Qədim ticarət mərkəzi – Zəngilan-2

 

Naxçıvanı blokadadan çıxaracaq uğurlu plan xəyanətə qurban getdi

Könüllü təslim, yoxsa son anadək mübarizə?

 

(əvvəli ötən sayımızda)

Zəngilan rayonunun mərkəzində yerləşən tarix diyarşünaslıq muzeyində yüzlərlə eksponat vardı. Onlar xalqımızın uzaq keçmişindən bu gününə qədər olan həyat tərzini, məişət mədəniyyətini əks etdirir. Daş heykəllər muzeyi oyuqdeyilən yerdədir. Burada müxtəlif dövrlərə aid daş abidələr var.

Hacallı kəndindəki dairəvi bürc - bu tarixi memarlıq abidəsi qorunurdu. Çox təssüflər olsun ki, onun haqqında hazırda əlimizdə şəkil, məlumat var. Bu abidə dairəvi formada olub. Bürcün dəqiq tikilmə tarixi bəlli deyil. Onun da səbəbi arxeoloji tədqiqatların aparılmaması ilə bağlıdır. Burada orta əsrlərə aid kəhriz, karvansara qalığı məscid mövcud olub.

Həkərinin sağ sahilində olan Yenikənd kəndində XIV əsrə aid sərdabə mövcud idi. Onun üst hissəsi uçsa da, alt hissəsi dövrümüzə gəlib çatıb. Bu abidə vaxtında tədqiq olunmadığından, onun haqqında ətraflı məlumat vermək imkanımız yoxdur.

Relyef iqlim

Zəngilanın qərbi dağlıq, şərqi düzənlikdir. Ərazisində Yura, Təbaşir Neogen-Antropogen çöküntüləri yayılıb. Faydalı qazıntıları tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər sairdən ibarətdir.

Ərazisinin çox yerində qışı quraq keçən mülayim isti iqlim təşkil edir. Orta temperatur yanvarda 1°C, iyulda 25,3°C-dir. İllik yağıntı 400-500 mm-dir.

Təhsil

 

İşğaldan öncə

 

Zəngilan rayonunda ümumtəhsil məktəblərinin sayı 66 olub. O cümlədən:

39 orta məktəb

15 əsas (8 illik) məktəb

12 ibtidai məktəb

 

İşğaldan sonra

 

2008-2009-cu tədris ili üçün ümümtəhsil məktəblərinin sayı – 37

O cümlədən:

34 orta məktəb

2 əsas məktəb

Təbiəti

Zəngilan rayonu şimaldan Qubadlı Cəbrayıl, cənubdan şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri kolları var.

Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng qumdaşları, bir çox yerlərdə çökmə vulkan mənşəli suxurlar yayılıb. Dağlıq ərazilərdə yayılmış Yura Təbaşir dövrü suxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar Sələfir zirvələri (2270 metr yüüksəklikdə) var ki, bu silsilə Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür.

Burada zəngin qızıl yataqları (Vəjnəli) var. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top-Dəlləkli kəndləri istiqamətində Araza doğru enir. Oxçu Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək oyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları var. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir.

Dağlıq hissələrdə sıx meşələr yayılıb. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər s. materiallar var. Arazboyu yerlərdə qışı quraq keçən yarımsəhra quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim var. Sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit, Arazkeçir mənbəyi dağ silsilələrdən başlayan çayların mənsəbi Araz çayıdır.

Zəngilan ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalıb. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur. XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. 1925-ci il sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur. Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur.

İşğal necə baş verdi?

Zəngilanın işğal tarixinin ildönümü ilə bağlı bəzi media qurumlarında reallıqla uzlaşmayan xatırlatmalar edilir. Məsələn, telekanalların birində “Zəngilan döyüşsüz təslim edilən yeganə rayon idi” ifadəsi işlədilmişdi.

Bəs, əslində Zəngilan necə işğal olunub? Azərbaycanın Ermənistanla ən uzun sərhədə, üstəlik İranla sərhədə malik olan, Naxçıvana dəmir yolu əlaqəsini təmin edən bu rayon hansı şəraitdə itirilib? Bir daha 18 il əvvəlki faktlara və Zəngilan döyüşlərinin iştirakçılarının xatirələrinə qayıdaq.

Dağlıq Qarabağda Ermənistan tərəfindən dəstəklənən erməni separatizminin başladığı vaxtlardan etibarən Zəngilan da cəbhə zonasına çevrilib. 1980-ci illərin sonlarında bu rayonun kəndlərinə qarşı erməni hücumları başlayıb, yerli əhali isə əksər hallarda ov silahları ilə bu hücumların qarşısını almaq üçün könüllü özünümüdafiə dəstələrində birləşib.

Nəhayət, 9 oktyabr 1991-ci ildə Zəngilan rayonunda ilk dəfə 806 saylı yerli özünümüdafiə batalyonu təşkil olunub. 10 dekabr 1992-ci il tarixində həmin batalyonun əsasında 865 saylı alay formalaşıb. Bu alayda bölük komandiri olmuş Qarabağ müharibəsi əlili, yaralı vəziyyətdə xəstəxanadan çıxıb döyüşlərə atılan Tahir Məmmədov bir müddət əvvəl Zəngilan uğrunda gedən amansız döyüşlər haqda xatirələrini Lent.az-la bölüşüb.

Hazırda Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin Xətai rayon təşkilatının sədri olan Tahir Məmmədov Ermənistan ordusunun Zəngilanı tutmaq üçün böyük cəhdlər göstərdiyini və hücumların 1992-ci ilin əvvəllərindən başlayaraq irimiqyaslı xarakter aldığını deyib. Həmin ilin dekabrında Qafan istiqamətindən hücum edən erməni qüvvələri rayonun Şayıflı, Ağkənd, Qazançı, Canbaz, Seyidlər, Küyümqışlaq və Pirveyisli kəndlərini tuta biliblər. Lakin Zəngilan alayı əks hücumla bu kəndlərin dördünü tezliklə geri alıb, Qazançı və Ağkənd yarıanklav vəziyyətində olduğundan onları qaytarmaq mümkün olmayıb.

Döyüşçünün danışdıqlarından məlum olur ki, əslində rayon işğal edilməzdən az əvvəl Zəngilan alayı Ermənistan ərazisinə çox uğurlu əks-hücuma keçərək Naxçıvana quru dəhlizi aça bilib. Lakin o vaxtkı müdafiə naziri, Moskvanın adamı olaraq bilinən Məmmədrəfi Məmmədov döyüşçülərə geri çəkilmək əmri verib.

T.Məmmədov belə davam edir: “Şayıflı kəndinə ermənilərin hücumundan sonra 1993-cü ildə alay komandiri Firudin Şabanov bir əməliyyat hazırladı. Müdafiə Nazirliyi bu əməliyyata icazə vermirdi, əməliyyat alayda hazırlanıb. Qafanla Mehri arasındakı 4 yaşayış məntəqəsini - Hənd, Kilsə, Şıxavuz və Safı götürdük. Bu, Qafanla Mehrini birləşdirən dəhlizdir. Oradan tank, “KamAZ” belə, gətirdik. O ərazini 24 saat əlimizdə saxladıq. O zaman müdafiə naziri Məmmədrəfi Məmmədov idi. O, vertolyotla Zəngilanın mərkəzi stadionuna gəldi. Dedi ki, “ATƏT-dən nümayəndə gəlib, bizə erməni torpağı lazım deyil, 6 saat müddətində geri qayıdın”. Biz aldığımız ərazi ilə faktiki Naxçıvanla Zəngilanı birləşdirirdik. Məmmədrəfinin əmri olmasaydı, o torpaqları saxlaya bilsəydik, artıq Naxçıvanın blokadası açılacaqdı. Bu, çox strateji bir plan idi və gözəl də həyata keçirilmişdi. Firudin Şabanov güclü kadr olduğu, xəritəni güclü bildiyi üçün, Sumqayıt boyda iki böyük şəhəri iki yerə parçaladıq və cəmi 2 şəhid verdik\".

1993-cü ilin ortalarından başlayaraq Bakıda hakimiyyət uğrunda gedən siyasi mübarizədən, xarici güclərin təxribatlarından istifadə edən Ermənistan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonları bir-birinin ardınca tutmaqda idi və çox keçmədən Zəngilan üç istiqamətdən düşmən mühasirəsinə düşdü. Cəbrayıl rayonunun işğal olunmasıyla Zəngilan alayı köməksiz qaldı və belə vəziyyətdə yeganə mümkün yol ancaq əhalinin İran üzərindən xilas edilməsi idi.

Həmin il avqustun 23-də Füzuli və Cəbrayıl, 8 gün sonra isə Qubadlı işğal olunub. Bu rayonların bütün döyüş texnikası müdafiə nazirinin əmri ilə Zəngilan üzərindən Beyləqana çıxarılıb. Daha sonra düşmən Beyləqan istiqamətində hücumları davam etdirib, Bakıya doğru hücumların dayandırılmasından sonra geriyə dönərək mühasirədə qalıb və Zəngilana doğru irəliləyib. Ölkədə hökm sürən xaos şəraitində düşmənlə döyüşlərdə yüzlərlə itki vermiş Zəngilan alayının rayonu saxlamaq üçün heç bir şansı qalmırdı və rayonun düşmən işğalı altına düşməsi qaçılmaz oldu...

(Ardı var)

 Ramid İBRAHİMOV

Bizim yol.- 2011.- 16 dekabr.-S.11.