Qarabağın
Xan kəndi
Qarabağın
şəhər və rayonlarının tarixi,
çoğrafi mövqeyi,
işğalı və digər mövzularla
bağlı silsilə yazılarımızı davam etdiririk. Bu dəfəki “dayanacağımız” Xankəndidir...
Bura 1990-cu illərdə
Azərbacanın işğal olunan ilk ərazisidir. Bu il dekabrın 26-da Azərbaycanın
5-ci böyük şəhəri olan Xankəndinin işğalından tam 20 il keçəcək.
İnzibati cəhətdən
Xankəndi şəhər əhatə dairəsinə Xankəndi
şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Yuxarı Qarabağın və
Dağlıq Qarabağın paytaxtıdır. Sahəsi 8,8 km²-dir. Azərbaycan Dövlət Statistika Komitəsinin 1 yanvar
2008-ci ilə olan məlumatına əsasən,
Xankəndi şəhərinin 57,3 min nəfər,
Kərkicahan qəsəbəsinin isə 4.794 nəfər əhalisi
var. Hazırad həmin ərazilər Ermənistan
silahlı qüvvələrinin nəzarəti
altındadır.
Sərhədləri
Xankəndi
şəhəri şimaldan Kəlbəcər,
Tərtər, Ağdərə, Ağdam,
cənubdan Şuşa, şərqdən
Xocavənd, qərbdən Laçın, mərkəzdən isə
Xocalı və Əsgəran rayonları ilə əhatə olunur.
Etimologiyası
Sovet hakimiyyəti
qurulduqdan sonra Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də
“Dağlıq Qarabağ Muxtar
Vilayətinin yaradılması haqqında” dekret
verdi. Həmin dekretlə Xankəndi vilayətin
mərkəzi elan olundu.
Az sonra şəhər
Stepan Şaumyanın adı ilə \"Stepanakert\" adlandırıldı. 1991-ci ildən
etibarən Azərbaycan Respublikası Milli
Məclisinin qərarı ilə tarixi
haqsızlıq aradan qaldırılaraq
şəhərin əvvəlki adı - Xankəndi bərpa edildi.
Niyə
Xankəndi?
Azərbaycan şəhəri
Xankəndi bölgəmizin gənc şəhərlərindən
sayılır. 5 minillik tarixi
olan Naxçıvan, 3 minillik
tarixi olan Gəncə,
2 minillik tarixləri olan
Bakı, Bərdə ilə müqayisədə Xankəndinin
3 əsrə yaxın tarixi əlbəttə
çox az hesab edilir.
Xankəndi
digər Azərbaycan şəhərlərinin əksəriyyətindən
nisbətən cavan olması ilə fərqlənir.
Arxiv sənədlərinə görə
şəhər XVIII əsrin axırlarında, o dövrdə müstəqil Azərbaycan
dövlətlərindən biri olan Qarabağ
xanlığının rəhbərlərinin istirahəti üçün yaşayış məskəni
kimi salınıb. Xanların fəaliyyətinə
maksimum şərait yaradılması üçün məskən
xanlığın paytaxtı Şuşanın 10 kilometrliyində,
nisbətən dağ ətəyində inşa olunub. Bu zaman onun
xanlığın digər vacib şəhər
və kəndlərinə - Ağdama,
Xocalıya, Malıbəyliyə, Kərkicahan və digərlərinə
yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi
kimi digər yaşayış məntəqələrində
də ancaq yerli əhali,
azərbaycanlılar yaşayırdı. İlk
illər yeni yaşayış məskənində
ancaq xan ailəsi və
onun yaxınları
yaşadığından el arasında
\"Xanın kəndi\" kimi
tanınıb.
Qısa
bir müddətdən sonra
qəsəbə Xankəndi adını alıb. Qarabağ
xanlığı dönəmində şəhər çox inkişaf etmişdi. Əsas səbəb isə şəhərin
mərkəzdə və paytaxta yaxın
olması, ticarət yollarının buradan
keçməsi, xanların iqamətgahı olması, əlverişli
mövqedə yerləşməsi, zəngin təbiətinin
olması idi.
Rusiya
işğalı dövrü
Qarabağ
xanlığını zorla Rusiya imperiyasına birləşdirən 1813-cü
il Gülüstan
müqaviləsinə qədər Xankəndi ancaq
xan ailəsinin və ona
yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşıb. Rusiyanın
Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin
də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi
dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü
qadağan edilir, hər
şey imperiyanın maraqlarına tabe etdirilir.
İşğaldan sonra keçmiş
xanlıq ərazisində tez-tez baş verən üsyanların
qarşısını almaq üçün bütün
ərazi boyu hərbi hissələr yerləşdirilməyə
başlanır. Onların biri də Xankəndində
yerləşdirilir. Yer hərbi hissə üçün çox əlverişli
idi. Bir tərəfdən
çara tabe olmaq istəməyən Şuşanı və
ətrafdakı xeyli Azərbaycan məskənlərini
nəzarətdə saxlamaq mümkün
idi. Digər tərəfdən,
Xankəndinə İrandan
köçürülən və rus hərbi
bazalarında onlara qulluq
edəcək erməni ailələrini yerləşdirmək
planı var idi. Çar çinovniklərinə digər
bölgələrdə olmasa da, Xankəndində etnik
proporsiyanı müəyyən qədər pozmaq
mümkün oldu.
Ermənilər
gəldi...
1813-ci
ilə qədər Xankəndində heç
bir erməni və rus
ailəsi yaşamasa da,
artıq 1847-ci ildə orada 80 erməni, 52
rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var
idi. Rusiya
işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və
kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini
\"qərargah\" adlandırsalar da,
1847-ci il Rusiya xəritələrinə
qəsəbə rəsmi şəkildə Xankəndi adı
ilə düşür.
Çar
işğalından sonra böyüyən
Xankəndi şəhərinə bir qayda olaraq İrandan
köçürülən ermənilər yerləşdirilir,
etibar doğurduqlarına görə çar ordusunun hərbi
hissələrində və dövlət idarələrində
işlə təmin edilirdilər.
1900-cu
ildə Xankəndində artıq 3 min əhali
yaşayır, hətta ikisinifli məktəb
də fəliyyət göstərirdi. Şəhərdə
1-ci Sujeno-Vladiqafqaz Tersk
kazak qoşun postu yerləşdirilir. Məqsədli yeridilən
etnik siyasət nəticəsində ötən
əsrin əvvəllərində Xankəndində erməni və
rus əhalisinin sayı xeyli
artır. Ancaq bununla
belə şəhərdə xeyli sayda xan nəslinin
nümayəndələri, azərbaycanlı ziyalılar,
musiqiçilər və sənətkarlar
yaşayırdılar. Məqsədli təcrid siyasətinə
baxmayaraq onlar Xankəndində
ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdu.
Cümhuriyyət
dönəmi
1917-ci
ildə Rusiya imperiyasında baş verən Oktyabr
inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb
proseslər Xankəndindən də yan
ötmədi. XIX əsrdə tarixi Azərbaycan
dövləti olan İrəvan
xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada
Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni
millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur,
Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar.
Bunun üçün erməni hərbi birləşmələri
həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə
hücum edir, dinc insanları qətliam edirdilər. Bakı,
Şamaxı, Quba, Göyçay,
Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri
indi də durur. Həmin
dövrdə qanlı qarşıdurmalar eyni
zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o
cümlədən Xankəndində də baş
verirdi.
Xocalı
soyqırımı...
Erməni
millətçiləri vaxtilə qulluq
etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin
imkanlarından da geniş
istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu
təkrarlayaraq Xankəndində yerləşən,
dağılan Sovet Ordusunun
366-cı polkundan istifadə edərək
Xocalı soyqırımını törətdilər.
1918-1920-ci illərdə müstəqil Azərbaycan
Cümhuriyyəti hökumətinin apardığı siyasət
və Azərbaycan Ordusunun qətiyyəti
nəticəsində erməni millətçilərinin
Dağlıq Qarabağ və Xankəndi
iddialarını dəf etmək mümkün
oldu.
SSRİ
dövrü və Nəriman Nərimanovun
etirazı
Azərbaycanın Sovet Rusiyası tərəfindən
işğalından sonra təşkil olunan əhalinin
siyahıyaalınmasının nəticələrinə əsasən,
1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda
398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni
yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan
torpaqlarına iddiası Lenin, Stalin və Orconikidzenin dəstəyi
ilə yeni forma almağa başladı. Buna
1920-ci ildə Azərbaycan Kommunist
Partiyası MK-nın birinci katibi olmuş erməni Anastas Mikoyanın və 1921-1925-ci illərdə
həmin vəzifəni tutmuş ermənipərəst
bolqar Sergey Kirovun apardığı siyasət də rəvac
verdi.
Bu siyasət nəticəsində
1923-cü il iyulun 4-də
Rusiya Kommunist
Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya
bürosunun iclasında Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi. Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan
xalqı deyil, siyasi büronun 9 üzvü həll
etməyə girişdi. Onların isə
3-ü erməni, 3-ü gürcü, 1-i
bölgəyə tamamilə yad olan bolqar, ancaq
biri -Nəriman Nərimanov azərbaycanlı
idi.
Bu çoxluq
həmin iclasda bütün
qanunları və reallıqları kənara qoyaraq
Dağlıq Qarabağı Ermənistana vermək qərarına
gəlir. Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir
gün sonra büronu əvvəlki qərarını ləğv
edərək bölgəyə muxtariyyat
verilməklə, Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur
edir. Görünür,
Lenin və Stalin
artıq İrəvan, Zəngəzur və Göyçəsi
əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın
yaranacağını nəzərə alırdılar. Həmçinin
Azərbaycan rəhbərliyinə kənardangəlmə Mikoyan və Kirovun gətirilməsi
respublikanın ikinci Ermənistan kimi qəbul edilməsinə şərait
yaradırdı.
Beləliklə,
RKP MK Zaqafqaziya bürosu
Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla
Azərbaycan daxilində muxtariyyat verilməsi
qərarını verir. Ancaq
o dövrdə Azərbaycan rəhbəri olan ermənipərəst Sergey
Kirov və onun ətrafı
sırf azərbaycanlı şəhəri olan
Şuşada erməni muxtariyyatını
qurmağın çətin olacağını dərk edirdilər.
Nəzərə almaq lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri Kirov Dağlıq Qarabağın Ermənistana
verilməsi variantını müdafiə edirdi.
7
iyul 1923-cü ildə Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsi Dağlıq Qarabağ
Muxtar Vilayətinin təşkil edilməsi
barədə qərar qəbul edir. Vilayətin
erməniləşdirilməsi məqsədi ilə vilayət
mərkəzi kimi, büronun
qərarının əleyhinə olaraq Şuşa deyil, əhalisinin
yarıya qədəri erməni olan Xankəndi
götürülür.
Moskvanın
məqsədi...
Ardı
var...
Ramid İBRAHİMOV
Bizim yol.-
2011.- 3 dekabr.- S. 10.