5 milyard insan bir anda məhv ola bilər
Yer kürəsinə 150
asteroid hücuma hazırlaşır
Uşaqlıq illərində beşdaş oynardıq və
bu oyun zamanı daşların hərəkətini seyr etməklə
yanaşı, çevik olaraq udmağa
çalışardıq. Amma o zaman anlamazdıq ki,
daşlarla nə qədər sürətlə hərəkət
etsən də, onlardan biri mütləq havada olur - digər
dörd daş əldə, ya da yerdə ikən.
Böyüdük
və anladıq ki, daşın göydə qalması
mümkün deyil. Şair \"Göy üzü daş
saxlamaz\" demişsə də, ondan əsrlər əvvəl
Yerin cazibə qüvvəsi, ağırlıq qüvvəsi və
çəki anlamları kəşf olunmuşdu. Gerçəkdən
də, göydə daş qalmazmı?
Sən demə,
qalarmış. Uşaqlıq sənələrinin
\"beş daşım var, hamısı böyük\"
şərqisinin indi yanlışlığı bəlli olur.
Bəşəriyyətin
5 yox, 150 daşı var ki, hamısı da çox
böyükdür. O daşlar adi daş yox, asteroidlərdir.
Milli.Az xəbər
portalı bildirir ki, ABŞ-ın Milli Aeronavtika Agentliyinin
(NASA) apardığı araşdırmalardan biri də məhz
planeti gözləyən potensial təhlükələrlə
bağlı olub. Həmin araşdırmanın nəticələrinin
yer aldığı hesabatda bildirilir ki, indi kosmosda, Günəş
sistemində 175 təhlükəli asteroid var - onların
arasında 150 səma cismi istənilən an Yerlə
toqquşa bilər.
NASA-nın Reaktiv
Hərəkət Laboratoriyasının (JPL) mütəxəssisləri
Yer planeti üçün potensial təhlükə kəsb
edilən səma cisimlərinin astroxəritəsini
hazırlayıblar. Həmin xəritədə səma cisimləri
ölçülərinə görə təsnif olunub. 1-ci
qrupa diametri 30-100 metr, II qrupa - 100-300 metr, III qrupa - 300 metrdən
1 kilometrə və daha çox diamterə malik cisimlər
daxildi.
NASA ekspertlərinin
dediklərinə görə, həmin asteroidlərdən hər
biri istənilən an Yerlə toqquşa bilər. Bu, 2099-cu ilədək
nəzərdə tutulmuş təxmindir. Alimlər sonrakı
vaxtla bağlı proqnozları hesablamalarda ola biləcək xətalarla
bağlı hazırlamayıblar.
Toqquşma misli görünməmiş fəlakət
olacaq
Asteroidlərdən
sadəcə, birinin Yerlə toqquşmasının
mümkün nəticələrini xəyal etmək belə,
qorxuludur. Belə ki, asteroidlər arasında ən
kiçiyinin Yerə düşməsi nəhəng şəhəri
və ya kiçik ölkəni məhv edəcək.
NASA alimləri
deyirlər ki, asteroidlərin kəsb etdiyi təhlükəni
aradan qaldırmaq üçün bundan sonrakı 10 il ərzində
hər il minimum 300 milyon dolları gərəkli kosmik
müdafiə tədbirlərinə xərcləmək gərəkdir.
Kosmosdakı asan hədəf
NASA-nın kosmik
orbitdəki səma cisimləri üzrə tanınmış
mütəxəssisləri sayılan Devid Morrisonla Klark
Çapmanın fikrincə, Yer planeti \"kosmik tirdə tərpənməz
hədəf\" sayıla bilər. Hələ 1994-cü ilin
əvəllərində alimlərin birgə apardıqları
tədqiqatda onlar kosmosdan Yerə gələ biləcək
potensial təhlükənin həcmini müəyyənləşdirməyə
çalışmışdılar. Hesablamalarında alimlər
Yerlə yanaşı, Ayı da nəzərə
almışdılar. Çünki Yer təki, Ay da sürəkli
olaraq irili-xırdalı asteriod \"gülləbaran\"ının
altındadır, zərbələrin izləri də iki planetdə
milyardlarla il qalır.
Çapmanla Morrison
hesab edirlər ki, hər 500 min ildən bir Yerə asteroidin
düşməsi nəticəsində qlobal fəlakət
baş verir. Hər 100 milyon ildən bir Yerə düşən
100 km və daha çox diametrə malik asteroidlər isə
heç bir canlıya və bitkiyə yaşam şansı
vermir.
Alimlərin
hesablamalarına görə, son asteroidin düşməsindən
bəri 500 min il artıq keçib. Yəni indi ən təhlükəli
dönəmdir. Əgər az öncə bəhs etdiyimiz
asteroidlər arasında nisbətən orta
ölçülü bir səma cismi Yerə düşərsə
və ya planetimizlə toqquşarsa, 5 milyard insan öləcək.
Mütəxəssislərin
fikrincə, Yer üçün ən böyük təhlükə
də elə orta ölçülü asteroidlərdir.
Ümumiyyətlə isə insan övladı ibtidai icma
quruluşunda yaşamağa başladığı dövrdən
indiyədək 1,65 milyarda yaxın adam xırda və çox
kiçik asteroidlərin Yerə düşməsi nəticəsində
həlak olub.
İstisnasız
olaraq bütün qitələrdəki çoxsaylı kraterlər
Yerin geoloji tarixi boyunca sürəkli olaraq kosmosdan bombardmanlara
məruz qaldığını göstərir. İndiyədək
150 belə nəhəng çuxur aşkarlanıb.
Onlar planetimizin məruz
qaldığı bütün toqquşmaların izləri
deyil.
1998-ci ildə
Hollivudda çəkilmiş \"Armageddon\" blokbasterində
Yeri Azərbaycan ərazisinə bərabər
ölçülərdə asteroid təhdid edir. Filmin
süjetinə görə, həmin asteroid planetimizə
doğru 35000 km/saat sürətlə hərəkət edir. Fəlakətə
18 gün qalmış bir qrup qazma işləri mütəxəssisi
sürətləndiirilmiş astronavt kursu keçir,
\"Şattl\" kosmik məkiyinin idarəolunmasını
öyrənir, asteroidə çatır, orada 225 metr dərinliyində
quyu qazır və atom bombası ilə asteroidi iki yerə
parçalayırlar. Asteroidlərin parçaları Yerin
yanından keçir və bəşəriyyət fəlakətdən
qurtulur.
Mütəxəssislər
isə belə ssenarinin reallıqla heç bir ələqəsinin
olmadığını deyirlər. Yerlə toqquşa biləcək
səma cisimləri həmin filmdəki nəhəng asteroiddən
xeyli kiçikdir. Elə təhlükə də bundadır:
daha kiçik obyektlərin yaratdığı təhlükəni
aradan qaldırmaq daha çətindir.
Düşməni tanımaq gərəkdir
Astronomların
fikrincə, Yeri gözləyən potensial təhlükəni
azaltmaq üçnü bəzi asteroidləri diqqətlə tədqiq
etmək gərəkdir. Fransanın Nitsa şəhərindəki
rəsədxananın nəzdindəki \"Cassiopee\"
laboratoriyasının alimlərinin fikrincə, Yerlə
toqquşa biləcək asteroidlər arasından 3-ü səthlərinə
pilotlu və ya pilotsuz zond endirilmək üçün ən
münasib səma cisimləridir.
NASa-nın
ekspertləri və xüsusi yaradılmış qruplar Yerlə
toqquşa biləcək asteroidlər arasından \"1992
UY4\", \"2001 SK162\" və \"2001 PM9\" adlı səma
cisimlərini seçiblər. Seçimin səbəbi sadədir:
həmin asteroidlər Günəşdən xeyli uzaq məsafədə
olduğundan, primitiv quruluşludur. Bundan başqa, onların hər
birinin kosmik aparatın rahat sürətlə orbitə
çıxa biləcəyi sürəti - 7 km/saniyədən
az hərəkət intensivliyi var.
Həmin asteroidlər
NASA-nın \"Speatser\" teleskopu vasitəsilə müəyynələşdirilib.
Yerin yaxınlığındaakı səma cisimlərinin izlənməsini
nəzərdə tutan \"\"ExploreNEO\" adlı proqram
çərçivəsində aparılan işlər
zamanı 293 asteroid müşahidə olunub. Bu ilin sonuna qədər
isə astronomlar daha 700 asteroidi
\"saf-çürük\" etmək niyyətindədilər.
Asteroidlərə
missiyalar artıq gerçəkləşdirilib. Martın sonunda
ABŞ-ın \"Dawn\" pilotsuz kosmik aparatı asteroidlər
\"kəmər\"ində böyüklüyünə
görə ikinci olan nəhəng Vestaya yaxınlaşıb.
Aparat iyul ayında asteroidin orbitinə
çıxasıdır: \"Dawn\" bu səma cisminin tədqiqatına
bir il sərf edəcək. Daha sonra isə aparat Günəş
sisteminin ən iri asteroidinə, diametri 950 km olan Sereraya tərəf
yollanacaq.
Kleopatra təhlükəsi
Fevralın
sonlarında bir qrup braziliyalı astronom Günəş
sistemində indiyədək ən zərərsiz və təhlükəsiz
sayılan Kleopatranın orbitinin qəflətən dəyişdiyini
bildiriblər. Mars və Yupiterin orbitləri arasında,
asteroidlər \"kəmər\"ində yerləşən
Kleopatra hərəkət traektoriyasını dəyişdiyindən,
yaxın aylarda Yerlə toqquşa bilər.
216 saylı,
diametri 217 kilometr olan və zahirən sümüyə bənzəyən
\"Kleopatra\"nı asteroidi XIX əsrdə avstriyalı
astronom İohann Paliza \"kəşf\" edib.
Asteroidlərin
Yerlə toqquşa bilmələrini çoxları
nağıl, fantaziya, hətta filmlərdən
götürülmüş pis ehtimal hesab edirlər.
Halbuki XVIII əsrin
sonlarına qədər meteroitlər də göz yalanı
sayılırdı. 1960-cı illərin sonlarında isə
alimlər müxtəlif qitələrdəki nəhəng
kraterlərin \"eroziya\" nəticəsində
yarandığını deyirdilər.
Yerdə 65 milyon
il əvvəl dinozavrların məhv olması vur-tut 15 kilometr
diametrə malik asteroidin planetlə tooquşması nəticəsində
oldu. Özü də dinozavrlarla yanaşı, asteroidin
partlaması nəticəsində o dönəmdə planetdəki
bitki və canlıların 88 faizi də məhv oldu.
... \"Beş
daşım var, hamısı böyük\" deyimi ilə
“beşdaş” oyunu indi unudulmaqdadı. Eynilə, Günəş
sistemində olan və hər an Yerlə toqquşa biləcək
asteroidlərin potensial təhlükəsi qulaqardına
vurulduğu kimi...
Bizim yol.- 2011.- 8 aprel.- S. 11.