Qədim ticarət mərkəzi - Zəngilan

 

         (Əvvəli ötən sayımızda)

 

Zəngilanın rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan sihalı qüvvələri tərəfindən işğal olundu. İşğal nəticəsində rayona dəymiş ziyan barədə Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Naziriyinin sonuncu məlumatı 2009-cu ildə açıqlanıb.

Zəngilan rayonunda sənaye əhəmiyyətli aşağıdakı yataqlar var: Ehtiyyatları 6,5 ton qızıl 3 min ton mis təşkil edən Vecnəli qızıl; Ehtiyatları 6618 min m3 olan üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı; Təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı; Ehtiyatları 6024 min ton olan qırmadaş əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı; Ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I Bartaz-II porfirit; Ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil; Ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yatağı.

Muğanlı kəndində, diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 2 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu. Həmçinin, ərazidə meşə gilası, Zəngilan gəvəni, dağdağan, ağac gəndalaş, meşə üzümü, “xarı bülbül”, səhləbin bir necə növü, Qarabağ dağlaləsi sağsağan gülxətmisi kimi nadir bitkilər geniş yayılıb.

Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsiniölü zonayaçevirib, nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora fauna məhv olub, çayın öz-özünü təmizləmə prosesi dayanıb.

Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyininİşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:

- Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb;

- Ermənilər dəfələrlə Bartaz Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədib, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar şam ağaclarını tamamilə qırıblar;

- Daşbaşı Leşkar meşələrində yanğın törədilib, sözügedən meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılaraq daşınıb.

Əldə edilmiş video çəkilişlərdən rayonun Alıbəyli kəndində həmişəyaşıl çoxillik ağacların qırıldığı, həyətyanı sahələrdə minlərlə meyvə ağaclarının yalnız kötükləri cavan pöhrələrinin qaldığı, çoxillik qiymətli qoz, çinar gəvən ağaclarının kəsildiyi, yol ətrafında ayland ağaclarının təbii meşələrinin böyürtkən kolluqlarının əmələ gəldiyi görünür.

 

Füsunkar təbiət

 

Zəngilanda 107 hektar Bəsitçay Dövlət Təbiət qoruğu, 2,2 min hektar Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, relikt endem bitki örtüyü, 1200-dək büllur sulu təbii bulaqlar, 4 mənbədən ibarət olan tərkibcə “Essentuki-4”-ə uyğun gələn \"Qotursu\" mineral su mənbəyi, Seyidlər Gəyəli turşsu mineral bulağı var.

Azərbaycanın \"Qırmızı kitabı\"na salınmış qızıl xallı - farel balığı süni tikilmiş göllərdə çox yaxşı inkişaf edirdi. Mühitin zənginliyi suyun nisbətən soyuq olması bu balıqların kütləvi şəkildə artırılmasına imkan verirdi.

Rayonun Bartaz, Gəyəli, Ördəkli, Şayıflı, Yeməzli, Keçikli, Rəzdərə başqa kəndlərinin ətrafında geniş yayılmış, dəniz səviyyəsindən 1000-1300 metr yüksəklikdə bitən \"Araz palıdı\" nadir növdür. Bartaz, Ördəkli, Vejnəli, Beşdəli, Genlik, Yeməzli kəndlərinin quru yamaclarında, çay vadilərində geniş yayılmış adi nar azalmaqda olan relikt bitki növüdür.

Rayonun füsunkar təbiəti ilə yanaşı, yeraltı sərvətləri əsrlərlə tükənməyən xəzinə idi. Burada 6,5 ton qızıl 3 min ton mis ehtiyatları olan Vejnəli qızıl yatağı, ehtiyatları 6618 min m3 olan Oxçuçay mərmərləşmiş əhəngdaşı yatağı olub.

Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Avropada birinci, dünyada ikinci təbii çinar meşəsi Kiçik Qafqazın cənub-qərbində, Bəsitçay vadisində 107 ha ərazidə Bəsitçay Dövlət Təbiət Qoruğunda ciddi mühafizə olunurdu. Qolları Sobuçay, Topçay, Şıxavuzçaydan ibarət olan Bəsitçay qoruqboyu Arazadək axır. 70 milyon il bundan əvvəl təbaşir dövründə daha geniş yayılmış, dünyada 7 növü olan cinarın Azərbaycanda yalnız bir növü - şərq çinarı bitir. O, relikt bitki kimi Azərbaycanın \"Qırmızı kitabına\" daxil edilib. Qoruqda yaşı 1200-1500 ilə, hündürlüyü 50 metrə, diametri 4 metrə çatan çinar nümunələri var.

 

Ölü zona

 

Ayrı-ayrı mənbələrdən topladığımız materiallarda işğal olunmuş ərazidə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qaldığı göstərilir.

Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları Qafan-Qacaran şəhərlərinin, kənd təsərrüfatı obyektlərinin, xəstəxanaların, kəndlərin 2,1 min kub/gün bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Azərbaycan ərazisində, Şərikan kəndinin qarşısında Oxçuçaya axıdılır. Bununla çay hövzəsi \"ölü zonaya\" çevirilib, fauna məhv olub, öz-özünü təmizləmə prosesi dayanıb.

İşğaldan sonra nəzarətdən kənarda qalan həmin ərazidə sutəmizləyici qurğuların istismar müddətini artırmaq məqsədilə yığıntılar fasiləsiz olaraq Oxçuçaya buraxılır, çay qara-boz lil axınına çevrilir bu da Araz vasitəsilə bütün Azərbaycana qarşı uzunmüddətli təsirə malik olan böyük ekoloji terrordur.

Ermənilər sərhəddə, Arazboyu yasaqlıqda tez-tez yanğınlar törədirlər. 2001-ci ilin iyul ayında güclü yanğın törədilib, yanğın iki ay davam edib bütün bitki örtüyü məhv edilib. Top meşə sahəsinin yararlı palıd, qoz ağacları bütünlüklə ermənilər tərəfindən qırılıb daşınır, meşə sahələrində hər il yanğın törədilir. 2002-ci il 10 iyunda Bartaz Vejnəli ərazisində olan ardıc meşələrində güclü yanğın törədilib.

Bəsitçay Dövlət Təbiət Qoruğunda Avropada analoqu olmayan nəhəng ağaclar ermənilər tərəfindən qəddarlıqla məhv edilir. Ətrafda olan çinar, qoz ağaçları tamamilə qırılaraq Rəzdərə kəndində fasiləsiz olaraq işləyən mişar sexində emal edilir. Qırılan ağacların kökünə partlayıcı maddə qoyub dağıdır, sonra isə yandırır yerini əkərək izini itirirlər.

1996-cı ildə Daş-başı Leşkar meşələrində ermənilər yanğın törədiblər. Həmin ilin payızında Leşkar meşə sahəsində isə yararlı ağacları tam qırıb aparıblar. Burad 55 ha ərazidə salınmış qoz meşəsində 40-50 illik qoz ağaclarıyoxa çıxıb”.

Şərifan, Qaraqoyunlu, Aşağı Yeməzli, Rəbənd nasos stansiyaları, Alıbəyli, Məmmədbəyli, Qıraq Müşlan, Orta Yeməzli, İsgəndər bəyli, Cahangirbəyli, Malatkeşin, Vənətli, Çöpədərə su anbarı 154724 km uzunluğunda boru kəmərləri, ümumilikdə həmin dövrün qiymətləri ilə 70.783.700 manatlıq vəsait məhv edilib. Bu qurğuların yenidən inşasına uzun illər külli miqdarda vəsait lazım olacaq.

Erməni yaraqlıları Kiçik Qafqazın aşağı hissəsində, əsasən Zəngəzur silsiləsində Mehri, Zəngilan Qubadlı rayonları ərazisində böyük ovçu dəstələri ilə dağ keçisi, cüyür, qaban s. vəhşi heyvanları kütləvi şəkildə qırırlar. Ermənilər bu gün özləri istifadə etmədikləri kəhriz bulaqları müxtəlif vasitələrlə qurudur sıradan çıxarırlar ki, əhali yenidən orada məskunlaşmasın.

Əldə edilmiş videoçəkilişlərdən görünür ki, rayonun Alıbəyli kəndində qəbiristanlıq dağıdılıb, həmişəyaşıl çoxillik ağaclardan əsər-əlamət qalmayıb, qəbiristanlığın yaxınlığında çoxillik, qiymətli qoz çinar ağacları kəsilib. Ayrıca, Vejnəli qızıl yatağında ermənilər tərəfindən aparılır. Ölkəmizin, gələcək nəsillərin təbii sərvəti olan qızıl ehtiyatı talan edilir.

 

Ramid İBRAHİMOV

 

Bakı xəbər.- 2011.- 17 dekabr.- S. 11.