Nigar İsayeva76
AŞIQ ƏLƏSGƏRƏ HƏSR OLUNMUŞ AŞIQ ŞEİRLƏRİNİN BƏDİİ-ESTETİK SƏCİYYƏSİ
Azərbaycan aşıq sənəti bir mədəniyyət hadisəsi kimi xalqın milli tarixi keçmişini, adət-ənənəsini özünəməxsus şəkildə qoruyub saxlayan, gələcək nəsillərə bir ərməğan kimi ötürən, ifa-havacat və ayrı- ayrı coğrafi mühitlərdə yaranış özəllikləri ilə hifz edib saxlayan unikal sahədir. Əslində aşıq-ifaçı xalqın arzu-istəklərini, keçdiyi ağır məhrumiyyətlərlə dolu mübarizə anlarını sənət dili ilə yayan, onun yenilməz ruhunun, mənəvi kamilliyinin tərcümanı kimi böyük bir tarixi inkişaf yolu keçmişdir. Aşıq yaradıcılığının genezisinə, sənət özəlliklərinə və inkişaf xüsusiyyətinə həsr olunan tədqiqatlarda bu cəhət diqqət önünə çəkilir. Bu baxımdan aşıq sənətinin tanınmış araşdırıcısı, folklorşünas Məhərrəm Qasımlının “Ozan-aşıq sənəti” adlı monoqrafiyasında bu sahənin tarixi təkamülü, ayrı-ayrı mühitləri və aparıcı simaları olan ustad aşıqlar haqqında irəli sürülən mülahizələr mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, burada aşıq sənətinin tədqiqi və öyrənilməsi istiqamətində hələ də öz müsbət həllini tapmayan məsələlərə münasibət bildirilməsi, qaldırılan problemin aktuallığını və konseptual əhəmiyyətini əyani surətdə təsdiqləyir. Aşıq sənətinin keçid mərhələrini, bir-birini əvəzləyən yaradıcı-ifa özəlliyini üzə çıxarılmamasına münasibət bildirən mülahizələrində o belə bir qənaətə gələrək yazır: ”Aşıqlığın geniş anlamdakı tarixi məzmununun ortaya çıxma səbəbləri indiyə qədər lazımi səviyyədə incələnmədiyindən ozan sənətinin tarix səhnəsini tərk edərək öz yerini aşıq sənətinə verməsi bir problem kimi bütün yönləri ilə üzə çıxarılmamışdır. İlk öncə, “aşıqlığın” geniş tutumlu mənəvi-ruhani və fəlsəfi-estetik hadisə kimi meydana gəlməsi, daha sonra isə onun tədrici təkamül-transformasiyası nəticəsində “aşıq sənəti”nin təşəkkül tapması tədqiqatçıların diqqətini cəlb etmədiyindən aşıq sənətinin yaranış və inkişafı ilə bağlı irəli sürülən qənaətlər tarixi gerçəkliyi heç də bütöv şəkildə əhatə etmir” (4,6)
Aşıqlığın müqəddəs tutulması, sazın-sözün ilahi qüdrətdən yaranışına dərin inamın izləri ozanlar ozanı Dədə Qorquddan başlanan və bu günə kimi nəsildən-nəslə bir ərməğan kini ötürülən və davam etdiril ən bir ənənədən soraq verir. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Abdalgülablı Valeh, Dollu Mustafa, Molla Cuma, Aşıq Alı, Aşıq Musa, Aşıq Ələsgər, Alıncalı Məhərrəm, Şişqayalı Aydın, Zodlu Abdulla, Mirzə Bəylər, Aşıq Nəcəf, Yəhya bəy Dilqəm, Güvəndukli Əhməd, Aşıq Həmayıl, Qaracəmirli Aşıq Qasım, Seyfəli Aşıq Pənah, Ağdabanlı Aşıq Qurban, Mücrim Kərim, Aşıq Bəsti, Aşıq Pəri, Aşıq Mirzə Bilal, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı; Dərbənddə yetişən aşıq-sənətkarlardan – Aşıq Emin, Qaradağlı Xalif. Vəlikəndli Fətəli, Aşıq Qaçaqbəy kimi azman sənətkarların yaradıcılıq yolunu da- vam və inkişaf etdirən aşıqların meydana gəlməsi ustad-şəyird ənənəsindən daha artıq səviyyədə müqəddəs saz-söz sənətinə mehr və ülfəti, ustadlardan əxz olunan mənəvi-əxlaqi yanaşmaları da göz önündə canlandırır. Belə bir yaradıcı sənətkarların varlığı həm də ən müxtəlif coğrafiyalarda Azərbaycan aşıalığının mövcud olma imkanları, aşıq mühitləri və ocaqları barədə kifayət qədər təsəvvür yaradır.
Aşıq Ələsgərin qoyub getdiyi zəngin irsin, ifaçılıq məharətinin zaman-zaman sonrakı nəsillərin yaddaşın- da dərin iz salması, bu sənətdə ötürülmə və transformasiya edilmə ənənəsinin yaşarı xüsusiyyətlərindən bəhs etməyə yetərtincə əsas verir. Bu mənada qüdrətli el sənətkarının istər sağlığında, istərsə də vəfatın- dan sonra ötən onilliklər ərzində yaddaşlardan silinməyən obrazının yaradılması adi bir məsələ deyil, aşığa böyük məhəbbət və etiramın bir göstəricisi olduğunu isbat etməyə elə bir ehtiyac duyulmur.
Qüdrətli el sənətkarının yaradıcılıq dühasından bəhs edən müəlliflər bunu dönə-dönə etiraf etmişlər. Folk- lorşünas Sədnik Paşayev Aşıq Əlsgəri bir sənətkar kimi məşhurlaşdıran və onu Göyçə kimi aşıq mühitinin çevrəsindən uzaqlarda da məşhurlaşdıran məziyyətlərə toxunaraq belə bir nəticəyə gələrək yazırdı: “ Hər sözü dillərdə dəftər olan” dədə Ələsgər aşıq sənətinin bütün sirlərinə dərindən bələd idi.
Aşıq Ələsgər müəyyən bir məktəbdə təhsil almasa da, yazı-pozu bilməsə də, dövrünün, mühiinin müdrik, uzaq görən, aqil bir sənətkarı idi. O, aşıq Alı kimi kamil bir ustaddan dərs almış, köhnəliklə yeniliyin mübarizə apardığı, oyanmış Göyçə mühitinin yetirməsi idi. Əgər belə demək mümkün olarsa, Aşıq Ələsgər xalq akademiyası bitirmiş xüsusi istedada malik dühaydı” (6,57).
Bir maraq doğuran cəhəti də xüsusi olaraq qeyd etmək lazımdır ki, Aşıq Ələsgərin həyatı, bir o qədər də fərəhli keçməyən uşaqlıq və yeniyetməlik çağları, uğursuz sevgi taleyi, müasirləri ilə əlaqə və münasi- bətləri, yaxın-uzaq səfərlər zamanı rastlaşdığı hadisələr, ağır yığnaqlı el məclislərində özünü haqq
59
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
e. posta: nigarisayeva65@gmail.com
tərəfdarı, məzlumların, haqqı tapdalanan insanların sirdaşı, doğması kimi göstərən məqamlar onun haq- qında dastan-rəvayətlərin yaranmasına gətirib çıxarmış, belə bir yaradıcılıq prosesində xalq təfəkkürün- dən və müdrikliyindən öz başlanğıcını götürən səciyyəvi cəhətlər xüsusi olaraq nəzərə çarpır. Aşıq reper- tuarlarında özünə möhkəm yer tutan, el şənliklərində və dastan axşamlarında ifa olunaraq rəğbətlə qarşılanan bu nümunələrin yeni versiyalarının və örnəklərin yaranması indi də davam etdirilir və bunu, hər şeydən əvvəl, sənətə və sənətkara səngimək bilməyən el məhəbbətinin bariz bir nümunəsi kimi də dəyərləndirmək olar. Belə bir hüsnü-rəğbətin səbəbləri barədə aşığın nəvəsi və tədqiqatçısı İslam Ələsgərin “Haqq aşığı” adlı müqəddiməsində maraq doğuran fikirlərlə rastlaşmaq mümkündür. Onun elə ilk mülahizələrində bu sirrin və hikmətin izinə düşmək olur: “Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutan sənətkarlardan biri Aşıq Ələsgərdir. O, qeyri-adi fitri qabiliyyəti sayəsində yaratdığı müxtəlif şəkilli, müxtəlif məzmunlu sənət incilərində özünəməxsus bədii boyalarla ifadə etdiyi ümumbəşəri didaktik fikirləri ilə bu müqəddəs sənətin zirvəsinə yüksəlmişdir. Qüdrətli el sənətkarının yaratdığı əsərlər aşıqlarımızın repertuarında geniş yer tutmuş, şənliklərin, məclislərin bəzəyinə çevrilmişdir.
Xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgər yalnız qüdrətli bir şair- aşıq kimi yox, həm də tanıyanların qəlbində bir ocaq, pir, bir övliya kimi heykəlləşmişdir” (3, 4).
Aşıq Ələsgərə həsr olunan, bir qayda olaraq ithaf səciyyəsi daşıyan nümunələri iki qrupa bölmək olar:
1.
Aşıq Ələsgərə öz
müasirləri və pərəstişkarları olan aşıqlar
tərəfindən həsr olunan şeirlər;
2.
Aşıq Ələsgərə bilavasitə yazılı ədəbiyyat nümayəndələri olan şairlər
tərəfindən ithaf edilən şeirlər.
Əlbəttə, qüdrətli el sənətkarına həsr olunan şeirlər sırasında ilkinlik və üstünlük aşıqlar tərəfindən qələmə alınan nümunələrə verilməlidir. Bu, hər şeydən əvvəl, Aşıq Ələsgərin xalq içərisində geniş yayılma və tanınma imkanları ilə sıx bağlı izah izah oluna bilər. Bir məsələni də qeyd etmək lazımdır ki, Aşıq Ələsgərin həm müasirləri , həm də daha sonrakı yaradıcılıq mərhələlərində yaşayıb yradan qələm sa- hibləri tərəfindən bir şair kimi etiraf edilməsi də təsadüfi hal hesab oluna bilməz. Bu, sözsüz ki, Aşıq Ələsgərin həm də istedadının hərtərəfli və kamil xarakterindən xəbər verən bir cəhət kimi dəyərləndirilə bilər. Məsələn, tanınmış şair Rəfiq Zəka Xəndan keçən əsrin 70-ci illərin əvvəllərində Aşıq Ələsgərə həsr olunan qoşmasında onu bir şair kimi səciyyəndirir, “...şair olduğu yerdə öz adını aşıq qoyan Ələsgər” ifadəsini və həqiqətini çəkinmədən israrla səsləndirirdi:
Gəzdi oymaq –qymaq bu doğma yurdu, Səməndər könlünü odlaravurdu.
Bizim dahilərlə yanaşı durdu Özünü həvəskar sayan Ələsgər. Yaşayır sənəti bu gün bu eldə, Sevilir Şirvanda, Muğanda, Mildə. Gül kimi bir şair olduğu yerdə
Öz adını aşıq qoyan Ələsgər (7, 19-20).
Aşıq Ələsgərin bu mənada aşıqlığı ilə şairliyi arasında elə bir ixtilaf yoxdur. Hansı səmtdən və baxış bucağından yanaşılır yanaşılsın, böyük sənətkarın bu iki mühüm sənət zirvəsi özünü bütün əzəməti ilə nümayiş etdirmək gücündədir.
Böyük el məhəbbətindən öz başlanğıcını götürən nümunələr sırasında bilavasitə aşıq-sənətkarlar tərəfindən Ələsgər dühasına dərin ehtiram və səmimiyyətin göstəricisi olan poetik örnəklər mühüm yer- lərdən birini tutur. Bu çoxsaylı şeirlər janr baxımından daha çox xalq və aşıq şeiri şəkillərində qələmə alınmış, Aşıq Ələsgərin bir sənətkar kimi qüdrətindən, saz-söz sənətinin incəliklərinə yaxından bələd olmaq məharətindən ətraflı şəkildə poetik söhbət açılır. Müxtəlif nəsillərin təmsilçiləri olan sənətkar- lardan Şirvanlı Aşıq Bilalın, Aşıq Əsədin, Miskin Vəlinin, Aşıq Şəmşirin, Aşıq Əkbərin, Aşıq Mikayıl Azaflının, Aşıq Hacı Göyçəlinin, Aşıq Hüseyn Cavanın, Zodlu Mirzə Bəylərin, Aşıq Pənahın... Aşıq Ələsgərə həsr etdikləri qoşma və gəralılar, divani və dodaqdəyməzlər özünün mövzu, ideya - sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edir. Mətbuatın və nəşriyyat imkanlarının geniş olmadığı vaxtlarda məşhur el sənətkarına həsr olunan şeirlərin böyük əksəriyyəti hələ onun sağlığında xalq içərisində geniş yayılmış, toylarda və şənliklərdə aşıqlar tərəfindən ifa edilmişdir. Aşıq Ələsgərə bir sənətkar, saz-söz ustadı kimi
hörmət və ehtiram yalnız onun yaşayıb yaratdığı coğrafi mühitlə məhdudlaşıb qalmamış, Azərbaycanın ayrı-ayrı bölgələrində və onun sərhədlərindən uzaqlarda belə böyük şöhrət qazanan aşığın şəninə şeirlər qoşulmuş, bu nümunələrdə onun şəxsiyyəti, aşıq sənətində qazandığı uğurlar barədə səmimi söhbət açılır. Bu çoxsaylı nümunələrə nəzər salarkən bir daha müəyyən etmək olur ki, Aşıq Ələsgəri özünə ustad seçən aşıqlar yalnız Göyçə çevrəsi ilə məhdudlaşıb qalmamış, bu geniş aşıq mühitlərini və ocaqlarını çevrələmişdir. Məsələn, Qərbi Azərbaycandan ərazi baxımdan xeyli uzaqlarda olan Şirvan zonasında aşığa səmimi münasibəti bu coğrafiyanın ustad sənətkarlarından olan Aşıq Bilal hələ Aşıq Ələsgərin sağlığında – 1922-ci ildə yazdığı “Gəlginən” adlı qoşmasında belə dilə gətirirdi:
Salam göndərirəm sənə, Ələsgər, Qədəm qoyub bu məqama gəlginən. Bağrına basaraq telli sazını,
Bir axşam süfrəmə şama gəlginən ( 1, 24).
Qoşmanın sonrakı bəndlərində Aşıq Ələsgərə dəruni məhəbbət və sevgini etiraf edən, onun azman sənət- kar şəxsiyyətinə böyük qiymət verən Aşıq Bilal ümumxalq ehtiramı və rəğbətini qazanan aşığı Şirvanın mərkəzi şəhəri Şamaxıya dəvət etməsi, ona bir şəyird kimi xidmət göstərəcəyi poetik şəkildə özünün təsdiqini tapır:
Ustadla istərəm bir qılım söhbət, Ələsgər adına varımdı hörmət, Bilal sənətkara eyləyər xidmət,-
Şamaxıya, bizim yana gəlginən! (1, 24)
Aşıq Ələsgərə bilavasitə şəyirdlik etmiş aşıqların qoşma və gəraylılarında ustadın xarakterinə, sənət sevgisinə bələdlik edə biləcək məqamların qabardılması diqqəti cəlb edən məziyyətlərdən biri kimi nəzərə çarpır. Bu baxımdan əslən Qərbi Azərbaycanın Böyük Qaraqoyunlu bölgəsindən olan Aşıq Əsədin bir şəyird kimi Aşıq Ələsgərə on il qulluq etməsindən fəxarətlə bəhs edilməklə bərabər, ustad sənətkardan əxz olunan dəyərlər sırasında saza, sözə məsuliyyətlə yanaşma, həyat və zaman haqqında, yaşın və ömrün fəlsəfi dərki kimi nüanslar az qala aşıq şeirində işləklik qazanan vücudnamə elementlərini xatırladan bir tərzdə diqqətə çatdırılır:
On il qulluq etdim mən Ələsgərə, Sidqimi bağladım etiqadına.
Hər nə desə qəbul etdim sözünü, Məni də yetirdi haqq baratına.
Aşıq Ələsgərin həyat təcrübəsindən, dünyagörüşündən faydalanmaq, onun davamçısı kimi Aşıq Əsədin püxtələşməsinə, elmi biliklərə dərindən yiyələnməsinə bir vəsilə olması fikri qoşmada özünəməxsus de- tal və cizgilərlə ifadəsini tapır:
On il qulluğunda dayandım, dözdüm, Dilindən nə çıxdı sinəmə yazdım, Qırx beş il dünyanı dolandım gəzdim Bələd oldum yerin yeddi qatına.
Yüz ildən artıq ömür sürən Miskin Vəlinin “Ələsgərdi” gəraylısında aşığın gözü tərəzi olan el içərisində içərisində qazandığı hörmət və məhəbbət sənəti ilə bərabər tərənnüm obyekti seçilir:
Telli sazı min dil açan
Ələsgərdi, Ələsgərdi. Könüllərə işıq saçan Ələsgərdi, Ələsgərdi ( 5, 83).
Aşıq Ələsgərə həsr olunan çoxsaylı nümunələr içərisində Aşıq Şəmşirin qələmə aldığı qoşma və gəray- lılar öz məzmun və sanbalına görə seçilir. Burada Aşıq Ələsgəri bir ustad sənətkar kimi təqdim etmək, onun zəngin yaradıcılıq irsindən öyrənmək, Azərbaycan aşıq sənətinə böyük töhfələr verən aşığın nəsil- nəsil saz-söz aləminə gələnlərə bir örnək və məktəb təsiri göstərmək xüsusiyyəti ön mövqeyə çəkilir.
Məsələn, “Ələsgər” adlı qoşmasında o böyük və əvəzsiz bir ozan-aşıq kimi Aşıq Ələsgərin obraz və xa- rakterini belə səciyyələndirməyə müvəffəq olur:
Böyük tacidarım, kamil sənətkar, Sənsən mənim pak ustadım, Ələsgər. Yadımdan çıxarsa yazdığın əşar
Qopar o gün qiyamətim, Ələsgər. Ürəyimdə istək dahı sən oldun, Sənətimin qibləgahı sən oldun.
İdrakımın mehri mahı sən oldun
Fikrim, zikrim, bir baratım, Ələsgər ( 2, 400).
Sonrakı yaradıcılıq mərhələlərində yaranan nümunələrdə də belə bir ənənənin davam və inkişafını görmək mümkündür.
ƏDƏBİYYAT
Aşıq Bilal, Gəlginən, İlk baharım, gəl, görüm, Şeirlər, Toplayıb tərtib edəni filologiya elmləri namizədi, Böyük Vətən müharibəsi iştirakçısı, Mürsəl Mürsəlov, Bakı, “Yazıçı”, 1982, s. 24
Dədə Şəmşir ərməğanı, Azərbaycan Aşıqlar Birliyi, “Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi, Bakı, 2018, s. 400
Ələsgər İ. Haqq aşığı, Aşıq Ələsgər Əsərləri, Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2004, s.4 Qasımlı M. Ozan-aşıq sənəti, Bakı, “Uğur” nəşriyyatı, 2011, s.6
Miskin Vəli, Şeirlər, dastanlar, Bakı, “Elm və təhsil”,2016, s.8
Paşayev S. Göyçəli Aşıq Ələsgər, XIX əsr Azərbaycan aşıq yaradıcılığı, Bakı, 1990, s. 57 Zəka X. Könlümün yadigarı, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1974, s. 19-20
Açar sözlər: Aşıq sənəti, saz-söz ustadı, Aşıq Ələsgər dünyası, sənətkara ehtiram, haqq aşığı, şair-aşıq Keywords: ashug art, master of saz and words, world of Ashug Alaskar, respect for the master, lover of truth
Êëþ÷åâûå ñëîâà: èñêóññòâî àøóãà, ìàñòåð ñàçà è ñëîâà, ìèð àøóãà Àëåñêåðà, ïî÷òåíèå ê ìàñòåðó Xülasə
Aşıq Ələsgərə həsr olunmuş aşıq şeirlərinin bədii-estetik səciyyəsi
Məqalədə Azərbaycan aşıq sənətinin məşhur nümayəndələrindən biri olan Aşıq Ələsgərə öz müasirləri olan və ondan sonra saz-söz sənətinə gələn aşıqların həsr etdikləri şeirlərin mövzu və ideya – sənətkarlıq xüsusiyyətləri təhlil olunur, çoxsaylı bədii örnəklərin estetik səciyyəsi zəngin faktlar əsasında müəyyənləşdirilir.
Saz-söz sənətinin yüksək bir səviyyəyə çatmasında danılmaz xidmətləri olan aşığın şəxsiyyəti, sənət möcüzəsi və məktəb yaratmaq məharəti XIX və XX yüzilliklərdə yaşayıb yaradan aşıqların ithaf xarakterli şeirləri əsasında nəzərdən keçirilir.
SUMMARY
Artistic and aesthetic characteristics of ashug poems dedicated to Ashugu Alaskar
In the article analyzes the theme and ideological - professional qualities of poems dedicated to Ashug Alasker - one of the well-known representatives of ashug art in Azerbaijan by his contemporaries, who came to ashug art after him. The article also based on a variety of facts determines the aesthetic nature of numerous artistic designs. The personality of Ashug Alesker, who has great merits in raising the level of ashug art, his ability to create a school and the miracle of art are considered on the basis of ashug poems that lived in the 19th and 20th centuries and were dedicated to the master.
Ðåçþìå
Õóäîæåñòâåííî-ýñòåòè÷åñêàÿ õàðàêòåðèñòèêà àøóãñêèõ ñòèõîâ, ïîñâÿùåííûõ Àøóãó Àëåñêåðó
 ñòàòüå àíàëèçèðóþòñÿ òåìà è èäåéíî – ïðîôåññèîíàëüíûå êà÷åñòâà ñòèõîâ, ïîñâÿùåííûõ Àøóãó Àëàñêåðó - îäíîìó èç èçâåñòíûõ ïðåäñòàâèòåëåé àøóãñêîãî èñêóññòâà â Àçåðáàéäæàíå åãî æå ñî- âðåìåííèêàìè, ïðèøåäøèìè â àøóãñêîå èñêóññòâî ïîñëå íåãî.  ñòàòüå òàêæå íà îñíîâå ìíîæå- ñòâà ôàêòîâ îïðåäåëÿåòñÿ ýñòåòè÷åñêèé õàðàêòåð ìíîãî÷èñëåííûõ õóäîæåñòâåííûõ îáðàçöîâ.
Ëè÷íîñòü àøóãà Àëåñêåðà, èìåþùåãî îãðîìíûå çàñëóãè â ïîâûøåíèè óðîâíÿ àøóãñêîãî èñêóñ- ñòâà, åãî óìåíèå ñîçäàâàòü øêîëó è ÷óäî èñêóññòâà ðàññìàòðèâàþòñÿ íà îñíîâå ïîýì àøóãîâ, æèâ- øèõ â 19 è 20 âåêàõ è ïîñâÿù¸ííûõ ìàñòåðó.
Dil və
ədəbiyyat. Beynəlxalq elmi- nəzəri jurnal . -2019.-
¹2(110). - S.305-307.