Azərbaycanlı mühacirin İsveçdə
kitabı çıxıb
İsveçdə mühacir
həyatı yaşayan
Müsavat Partiyasının
üzvü Telman Verdiyevin “Azərbaycanda Demokratiya-Antidemokratiya dərsləri” adlı
kitabı nəşr olunub. Öz dilimizdə
buraxılan kitab da üç bölümdən
ibarətdir: birinci
hissədə müəllif
demokratiyanın tarixindən başlayaraq Azərbaycan seçki qanunvericiliyini Avropa dövlətlərinin qanunvericiliyi ilə müqayisəsini
aparır. Eyni zamanda, Azərbaycanın Rusiya tərəfindən
işğalı, 1918-20-ci illərdə qurulan
ADR-in siyasi sistemindən,
parlamentdəki fraksiyalardan, Qarabağ münaqişəsini
doğuran səbəblər, Xocalı
faciəsindən və son 15 ildə keçirilən seçkilərdən
bəhs edir. Xüsusən
də seçkilərdəki
saxtakarlığa faktlarla geniş
yer ayrılıb. “Demokratiya-anti
demokratiyaya fəlsəfi
baxış” adlanan ikinci
bölümdə müəllif
demokratiyanın fəlsəfi qatlarını açmağa
çalışıb. Nəhayət, üçüncü bölüm
olan “Azərbaycanda demokratik
ictimai dövlət
xadimləri və ziyalılar” bölümündə Məhəmməd
Əmin Rəsulzadə, Səttarxan, Seyid Cəfər Pişəvəri, Əhməd bəy
Ağaoğlu, Əli
bəy Hüseynzadə, Əbülfəz
Elçibəy və İsa Qəmbərin ictimai-siyasi
görüşləri ilə bərabər fəaliyyətlərindən
də söz açılıb. Telman Verdiyevin bildirdiyinə görə
nəşr mühacirətdə olan azərbaycanlılar üçün
nəzərdə tutulub və
gələcəkdə Avropa
dillərinə tərcümə
olunması nəzərdə tutulur.
Qeyd edək ki, Telman
Verdiyev 2003-cü il hadisələrindən sonra
Azərbaycandan mühacirət etmişdir,
hazırda Stokolmda
yaşayır.
Natiq
CAVADLI
Bizim
yol.- 2010.- 20 mart.- S. 15.