İftixar hissi yaradan tarix
Tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Cəmil Həsənlinin Moskvada – «Filinti» və «Nauka» nəşriyyatlarında Rus
dilində çap olunmuş 574 səhifəlik
«Azərbaycan Demokratik
Respublikasının xarici
siyasəti (1918-1920)» adlı
kitabı barədə
(Əvvəli ötən sayımızda)
Doğrudan da, Vətən
sevgisi və xalq qarşısında öz məsuliyyətini dərk etmə hissi bu nəhəng
işin öhdəsindən
gəlməyin əsas
stimulları idi.
Yeri gəlmişkən, istərdim ki, çox qiymətli sənəd, qaynaq olan bu memorandum Azərbaycan dilinə də tərcümə edilsin. Düzdür,
Cəmil müəllim
çox məharətlə
onu təhlil edir. Ancaq düşünürəm ki, sənəd Azərbaycan oxucusuna öz dilində təqdim olunsa, çox yaxşı olar.
Bir də istərdim ki, say və maddi imkan baxımından
Azərbaycan Paris Sülh
Konfransındakı nümayəndə
heyətilə heç
cür müqayisə
olunmayan indiki xarici səfirlik və konsulluqlarda işləyənlər öz
işlərini Əlimərdan
bəy Topçubaşov
və onun silahdaşlarının fəaliyyətini
öyrənməklə qursunlar
və ölkəmizi həmin əzmkarlıqla dünyaya tanıtdırsınlar.
Əsərdə bu da aydın xətt kimi göstərilir ki, Azərbaycan xalqı və ADR rəhbərlərinin öz
müstəqil, suveren
dövlətini yaratmaq
uğrunda mübarizəsi
erməni millətçilərinin
əsil düşmənçilik
etdikləri, Türkiyə
və Azərbaycana ziyan vurmaq, bu
ölkələrin yer
üzündən silinməsi
üçün, necə
deyərlər, şeytanla
da sazişə hazır olduqları ağır bir şəraitdə aparılırdı.
Bununla yanaşı, orada Gürcüstan nümayəndələrinin
bizə qarşı ardıcıl pozitiv münasibətləri də
öz əksini tapıb.
Əsərdə belə bir tendensiya da diqqəti
cəlb edir ki, erməni millətçiləri tərəfindən
azərbaycanlılara, ümumiyyətlə
türkələrə qarşı
köklənən, ermənilərin
problemlərini öz problemləri sayan əcnəbilər Azərbaycanda
vəziyyəti öyrəndikdən,
bizlərlə təmasda
olduqdan sonra əvvəlki mövqelərindən
180 dərəcə dönərək,
Azərbaycanpərəst olurdular.
Onlar qısa zaman kəsiyində sırtıq
erməni millətçilərinin
təbliğatının yalan
və böhtandan, əməllərinin isə
terrordan başqa bir şey olmadığı
qənaətinə gəlirdilər.
Digər tərəfdən, Azərbaycan xalqının
təbii demokratikliyi, əməksevərliyi, təvazökarlığı
və digər fəzilətlərlə xarakterizə
olunan yüksək mənəvi keyfiyyətləri
əcnəbilərdə ancaq
müsbət hisslər,
təəssüratlar yaradırdı.
Almaniyanın səfiri Bernedorf
Bakı komissarlarının
hakimiyyəti dövründə
vəziyyətlə tanış olaraq qeyd edirdi ki,
Bakıda baş verənlər bolşevik yox, daha çox
erməni hərəkatıdır
(səh.88). Bu fikri başqa formada Mikoyan da təsdiqləyir.
O, 1919-cu ildə etiraf
etdi ki, daşnakların 1918-ci ilin
martındakı erməni
fitnəkarlığı müsləman
zəhmətkeşlərinin şüuruna mənfi təsir etdi və onların Sovet hakimiyyətindən üz döndərmələrinə
səbəb olldu (səh.90).
Lord Kerzon isə
1918-ci ilin dekabrında
təklif etdi ki, Ermənistan Fransaya verilməlidir, çünki Fransadan
başqa heç kim və heç
bir formada bu qeyri-adi, iyrənc
və çirkin insanlarla iş görmək istəməz
(səh.24).
1919-1920-ci illərdə münaqişə zonasında
olmuş ingilis jurnalisti Skotlənd Lidel «Daşnaksütyun» partiyası barədə bu gün də
çox müasir səslənən fikir söyləyirdi: «Ermənistan
bədbəxtdir, çünki
orada «Daşnaksütyun»
fəaliyyətdədir. Bu terrorçu-inqilabçı təşkilat
bir çox illər düşünülmüş
şəkildə erməniləri
müsləmanlara qarşı
hücuma təhrik edir. Müsləmanlar tərəfindən haqlı cavab aldıqdan sonra bu barədə dünyaya xəbər yayaraq «yazıq ermənilər»ə dünyanın
rəğbətini qazanmaq
istəyirlər. Daşnaklar üçün
öldürülmüş erməni daha dəyərlidir. Bu faktdan lazımi dərəcədə istifadə
etsən, təbliğat
baxımından böyük
dividentlər götürə
bilərsən» (səh.349).
İtaliya hökumətinin başçısı
Nitti Antanta dövlətlərinin
Türkiyəyə qarşı
ədalətsiz və
ermənipərəst münasibətlərindən
danışaraq, çox
maraqlı fikir irəli sürürdü:
«Türklər təbiətləri
etibarilə qəddar deyillər, ancaq onlar əkinçilik və sənaye hesabına yox, iri və xırda
ticarətlə, sələmçiliklə
yaşayan hiyləgər
və məkrli qonşuları – yunanlar, ermənilər və yəhudilər tərəfindən
əhatə olunmuşlar»
(səh.374).
Fransalı professor Borşe isə
1920-ci ildə yazırdı:
«Mən bir protestant kimi, özümə borc bilirəm qeyd edim ki,
azərbaycanlıların əxlaqi-etik
keyfiyyətləri ilə
tanış olan əcnəbi tacirlər ermənilərə yox, məhz onlara etibar edirlər» (səh.446).
1920-ci ilin martında Nümayəndələr
Palatasında çıxış
edərkən, Lord Kerzon
«siz erməniləri 8
yaşında bakirə
qız kimi təsəvvür edirsiniz. Siz tamamilə səhv
mövqedəsiniz. Ermənilər öz qəddar davranışları ilə
nə qədər qaniçən xalq olduqlarını göstərdilər»
- deyirdi (səh.521) və
s.
Gürcülər də uzaqgörənliklə
belə düşünürdülər
ki, ermənilər istədikləri qədər torpaq
ala bilməsələr, onların
həyatını zəhərləyəcəklər
(səh. 245).
Ancaq və ancaq…
həyatda hər şeyin təkmilləşməyə
ehtiyacı olduğu kimi, Cəmil müəllimin haqqında
söz açdığımız
çox məzmunlu,
fundamental əsəri də
müəyyən çatışmazlıq
və xırda qüsurlardan azad deyildir. Məsələn, oxucuya aydın olmur ki, nədən Azərbaycan dövlətini
tanıyan və onu bütün dünyaya tanıtdırmağa
çalışan Osmanlı
İmperiyasının Azərbaycanı
xilas edən Nuru Paşası, Gürcüstandan Gəncəyə
köçmüş ADR rəhbərlərindən
Milli Şuranın buraxılmasını və
hökumətin istefasını
tələb edir, buna da nail olur?!
Doğrudur, Cəmil müəllim fərdi söhbətimizdə mənə
bunun məntiqi izahını verdi,
ancaq çox yaxşı olardı ki, bu məsələ
kitabda da öz əksini tapaydı.
Kitabda təkrarlara və ziddiyyətli fikirlərə də rast gəlmək olur. Bu təkrarlar 13, 110-cu səhifələrdə
(tarixi hadisələrə,
proseslərə münasibət),
305-ci səhifədə (1918-ci ilin 18-21 martı, yeni stillə 30-31 mart və 1 apreldə 12 min müsəlmanın ermənilər
və bolşeviklər
tərəfindən qırılması),
452 və 464-cü səhifələrdə
(Qızıl Ordunun Zaqafqaziyaya girəcəyi təqdirdə, bolşevizmin
Türkiyə, İran,
ümumiyyətlə Yaxın
və Orta Şərqə yayılması
ehtimalı barədə),
538-539-cu səhifələrdə (bolşeviklər tərəfindən
xarici diplomatların həbs olunması) və s. əks olunur.
Ziddiyyətli fikirlər isə ingilis qoşunlarının Bakıda
olması barədə
söylənilir. Bu qoşunlar, bir tərəfdən Zaqafqaziyada sülhün, əmin-amanlağın, şimaldan
Denikin və qırmızıların basqının
qarşısının alınmasının
təminatçısı kimi
(375-440-cı səhifələr), digər tərəfdən
isə Azərbaycanı
viran qoymuş bir qüvvə kimi xarakterizə edilir (səhifə 405 - Hacınskinin fikri).
Bütün bu deyilənlər
əsərin müsbət
qiymətinə qətiyyən
xələl gətirə
bilməz. Əsərin bu göstərilən
və digər nöqsanları, necə deyərlər, onun ləyaqətinin davamıdır.
Hesab edirəm ki, tarix bir variantlıdır,
onu nə bəzəmək, nə də eybəcərləşdirmək
olmaz. Ancaq bir faktı təsdiq etmək olar: ADR (1918-20) yarandı və dünyaya tanındı, lakin obyektiv səbəblərdən
– dünyada qüvvələr
nisbətinin onun xeyrinə olmaması və «bölünməz Rusiya» ideyasına Antantanın da tərəfdar çıxması
səbəbindən bu
dövlət çox
yaşamadı. Məncə, burada subyektiv mülahizələrdən çıxış
edərək, kimlərisə
tənqid atəşinə
tutmaq düzgün yol deyil.
Gələk əsas nəticəyə:
təvəzökarlığı ilə seçilən, vətəndaş və alim ləyaqətini daim yüksək tutan professor Cəmil Həsənlinin ürəyinin
qanı və əsəblərinin şirəsi
hesabına yaratdığı
bu fundamental kitab tarixşünaslıqda, xüsusilə
də beynəlxalq münasibətlər sahəsində
özünəməxsus, sanballı
yer tutan nəhəng bir tədqiqat əsəridir və bu qiymətə
də heç kim şübhə edə bilməz. Proqnoz verməyə də risk etmək istəyirəm: bu kitab nə elmi
ictimaiyyətin, nə
də praktiki işçilərin diqqətindən
kənarda qalmayacaq, çox güman ki, tezliklə yenidən nəşr ediləcək.
Nəhayət, bir arzum var: istərdim ki, bu kitab
əsasında sənədli
film çəkilsin və
dərin dövləti
təfəkkürlü, geniş
dünyagörüşlü, demokratiya və azadlıq ideyalarına sadiq olan, gələcək
nəsillərə öz
xalqına, Vətəninə
xidmət nümunəsi
verən və bütün bunlara görə hər bir azərbaycanlıda fəxr hissləri oyadan ADR rəhbərlərinin
canlı obrazları yaradılsın.
İlyas İsmayılov
Bizim yol.- 2010.- 5 avqust.-
S. 12.