Əsmətxanım Məmmədova42

MÜASİR FARS DİLİ SEQMENTASİYASINDA QOVUŞUQ (AFRİKAT) SAMİTLƏRİN

FONETİK SƏCİYYƏSİ

Giriş: Fars dili fonem inventarının sayının 6 monoftonq sait, 23 samitdən ibarət olduğunu bildiyimizdən 3 heca növünü əsas götürərkən, bu dilin hecalarının sayı 76314 olmalıdır. Lakin dildəki fonemlərin yanaşı işlənməsindəki məhdudiyyətə əsasən bu hecaların sayı xeyli azdır.

Müqəddimə: Bütün dünya dillərində hər bir fonemin hansı fonemin yanında gəlməsi həmin dilin daxili qanuniyyətindən asılıdır. (4, s. 257) Fonemlərin bir-birinin yanında yerləşməsi “məhdudiyyətə” (ingilis dilində: - constraint), yerləşmə imkanına (struktral pressure) bağlıdır. Belə olduqda dilin həqiqətdə işlətdiyi hecaların sayı yuxarıda verilmiş rəqəmin onda birindən kiçik bir ədəd təşkil edir. Dildə qəbul edilib işlənən hecalar üçün iki xüsusiyyət vacibdir: 1. Hecanı təşkil edən səslər dilin heca quruluşuna uyğun olmalı; 2.Həmin heca dilin sözləri daxilində, söz yaradıcılığında iştirak etməlidir. Biz bu tədqiqatımızı dildə mənası olan birhecalı sözlər əsasında qurmuşuq.

1.1.     Heca modellərində sait samitlərin fonetik şəraiti:

Bildiyimiz kimi hecanı təşkil edən sait səslər aparıcı, mərkəz səslərdir. Samit səslər isə ya mərkəz səsdən əvvəl, ya da sonra gəlir. Fars dilinin bir hecalı sözlərinin hər birində sait səslər istisnasız olaraq iştirak edir. /V/,

/VC/,/CV/, /VCC/, /CVC/, /CVCC/ (klassik fonetikada belə qəbul edilmişdir). Son dövrlər bəzi fonetistlər örtüsüz

/V/, /VC/, /VCC/ kimi hecaların varlığını qəbul etmədik-lərindən, bu dildə ən işlək 3 heca modeli - /CV,CVC,CVCC/ olduğunu vurğulayılar. ( 7, s. 109; 6, s.145 )

Fars dili sait fonemlərinin hər biri mərkəz səs kimi hecaların tərkibində iştirak edə bilir:

1.      /CV/ heca tipində mərkəz səsdən sonra heç bir fonem gəlmir. Yəni sait fonem həm hecanın sonunu bildirir. Məsələn: /ra; ra-zi; di; di-ruz; ru; ru-ze; /. Qeyd edilməlidir ki, hecanı başlayan, həm mərkəz səslə samit arasında da müəyyən əlaqə mövcuddur. Araşdırma göstərir ki, belə vəziyyətdə dilin hər bir samit səsi gələ bilmir. Belə ki, fars dilində 6 monoftonq saitin /o/ fonemi istisna olmaqlahər biri 23 samitdən sonra heca başında gələ bilir. / ž

/ samiti /o/ saitindən əvvəl heç bir heca daxilində söz morfem kimi işlənə bilmir. Başqa sözlə fars dilində /žo/ hecası mövcud deyildir.( 3, s. 69)

2.    /VC/ tipli hecalardakı məhdudiyyət /CV/ hecasına nisbətən daha çoxdur.

-   heca yaradan səslər /e/ /o/ saitləridirsə, /g/ samiti hecanın sonuncu səsi ola bilməz. Çünki, fars dilində /eg/,

/og/ samit birləşmələrinə təsadüf edilməmişdir.

-      hecanın mərkəzi səsi /u/ saitidirsə, ondan sonrakı samit səs /v/ ola bilməz. Başqa sözlə, fars dilində /uv/ hecası yoxdur.

-    hecanın mərkəzi səsi /i/ saitidirsə, ondan bilavasitə sonra gələn səs / ž / ola bilməz. Fars dilinin hecaları arasında /iž/- /CC/ varisntı yoxdur.

-  yuxarıda verdiyimiz bu istisnalardan başqa /VC/ hecasıında fars dilinin hər bir samiti mövcud saitləri izləyə

bilir.

3.       Bir samit səslə başlayıb, bir samitlə qapanan heca /CVC/. Göründüyü kimi burada samit səs həm

hecanın sonudur. Məsəslən : Məsələn: /dar; dur; dir; ça-dor; dər; dež/.

4.    Bir samit səslə başlayıb, iki samit səslə qapanan heca /CVCC/. Belə hecalarda mərkəz səsdən sonra 2 samit fonem bilavasitə hecanı qapaiır. Mərkəz səsdən sonra gələn bu iki samit müəyyən qanuna uyğun şəkildə saiti

nesf./ نصف cost; جست dəst; دست bist;  بیستdust; دوست daşt;داشت/ Məs.: izləyir.

2.1.Samit səs birləşmələri:

Fars dilində hecanın sonu söz daxilində ən çoxu 2 ys 3 samit səs yanaşı gələ bilir. ( 4, s.125) Bu yanaşı işlənən samitlərə fars dilində (xuşe); ingilis dilində isə (cluster combination) deyilir. İki yanaşı gələn samit /VCC/

/CVCC/ tipli hecalarda; üç samit fonem birləşməsi isə sözlər daxilində /CVCC/+/CVC/, yaxud /CV/ heca tiplərinin birləşməsi zamanı olur. Məs.: /dəstbafi/- əl ilə toxunmuş; /dəstbus/-əl öpmə; /dəstbənd/- qolbaq s.

Bizim tədqiqatımızda /CVCC/ tipli bir hecalı sözlərdəki yanaşı gələn birləşmə yaradan samitlər, onlarda baş verən fonetik məhdudiyyət, uyğunluq xüsusiyyəti çərçivəsində dilin qanuniyyəti araşdırılmışdır.

Fars dilində 23 samit fonem olduğunu nəzərə alsaq, bu dildə /CC/ tipli iki samit birləşməsi: 23 23 = 529 olmalı idi. Heç bir istisna olmadan ikihecalı leksemlərin birləşmələri zamanı 2 samitin yanaşı yerləşməsi mümkündür. Ancaq bir cəhəti unutmaq olmaz ki, heca ayrıcında daxili fasilə, iki leksem birləşməsi zamanı isə həm fasilə, həm durğu onların tələffüzündə fonetik, akustik fərqlər yaradır. İkihecalı sözlər daxilindəki /CC/ birləşməsi 529 dan 331; birhecalı sözlər daxilində isə cəmi 205dir. Yəni əslində birhecalı /CVCC/ tipli sözlərdə /CC/ (iki samitin yanaşı gəlməsi böyük məhdudiyyət qarşısında qalır).

Demək dildə 529 mümkün variantdan yalnız 205 –nə rast gəlinir, 324 ü isə dildə potensial vəziyyətdə qalır. Məsələ ondadır ki, yuxarıda daha çox iki samitin yanaşı gələ bilməsi zamanı (ikihecalı sözlərdə: 331); leksemlər arasında, sürətli tələffüzdə məhdudiyyətin olmaması yanaşı gələn samitlərin öz xarakterlərindəki (yanaşı gələ bilməmək) xüxusiyyəttinə görə dilin fonem quruluşu çatışmazlığı ləğv etmək, tələffüzü asanlaşdırmaq üçün assimilyasiya, eliziya, dissimilyasiya, metateza, proteza,cingiltiləşmə, karlaşma kimi müxtəlif fonetik hadisələrdən

 


42 BDU. Filologiya üzrə fəlsəfə doktoru, dosent


 

istifadə edir.

Fars dilinin samit fonemləriqovuşuq, (mürəkkəb) saf olmaqla da 2 böyük qrupa bölünür:

a)         Saf samitlər. Aşağıdakı iki samitdən başqa yerdə qalan bütün samitlər yəni /b/, /p/, /t/, /v/, /f/, /r/, /l/, /n/ s. saf samitlərdir.

b)         qovuşuq samitlər. Bunlar müasir fars dilində ikidir: /j/, /č/

Qovuşuq samitlər fars dilində mürəkkəb samitlər adlanır. Çünki, bu samit fonemərin birinci hissəsi kipləşən, ikinci hissəsi isə novlu samitdir. /j/ samiti müasir fars dilində /d/ / ž / samitlərinin qovuşmasından; /č/ samiiti isə /t/ /š/ səslərinin qovuşuq tələffüzündən əmələ gəlmişdir.

Bu samitlər Azərbaycan dilində qovuşuq ya mürəkkəb samitlər adlanır. Bu barədə böyük fonetist alim A.Axundov “Azərbaycan dilinin fonemlər sistemi” adlı kitabında yazır: “... /č/ / samiti öz cingiltili qarşılığı ilə birlikdə bütün başqa samitlərdən öz əmələ gəlmə üsuluna görə fərqlənir; bunlar həm kipləşən, həm novlu samitlərə aid olan xüsusiyyətlərə malikdir. Lakin bunlarda nə kipləşmə, nə də novluluq özünün bütün xüsusiyyətlərini mühafizə edə bilmir. Bu samitlərdə yarımkipləşmə yarımnovluluq özünü təzahür etdirir. Bunun da səbəbi məlumdur. /j/ /č/ qovuşuq (afrikat) səslər olsalar da öz kəmiyyətləri etibarı ilə heç də iki samitə bərabər deyillər. Onların hər biri dilimizdəki başqa samitlər kimi bir samit kəmiyyətində işlənirlər” (1,s.195).

چ/č/ samiti. Tədqiqatçıların fikrinə görə fars dilindəki /č/ fonemi ingilis, rus Azərbaycan dillərindəki müvafiq səsə uyğun tələffüz edilir. İbn Sina “Əsbab-e hodus -əl horuf məxarecol horuf” risaləsində / č/ səsi haqqında yazır: “Bu səs daha güclü həbsdən dilin ön hissəsinin daha fəal iştirakından əmələ

gələr”(4,s. 22).

/č/ səsinin kar olması istisna olmaqla /j/-nın tələffüzündə dediklərimizi tamamilə buna da aid edə bilərik. Yalnız onu qeyd etmək lazımdır ki, qovuşuq / č/ samitini hissələrinə ayırsaq, kipləşən, dilönü, küylü, kar, yarım /t/ samiti ilə dilönü, küylü, kar, novlu, yarım /š/ samitini almış olarıq. Müasir fars dilində /č/ samiti işlənmə miqdarına görə /j/-dan fərqlənsə də (ona nisbətən az) bütün saitlərlə yanaşı işlənə bildiyi kimi:چوب /čub/,چشم /češm/,چیره /čire/,چون /čun/,چرب

/čərb/,چاشت /čašt/

Söz əvvəlində:چیست /čist/,چوب /čub/,چار /čap/,چتر /čətr/, Söz ortasında:آچار  /ačar/,بیچاره /bičare/,بچه /bəčče/,

Söz sonunda:پوچ /puč/,هیچ /hič/,پارچ /parč/  və s. işlənə bilir.

ج /j/ samiti. Bu fonem əlaqədar ədəbiyyatda qovuşuq (affrikat) samit adlanır. /j/ dilönü-diş, küylü, cingiltili, yarım kipləşən /d/ harım növlü /j/ samitlərinin

qovuşduğu bir səsdir. Azərbaycan dilində ceyran, cəbr, cəsarət, cəsur ingiliscə (ceynəri, corc, con)sözlərində olan səs kimi tələffüz edilir.

/j/ səsinin yaranmasında dilin ön hissəsi üst çənədəki ön dişlərin yuvaqlarına kipləşərək /d/ əmələ gətirmək üçün hazır vəziyyətə düşür. Kipləşmiş üzvlər birdən-birə deyil, tədricən açılır beləliklə kipləşmiş üzvlərin arasında bir nov yaranır ki, səs tellərinin titrəyişi nəticəsində əmələ gələn hava axını bu keçiddən keçərək xaricə çıxmaqla yarım növlü /j/ samit fonemini əmələ gətirir. Beləliklə, /j / səsinin başlanğıcı dil-diş samiti /d/, sonu isə novlu / ž / olur. Bu samit fars dilində hər cür sövti vəziyyətdə bütün saitlərlə yanaşı: جام  /jam ,جبر /jəbr/ ,جوراب /jurab/ ,جفت /joft  ,جیب

/jib/

həmçinin söz əvvəlində:جاروب /jarub/ ,جا /ja/ ,جغد /joqd/

söz ortasında:سنجیدن /sənjidən/ ,گنجشک /qonjenk/ ,آنجا /anja/,انجیر /ənjir/ söz sonunda: پنج/pənj/ , گننج /gənj/ ترنج /torənj ,بسیج /bəsij/  gələ bilir.

Bu samit söz əvvəlində, iki sait arasında, sonralar cingiltili samitlər arasında gəldikdə cingiltili, kar səslərdən əvvəl   gəldikdə   isə    geriyə   assimilyasiya   nəticəsində  öz    kar    qarşılığı   olan    /č/-ə    keçir.            Məsələn:

/ejtema/→/ečtema/,/əjsəd/→/əčsəd/, /mojtəba/→/močtəba/ s.

2.3. Qovuşuq (mürəkkəb) samitlər /CC/ birləşməsində:

Bir heca daxilində, xüsusilə /CVCC/ tipli hecalarda /ç/ fonemi ərəb əlifbasından istifadə edən fars dilinin özünəməxsus 4 səsindən biri olduğundan onun yuxarıdakı heca modelindəki iştirakı çox azdır.

Cədvəl 1

CC birləşməsinin birinci tərəfi

CC birləşməsinin ikinci tərəfi

kipləşən

novlu

sonor

kipləşən

novlu

sonor

 

zovj

xərj

nojb

həjv

و əjr

 

nəsj

gənj

vəjd

و əzj

həjm

 

nozj

 

səjو

vəjh

 

 

 

 

 

 

parč

 

 

 

 

 

qarč

Yuxarıdakı cədvəldən aydın olur ki:

1.     Tələffüz məxrəcləri bir-birinə çox yaxın olduğu üçün / č/ /j/ qovuşuq samitləri ikisi birləşib /CC/ tərkibi yarada bilmirlər.

2.       /č/ samiti fars dilinin özünə məxsus samitlərindən olduğundan bu dildə işlənmə tezliyinin az olmasına əsasən yalnız iki dil faktında CC birləşməsində /parč, qarč / sözləri daxilində titrək /r/ sonorundan sonra gələ bilir.


 

3.      /j/ qovuşuq samiti özünün kar samit variantı /č/ kimi böyük tezliyə malik deyildir. Bu samitə yalnız kipləşən samitlərdən /b,d,و /- dən əvvəl /hojb, vəjd,məjd, səjو / sözləri daxilində təsadüf olunur.

4.         /j/ samiti CC birləşməsi daxilində novlu samitlərdən /v,s,z,/ -nı izləyə bilir. /zovj, nasj, nozj / dil faktlarında olduğu kimi. / č, j/ , ž /

5.     CC birləşməsinin birinci tərəfində olan /j/ fonemini novlu samitlərdən /z,v,h/, /وəzj , həjv, vəjh/ sözləri tərkibində izləyə bilir.

6.     /j/ samiti /r, m, n / sonor samitləri CC birləşməsində yanaşı gələ bilir. Bu birləşmələrda həm tərkimin birinci, həm ikinci tərəfi ola bilir. /xərj, وərj, həjm, pənj / kimi sözləri fars dilində geniş işlənmə tezliyinə malikdir.

Onu da qeyd etmək lazımdır ki, /č/ /j/ qovuşuq samitlərinin CC tərkibindəki /nj rč/ birləşmələri fars dilinin /pənj, rənj, gənc, parč, qarč / kimi öz doğma sözlərində işlənir.

Istifadə olunmuş ədəbiyyat:

1.  Axundov A., Azərbaycan dilinin fonemlər sistemi, “Maarif” nəşriyyatı, Bakı: 1973, 302 səh.

2.    Əbu Əli ibn Sina, Əsbab-e hodus əl-horuf ya məxarec- ol-horuf, təshih tərcome-ye doktor P.N. Xanləri, Tehran:1348, 85 sıh.

3.    Məmmədova Ə.B., Müasir fars dili fonemlərinin heca daxilində reallaşması Dil Ədəbiyyat Beynəlxalq Elmi-nəzəri jurnal, 4(64), səh. 66 -72, Bakı, 2008

4.    Məmmədova Ə.B., Müasir fars dili samit fonemlərinin distribusiyası Az.MEA, akad. Z.M.Bunyadzadə adına Şərqşünaslıq İnstitutunun Elmi tədqiqləri, Şərq filologiyası məsələləri, IY buraxılış, səh. 252-275, Bakı: 2009

5.   Мамедова А.Б., Фонемный инвентарь современного персидского языка, «Перспективы науки», Научно-практический журнал,№ 10,октябрь, стр. 125-129, Тамбов: 2013

6. Müasir fars dili seqmentasiyasında / Ckipləşən Cnovlu / samitlərin fonetik

səciyyəsi, Filologiya məsələləri, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, 1, səh.26-32 , Elm Təhsil, Bakı: 2019

7.    Yədollah S., Avaşenasi-ye zəban-e farsi, virayeş-e dovvom, Mərkəz-e nəşr-e daneşqahi, Tehran: 1392, 195 s.

Açar sözlər : samit, sait, qovuşuq samitlər, heca, fonem,

Ключевые слова: согласный, гласный, аффрикатные согласные, слог, фонем Key words: consonant, vowel, affricate consonants, syllable, phoneme

Резюме

Фонетические особенности аффрикатных согласных в сочетаниях

/ СС / в сегментации современного персидского языка

В этой статье исследуется вопрос обаффрикатных согласных в консонантных сочетаниях /СС/ в пер- сидском языке. В результате исследования можно прийти к выводу о том, что не все согласные звуки, име- ющиеся в языке, могут находиться рядом в рамках одного слова. Согласно внутренним законам языка, лишь определенное число щелевых и взрывное согласных могут сочетаться с определенными согласными звука- ми в слове. В консонантных сочетаниях играет определенную роль то, в каких именно органах артикуляции происходит образование этих согласных, а также то, являются они звонкими или глухими звуками.

The phonetic characteristic affricate consonant units in modern Persian segmentation /CC/

Summary

This article has been investigated inside the /CC/ units of the contemporary affricate consonants of modern Persian language / CC / merger. From the research, it can be seen that none of the consonant voices found in the tongue can come along with one word. Only a certain part of the new consonants on the basis of domestic law can be accompanied by certain consensus.

The / CC /consonant combination has two types of pronouns in the composition of the pronunciation organs, as well as the fact that they are profit and dumb.

RƏYÇİ: dos. L.Ələkbərova