Müdafiəsiz uşaqlar...
Azərbaycanda da azyaşlılar qəddarcasına istismar edilir
Dünyanın qaynar nöqtələrində
100 mindən artıq uşaq əsgər döyüşür
Bu gün Uşaqların Beynəlxalq
Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil
olunan “Qadınların
Beynəlxalq Konfransı”nda
uşaq hüquqlarının
təmin edilməsi ilə bağlı təkliflər səslənib
və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə
həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq
Müdafiəsi Günü
kimi tarixə düşüb.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Azərbaycanda da qeyd edilir. Azərbaycan hakimiyyəti beynəlxalq
günləri və bayramları təmtəraqla
qeyd etsə də, reallıqlar pafoslu çıxışlardan
köklü şəkildə
fərqlənir. Elə uşaqların
müdafiəsi sahəsində
də Azərbaycanda ciddi problemlər var.
Əsgər uşaqlar
Uşaq hüquqlarının daimi tapdanan regionlar arasında müsəlman dövlətləri
- Əfqanıstan,
İraq, Pakistan, İran, ərəb dövlətlərinin əksəriyyəti,
Orta Asiya respublikaları, Afrika dövlətləri
o cümlədən Rusiya və Cin öncül
yerləri tuturlar. İran və Cində azyaşlı uşaqların (yaşı
18-ə qədər)
Bir sıra hallarda isə rəsmi dövlət ordularının tərkibində
də uşaqlara rast gəlmək mümkündür.
Qeyd edək ki, Uşaq
Hüquqları üzrə
Konvensiyaya əlavə
protokola və Beynəlxalq Cinayət Məhkəməsini tənzimləyən
Roma nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin
tələblərinə əsasən
5 yaşından aşağı
uşaqların orduya və hərbi dəstələrə cəlb
edilməsi hərbi cinayət hesab olunur. Uşaq Hüquqları Konvensiyasının
19 -cu maddəsinə əsasən
isə yaşı
18-dən aşağı olan
oğlan və qızlar əsgərliyə
cəlb edilə bilməz. Qeyd edək ki, Qarabağ
müharibəsi zamanı
Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin tərkibində
uşaqlar hərbi
əməliyyatlarda iştirak
edib. Lakin hazırda Azərbaycan
ordusunda uşaqlardan istifadə edilmir.
Azərbaycan uşaq ölümünə
görə Qafqazda liderdir
Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına
görə Azərbaycan
uşaq ölümlərinə
görə Qafqazın
lider dövlətidir. Hazırda Azərbaycan 5 yaş
və 1 yaşınadək
uşaq ölümü
göstəricilərinə görə Ermənistandan
və Gürcüstandan
geri qalır. 2000-ci ildə hər 1000 diri doğulan uşaqlar arasında ölüm halları 16,4 , 2009-cu ildə bu göstərici
11,4-ə olub. Maraqlı faktlardan biri
beynəlxalq qurumların
hesabatları ilə Azərbaycan hökumətinin
acıqladıgı rəqəmlər
arasında kəskin fərqlərin olmasıdır. 2007-ci ildə
UNİCEF hər 1000 diri
doğulan uşaqlar arasında ölüm hallarının 34 olduğunu
göstərir, rəsmi
məlumat isə
12-dir. Gələn ildən
isə Azərbaycanda uşaq ölümü göstəricisi dəyişəcək.
Buna səbəb 2011-ci ildən Azərbaycanda 22 həftəlik 500 qramla doğulan uşaqların
\"yeni doğulan uşaq\" kimi qəbul edilməsi olacaq. Bu meyar
Ümumdünya Səhiyyə
Təşkilatının tələblərinə
uyğundur. Hazırda Azərbaycanda
diri doğulma halı 1 kiloqram və ondan yuxarı
çəkidə doğulan
uşaqlar hesab olunurlar.
Azyaşlı rəqqaslar məmur toylarında
Azərbaycanda uşaq istismarı ilə bağlı problemlər hər zaman mövcud olub. Beynəlxalq normalara görə uşaqların ev
işlərində işlədilməsi
istismar hesab olunsa da ölkəmizdə
buna normal hal kimi baxılır. Xüsusən, kənd yerlərində
azyaşlılar kənd
təsərrüfatı işlərində
yaxından iştirak edirlər. Ölkədə
maddi rifah halı kəskin şəkildə aşağı
düşdükcə uşaqlar
daha çox istismara məruz qalır. Hər gün, avtobuslarda
konduktor işləyən
uşaqlara rast gəlirik. Bakı küçələrində dilənən, maşın
təkəri qaraldan, bazarlarda yük daşıyan yüzlərlə
uşaq var. Uşaq istismarının şadlıq
evlərinə siyarət
etməsi də məlumdur. Azyaşlı rəqqaslar hətta
yüksək rütbəli
dövlət məmurlarının
övladlarının toy məclislərində
iştirak edir.
«İşləməsəm,
ailəm ac qalar»
Dünən paytaxt Bakının
küçələrini gəzib
min bir əzabla gündəlik çörək
pulu qazanan uşaqlarla görüşdük. Rəsulzadə küçəsində rezin
şarlar satan
Saday imkansızlıq
üzündən alver
etdiyini söyləyir.
O, məktəbə getdiyini
deyirdir: “Dərslər
başa çatıb.
Son zəngə özün getmədim.
11-ci sinifdə oxumuram
ki son zəngə də gedim”
. Saday
1 manata şar
satmaqla özünə
lazım olan məbləği qazandığını
bildirir: “Burda ayıb nə var ki? Qazanıb özümü
dolandırıram”. Sadaydan bir az aralıda isə başqa bir uşaq gül satır. Adını söyləmək istəməyən
oğlan cib xərcliyi üçün
işlədiyini söyləyir:
“Burda çətin iş yoxdur. Qızla oğlana yaxınlaşıb
gülü uzadıram.
On nəfərdən biri gül alsa,
bəsimdir”.
Ayna Sultanova heykəlinin yanında maşınların
şüşələrini təmizləyən Ramiz isə işləməsə
ac qalacağını söylədi:
“Məni işə götürmürlər. Deyirlər arıqsan.
Bir necə dəfə «moyka»da işləmək istədim, amma yaxın buraxmadılar.
Mən mütləq işləməliyəm.
Evdə vəziyyətimiz ağırdır.
Atam xəstədir. Qazancı azdır.
Anam da ki arvad
xeylağıdır, qazandığı
qəpik-quruş olur.
Mən işləməsəm, ac qala
bilərik”. Ramiz
məktəbə getmədiyini
söyləyir: “Oxumaq
istəmirəm. Uşaqlar mənim
paltarımı lağa
qoyur. Müəllimlər də məni
o bir uşaqlardan çox danlayır. Tutalım məktəbə
getdim, onda mənim əvəzimə
kim pul qazanacaq?”. Ramizin sözlərinə
görə bir yerdə durub işləməyə imkan
vermirlər: “Polisin əlindən hər gün yerimi dəyişirəm. İmkan vermirlər
ki bir yerdə
durum işləyim. Belə olsa,
müştərimdə olar”.
Əfqan
Bizim yol.- 2010.- 1 iyun.- S. 13.