlərdən sayıla bilər. E. Abbasova yazır: “ Kvazipredikativlik iş, hal, hərəkətin eyni subyektə aidliyini bildirir. Cümlənin əsas predikativ nöqtəsindəki xəbərlə yanaşı, kvazipredikativ nöqtədə duran söz (həmin söz cümlə üzvü kimi xəbər olmur) eyni subyektə aid bitmiş fikri ifadə edir”(8,14). Kvazipredikativlik zəif predikativlikdir. Cümlənin kvazipredikativ nöqtəsində informativlik məlumatın ötürülməsini reallaşdırır. Cümlə məhz bu nöqtədə əmələ gəlir. Yeni olan informasiyanı ötürmək üçün cümlədə kvazipredikativ nöqtə yaranır.
“Yarımpredikativlik” əslində “kvazipredikativlik” termini ilə paralel anlayışdır. İkinci dərəcəli üzvlə bağlıdır. “Yarımpredikativ əlaqə predikativ münasibətə transformasiya oluna bilən tabelilikdir. Yarımpredikativlik əlaqə hesabına cümləyə daxil edilən ikinci dərəcəli üzv tez-tez predikativ vahidə transformasiya olunur”(8,17).
Predikativliyin əsas əlaməti kimi istər rus dilçiliyində, istərsə də türkologiyada feilin şəkil şəkilçiləri, şəxs sonluqları və intonasiya göstərilir. Deməli, predikativliyin təzahürü üçün bunlardan birinin olması labüddür. Predikasiyanın feilin predikativ formaları ilə reallaşır. Feilin predikativ və ya şəxs formaları şəxsi, kəmiyyəti, şəkli və zamanı bildirir. Predikasiyanın ifadəsində xəbər şəkli feilin digər şəkillərindən daha az işlənir. Xəbər şəklinin reallaşması üçün hər üç zaman dünya dillərində aktiv şəkildə işlənir. Predikativlik kateqoriyası yalnız xəbər şəkli ilə məhdudlaşmır. Feilin digər şəkilləri də predikativliyin reallaşmasında az və yaxud çox dərəcədə iştirak edir.
Predikativliyi formalaşdıran predikatlar özləri altı əsas qrupa bölünür: 1) hərəkət bildirən predikatlar; 2) proses bildirən predikatlar; 3) hal-vəziyyət bildirən predikatlar; 4) keyfiyyət bildirən predikatlar; 5) əlaqə bildirən predikatlar; 6) bir məsafədə, bir yerdə yerləşməni bildirən predikatlar(8,17).
Qədim türk yazılı abidələrində də predikativlik açıq-aşkar öz ifadə vasitələri ilə təzahür etmişdir. Q. Abdullayeva “Kül tiqin” abidəsində aşağıdakı cümlə tiplərini göstərir. 1. Predikativliyin morfoloji əlamətini özündə daşmayan cümlə tipləri; “….kiçik abidənin mətnində predikativliyə malik morfoloji əlamətin qeydə alınmaması ismi xəbərli cümlələrdə özünü göstərir. Belə ki, cümlələrin xəbərləri xüsusi qrammatik göstərici olmadan predikativləşir”(9,177).. 2. Şəxs sonluğu subyektlə -şəxs əvəzlikləri ilə maddiləşən cümlə tipləri; 3. Predikativliyi ermis/ ş hissəciyi vasitəsi ilə müəyyənləşən cümlə tipləri..
Bildiyimiz kimi, cümlə əsasən atributiv və predikativ əlaqələr əsasında formalaşır. Bunların hansının ilk öncə yaranması mübahisəlidir. Bu haqda, E. V. Sevortyan yazır: “...tarixən predikativ əlaqə atributiv əlaqədən inkişaf etmişdir və indi də inkişaf etməkdədir. Cümlənin əsasında ismi cümlələrin durmasından ibarət nəzəriyyə meydana çıxır”(10,8).
Mənbələrə görə isə ismi və feili cümlələr bir mənşədən yaranmışdır. Əslində türk dillərində cümlələr təyin- təyinlənən sistemini təşkil edir.
Dilçilərin fikrincə, predikativ və atributiv sintaqmların mənşəyi eynidir. Predikativ sintaqmlar atributiv sintaqmlardan əmələ gəlmişdir. Çünki tarixən cümlənin yaranması üçün təyin-təyinlənən qrupunun olması vacib amil sayılırdı.
Deməli türk dillərində cümləni ilk formalaşdıran atributivlik olmuş, sonra predikativlik yaranmışdır.
Dilçilikdə predikativliklə bərabər predikativ əlaqə termini də işlədilir. Predikativ əlaqə ilə predikatikvlik anlayışları arasında müəyyən oxşarlıq, ümumilik cəhətlər olsa da bunlar müxtəlif anlayışlar və kateqoriyalardır. Predikativ əlaqənin reallaşması üçün mübtəda ilə xəbər birləşməlidir. Predikativ söz birləşməsində isə bu olmaya bilər. Predikativlik cümlənin ən birinci əlamətidir. Predikativliyin cümlənin əsas əlaməti olması faktı bütün cümlə növləri üçün keçərlidir. Lakin bütün cümlə növlərində mübtəda ilə xəbərin əlaqəsi olmaya bilər.
Predikativ quruluşlu frazeoloji vahidlərə də dildə çox tez-tez rast gəlinir. Predikativ quruluşlu frazeologizmlər müstəqil cümlə üzvü kimi çıxış edir. Aparılan tədqiqatlara görə predikativlik frazeoloji vahidləri dərindən səciyyələndirməyə qadir deyil. Lakin biz haradasa bu fikirlə razı deyilik. Dildə cümlə tipində olan frazeologizmlər də vardır. Və təbii ki, bu frazeologizmlərdə predikativlik mütləq şəkildə təzahür edir. Bu tip ifadələr isə müstəqil cümlə üzvü kimi çıxış edirlər
Onu da unutmaq olmaz ki, frаzеоlоji vаhidlər nə qədər çохkоmpоnеntli və çохmənаlı оlarsа, о, bütöv bir dil vаhidi kimi sintаktik funksiyа yеrinə yеtirərkən, ya sərbəst cümlə, yа dа cümlənin bir üzvü оlur.
Bu haqda Q. Mahmudova yazır: “Frаzеоlоji vаhidlərin sintаktik tərkiblərlə ifаdəsi dilin аz öyrənilən sаhəsidir. Frаzеоlоji vаhidlər sintаktik funksiyа yеrinə yеtirərkən həm cümlənin bаş üzvü, həm də II dərəcəli üzvü оlа bilər”(11,45). Q. Mahmudovanın bu fikirləri yuxarıda dediklərimizin təsdiqi kimi səciyyələnə bilər.
Dilçilikdə çox vaxt yanlış olaraq söz birləşmələrini iki yerə bölürlər: predikativ və qeyri-predikativ. Əslində bu bölgü qətiyyən düz deyil. Bütün sərbəst söz birləşmələri qeyri-predikativ birləşmələrdir. Söz birləşmələrində predikativlik olmur. Predikativlik cümləyə xas xüsusiyyətdir. Söz birləşmələrinin bu bölgüsünə diçilərin münasibəti də müxtəlifdir. V.VVinoqradov söz birləşmələrini bu cür bölməyin əleyhinədir. V. P. Suxotin isə söz birləşmələrinin
bu bölgüsünü qəbul edənlər cərgəsindədir.
Y. Seyidov da söz birləşmələrinn bu bölgüsünü qəbul etmir. Lakin bununla belə alim predikativ birləşmə ilə cümlə termini arasında bərabərlik işarəsinin qoyulmasının da əksinə getmişdir. Predikativ birləşmələr bir sözdən ibarət ola bilməz. Cümlə isə bir sözdən də ibarət olur. “....onlar cümlənin iki qütbüdür: mübtəda (subyekt) və xəbər(predikat). Lakin cümlədə bu iki qütbün iştirakı vacib deyil. Predikativ birləşmələrdə isə bu hər iki qütbün olması vacibdir”(12,93). Deməli predikativ birləşmələrlə cümlələr arasına bərabərlik işarəsi qoymaq olmaz. Predikativ quruluşlu birləşmələr məhz xəbəri olan cümlələrdir. Xəbərsiz cümlələrin olmasını da unutmaq olmaz.
Ümumiyyətlə, predikativliyin sərhədi cümlədən başlayır. Sözlərdən və söz birləşmələrinin predikativliyindən danışmaq mümkün deyil.
Dilçilikdə bu fikir də həmişə mübahisə obyekti olmuşdur ki, söz birləşmələrində predikativlik varmı? Bu haqda V. P. Suxotin yazır: “ Söz birləşmələri hər şeydən əvvəl iki qrupa ayrılır: 1. Hadisə və fakt haqqında məlumat verən, cümlənin struktur əsası kimi, mübtəda və xəbəri birləşdirən söz birləşmələri. Daha çox işlənmə funksiyasını nəzərə alaraq biz bu birləşmələri şərti olaraq predikativ söz birləşmələri adlandırırııq; 2. Müxtəlif həyat hadisələrinin mürəkkəb (tərkibi ) adlarını bildirən söz birləşmələri... Bu, mübtəda və xəbər konstrukskiyasına malik olmayan və ona görə də cümlə əmələ gətirməyən qeyri-predikativ söz birləşmələri adlanan birləşmələrdir” (13,162). Predikativ söz birləşmələri cümlənin struktur əsası, özəyi olub cümlənin əlamətlərini qəbul etdikdə, nitqə müstəqil sintaktik bütöv kimi daxil olduqda cümlə olur. Bu xüsusiyyətləri daşımadıqda isə söz birləşməsi olaraq qalır.
N. A. Baskakov predikativ birləşmə ilə cümləni eyni kateqoriya hesab edir və buna görə də konkret olaraq söz birləşmələrindən, onların növ və formalarından danışarkən ancaq “atributiv birləşmələri” , yəni qeyri-predikativ birləşmələri nəzərdə tutur.
Alimin fikrincə, predikativ söz birləşmələrində iki məfhum qarşılaşdırılır: subyekt...və predikat. Burada subyekt mübtədanı, obyekt xəbəri bildirir. Gördüyümüz kimi, rus dilçiliyində söz birləşmələri predikativ və qeyri- predikativ kimi təsnif olunur.
Əksər dilçilərin fikrinə görə, predikativlik cümlədə sözün bir-birilə əlaqələnən yolu ilə və xüsusən cümlənin sonunda gələn xəbərdə öz əksini tapır. Predikativliyin yaranmasının bir sıra vacib cəhətləri vardır. Predikativlik dedikdə leksik vahidlərin sözlərin və sözün hadisə, proses, varlıq və s. haqqında məlumat vermək imkanı nəzərdə tutulur. Predikativliyin yaranması üçün sözlər qrammatik qayda-qanunla uyğun düzülüşündən qrammatik qayda- qanunlara uyğun əlaqələnməsindən çox şey asılıdır.
Araşdırmamızdan belə nəticəyə gəldik ki, dilin sintaksisində predikativlik çox mühüm yer tutur. Cümləni formalaşdıran əsas amillər-bitmiş fikir ifadə etmək, modallıq, intonasiya və predikativlik dilin əsas kateqoriyalarından olub cümləni ayaqda tutan anlayışlardır ki, bunlardan da ən birincisi elə predikativlikdir. Predikativlik anlayışı qrammatik kateqoriya olub haqqında bəhs edilən hadisənin hər hansı bir zamanda icra olunduğunu bildirən real və qeyr-real hadisələri ifadə etməyə yardımçı olan, buna imkan yaradan qrammatik xüsusiyyətdir.
ƏDƏBİYYAT
1.
Rəcəbli Ə.
Qədim türk
yazısı abidələrinin
dili. II
Bakı: Nurlan
2006.
2.
Veysəlli F. Y. , Kazımov Q. Ş.
Kazımov İ.K.
B., Məmmədov A. Y. Azərbaycan dilinin funksional qrammatikası: sintaqmatika,
söz birləşməsi və sadə cümlə sintaksisi. III c. Bakı: 2014
3.
Цветков В.Я.
Семантические информационные
единицы как развитие
идей. Л.
Флориди//ЕигореапКезеагсйег, 2012,
Vol. (25),
№ 7, с. 1036-1040
4.
Abdullayev K.M.
Azərbaycan dili
sintaksisinin nəzəri
problemləri/Ali məktəblər
üçün dərs
vəsaiti. Bakı:
Maarif, 1999,
281 s.
5. Стариченок
В.Д. Большой
лингвистический словарь.
Ростов-на-Дону: Феникс,
2008, (811
с.)
6. Adilov
M. İ.,
Verdiyeva Z. N.,
Ağayeva F.
M. İzahlı
dilçilik terminləri.
Bakı: Maarif,
1989.
7. Kazımov
Q. Azərbaycan
dilinin tarixi
sikntaksisi. Bakı:
Elm. 2019.
8.
Abbasova E.Azərbaycan və ingilis dillərində predikativlik və modallıq (Azərbaycan və ingilis dillərinin materialları əsasında). Fil. üzrə fəl. dok. elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı: 2011
9. Abdullayeva
G. Kül
tiqin abidəsi.
Bakı: Azərnəşr,
2007. 212
s.
10.
Севортян Э. В. О некоторых вопросах
структуры предложения в тюркских
языках. В. Кн. «Исследования по сравнительной грамматике тюркских языков.
Синтаксис» М. 1961,
т.3.
11. Mahmudova
Q. Türk
dillərinin frazeologiyası.
II c.
Bakı: Nurlan.
2009.
12. Seyidov
Y. Əsərləri.
I. Bakı:
2006.
13. Сухотин
В. П. Проблема
словосочетания в современном русском языке, «Вопросы ситаксиса современного
русского языка»
14. Xəlilov
B. Müasir
Azərbaycan dili.
Sikntaksis. Bakı:
Adiloğlu, 2017.
Xülasə:
Məqalədə xüsusi bir dil kateqoriyası olan predikativlikdən və onun ifadə vasitələrindən bəhs olunur. Fikrin forlaşmasında önəmli yeri olan predikatikvlik əsasən feil şəkilləri və şəxs sonluqları ilə reallaşır. Cümlədəki predikativ münasibət cüttərkibli cümlədə xəbərlə mübtəda arasında, təkrətkibli cümlələrdə isə baş üzvlə ifadə edilir. Cümlənin ikinci əlaməti sayılan predikativlik leksik vahidlərin birləşərək varlıq haqqında məlumat verməsi ilə təzahür edir.
Dilçilikdə söz birləşmələrində predikativliyin olub olmaması haqqında müxtəlif fikri və nəzəriyyələr mövcuddur. Bəzi dilçilər söz birləşmələrində predikativliyin olmasını qəbul edir, bəziləri isə bunun əleyhinə gedirlər. Məqalədəbu müxtəlif fikirlərə aydınlıq gətirməyə çalışacağıq.
Açar sözlər: predikativlik, cümlə, qrammatika, ifadə, vasitə, xəbərlik
Predictability concept in language and its grammatical means of expression Summary:
The article deals with the predictability of a particular language category and its means of expression. Predict-
ability, which is an important part of the idea, is mainly based on verbal images and person endings. Predictive atti- tude in double-sided sentence is expressed between the predicate and subjects, but repetitive sentences are expressed by the chief member. Predictability as the second sign of the sentence, combination of lexical units to give infor- mation about the creature's appearance.
İn the linguistic word combinations there are many different opinions and theories about whether predictabil- ity. Some linguists believe that the word is a combination predictability, while others are against it. We will try to clar- ify these different ideas in the article.
Key words: predictability, sentence, grammar, expression, tool, news
Предикативность в лингвистике и его средства выражения Резюме
Предикативность в статье рассматривается как особая категория языка и средства её выражения. Предикативность, являющаяся важнейшим компонентом при формировании мышления главным образом реализуется за счёт категории наклонения и личных окончаний. Предикативное отнощение в двусоставном предложении выражается между подлежающим и сказуемым, а односоставном предложении выражается главным членом. Предикативность, являющаяся вторым признаком предложения появляется информацией о существе путем объединения лексических единиц.
В лингвистике существует разные идеи и теории о существовании предикативности в словосочета- ниях. Некоторые лингвисты принимают наличие предикативности в словосочетаниях, в то время как другие идут против этого. Мы постараемся прояснить эти разные идеи в статье.
Kлючевые
слова: предикативность, предложение, грамматика,
выражения, средства, сказуе-
мость
Rəyçi: dos.L.Ələkbərova