Almara Eyubova Əflatun41

NİTQİN YARANMA MƏNİMSƏNİLMƏ MEXANİZMİ

Giriş. Psixologiyanın əsas sahəsi kimi təfəkkür, idrak, ünsiyyət, emosiya, fəaliyyət, münasibət, təxəyyül, yaradıcılıq, yaddaş s. problemlər geniş öyrənilir. Bütün bu sadalanan problemlər nitqlə, onun yaranması dərki ilə sıx bağlıdır.

Psixoloji dilçiliyin yaranması yuxarıda qeyd etdiyimiz problemlərlə bağlı yeni tədqiqatlar meydana gətirdi. Nəticə etibarilə, insan necə danışır, informasiya yaddaşda necə saxlanılır, başqasına necə verilir kimi problemlərin formalaşması onların tədqiqi psixolinqvistika elminin meydana gəlməsinə təkan verdi.

Psixolinqvistika psixologiya linqvistikanın qovşağında yaranmış yeni bir elm sahəsi olub nitq fəaliyyətini öyrənir. Linqvistika nitqin təşkilini dil qaydalarına uyğun şəkildə öyrənirsə, psixolinqvistika nitqin yaranması, qavranılması necə dərk olunması prosesinə nəzarət edir. Psixolinqvistika nitqi ilk növbədə bir psixoloji fenomen kimi öyrənir. Bir elm sahəsi kimi psixolinqvistika 20-ci əsrin 50-ci illərində Amerikada yaranmışdır. 1950-ci illərdə Amerikada artıq yaranmaqda olan yeni istiqaməti xarakterizə etmək üçün psixolinqvistika terminindən istifadə olunurdu. Psixoloji istiqamətdə yaranan psixolinqvistika nitq fəaliyyətinin proses mexanizmlərini, yəni nitq söyləmlərinin yaranması başa düşülməsini yaxud qavranılmasını dil sistemi ilə əlaqəli şəkildə öyrənməyi qarşısına bir məqsəd qoymuşdur. Bu sahə insanın nitq fəaliyyəti əsasında dili dinamik, fəaliyyətdə olan, işlək sistem kimi şərh edir.

1.              Ferdinand de Sössür dilin psixologiyası məsələləri

Dilçiliklə psixologiya elminin qovşağında formalaşan psixolinqvistikanın meydana gəlməsinin nəticəsi kimi bir sıra vacib məsələlər ön plana çəkildi və həmin problemlərə baxış bucağı dəyişdi. Bu həmin problemlər idi ki, uzun müddət psixologiya ilə dilçilik arasında özünü göstərir həllini axtarırdı. Belə məsələlərdən biri nitq fəaliyyəti problemi idi. Dilçilikdə nitq fəaliyyəti məsələsi psixolinqvistika elmi meydana gələnə qədər öyrənilmişdir. Həmin problemin linqvistik həllinə F. de Sössürün nəzəri ümumiləşdirmələri aid idi. O, nitq fəaliyyətinin tərkibindən dili ayırır ona işarələr sistemi kimi baxır. Belə fərqləndirmənin əsas səbəbi dilin işarələr sistemi kimi götürülməsi idi. Məlumdur ki, Sössürə qədərki dilçilərin bir çoxu dilə məntiqi, psixoloji, fizioloji digər mövqedən yanaşmış bunun əsasında da dilçiliyi düzgün əsaslandırmamışlar. A. Qurbanovun qeyd etdiyi kimi, Sössür dili ictimai hadisə kimi qəbul edir deyirdi: “Dilçiliyin yeganə əsl obyekti dildir...” [1, s. 115].

F. de Sössürün mülahizələri içərisində dilin işarəviliyi probleminə xüsusi əhəmiyyət verilmişdir. O, dilin işarələrdən ibarət olması haqqında bəhs edərkən deyirdi: “Dil işarələrdən ibarətdir”. Sössürə görə dil sistemlə xarakterizə edilən hadisədir. O, dilin mürəkkəb sistemə malik olduğunu göstərmiş onun sistem kimi öyrənilməsini zəruri hesab etmişdir. Sössürün dilçilik konsepsiyasında dil və nitqin münasibəti münasibəti problemi də irəli sürülmüşdür. O, dillə nitq arasında mühüm fərqlər olduğunu qeyd edirdi. Sössürə görə nitq fərdidir, dil isə kollektivə məxsusdur. Dil bütünlükdə həmin dildə danışanların nitqlərinin məcmusudur. Onun fikrincə, nitq və dil nitq fəaliyyətinin iki komponentidir. Belə ki, bunlar bir-biri ilə möhkəm vəhdət yaradır və biri digəri üçün vacibdir, zəruridir. Onun nəzəriyyəsində dil öz-özlüyündə dilçiliyin predmeti kimi təzahür edir. Qalan elementləri isə o, nitqə aid edir.

F. de Sössürün dil nitq problemləri üzrə verdiyi aydınlıq ondan ondan ibarət oldu ki, dil abstrakt sistem, nitq isə konkretdir, danışma prosesi kimi qəbul edilir. Görkəmli dilçi qeyd edirdi ki, dilçinin borcu nitqdən dilə daxil olmaq, dilin sistemini öyrənməkdir. Həmin sistemin qədər dərinliyinə girmək mümkün olsa, nitq fəaliyyətini bir o qədər ətraflı təsəvvür etmək olar. Bu mənada, nitq fəaliyyətinin tədqiqat aspektləri linqvistik psixolinqvistik deyə iki yerə ayrıla bilər. Nitq fəaliyyətinə yeni baxış-psixolinqvistik münasibət linqvistik nöqteyi-nəzərdən məsələyə yanaşma səciyyəsinə tədqiqat metoduna görə fərqlənir. Həmin fərqləri aşağıdakı kimi ümumiləşdirmək olar:

1.                                      İnsan faktoru. Psixolinqvist bu faktoru aktiv şəkildə tədqiqata cəlb edir. Məsələyə belə baxış təkcə nitqin deyil, həm dilin mühüm məsələlərinə aydınlıq gətirir. Burada abstrakt insandan deyil, real yaddaşa, məqsədlər sisteminə, sosial xidmətə malik insandan söhbət gedir. Bu mənada psixolinqvistik tədqiqatlar qeyri-linqvistik araşdırmalardan fərqlənir insan amili ön plana çəkilir.

2.                                      Situasiya. İnsan müəyyən situasiyalarda ya danışır, ya dinləyir. Buna görə də, klassik struktur dilçilikdə situasiya nitqə aid edilirdi. Dilə isə dəyişməyən sistem kimi yox, situasiyadan asılı olmayan mövcudluq kimi baxırdılar göstərirdilər ki, situasiya həm nitqdən, həm dildən, eləcə insan faktorundan yaranır.

3.                                      Eksperiment. Nəzəri dilçilikdə sistem quruluşunu öyrənmək üçün onun eksperimental öyrənilməsinə skeptikcəsinə yanaşırlar. Eksperimentlər norma barədə əldə olan məlumatlara müvafiqdir və mövcud bilikləri zənginləşdirir. Eksperimentlər elə nəticələr verə bilər ki, dilçi dil modeli barədə olan biliyini dəqiqləşdirə bilər. Bununla belə psixolinqvistikada eksperiment daha mühüm təcrübi bazadır. Bunun əsasında da nitq fəaliyyətinin modelini daha etibarlı və əsaslı şəkildə qurmaq olar. Deməli, insan, situasiya və eksperiment faktorları psixolinqvistikada ön plana çıxır nitq fəaliyyətinə bu prizmadan baxılır.

2. Nitq fəaliyyəti nəzəriyyəsi A.A.Leontyev

Nitq fəaliyyəti nədir? Bütövlükdə götürdükdə, nitq fəaliyyəti insanların bir-birini başa düşməsidir. İnsanların qarşılıqlı ünsiyyəti gündəlik nitq fəaliyyətinin nəticəsidir o təkrarlanandır. Hər gün insanlar bir-birinə nəsə deyir, fikir mübadiləsi aparır. Bu təkrarlanma faktoru üç cəhətə malikdir.


41 *magistratura, Bakı Avrasiya Universiteti gmail: almara.eyyubova@gmail.com


 

1.                                         qarşılıqlı anlaşma həmsöhbətlər arasında dialoq formasında ola bilər;

2.                                      dialoqun nəticəsi həmsöhbətlərin praktik fəaliyyətinə keçir;

3.                                      dialoq: danışma, şəxsi nitqin yaranması həmsöhbət tərəfindən başa düşülməsi kimi üç fazanı əhatə edir [5, s. 16].

Nitq fəaliyyəti mürəkkəb prosesdir, onu yalnız tərkib hissələrinə bölməklə öyrənmək olar. Bu fəaliyyətin ilkin şərti həmsöhbətlərin olmasıdır. Lakin öz-özlüyündə həmsöhbətlər nitq fəaliyyətini tam şərtləndirmir. Buraya situasiyanı da əlavə etmək lazımdır. Həmsöhbətlər situasiya nitq fəaliyyətini struktur baxımından tamamlayır.

A.A.Leontyev öz psixolinqvistik tədqiqatlarını əvvəldən axıradək Ç.Osqud və N.Xomskinin tənqidi ilə başlayıb, onunla da bitirir [2, s.18].

A.A.Leontyev Amerika dilçiliyində olduğu kimi psixolinqvistikanın tədqiqat obyektini predmetini problemlər qrupu üzrə müəyyənləşdirərək 5 əsas istiqaməti qeyd edir [7, s. 90-97].

1.                                      Nitq fəaliyyətinin təbiəti onun öyrənilmə üsulları.

Bu istiqamət üzrə aparılan tədqiqatları A.A.Leontyev 3 qrupa bölür. O göstərir ki, birinci qrupa daxil edilən tədqiqatçılar müxtəlif işarələrin fəaliyyətini bəzi ümumi özəlliklərə malik işarələr sisteminin reallaşması kimi qəbul edir.

İkinci qrupa daxil edilən tədqiqatçılar semiotikadan götürülmüş işarə anlayışını psixoloji baxımdan şərh etməyə çalışırlar. Onlar fəaliyyətin strukturunu araşdırmır, yalnız mövcud işarələr sistemindən çıxış edirlər.

Üçüncü qrupa daxil edilən tədqiqatçılar işarələr sisteminin yaranmasını fəaliyyət prosesində nəzərdən keçirirlər. A.A.Leontyev özünü bu qrupa daxil edir [daha ətraflı bax 2, s. 60-67]. Bu qrupa daxil edilən tədqiqatçıların nitq fəaliyyətinin yaranması və reallaşması probleminə həsr olunmuş əsərlərində problemin həm fəlsəfi, həm psixoloji, həm linqvistik aspektdən işıqlandırıldığını göstərir.

2.                                      Nitq fəaliyyətinin ierarxik quruluşu. Nitq mexanizmi nitqin anlaşılması. Daxili nitq.

Bu istiqamət üzrə A.A.Leontyev N.İ.Jinkinin, S.D.Kasnelsonun, A.R.Luriya və L.S.Svetkovanın, L.Vıqodskinin, N.A.Brenşteynin bəzi əsərlərinin əhəmiyyətini xüsusilə qeyd edir.

3.                                      Davamlılığın psixolinqvistikası.

“Burada əsasən vahidlərə və paradiqmatikaya əsaslanan işlər yox, sintaqmatikaya əsaslanan işlər nəzərdən keçirilir” [4, s. 14].

4.                                      Semantikanın psixolinqvistik problemləri.

Bu istiqamət üzrə əsasən L.Vıqotskinin fəaliyyəti qeyd olunur. Belə ki, L.Vıqotski tərəfindən mənanın təkamül strukturunun ardıcıl pillələri tədqiq olunmuş, istənilən dilin lüğət tərkibinin psixolinqvistik baxımdan eynicinsli olmadığı göstərilmişdir. Sözün semantikasının nitq fəaliyyətinin psixolinqvistik cəhətdən kompleks tədqiqi üçün əhəmiyyət kəsb edən bəzi xüsusiyyətləri müəyyən olunmuşdur [2, s. 67 ].

5.                  Psixolinqvistik xüsusiyyətlərin qeyri-dil şərtləri.

Göründüyü kimi, psixolinqvistikanın tədqiqat obyekti və predmeti ilə bağlı A.A.Leontyev tərəfindən müəyyənləşdirilən problemlər qrupu həm say, həm ad baxımından Ç.Osqudun bölgüsü ilə eyniyyət təşkil edir. Bəzi hallarda A.A.Leontyev Ç.Osqudun problemlərə yanaşma şəkli onların həlli yolları da mahiyyət baxımın- dan fərqlənmir. Bununla belə, A.A.Leontyev onun tərəfdarları öz sələflərinin mövqeyini ağız dolusu tənqid etmək “Nitq fəaliyyəti nəzəriyyəsini” yeni psixolinqvistik məktəb kimi təbliğ edə bilmək üçün ikinci üçüncü dərəcəli səbəblər tapa bilirlər [4, s. 14-15].

İstər behaviorizmi, istərsə də neobehaviorizmi nə qədər tənqid etsələr də, “Nitq fəaliyyəti nəzəriyyəsini” tərəfdarları bir gerçəyi etiraf etməlidirlər ki, az qala ideallaşdırdıqları bu nəzəriyyə məhz behaviorizm və neobehaviorizmi bazasında, ondan bəhrələnməklə, məhz tənqid bəzən təhqir etdikləri bu nəzəriyyələrin məntiqi şəkildə davam inkişaf etdirilməsi nəticəsində formalaşmışdır [2, s. 67].

A.A.Leontyev belə iddia edirdi ki, indiyə qədər mövcud olan nəzəriyyələr modellərin psixolinqvistik semantikasını şərh etməyə qadir deyil: “Belə düşünməyə əsas var ki, başqa bir psixoloji əsasa, yəni mənanın əhəmiyyətli rola malik olduğu nəzəriyyəyə söykənən metodla aparılan eksperimental-semantik analiz daha ardıcıl daha detallı şəkildə işlənmiş psixolinqvistik modelin yaranmasına gətirib çıxaracaqdır” [8, s. 38]. Təklif olunan modelin başlıca xüsusiyyətləri A.A.Leontyev tərəfindən 5 əsas metodoloji prinsipə uyğun şəkildə şərh edilir [2, s. 71].

3. “Nitq fəaliyyəti nəzəriyyəsinin”nin əsasları

Üçüncü psixolinqvistika nəsli ya məktəbi adlandırılan “Nitq fəaliyyəti nəzəriyyəsi”nin əvvəlki məktəblərdən bir sıra cəhətləri ilə fərqləndiyi iddia olunur A.A.Leontyev həmin fərqlərin aşağıdakılardan ibarət olduğunu göstərir:

1)           Sovet psixolinqvistlərinin tədqiqatlarının predmeti nitq yaradıcılığı prosesinin və ya nitqin mənimsənilməsi prosesinin materialı mahiyyəti daşıyan ayrıca cümlə, söyləm, yaxud mətn yox, bütünlükdə bu proseslərin özüdür. Təbii ki, tədqiqatın metodu da, ymüəyyənləşdirilən vahidlər də fərqlidir. L.Vıqotski qeyd edir: “psixolinqvist “elementlərin analizi” ilə deyil, “vahidlərin analizi” ilə məşğul olur. Vahid deyərkən psixoloji fəaliyyət nəzərdə tutulur” [9, s. 332].“Bütöv ayrı-ayrı təkcələrin toplanmasından ya birləşməsindən deyil, kiçik fəaliyyətlərin daha mürəkkəb fəaliyyətlərin daxilində onların da öz növbəsində daha qlobal fəaliyyətlərin tərkibində dinamik şəkildə cərəyanından yaranır” [8].

A.A.Leontyevin birinci fərq kimi göstərdiyi bu mülahizənin mahiyyəti ondan ibarətdir ki, “...nitq yaradıcılığı prosesinin predmeti cümlə, söyləm, yaxud mətn yox, bu prosesin özü, vahidi psixoloji fəaliyyətdir, metodologiyası isə


 

nitq yaratma əməliyyatı statusuna malikdir” [2, s. 73].

2)         “Sovet psixologiyasında bütün fəaliyyətlər motivləşmiş məqsədyönlüdür. Bunun nitqə şamil olunmasını belə başa düşmək lazımdır ki, qeyri-dil mahiyyəti daşıyan müəyyən tapşırıq vardır və dil vasitələrinin köməyi ilə reallaşan nitq fəaliyyəti məhz həmin tapşırığın həlli məqsədi ilə həyata keçirilir. Söyləm mətn ilk növbədə belə bir tapşırığın həllinə xidmət edən prosesdir yalnız bundan sonra həmin tapşırığın həllinin nəticəsi ya məhsuludur” [8].

3)             “Bizim üçün prosesin hansı vahidlərdən yarandığını müəyyənləşdirmək daha vacibdir, nəinki onun məhsulunun hansı elementlərə parçalandığının mümkünlüyü. Dilin real sistemi dil vahidlarinin saxlandığı anbarın daxilən planlaşdırılması yox, bu vahidlərin mövcudluğunu şərtləndirən fəaliyyət prosesində onların işlək vəziyyətdə təşkili qarşılıqlı əlaqəsidir...” [2, s. 74].

Dilin psixoloji problemləri ilə məşğul olan psixolinqvistika ya Azərbaycan dilində desək, psixoloji dilçilik elminin üçüncü nəsli hesab edilən “Nitq fəaliyyəti nəzəriyyəsi”nin yaradılması yolunda bir çox tədqiqat tədqiqatçıların dilçilik elmi, o cümlədən də psixolinqvistika və ya psixoloji dilçilik elmi istiqamətində qazandığı uğurların üstündən xətt çəkməyə cəhd göstərilsə də, əsl elmi həqiqətləri danmağın mümkün olmadığını görürük.

“Nitq fəaliyyəti nəzəriyyəsi”nin digər psixolinqvistik nəzəriyyələrdən fərqini və üstünlüyünü göstərməyə çalışan A.A.Leontyev, onun bir çox tərəfdarları davamçıları digər psixolinqvistik nəzəriyyələrdə tənqid etdikləri “səhvləri” özləri də təkrarlamış, bəzi hallarda metodoloji səhvlərə yol vermiş, hətta aid olduqları məktəbin psixolinqvistik məktəb sayılmasını şərtləndirən ən başlıca kriteriyaları pozmaqdan belə çəkinmirdilər [2, s. 75].

“Nitq fəaliyyəti nəzəriyyəsi”nin yaradıcı və tərəfdarları psixolinqvistik problemlərə sırf psixoloji mövqedən yanaşanları, o cümlədən də H.Şteyntalı tənqid atəşinə tutsalar da, onların da eyni mövqedə dayandıqları aydın görünür. Hətta bu məktəbin aparıcı qüvvələrindən olan E.F.Tarasovun “Nitq fəaliyyəti nəzəriyyəsi” nitq fəaliyyəti prosesinin analizinə linqvistik mövqedən yox, sırf psixoloji mövqedən yanaşır” [10, s. 97]şəklində açıq etirafından sonra əlavə polemika açmağa ya nəyi isə sübut etməyə ehtiyac qalmır.

“Nitq fəaliyyəti nəzəriyyəsi”nin ontologiya, obyekt və predmeti məsələlərini şərh edən E.F.Tarasov yazır: “Artıq qeyd etdiyimiz kimi, nitq fəaliyyəti nəzəriyyəsinin tədqiqat predmeti dilin yaranması, başa düşülməsi və mənimsənilməsi prosesləridir. Tədqiqatın vahidi psixoloji proses, nitqin analiz kateqoriyası isə psixoloji kateqoriyadır, dilçilik kateqoriyası deyil” [10, s. 97]. Bu səbəbdan də fəaliyyətin hansı dil elementlərindən ibarət olması əksər hallarda ikinci dərəcəli məsələdir [2, s. 76]. Nitq söyləmi-kommunikantın qeyri-dil tapşırığının həllinə xidmət edən prosesdir. Nitq söyləminin funksionallığı, uğurluluğu ekstralinqvistik kriteriyalar əsasında müəyyənləşdirilir.

Nəticə

Hər cür məqsədyönlü fəaliyyət kimi nitq fəaliyyəti məqsəd, şərait vasitələrdən asılı olduğuna görə həmişə eyni şərt, sxem əsasında baş verə bilməz. Öz təbiəti etibarilə o, evristikdir. Həqiqətən də, linqvistika psixologiya elmlərinin kəsişmə nöqtəsində yaranan ayrı-ayrı fikir, mülahizə və istiqamətlərdən, onların şərhlərindən, psixolinqvistik məktəb istiqamətlərlə bağlı verilən xülasələrdən göründüyü kimi, yaradıldığı gündən etibarən ilkin məqsədi dilin psixoloji problemlərini ya dil ilə bağlı psixoloji problemləri öyrənmək olan psixolinqvistika inkişafının bəzi mərhələlərində qeyd edilən problemlərin həllinə maksimum dərəcədə yaxınlaşmışdır. Lakin bəzi mərhələlərdə isə kifayət qədər uzaqlaşmışdır. Hətta ilk baxışdan bu və ya digər konkret nitq, mətn və söyləmin şərhinə həsr olunan psixolinqvistik tədqiqat əsərlərində belə, əksərən sırf psixoloji problemlərin həlli məsələləri nəzərdən keçirilmiş, linqvistik məsələ problemlərin qoyuluşuna belə ehtiyac duyulmamışdır.

Nitq fəaliyyəti nəzəriyyəsi” adlandırılan və yaradıcısının A.A.Leontyev olduğu qəbul edilən üçüncü psixolinqvistik istiqamətin ya məktəbin istinad etdiyi psixoloji əsaslar L.Vıqotski A.R.Luriyanın irəli sürdüyü “fəaliyyət nəzəriyyəsi”dir.

Ədəbiyyat

1.                 Axundov A. Ümumi dilçilik. Bakı, “Şərq Qərb”, 2006, 280 s.

2.                 Əsgərov M.B. Linqvopsixologiya ya dilin psixologiyası. Bakı, “Elm Təhsil”, 2011, 305 s.

3.                 Əsgərov M.B. Dil dərketmədə qarşılıqlı əksolunmalar. Elmi axtarışlar, AMEA Folklor İnstitunun elmi toplusu, 15-ci buraxılış, Bakı, “Səda”, 2006, 111- 115 s.

4.                 Əsgərov M.B. A.A.Leontyevin “Nitq fəaliyyəti nəzəriyyəsi”. AMEA Dilçilik İnstitunun elmi toplusu. Dilçilik məsələləri 3(4). Bakı, 2005.

5.                 Hüseynov Ş., Muradov C., Şirinov F. Psixolinqvistika. Bakı, 2004, 211 s.

6.                 Qurbanov A. Ümumi dilçilik. I cild. Bakı, “Nurlan”, 2004, 748 s.

7.                 Леонтьев А.А. Психолингвистика. Москва, “Наука”, 1967, 118 с.

8.                 Леонтьев А.А. Эвристической принцип в восприятии, порождении и усвоении речи//Вопросы психологии 1974, №5, с. 34-75.

9.                 Выготский Л.С. Психология. Москва, “изд. Апрель Пресс, ЭКСМОПРЕСС”, 2000, 1008 с.

10.       Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва “Наука”, 1987, 300 с.

Açar sözlər:psixolinqvistika, dil, nitq, fəaliyyət, nəzəriyyə.

Ключевые слова: психолингвистика, язык, речь, действие, теория.

Key words: psycholinguistics, language, speech, activity, theory.

Xülasə

“Nitq fəaliyyəti nəzəriyyəsi” baxımından nitqin yaranma mənimsənilmə mexanizmi

Bu məqalədə “Nitq fəaliyyəti nəzəriyyəsi” baxımından nitqin yaranma mənimsənilmə mexanizmi haqqında danışılıb.


 

Psixolinqvistikanın bir elm sahəsi kimi yarandığı tarixə qədər dilin nitqin yaranma mexanizmləri nəzərdən keçirilmişdir.

Psixolinqvistika bir elm sahəsi kimi yarandıqdan sonra behaviorizm neobehaviorizmə paralel olaraq Rusiyada “Nitq fəaliyyəti nəzəriyyəsi bazasında nitqin yaranma mənimsənilmə mexanizmini fərqli şəkildə şərh etməyə cəhd göstərilmişdir. Bu nəzəriyyənin psixoloji əsasını L.S.Vqodskinin psixoloji fəaliyyət nəzəriyyəsi təşkil edir.

Резюме

Механизм образования и усвоени

я речи с точки зрения “Теории речевой деятельности”

В этой статье говорится о механизме образования и усвоения речи с точки зрения “Теории речевой деятель- ности”. Здесь показан механизм образования языка и речи, еще до создания психолингвистики как науки.

Психолингвистика, как часть науки, даже, после образования, в России, паралельно бегавиоризму и необега- виоризму, старалась в контрастной форме объяснить механизм создания и усвоения речи на базе теории ре- чевой деятельности. Психологическую основу этой теории составляет психологическая теория деятельности Л. С. Вгодского.

Summary

The formation and appropriation mechanism of speech in terms of “Speech activity theory”

This article is about the formation and appropriation mechanism of speech in terms of “Speech activity theory”.

The formation mechanisms of language and speech were viewed till the date when psycholinguistics formed as range of a science, as well. The different interpretation of the formation and appropriation mechanism of speech in the base of “Speech activity theory” was attempted in Russia, parallel to behaviorism and neobehaviorism after psychological activity theory of L. S. Vygotsky.

Dos. S.Abbasova