Kim kimin kitabını oxuyur?
Kitabxanaçı
Abihəyat xanım: «Pənah Hüseyn, Azər
Əmiraslanov, Fəzail İbrahimli tez-tez gəlirdi»
Milli kitabxanadan reportaj
Yolumu Axundov kitabxanasından
saldım. Hər dəfə burda
olduğumda yadıma düşdüyü kimi,
bu dəfə də tələbəlik illərimi xatırladım.
Əsasən kurs
işi, diplom işi üçün bu kitabxanaya tez-tez ayaq basmalı
olurdum. İçəri daxil olan kimi, girəcəyin sağ tərəfində
mühafizə xidməti
yazılmış otağı
keçib, oxucuların
qeydiyyat bölməsi
yazılmış onunla
yanaşı olan otağa tərəf irəlilədim. (Kitabxana
həftənin cüt
günləri axşam
saat 8-ə kimi, tək günləri isə 5- ə kimi
işləyir).
Qeydiyyyat bölməsində 2 xanım əyləşib.
Birinci sırada oturan xanıma yaxınlaşıb,
(hardasa 30 yaşda olardı G.İ) hamı kimi buraxılış vərəqəsi istədim.
Məndən şəxsiyyət
vəsiqəmi kitabçaya
qeyd etmək üçün aldı, qeydiyyat apardı, buraxılış vərəqəsi
verər-verməz bir az sual- cavab
da elədi.
- Tələbəsən?
- Xeyr
- Ha… bakalavrsan?
- Xeyr. Mən universiteti çoxdan
bitirmişəm.
- Nə vaxt?
- 2007- də.
- Sənin biletin
olmayıb bəs?
- Olub. Amma vaxtı bitib.
- Gedəndə vəsiqəni
götürərsən. Axşam 7-yə kimi burdayıq.
Bir an fikirləşdim - yaxşı ki, jurnalist oluğumu demədim, yoxsa axşama kimi sual atəşinə tutardı məni. Buraxılış vərəqəsini götürüb yuxarı
qalxmışdım ki,
təsadüfən nə
vaxtdandı görmədiyim
azərbaycan dili müəllimimi gördüm.
Kataloqlarda nə isə
axtarırdı. Salamlaşdıq,
bir az
hal-əhval tutduq. Kitabxanaya işi ilə bağlı tez–tez gəldiyini dedi.
Demək olar ki, kitabxanada adam
az idi. Kataloqları
axtaran kim,
kitab oxuyan kim, «zakaz» verdiyi
kitabı gözləyən
kim. Ab-hava əvvəlkindən başqa idi. Burda kitabxanaçıların
çoxusu da yeni idi, eyni
zamanda kompüterdə
işləyən kitabxanaçı
qızlar da vardı. Əvvəl kitab sifariş
vermək istədim, amma fikrimi tez
dəyişdim. Müəllimimlə sağollaşıb, birinci
mərtəbəyə düşdüm.
Arxiv qəzet və jurnal olan zala
keçdim. Çünki bura mənim üçün daha maraqlı idi. Elə reportajımı da sırf qəzetlə bağlı yazmaq istəyirdim. Düşündüm ki, belə maraqlı
olar. İçəridə adamlar çox
deyildi. Zalda 10-12 nəfər oxucu var idisə,
onun 10-u yaşlı nəsil idi. Özlərinin dediyinə görə
kitabxananın daimi oxucuları da burda idilər. Ancaq belə hallara -avtobusda, metroda, yolda, parkda, blokda qarşılaşsaq
da, burda da yatanlara, mesaj
yazanlara, yemək yeyənlərə, sadəcə
oturub dincələnlərə
də rast gəldik. Kitabxanaçı yaşlı qadın
olmasına baxmayaraq, hər kəsə kömək edir, oxucunun istədiyini səbirlə, mehribanlıqla
tapıb verirdi. Mən də kitabxanaçıya
yaxınlaşıb «Kəşkül»
qəzetini istədim.
Dedi ki, «burda yoxdur, yuxarıdan istə». Mən də tez sözümü dəyişdim, guya dilim dolaşdı, çünki başqa zala getmək istəmirdim, hövlnak dedim: «yox mənə
«Açıq söz»
qəzetini verin. Olmamış olmaz burda» - Elə bil zorla boyunlarına
qoydum ki, tapmalısan! Dedi: «Hə, bu qəzet
var burda, gözlə indi gətirəcəklər», -deyərək
yanındakı cavan köməkçisinə işarə
elədi. Beş dəqiqə çəkmədi
ki, 4-5 qəzetlər
«gəldi». Hamısını götürüb, keçib
oturdum oxu zalında. Qəzetə diqqətlə nəzər
yetirdikcə, vərəqlədikcə,
insan özünü bir an 1915 –ci ildə qəzetin 25 qəpiyə satıldığı
və yaradıcısı
olduğu M.Ə Rəsulzadənin
dövründəki kimi
hiss edir. Qəzetin yeni
nəşri isə burda göstərildiyi kimi 1991 –ci ilin
4 iyulunda baş redaktoru Mail Dəmirli olub. Hər yazılan məqalələrin
sonunda isə müəlliflərin nə
vaxtdan işlədiyi,
hansı təcrübədə
olduğu bəlli olur. Və - ştatdankənar müxbirimiz, xüsusi müxbirimiz, yaxud tələbə-jurnalist kimi
qeyd olunub.
Məni cəlb edən bir neçə
halı da bölüşməyi özümə
borc bildim. Hələ bir az da güldüm. İndi də qəzetlərdə çox
olmasa da var, ancaq o dövrdə
də (1993-cü il) belə replikalar az deyilmiş.
Burada adam
şəhərdəki heykəldən
gileylənir, onun vasitəsilə İcra Hakimiyyətinə də «sataşır».
Məsələn, «Kirov gedib… Kirov durur…» başlıqla
replika
Dağüstü parkdan paytaxtımızın
çiyinlərinə ağırlıq
eləyən Kirovun heykəli götürüldü-
şəhər də,
biz də dərindən
nəfəs aldıq. Kirov rayonuna
da qədim Binəqədi adı qaytarıldı. Çox şükür.
Bəs görəsən, nə
sirdi ki, mərkəzdən düz
dənizəcən uzanıb
gedən Kirov prospektinin
adı belə əzizlənə-əzizlənə saxlanılır!
«Ədalət» qəzetinin sözü olmasın, xatırladırıq
ki, Bakı şəhər İcra Hakimiyyətini başçısı
Rauf Gülməmmədovdur.
«Kitabxanaya gələnlərin sayı
ildən-ilə azalır»
Təəssüratlarımı qeydə aldıqdan sonra ömrünün 35 ilini M.F.Axundov kitabxanasına həsr edən Abihəyat xanımla söhbətləşdim.
-Abihəyat xanım,
necə oldu kitabxanada işlədiniz, ümumiyyətlə neçə
ildir burda çalışırsız?
-Mən
15 il Ağstafa dəmiryol orta məktəbində fizika laboratoriyasında laborant
işlədim. Orda işləyə-işləyə Krupuskaya adına
kitabxanaçılıq texnikumuna
qiyabi qəbul oldum. Oranı bitirdikdən sonra1975-ci ildə aprelin 24 də Axundov kitabxanasına işə qəbul oldum. Bax elə o vaxtan bəri bu (əli ilə
göstərir ) növbətçi zalda işləyirəm. Ayrı zalda
olmamışam. Ən çox
da oxucu bu zala gəlir.
-Bu neçə ildə
maraqlı hadisələr,
maraqlı adamlarla yəqin ki, üzləşməmiş olmazsız?
- Bura millət vəkillərinin demək
olar ki, hamısı gəlib. Dövri mətbuatdan, qəzetlərdən,
jurnallardan həmişə
istifadə ediblər.
Professorlar, İnstitut müəllimləri
də tez-tez kitabxanadan yararlanıblar.
-Kimlər olub millət vəkilləri? Bir neçəsini adını
sadalaya bilərsizmi?
- Azər Əmiraslanov,
Pənah Hüseyn,
Musa Qasımov, Fəzail
İbrahimov… bunlar yadımdadır.
- Bəyaq yanımda
hardasa 70-75 yaşlarında
bir ağsaqqal dayanmışdı. Soruşdum ki,
tez-tez gəlirsiz bura? Gülümsəyərək
cavab verdi
ki, «mən hər gün gəlirəm». Ümumiyyətlə, gündəlik gələn
təbəqə kimlər
olur, hansı yaşda olur ən çox?
- Əlbəttə, hər təbəqədən,
hər yaşdan olan oxucu gəlir. Buranın daimi oxucuları
var- Məmmədli, Hüseynov, Mamed müəllim. Amma əvvəllər
ən çox Universitet tələbələri
gəlirdilər. Onlar
üçün oxumağa
araba-araba referat
jurnallar, fonddan daşıyırdıq. O vaxt
jurnallardan çox istifadə olunurdu, indi ən çox
burda qəzetlər oxunur. «Bizim Yol» qezeti də
burda çox oxunur. Səhər saat 10 -dan axşam bəzən 8 -ə
qədər burda oxucular olur.
- Hansı jurnal və qəzetlər oxunurdu? Bir neçəsinin adını sadalaya bilərsizmi?
-Rus jurnallarından-
«Novoye vremya», «Sovremennaya jizn» «Literaturnıy Azerbadyjan», Azərbaycan jurnallarından-
«Azərbaycan məktəbi»,
«Kənd həyatı»,
«Azərbaycan dili tədrisi» və s. jurnallar.
- Abihəyat xanım,
bəlkə yadınızda
qalıb, mətbuatın
100 illiyi necə qeyd olunub?
- Vallah, yadımda
deyil bu günü necə qeyd edirdilər. Ancaq onu bilirdim ki,
oxucular kitabxanaya həmişə gəlib. Hətta qapıda növbə
gözləyirdilər.
Günel İsgəndərova
Bizim yol.- 2010.- 5 avqust.- S. 13.