Sükut qalası, yoxsa balaca kosmos?
Bakının simvolu olan Qız qalasının daha bir
sirri
Xəzərin sahilində bir qala var. O qədər
sakit, dinməzcənə dayanıb ki, ona sükut qalası da
deyə bilərdik. Minilliklərdir ki, onu sökürlər,
amma tam dağıda bilmirlər, sonra guya bərpa edir, yeni
görkəmə salırlar, adına min əfsanələr
qoşurlar, o isə dözür və dinmir. Məğrurcasına
sahildən bir az aralı dayanıb yenə də əvvəlki
kimi öz sirrini kimsəyə danışmır.
Amma bizimçün, Xəzər sahilində
yaşayıb onun sehrində qidalanan insanlar üçün
Qız qalası barədə danışmamaq günahdır.
Bizim Qız qalası haqqında biliklərimiz özünü
qaladan tullamış qız barədə əfsanədən
uzağa getmir. Bu əfsanənin ucbatından həya edib
Qız qalası barədə bütün dünyaya car çəkə
də bilmirik. İlk milli biletimiz – Əfrasiyab Bədəlbəylinin
«Qız qalası» baletini səhnələrdə görə
bilmirik.
Gecə və gündüz bərabərləşəndə…
Qalanın yaşı barədə
mübahisələr hələ də səngimir. Məşhur
tarixçi Sara Aşurbəyli Qız qalasının tikilməsini
eramızın ilk əsrlərinə aid edir. M.A.Nəbiyev isə
qalanın eranın 6-cı əsrində tikildiyini deyir. Davud
Axundov qalanın daha qədim olduğunu və eramızdan əvvəl
6-cı əsrlərdə tikildiyi fərziyyəsini irəli
sürür. Azərbacan memarlığı tarixi üzrə
mütəxəssis L.Bretanitskiy qalanın iki mərhələdə,
aşağı hissəsinin 5-6 –cı əsrlərdə,
yuxarı hissəsinin isə 12-ci əsrdə tikildiyini fərz
edir. Belə bir versiya da var ki, qala əvvəl od məbədi
kimi tikilib. Dilimizdə «qala» sözü həm də od qalamaq
mənasında işlənir. Qız qalasının zərdüşti
daxması olması versiyası da var. Zərdüştilər
torpaq, od, su və havanı müqəddəs element
saydıqlarından ölülərinin torpağa
basdırmır, odda yandırmırdılar. Sükut qalası
adlandırılan hündür bir yerdə qoyub gedir və
onları vəhşi heyvanların ixtiyarına verirdilər.
Amma adı çəkilən bütün bu versiyaların demək
olar ki, hamısı ciddi şəkildə tədqiq edilərkən
çoxlu suallar və anlaşılmazlıqlar meydana gəlir
ki, bu da Qız qalasını açlmaz bir sirrə
çevirir. Fərziyyələr arasında qalanın
müdafiə xarakterli olması versiyası da vardı. Amma
Qız qalasının cəmi 8 pəncərəsi var. Bu pəncərələr
göyə tərəf yönəldildiyindən oradan
heç Qalanın aşağısında dayanan adamları
görmək mümkün deyil. Tədqiqatçı Abbas
İslamov daha bir maraqlı faktı üzə
çıxarıb. Hər il dekabrın 22-də, gecə və
gündüz bərabərliyində günəş doğan
kimi əsas pəncərədən içəri işıq
düşür. Sonra günəş müəyyən
qanunauyğunluqla o biri pəncərələrdən içəri
işıq salır. Ona görə də Qalanın pəncərələri
simmetrik deyil və sanki memarlıq qanunlarını pozaraq qeyri
mütənasib şəkildə açılıb.
Bütün pəncərələr dənizə baxır.
Qala Günəş kültu ilə bağlı tikilibsə
bunun daha qədim inanclara söykəndiyindən xəbər
verir. Amma hazırda biz günəşin Qalaya düşən
şüalarıyla bizə nə deyəcəyini bilə bilməyəcəyik.
Çünki 60-cı illərdə aparılan təmir
işləri zamanı Qız qalasında əzəldən
olmayan mərtəbələr tikilib. Pəncərələrdən
düşən işığın qədim divarlarda nə
yazdığını da görməyəcəyik.
Balaca kosmos
Qız qalası Günəş sistemini
kiçik modelidir. Onun 9 pəncərəsi
var (hazırda 8-dir, çünki «restovrasiya» zamanı pəncərələrdən
biri qapadılıb), bu bizə məlum planetlərin sayına
uyğundur. Pəncərələrin asimmetrikliyi göy cisimlərinin
ziqzaqvari trayektoriyasını təsvir etməsiylə
bağlıdır. Ən böyük pəncərə ən
böyük planet Yupiteri təmsil edir. 7-ci pəncərə
isə T hərfi şəklindədir. Məlumdur ki, 7-ci planet
olan Uran yanpörtü şəkildə fırlanır. Ona
görə də başqa planetlərə nəzərən
perpendikulyar pozadadır. Qız qalasının ən üst mərtəbəsi
göyün 7-ci qatını simvolizə edir. Qalanın
hündürlüyü 28,7 metrdir. Bu Günəşdən
Urana qədər olan məsafəni -28 700 milyon km.- simvolizə
edir. Beləliklə Qız qalası minilliklər sonra kəfş
ediləcək astronomik bilikləri özündə cəmləşdirib.
Diqqət yetirilsə batıq və çıxıntı
şəklində görülmüş hissənin 31(30)
zolaqlarıı asanlıqla samaq olar. Bu ayın günlərini
də göstərə bilərdi. Dayaq divarının
cünub və şərq tərəfindən zolaqlar
sayılsa onların 24 olduğunu görərik. Bu, sutkada
saatların sayını da bildirə bilər. Abidənin cənuba
baxan pəncərələrinin 4 olması fəsilləri, mərtəbələrə
qalxan pillələrin 12 olması isə ilin aylarını
göstərir.
Keçmiş zamanlarda ulduzlar indikindən
fəqli düzülmüşdü. Qız qalasının
bir qrup ulduza nəzərən tikildiyini fakt kimi qəbul edəndən
sonra ulduzların yerdəyişməsin nəzərə alaraq
onun dəqiq yaşını təyin etmək olar. Onda bilinər
ki, Qız qalası 11-ci əsrdə yox, ən azı 3 min il
bundan əvvəl tikilib.
Suyun Allahla
sazişi
1960-cı
illərdə edilmiş üzdəniraq bərpa işləri
(Mimikonov adlı memarın başçılığı
altında) qalanın quruluşunu tam dəyişərək
onun nə üçün tikildiyini sübuta yetirən dəlilləri
sıradan çıxardı. Amma qala boyunca yuxarıdan
aşağıyadək uzanan bişmiş gildən olan borular
qırılsa da indiyədək saxlanılır. Bərpadan
qabaq mərtəbələrin yerində 80 sm enində dairəvari
çıxıntılar vardı. Bu axurlar qalanın
içindəki tempratur fərqindən yaranan atmosfer suyunun
borulara tərəf axması üçün nəzərdə
tutulub. Bu su ayinlərdə istifadə edilirdi. Ən təmiz
su insanla təmasda olmayan sudur. Bəlkə Qız
qalasını tikən əcdadlarımız bunu bizdən daha
yaxşı bilirdi? Bir sufi əfsanəsində belə deyilir:
müdriklərdən biri öncəgörməlik edir ki,
gün gələcək dünyada su yoxa çıxacaq.
Yalnız xüsusi olaraq yığılmış sudan
başqa içməli su heç yerdə olmayacaq. Sonra su
yenidən qayıdacaq, amma onu içən hər kəs
ağlını itirəcək. Yalnız bir nəfər
müdrik kişinin sözünə baxıb su eytiyatları
yığır. Su yoxa çıxan gün o, yalnız öz
ehtiyatında olan sudan içirmiş. Sular kəhrizlərə,
quyulara qayıdanda hamı hərisliklə sudan içdi və
havalandı. Təkcə həmin kişi öz suyundan
içirdi və hamı onu dəli adlandırdı. Səbri
tükənən gün kişi bütün ehtiyatını
torpağa töküb hamının içdiyi sudan içdi
və hamının dediyi kimi «ağıllandı». …Qız
qalasının düz yanında qayada ovulmuş daş qəbrin
izləri görünür. Bilinir ki, onun içini sonradan
doldurublar. Bəlkə bu elə həmən kişini qəbridir?
Nostradamus
Bakı qalası barədə
Bütün
dünya Nostradamusun öncəgörməliklərindən
danışır və onun yazıları hələ də tədqiq
edilir. Azərbaycanlı riyaziyyatçı Vaqif Ələkbərov
bu mövzuda maraqlı tədqiqat apararaq gözlənilməz
nəticələr əldə etmişdir. Vaqif Ələkbərov
da Qız qalası ilə bağlı maraqlı müşahidələr
aparıb və Nostradamusun «Senturiya»sının mətnində
eyni sözlərin təkrarını vurğulamaqla «Qala»
sözü ilə bağlı bəzi sətirləri
aşkarlayıb.
«Buka
qalası barbarların cəngəlliyindən qorxacaq» (1.28), «Dənizdəki
qala 3 dəfə əldən ələ keçəcək»
(3.01), «Mars qalanın ən
böyük pəncərəsində olacaq» (5.42),
«Böyük Neptun qalanın böyük pəncərəsindən
görünəcək» (3.01) Buka sözü Nostradamus
üçün xarakterik olan anoqramma, yəni hərflərin
yerini dəyişmə üsuluyla tədqiq edilsə Baku
sözü rahat alınır. Cəngəllik dedikdə ola bilər
qalanın ağac gövdəsinə oxşaması nəzərdə
tutulur. Axı onun içi ağacın özəyi kimi
boşdur və divarları bayırdan ağac
qabığı kimi zolaqlıdır. Şeirlərdə
Günəş sistemi planetlərinin Qız qalasının pəncərələrinə
uyğun gəlməsi bir daha tasdiqlənir. Qalanın
yarıyacan zolaqlı olması bir qədər qəribədir.
Bu faktı tədqiqatçıların heç biri izah edə
bilmir. Nostradamusun adıçəkilən katrenində
deyildiyi kimi Qalanı ağaca bənzətsək və planetlərin
Günəş ətrafında hərəkət müddəti
ilə müqayisə etsək, Qalanın zolaqlarını
sanki ağacın
yaşını təyin edən halqalar kimi qəbul edə
bilərik. Günəş sistemində ən uzaq
planet olan Pluton ən uzun perioda malikdir – 247, 7 il. Qız
qalasını tikən memarlar da həmin rəqəmləri
işlədiblər. 24 tam halqalı zolaq və 7
yarımçıq çıxıntı. Bu 3 rəqəm zərdüştilikdə
də müqəddəs sayılırdı. Zərdüştilər
sudrə adlanın ağ köynək geyər və onu 4
düyünlə bağlayardlar. Kuşti adlandırılan kəmər
özü isə 72 ipdən
hörülərdi. Rəqəmlərin üst-üstə
düşməsi adamı heyərətləndirir. Müqəddəs
Quranın da Fussilət (Müfəssəl izah edilmiş) surəsini
islam teoloqları Günəş sisteminin şifrəli
illüstrasiyası kimi və qazvari dumandan əmələ gəlməsinə
sübut kimi sitat gətirirlər. Bu surədə də 2, 4, 7
rəqəmləri sırayla işlədilir.
2, 4,7 rəqəmləri arasındaki mistik
əlaqədən danışarkən yenə də
Nostradamusu yada salmaq lazımdır. Onun fikricə
kitabındakı hər fəsil 100 katrendən ibarət
olmalı idi. Amma müasirlərinin anlamadığı səbəbdən
7-ci fəslə yalnız 42 katren daxıl edərək onu
sanki natamam saxlamışdır. Ruhani quru kimi ad çıxarmış
El Moriyanın ezoterik dairələrdə məhşur olan
kitabının «Kosmosun 247 qanunu» adlanması da yəqin ki, təsadüfdən
deyil. Ona görə də Qız qalasının
zolaqlarının sayını da təsadüf saya bilmərik.
Magik 2, 4, 7 rəqəmi Qalanın ölçülərində
dəfələrlə rast gəlinir.
Həyat ağacı
Məlumdur ki, Azərbaycan ərazilərində
İslam dini bərqərar olmamışdan əvvəl, Qafqaz
Albaniyası, sonralar Atropatena dövləti olarkən zərdüştiliklə
yanaşı xristianlıq da qəbul edilimşdi.
Xristianlıq buralarda 1-ci əsrdən etibarən olduğundan
xristian mənbələrində İncil kitabı
formalaşan zamanlarda bu qala barədə bir şey yazılmaya
bilməzdi. Dimirti Rostotskinin «Müqəddəslərin həyatı»
kitabında oxuyuruq «… Albaniyanın Baruk (Bakı) şəhərində
xəstələrə şəfa verən, iztirab çəkənlərə
kömək edən bir qala dayanıb».
Qız
qalasının zolaqlarının ağacın halqaları ilə
bənzədilməsi İncilin hələ
açılmamış bəzi sirrlərindən birinə
yaxınlaşdırır. İoann Boqoslovun «Etiraf»ında (22
fəsil) sirrli «Həyat ağacı» təsvir edilir ki, bunu
teoloqlar hələ ki, şərh edə bilmir. Onun
yazdığına görə bu «Ağaca xüsusi rol verilib
və o, xalqların
sağalmasına, şəfa tapmasına xidmət edir».
İoann
Boqoslovun «Etiraf»ında 4-cü «Apokalipsis» fəslində belə
sətirlərə rast gəlmək olur: «Mən Taxt
görürəm. Onun ətrafında daha 24 taxt da var. Hər
24 taxtda ağ geyimli qocaman oturub. Bu Taxtın
qarşısında 7 od yanır ki, 7 İlahi ruhun simvoludur.» Həmin
müəllif başqa yerdə (4-cü fəsil, 6-cı
şeir) «… Taxtın qarşısında şüşə
kimi dəniz kristal kimi parlayır» deyir. Yenə də 2, 4, 7 rəqəmləri.
İoann Boqoslovun 4-cü fəsil, 7-ci şeirində dediyi daha
qəribədir: «… və bu Taxtın yanında 4 heyvan
gördüm. Birisi şirə bənzəyirdi, ikincisi
buğaya. Üçüncüsü heyvan üzlü insana,
sonuncusu isə uçan qartalı oxşayırdı». Bu
cümlənin arxasında məna tapa bilməyən oxucular
İçəri şəhəri qoşa qala qapısı tərəfdən
girməmiş başını qaldırıb Azərbaycanın
qədim herbinə baxa bilər: bir-birinə baxan iki şir
arasında bir buğa. Azərbaycanın xəritəsini
görənlərə isə onun uçuş zamanı
qartala bənzəməsini bir daha xatırlatmaq lazım deyil.
Heyvana bənzər insanlar barədə isə uzun-uzadı fəlsəfi
polemikaya qoşulmaq olar. Əhdi-ətiqdə də (qədim
İncil) qəribə fraza var: «… Şərqdən olan
qartalı göndərəcəm ki, dinlərin əzəlinə
qaytarsın». Bu xristianlar üçün «Allah təkdir, yeganədir»
fikrinə qayıdışdırsa bütün dünya dinlərinin
birləşəcəyi yerə işarə edilir.
Kosmik informasiya qəbul etmək üçün vacib qəbuledici
Ola bilər ki, Qız qalası da Misir
ehramları kimi astronomiya ilə çıx bağlı
olaraq şəfa verici bioenerji mənbələrindən
biridir. Qız qalasının mərkəzi boş
olduğundan onun ortasından enerji mübadiləsi gedir.
İnsanın enerji sistemiylə müqayisədə onun
onurğa sümüyü ətrafında yerləşən 7
enerji mərkəzi- çakrlarla müqayisə edilə bilər.
Bəzən buna 7 möhür də deyilir. Vaqif Ələkbərovun
akademik Qoçun biolokasiya matritsa görüntüsü
metodikası ilə təcrübələr nəticəsində
əldə etdiyi faktlara əsasən bu hipotez təsdiqlənir.
Mərtəbələr bioenerji baxımından
özünü insanın çakraları kimi aparır. İnsanın enerji sütunu- yəni
onurğası sıradan çıxarsa onun
sağlamlığına necə ziyan dəyə bilərsə
Qız qalasının da enerji kanallarının
bağlanması həmin nəticəyə gətirir. «Qalanın
başında durub şərqə doğru baxın».
Qız
qalasında 2005-ci il mart-aprel aylarında aparılan tədqaqatların
nəticəsində maraqlı nəticələr
alınmışdır. Qız qalasının başına
çıxmış bir qrup ekstrasens cənub şərq tərəfdə
altıguşəli oval forma müşahidə ediblər.
Moskvalı bioenergetiklər Qalanın enerjisini tədqiq edərkən
avadanlığın sıradan çıxmasını
görəndə onlar Qız qalasını dünyanın
daha bir möcüzəsi adlandırmışdılar. Qız
qalasının başında olarkən bioenergetiklər
qalanın mühafizəkarı adlandırdıqları məxluqla
kontakta girə bilmişdilər. 7 ekstrasens eyni vaxtda adi adamlar
üçün gözəgörünməz olan mühafizəkarın
suallarına cavab verirdilər. Deyilənə görə bu məxluq
qalanın bəzi sirrlərini də açıqladı ki,
eksperiment zamanı onun məsləhətlərindən istifadə
edildi. Yəqin qədimdə ekstrasensor qabliyyətli
adamları kahin adlandırırdılar və onlar da
qalanın mühafizəkarı ilə kontakta girib məlumat
öyrənə bilirmişlər. Deyirlər ki, Misir
piramidalarında faraonlar bədənlərini sağaldır və
cavanlaşırdılar. Amma bunun yollarını,
üsullarını yalnız kahinlər bilirdi. İndi biz də Qalanın hansı
hissəsində, nə qədər, üzü hansı istiqamətə
dayanacağımızı bilmirik ki, Qız qalasından
yararlana bilək. Çox təəssüf ki, mübariz ateizm
mövqesində tərbiyə almış elm
adamlarımız tarixi öyrənərkən bu tip
informasiyaları ciddi qəbul etmirlər. Təcrübə
aparan ekstrasenslər Qalanın mühafizəkarından həmişə
eyni cümləni eşidirdilər: «Qalanın başında
durub şərqə doğru baxın».
Nə
qədər ki, Qız qalasının özəyi metal arakəsmə
ilə örtülüb onun içindəki enerji də
içinə qapanaraq tıxanıb. Qədim dövrlərdə
insanlar bizə nisbətən ulduzlara daha yaxın idilər.
Gülnarə Rəfiq
Bizim yol.- 2010.- 30 oktyabr.- S. 13.