Əmirova İlkanə Rabil qızı

AZƏRBAYCAN BƏDİİ MƏTNLƏRİNDƏ“MESƏ” KONSEPTİNİN RİTORİK ASPEKTİ

Koqnitiv dilçilik müasir dilçilik məktəbidir, onun meydana gəlməsi keçən əsrin 70-ci illərinə təsadüf edir. Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, koqnitiv dilçilik ABŞ-da mövcud olan, stimul-reaksiya prinsipinə əsaslanan bihovorizm metodologiyaya cavab olaraq yaranmışdır. XX əsrin 70-ci illərində süni intellekt neyrobiologiyanın inkişafı koqnitiv dilçiliyin inkişafında mühüm rol oynamışdır. Amerika dilçiləri içərisində bütün dil vahidlərinin semantik strukturunun koqnitiv istiqamətdə öyrənilməsi cəhdi həm də Avropada yeni dilçilik məktəbini meydana gətirdi.Dilin şüura münasibəti kontekstində aparılan tədqiqatlar dil strukturlarının daxili xüsusiyyətlərinə müraciət edərək onu modelləşdirmək təşəbbüsünə gəlib çıxırlar. Sonradan dilçilər bu məsələyə baxış bucağını dəyişirlər:dil strukturuna metadil faktorların təsirini öyrənmək, onun koqnitiv prinsip mexanizmini müəyyənləşdirmək cəhdləri ilə çıxış etdilər. Bu dövrdə yaranan postulatlardan biri bu prinsiplə çıxış edirdi ki, semantika dil üçün elə bir mühüm şərtdir ki, dil öyrənilməyə ondan başlanılmalıdır. Bu dövrdə Ç.Filmor, C.Lakof, R.Lanqaker başqaları tərəfindən artıq koqnitiv dilçiliyin nəzəriyyəsi yaradılmışdı. R.Lanqaker məkan nəzəriyyəsini, L.Talmi nin təsəvvür olunanların linqvistik sistemi, J.Fokonye isə konseptual kontominasiyanı, C.Lakof isə metafora və metonimiyaları tədqiq edib öyrənmişdilər (3:92-95). Beləliklə, koqnitiv dilçiliyin əsas prinsipləri öyrənilməyə başlanılır. Məsələn: J.Fakonye L.Talmi öz nəzəriyyələrində koqnitiv semantikadan mental məkan nəzəriyyəsindən çıxış edirlər. Onlar qeyd edirdi ki, biz düşünəndə və danışanda mental məkandan çıxış edirik. Mental məkan müəyyən dövrü əhatə edir və zaman keçdikcə müəyyən dəyişikliklərə uğraya bilir. Metafora və metonimiyaların mexanizmi konseptual inteqrasiyadan ibarətir koqnitiv əməliyyatın əsasında dayanır.C.Lakof M. Conson isə metafora metonimiyaların konseptual əsasını işləmişlər. Onların fikrincə,metafora metonimiya təkcə üslubi faktor deyil,o, idrak mexanizminə malikdir. Ç.Filmor onun həmfikirləri konstruktiv qrammatikanı işləyib hazırladılar. Bu konsepsiyada frazeoloji vahidlərin koqnitiv mahiyyətini açıb göstərdilər. V.Evans koqnitiv dilçilik üzrə görkəmli mütəxəsissdir. O. semantik prinsipi əsas götürür. Onun nəzəriyyəsinin əsasında iki prinsip dayanır: leksik konseptlər arasında böyük fərqlər var; məna. Beləliklə onun nəzəriyyəsində məna dilin funksiyası kimi deyil,dildən istifadənin nəticəsi kimi təqdim olunur.Leksik konseptin inteqrasiyasında mühüm məqam-inteqrasiya mexanizmi onun yaradıcılığında xüsusi olaraq diqqət mərkəzində durur(1,252).

Koqnitiv dilçiliyin meydana gəlməsində digər mühüm şərtlər vardır ki, onları V.A. Maslova aşağıdakı şəkildə təqdim edir:

1.  Linqvistik tipologiya vəetnolinqvistika dilin universal tərəflərini müəyyənləşdirməyə tutarlı faktlar verdi; 2.Neyrolinqvistikanın inkişafıinsan şüurunun mental xüsusiyyətlərini meydana çıxartdı;

3.Psixolinqvistika koqnitiv dilçiliyin inkişafına geniş perspektivlər açdı; 4.Kulturologiyanın nailiyyətləri yeni elmi faktlar verdi;

5.Sözün mənası haqqında tarixi-müqayisəli metod çoxlu biliklər hazırladıvə s.(2).

Yuxarıda qeyd etdiyimiz kimi koqnitiv dilçiliyin əsas mənbələrindən biri linqvistik semantikadır. Bir çox dilçilər koqnitiv linqvistikanı lap dərin semantika kimi müəyyənləşdirir ona semantik ideyanın təbii inkişafının nəticəsi kimi baxırlar.Onlar dil semantikasının arxasında insan tərəfindən dünyanı dərk etməyin ümumi anlayış kateqoriyasını görürdülər. Bu kontekstdə “meşə”konseptinin ritorik xüsusiyyətlərini nəzərdən keçirək.

Mətn qurularkən dil vahidləri təyinatına görə konkretləşir, bəziləri semantik cəhətdən yenidən işlənilir (kontekstə uyğun olaraq), yəni yeni semlər meydana gəlir.Mətn praqmatikası ilə bağlı olan bu hadisə dil mexanizminin tərkib hissələrindən biri kimi təzahür edir. Zaman məkanla , eləcə məxsus olduğu xalqın etnokulturoloji əlamətləri ilə səciyyələnən dil hadisələrinin öyrənilməsinin bir neçə aspekti vardır. Onlardan biri də ritorik yanaşmadır.Ritorik yanaşma nitqin gözəl qurulmasına, onun bədii estetik təsir gücünün artrılmasına əsaslanır. Bu xüsusda məcazlar mühüm rol oynayır. Məcazlaşma leksik vahidlərin semantik strukturuna təsir edə bilən hadisədir. O, semasiologiyada, üslubiyyatda və ritorikada hərtərəfli şəkildə öyrənilir,lakin həmin problemə ritorik yanaşma öz səciyyəvi xüsusiy- yətləri ilə fərqlənir.

Müasir poeziyamız zəngin dilə malikdir; dilimizin estetik təsir gücü, onun təravəti bədii əsərlərimizdə cox canlı şəkildə təzahür edir.Ona bu keyfiyyətləri verən faktorlardan biri məcazlar sistemidir.Bildiyimiz kimi, məcazlar ri- torika kitablarında fərqli şəkildə təsnif olunur.Biz həmin elmi mənbələrdən çıxış edərək məcazlar adı altında bunları nəzərdə tutacağıq:Metafora,metonimiya, hiperbola, meyozis ironiya. Onların bəzi məqamlarını nəzərdən keçirək:

I.  “Meşə” qarışıq metafora kontekstində:

1.  Bir gün də ütsələr meşəni, yolub, Yıxıb sürüsələr dağları, susum. İçib məst olmasam, baxıb məst oluın,

Desələr bulağa şərabdır bu su. ( “Mənə biganəlik öyrət, ürəyim”M.Araz, Seç.əsərl. II cild. Bakı, Lider Nəşriyyatı 2004).

Meşəni ütmək” metaforadır, lakin onun məzmununda şişirdilmə var, bu, onu qırıb qurtarmaq, talamaq, hətta “ütüb” axırına çıxmaq məzmununu ifadə edir. Təbii ki, hiperbolik məzmun bu kontekstdə xüsusi önəm daşıyır şeirin semantikasında mühüm rola malik olur.Bəzən sırf metaforik məzmuna malik olur:

2.  “Meşə” saf metafora kontekstində:


 

Taleyin açdığı qapılar ilə, O ki, uğurların girib-çıxırdı,

Arxın durulurdu, suyun axırdı, Onda ki, o arxdan şəklin baxırdı; İlk yazda torpağın qımıldananda Bənövşə diliylə, Meşə diliylə

O hansı mahnıydı sən oxuyurdun, ay qoca vələs?! (“O hansı mahnıydı” M.Yaqub, Payıza baxıram. Bakı Araz 2010).

Verilmiş misaldameşə dili”nominativ metaforalara aiddir; burada mənanın şişirdilməsi, kiçildilməsi nəzərdə tutulur; hadisənin, obyektin adlandırılması ön plana çəkilir.

Qeyi-nominativ metaforalar digər metafora növləri kimi əlamət köçürülməsinə əsaslanır çox obrazlı ifadənin yaranmasına şərait yaradır.

“Neçə il bundan əvvəl Zoya ilə burda görüşmüşdü... Əlini cavan nar ağacının yarpaqlı budaqlarına toxundurdu. Elektrik işığında dayanıb, çopur kişini dinləyən uşaq gəlib Gəldiyevin qabağında bitdi. Nar ağacını göstərib, isə demək istədi, ağac isə susurdu, meşə də, otlar, çiçəklər, sular, küləklər, ulduzlu səma da susurdu. Hamı, hər şey uşağın boyuna tamaşa edir, sözünü eşitmək istəyirdi. Uşaq da susurdu...” (Mir Cəlal seçilmiş əsərləri. Bakı “Şərq- Qərb” 2005 ). Susmaq insana aid əlamətdir,onun meşənin üzərinə köçürülməsi metaforik hadisədir meşə sakitliyinin in- sana aid əlamətlə verilməsi obrazlılığı təmin edir. Bütün bu maraqlı xüsusiyyətləri nəzərə alaraq “meşə” konseptinin məcazlar aləmindəki spesifik xüsusiyyətlərini nəzərdən keçirək.

“Meşə”nin metaforik assosiasiyaları. Müasir ədəbiyyatımızda”meşə”yaşıllıq və bulaqlı məkan, rahatlıq,dinclik, səfalı yer kimi assosiasiya olunur:

1.  Meşə-duman”:

Toxumuharaməlhövkələyəndə Səpinçidöşlüyüdənisaxlamır. Meşə dincliyinə balta dəyəndə

Meşələr dumanı, çəni saxlamır( “Daha inanmıram”. M.Araz. seç.əsərl. II cild. Bakı, Lider Nəşriyyatı 2004). ya:

2.  Meşə-səs” :

Birdən əl çalmağa şirpayı - şillə! Meymunlar meymunluq eləsə, - azdı. Birdən bu çəpiyəş irnikləşirlər...

Bir meşə qoşula bu səsə - azdı. Yaxşıya yamanlıq öyrətmə, bala!

Öyrətmə, meymunu, öyrətmə, bala!(“Meymuna əl çalmaq öyrədən uşaq” M.Araz. seç.əsərl. II cild. Bakı, Lider Nəşriyyatı 2004).

Saxlamaq çoxmənalı sözdür, əksərən insanla bağlı mənaları ifadə edir.”Meşələr dumanı, çəni saxlamır”ifadəsi insana aid əlamətin meşənin üzərinə köçürülməsi ilə formalaşmışdır; obrazlılığı yaradan amil budur.Digər misalda “meşə qoşula bu səsə”da bu əlamət mövcuddur.

3.  “Meşə-sirr”:

Başimin üstundə çətirli mesə, Yuyunmuş , daranmiş , ətirli meşə . O yazda yaşildi , payizda əlyan.

Bir ağac kəhraba , bir ağac mərcan. Bir yarpaq günəşin şöləsində zər. Bir yarpaq buludun gözünü silər.

Dinim , ya dinməyim dinləyim əlbət,

Qoy danişsin təbiət! (Qoy danışım təbiət”. Qabil. Secilmis əsərləri.Bakı Şərq-Qərb 2004). “Çətirli meşə” müəllif metaforasıdır,çətir insana aid predmetdir. Bu kontekstdə meşə canlandırılır. ya:

4.  “Meşə-insan”:

Zümrüd bulaqların şux şəsi getdi, Palıdı qırıldı, meşəsi getdi.

Bütün canlıların nəşəsi getdi,

Dozmurəm bu dağın yıxılmağına(“ Dözmürəm bu dağın yıxılmağına” Z.Yaqub. Seç.əsərl.II cild.Bakı Şərq-Qərb 2006). “Meşə-getmək”; “meşə çətir” assosiasiyası “meşə-insan;meşə predmetkontekstində qurulmuşdur.Bəzən qeyd olunan assosiasiyalar daha abstrakt xarakter alır:

5.  “Meş-səfa”:

Günəşdən gənclik istədim, Dənizdən coşğun həvəs.

Meşədən dinclik istədim,

Küləkdən ilıq nəfəs(“Meşədən dinclik istədim”. N.Rəfibəyli., Ədəbiyyatdan əbədiyyətə. Elmi-filoloji məqalələr toplusu.Bakı YYSQ 2014)..


 

Müasir ədəbiyyatımızda müəllif metaforalarının assosiativ dairəsi çox genişdir. ”Meşə” konsepti ilə bağlı rast gəlinən metaforaların bir qismi atributiv.

Poeziyamızda rast gəlinən metaforaların bir qismi atributiv xarakterlidir:

6.  “Meşə- göy (rəng)”:

Qatarın təkəri

titrədir tər tökən şüşəni.

Pəncərə göstərir

örtük, göy qurşaq meşəni(“İlk səfər”R.Rza.seç.əsərl. Bakı öndər Nəşriyyatı.2005). ya: ya:

7.  “Meşə-sərinlik”:

Turac qurar yuvasını budaqda, Qartal qonar qayasına dünyanın. Meşənin buz sərinliyi bulaqda,

Boya çatmaz boyasına dünyanın(“Dünyanın”H.Arif. Dünya fikir dünyasıdır. Bakı Yazıçı 1992). Verilmiş misallarda“Göy qurşaq meşə”ifadəsində təyin atributiv metaforadan ibarətdir.

8.  Meşə-nəyahətsizlik”:

“Meşə” hiperbolik kontekstdə. Baltam yaman baltadı

Axır ki, yontalandım. Ağac - ağac kəsildim,

Meşə-meşə talandım (“Yorğun duyğular”. M.Yaqub, Payıza baxıram. Bakı Araz 2010).

9.  Meşə- qalınlıq:

Axşamın pərdəsi enir astaca, Günün son şəfəqi enir astaca. Meşə qalınlaşır, cığır daralır

Zirvələr əriyir, göylər qaralır...( “Qoy danışsın təbiət”. M.Araz. Seç.əsərl. II cild. Bakı Lider Nəşriyyatı 2004).

II.     “Meşə” metonimik kontekstdə:

1.“Meşə-buruq” assosiasiyası:

Şan-şöhrətdir anadan neft şəhərində olmaq, O yerdə ömür sürüb, o yerdə yaşa dolmaq. Möhtəşəm şəhərimdə, Bakıda doğulmuşam. Orda iməkləmişəm, orda yaşa dolmuşam.

Canım bu torpaqdadır.Qanım bu torpaqdadır. Alnıaçıq neftçiyəm, mən razıyam peşəmdən.

Ölkələr işıq alır mənim buruq meşəmdən ( “ Bir ulduzam özüm də”.S.Rüstəm. Seç.əsərl. I cild.s. ). Verilmiş misaldaburuq meşəsi” neft buruqlarını nəzərdə tutur, neft sözü metonimik ixtisara məruz qalmış meşə sözü ona artırılmaqla “buruq meşəm” metonimiyası formalaşmışdır.

III.   “Meşə” meyozis kimi:

Dağlara baxıram: gileyli dağlar... Bir meşə yüklənir bir qarışqaya.

( “Bu gecə yuxuda” M.Araz. seç.əsərl. II cild. Bakı, Lider Nəşriyyatı 2004).

Meyozis məna kiçildilməsidir.Onun linqvistik tərəfi onda iştirak edəndil vahidlərinin roluna görədir.Meşənin bir qarışqaya yüklənməsi meyozisdir. Meşəni qırıb qurtaranlara etiraz əlaməti olaraq belə bir meyozisin yaradılması no- vator xarakteri daşıyır, M.Arazın müəllif meyozisidir.

IV.   “Meşə “ironiya kontekstində:

Məzar meşəbəyi ruhuna rəhmət, Bir qəbristan boyu meşəmiz qalıb

- Qalanı tüstüdür, olanı kötük,

Bu kənd - qəbristanı özündən böyük

(“Bu kənd-qəbiristanı özündən böyük”.M.Yaqub. Payıza baxıram. Bakı Araz 2010). Qırılıb qurtarılan meşələrə etiraz olaraq M.Yaqub “Bir qəbristan boyu meşəmiz qalıb”, deyir.

Göründüyü kimi,”meşə”nin folklorda qalan, qorunub saxlanılan izləri ilə müasir anlam arasında qədər yaxınlıq olsa da, spesifik fərqlər vardır; müasir poeziyada günün aktuallığı diqqəti daha çox cəlb edir ki, bu da meşənin qorunub saxlanılmasına yönəlib. Folklorda –nağıllarda isə “meşə” konsept olaraq linqvokulturoloji xüsusiyyətə malik olur

İstifadə olunmuş ədəbiyyatlar:

1.    EvansV.A.Glossary of GoqnitiveLinguistics. Edinburqh.2007.252p. 2.ÌàñëîâàÂ.À.Ââåäåíèåâêîãíèòèâíóþëèíãâèñòèêó

3.  Ïîïîâà Ë.Â.. Ñòàíîâëåíèå è ðàçâèòèåêîãíèòèâíîé ëèíãâèñòèêè çà ðóáåæîì. Âåñòíèê ×åëÿáèíñêîãî Ãîñóäàðñòâåííîãî Óíèâåðñèòåòà.2013.¹35(326) Ôèëîëîãèÿ.Èññêóñòâîâåäåíèå.Âûï.83.û.92-95.

Xülasə

Məqalədə “meşə” konseptinin müasir Azərbaycan ədəbi mətnlərimizdə ritorik aspekti şərh olunmuşdur. Problemin şərhi koqnitiv dilçilik metodunun meydana gəlməsi, onun inkişaf istiqamətləri ilə başlayır.Qeyd olunan konseptin


 

məcazlar kontekstində təhlili, onun assosiasiyaları M.Araz, M.Cəlal,M.Yaqub,S.Rüstəm kimi görkəmli ədəbi xadimlərin əsərlərindən gətirilmiş faktlar əsasında izah olunmuşdur. Məqalədə belə bir məntiqi nəticəyə gəlinir ki, assosiasiyalar onların tapılması insanların əqli sistemi ilə tənzimlənir o, daim inkişaf edir.

Açar sözlər: Konsept, koqnitiv, inkişaf, aspekt, assosiasiya.

Ðåçþìå

 ñòàòüå èçëîæåí ðèòîðè÷åñêèé àñïåêò ñîâðåìåííîãî àçåðáàéäæàíñêîãî ëèòåðàòóðíîãî òåêñòà êîíöåïöèè “ëåñ". Èíòåðïðåòàöèÿ ïðîáëåìû íà÷èíàåòñÿ ñ ôîðìèðîâàíèÿ êîãíèòèâíîãî ìåòîäà ëèíãâèñòèêè, íàïðàâëå- íèé åãî ðàçâèòèÿ. Àíàëèç óêàçàííîãî ïîíÿòèÿ â êîíòåêñòå îáðàçîâ, åãî àññîöèàöèé Ì.Àðàç, Ì.Äæàëàë, Ì.Yaqub, S.Íà îñíîâå ôàêòîâ, ïðèâåäåííûõ ê ïðîèçâåäåíèÿì òàêèõ âûäàþùèõñÿ ëèòåðàòóðíûõ äåÿòåëåé, êàê Ðóñòàì.  ñòàòüå äåëàåòñÿ òàêîé ëîãè÷åñêèé âûâîä, ÷òî àññîöèàöèè è èõ ïîèñê ðåãóëèðóþòñÿ óìñòâåí- íîé ñèñòåìîé ëþäåé, è îíà ïîñòîÿííî ðàçâèâàåòñÿ.

Êëþ÷åâûå ñëîâà: êîíöåïöèÿ, êîãíèòèâíûé, ðàçâèòèå, àñïåêò, àññîöèàöèÿ.

Summary

The article describes the rhetorical aspect of the modern Azerbaijani literary text of the concept “forest". Interpreta- tion of the problem begins with the formation of cognitive method of linguistics, directions of its develop- ment.Analysis of this concept in the context of images, its associations M. Araz, M. Jalal, M. Yaqub, S. On the basis of the facts given to the works of such outstanding literary figures as Rustam. The article makes such a logical conclu- sion that associations and their search are regulated by the mental system of people, and it is constantly developing.

Key words: concept, cognitive, development, aspect, Association

RƏYÇİ: dos.E.Vəliyeva