Məşhur
fransız aktyoru Bakıya gəldi
Jerar Depardye Azərbaycanda
filmə çəkiləcək
Məşhur fransız kino aktyoru Jerar Depardye
Azərbaycana gəlib. APA-nın xəbərinə görə,
J. Depardye dünən
Fəxri Xiyabana gedərək Heydər
Əliyev və Zərifə Əliyevanın
məzarlarını ziyarət
edib.
Ona Fəxri Xiyabanda
dəfn olunmuş mədəniyyət və
incəsənət xadimləri
haqqında məlumat verilib. Bunun ardınca J. Depardye Şəhidlər Xiyabanını
ziyarət edib.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev Azərbaycanda səfərdə olan Fransanın məşhur aktyoru Jerar Depardye
ilə görüşüb. APA-nın məlumatına görə,
görüşdə nazir
Əbülfəs Qarayev
Jerar Depardyeyə Azərbaycanın film sektoru
haqqında məlumat verib və Fransa
ilə bu sahədə birgə əməkdaşlıq etmək
niyyətini açıqlayıb.
Nazir eləcə də Jerar Depardyeni Azərbaycanda görməyindən
məmnunluq duyduğunu
dilə gətirib.
Görüş zamanı Jerar
Depardyenin Azərbaycanda
filmə çəkiləcəyi
də məlum olub. Aktyor Azərbaycanda Aleksandr Dümanın Azərbaycana
səfərlərini əks
etdirən sənədli
filmin istehsalı barədə danışıb:
“Mən bu cür filmin çəkilməsini çox
istəyirəm. Sözsüz ki, bu filmdə
Dümanı özüm
oynamaq istəyirəm.
Aleksandr Dümanın Azərbaycana
gəlişi, buradakı
işləri ilə bağlı olduqca maraq doğuracaq faktlar var. Mən qayıtdıqdan sonra bununla bağlı əlimdə olan bütün sənədləri
bir daha gözdən keçirəcəyəm”.
Nazir Əbülfəs Qarayev isə Jerar Depardyeyə Aleksandr Dümanın Xurşudbanu Natəvanla
dost olduqları barədə
məlumat verib və filmdə bu hissələrin də yer alacağını
deyib. Jerar Depardye isə bununla bağlı məlumatlandırılmasından şad olduğunu və bu filmdə
tərəfmüqabili Xurşudbanu
Natəvan obrazını
fransalı aktrisanın
deyil, azərbaycanlı
aktrisanın canlandırmasını
istəyib: “Əlbəttə
ki, bu obrazda
azərbaycanlı aktrisanın
çəkilməsi daha
yaxşı olar. Yəqin ki, belə də
olacaq. Azərbaycanda olmağımdan məmnunam,
çox gözəl şəhəriniz var. Burada
maraqlı tarixi əhəmiyyətli binalar,
abidələr olduqca diqqətimi çəkdi.
Eləcə də burada
uzun illər bundan əvvəl fransızların da müxtəlif işlər
həyata keçidrikləri
məni sevindirir”.
Əbülfəs Qarayev deyib
ki, Aleksandr Dümanın Azərbaycana
səfərinin əks
olunacaqğı bu filmin 2-3 il
müddətinə çəkilməsi
nəzərdə tutulur.
Bu müddət ərzində Azərbaycanda
müxtəlif ssenarilər
hazırlanacaq və Jerar Depardyeyə göndəriləcək. Aktyor isə öz növbəsində bu ssenarilərdən birini seçəcək və rəhbərlik etdiyi kino şirkəti ilə birgə Azərbaycanda bu filmin çəkilişini
həyata keçirəcək.
Görüşdən əvvəl fransalı aktyor Qız qalası və Milli Parkı
gəzib. Aktyorun Azərbaycana səfəri
dekabrın 16-na kimi davam edəcək. Bakıdakı görüşlərini yekunlaşdırdıqdan sonra
Jerar Depardye Qəbələyə gedəcək.
Xatırladaq ki, aktyor Azərbaycana şəxsi təyyarəsi ilə gəlib.
Aktyor Azərbaycana 15 il bundan
əvvəl, Heydər
Əliyev tərəfindən
dəvət olunduğunu
və bu dəvəti iş çoxluğundan həyata
keçirə bilmədiyini
deyib: “Bir filmdə oynadığım
rol onun çox xoşuna gəlmişdi və həmin vaxt o məni dəvət etmişdi. Ancaq təəssüflər ki,
həmin vaxt ağır iş qrafikim olduğu üçün bu dəvəti həyata keçirə bilmədim.
Mən öz afişamı imzalayıb Heydər Əliyevə göndərmişdim.
Bu yaxınlarda isə belə bir imkan yarandı
və mən gəlmək fikrinə düşdüm. Öyrəndim ki, burada film studiyalarının yenidən
xüsusi avadanlıqla
təchiz olunması prosesi gedir və
Azərbaycana səfər
etmək qərarına
gəldim. Düşündüm ki, heç olmasa indi gəlim,
hazırkı prezidentinizlə
görüşüm və
layihələri müzakirə
edim”.
J.Departye Azərbaycan haqqında çox məlumatlı olmadığını
qeyd edib: “Mən Azərbaycanı o qədər də yaxşı tanımıram.
Sadəcə, oxuduqlarıma əsasən
məlumatlıyam. Əgər Aleksandr
Duma kimi dahi bir insanı
Azərbaycan cəlb etmişdisə, bu artıq o deməkdir ki, ölkə çox zəngin bir mədəniyyətə
malikdir”.
Bizim yol.-
2010.- 14 dekabr.- S.15.