Əsrin
soyqırım qurbanı – Xocalı-2
“Le
Mond” qəzeti: “Öldürülmüş qadın və
uşaqlar arasında skalpları götürülmüş,
dırnaqları çıxarılmış cəsədlər
vardı”
Zori
Balayan: “13 yaşlı türkün dərisini soydum, uşaq 7
dəqiqə sonra qan itirərək dünyasını dəyişdi,
ruhum sevincdən qürurlandı”
(Əvvəli
ötən sayımızda)
Dünya
mətbuatından Xocalı soyqırımı ilə
bağlı çıxarışlar:
“Krua l'Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum ediblər.
Bütün
dünya eybəcər hala salınmış meyitlərin
şahidi oldu.
Azərbaycanlılar çoxlu sayda ölənlər
barədə xəbər verirlər.
“Sandi Tayms” qəzeti
(London), 1 mart 1992-ci il: Erməni əsgərləri
minlərlə ailəni məhv etiblər.
“Faynenşl Tayms” qəzeti
(London), 9 mart 1992-ci il: Ermənilər
Ağdama tərəf gedən dəstəni güllələyiblər.
Azərbaycanlılar 1200-ə qədər cəsəd
sayıblar.
Livanlı kinooperator təsdiq
edib ki, onun ölkəsinin varlı daşnak icması
Qarabağa silah və adam göndərir.
“Tayms” qəzeti
(London), 4 mart 1992-ci il: Çoxları eybəcər
hala salınıb, körpə qızın ancaq başı
qalıb.
“İzvestiya” (Moskva), 4
mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş
uşaqları göstərdi. Bir qadının
sifətinin yarısı kəsilib. Kişilərin
skalpları götürülüb.
“Faynenşl Tayms” qəzeti
(London), 14 mart 1992-ci il: General Polyakov
bildirib ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi
Dağlıq Qarabağda qalıb.
“Le Mond” qəzeti
(Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici
jurnalistlər, Xocalıda öldürülmüş qadın
və uşaqlar arasında skalpları
götürülmüş, dırnaqları
çıxarılmış 3 nəfəri görüblər.
Bu, azərbaycanlıların təbliğatı
deyil, reallıqdır.
“İzvestiya” (Moskva),
13 mart 1992-ci il: Mayor Leonid Kravets: “Mən
şəxsən təpədə yüzə yaxın meyit
gördüm. Bir oğlanın başı yox
idi. Hər tərəfdə xüsusi qəddarlıqla
öldürülmüş qadınlar, uşaqlar, qocalar
görünürdü.
“Valer aktuel” jurnalı
(Paris), 14 mart 1992-ci il: Bu "müxtar
regionda" erməni silahlı dəstələri Yaxın
Şərqdən çıxmışlarla birlikdə
müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər.
ASALA-nın Suriya və Livanda hərbi
düşərgələri və silah anbarları var. Ermənilər
yüzdən artıq müsəlman kəndlərində
qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları
məhv ediblər.
R. Patrik, İngiltərənin
"Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə
yerində olub): Xocalıdakı vəhşiliklərə
dünya ictimaiyyətinin gözündə heç nə ilə
haqq qazandırmaq olmaz.
"Memorial"
hüquq müdafiə mərkəzinin hesabatından
Xocalı
1991-ci ilin payızından erməni silahlı dəstələri
tərəfindən, əsasən blokadaya alınıb,
Dağlıq Qarabağdan daxili qoşunlar
çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından
Xocalıya elektrik enerjisi verilmirdi.
1992-ci il
fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin
hücumu başlandı. Hücumda zirehli
texnikanın - zirehli maşınların, piyadaların
döyüş maşınlarının və tankların dəstəyi
ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri
iştirak edirdi.
Bundan
başqa, bütün Xocalı qaçqınlarının
söylədiklərinə görə, şəhərə
hücumda 366-cı alayının hərbçiləri də
iştirak edirdi, hətta onlardan bəziləri şəhərə
də giriblər.
Rayon fevralın 25-də
saat 23:00-dan toplardan atəşə tutulmağa
başlayıb. İlk növbədə
yaşayış massivində yerləşən kazarma və
müdafiə nöqtələri dağıdılıb.
Piyada hissələr şəhərə
fevralın 26-sı saat 1-4 arası girib. Sonuncu
müdafiə nöqtəsi saat 7-də məhv edilib. Şəhərin gülləboranı nəticəsində
dinc əhalinin müəyyənləşdirilməmiş
miqdarda əmlakı dağılıb.
Ağdam
və Bakıda “Memorial”ın müşahidəçiləri
Xocalıya hücum zamanı şəhəri tərk etmiş
60 nəfərlə sorğu-sual ediblər. Soruşulanlardan ancaq biri
söyləyib ki, dəhliz barədə məlumatı olub.
Azad dəhlizlə qaçan əhali Azərbaycanın
Ağdam rayonuna qovuşan ərazidə atəşə tutulub
və nəticədə coxlu sayda insan həlak olub.
Şəhər erməni
silahlı dəstələri tərəfindən zəbt ediləndə
orada 300 dinc əhali, o cümlədən 86 məshəti
türkü qalıb. Hər iki tərəfdən alınmış
məlumata əsasən, 1992-ci il martın
3-də Azərbaycan tərəfinə, Xocalı şəhərində
və Ağdam yolunda əsir götürülmüş 700-ə
qədər Xocalı sakini təhvil verilib. Onların
əsas hissəsini qadınlar və uşaqlar təşkil
edirdi.
Müvəqqəti
saxlanılma izolyatorunun rəisi, mayor Xaçaturyan əsirlərlə
hətta bir neçə dəqiqəlik təklikdə
danışmağa belə, icazə verməyib.
Şəhərdən
qaçan Xocalı sakinləri hətta zəruri əşyaları
belə, götürə bilməyiblər. Erməni silahlı qüvvələrinin
Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından
heç nə götürməyiblər. “Memorial”ın
müşahidəçiləri şəhərdə
azğın, heç nə ilə qarşısı
alınmayan soyğunçuluğun şahidi olublar. Şəhərdə qalan əmlak Stepanakert (Xankəndi)
və yaxınlıqdakı yaşayış məntəqələrinin
əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni
sahiblərinin adları yazılıb.
Xocalının
zəbt olunması üzrə həyata keçirilmiş hərbi
əməliyyat zamanı şəhərin dinc əhalisinə
qarşı kütləvi zorakılıq törədilib. Azad dəhliz barədə məlumat
Xocalının əhalisinin çoxuna
çatdırılmayıb. Azad dəhliz
və onun yaxınlığındakı ərazidə dinc əhalinin
kütləvi qırğınına hec bir cəhdlə haqq
qazandırmaq olmaz. Xocalıya hücumda
Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri
iştirak ediblər.
“Memorial” təsdiq edir
ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin
dinc əhaliyə qarşı hərəkətləri Cenevrə
Konvensiyasına, həmçinin Ümumdünya İnsan
Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasında
10.12.1948-ci ildə qəbul edilib) aşağıdakı maddələrinə
kobud şəkildə ziddir:
Maddə
2. Hər bir
şəxs dilindən, ... dinindən, ...
milliyyətindən və digər səbəbdən, fərq
qoyulmadan bu Bəyannamədə təsbit olunmuş
bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə
3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi
toxunulmazlıq hüququ var.
Maddə
5. İnsan ləyaqətini alçaldan, insanlıqdankənar
və qəddar hərəkətlər qadağandır.
Maddə
9. Özbaşına həbslər, saxlanılmalar və
ya qovulmalar qadağandır.
Maddə
17. Hər bir insanın əmlaka malik olma hüququ var və
insanın əmlakdan özbaşına məhrum edilməsinin
qadağandır.
Şahidlər
Qaradağlı sakini,
hadisələrin şahidi İlqar Əliyevin
açıqlaması:
“Ermənilər
Qaradağlını tutandan sonra əsir və girov
götürdükləri kənd sakinlərindən 33 nəfərini
öldürdülər. Sonra öldürdükləri qadın və
uşaqların cəsədlərini kənd
yaxınlığındakı Bəylik bağı adlanan yerdə
“silos” quyusuna töküb, üzərini torpaqladılar... Ermənilər
kənd sakinlərini güllələyir, hələ ölməmiş
adamları isə quyuya doldururdular...
Mənimlə
birlikdə yüzdən artıq Qaradağlı kənd sakini
girov götürülmüşdü. Yolda dəhşətli
işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını
toxmaqla yararaq, onları əzabla öldürdülər.
Bizi əvvəlcə Lingin kəndinə gətirdilər.
Orada üç nəfəri, Malıbəylidə
isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan
töküb, piyada Xankəndinə qədər apardılar.
Yol boyu ermənilərin təhqirləri ilə
qarşılaşırdıq.
Xankəndidə
yerləşən həbsxanada 8 Qaradağlı sakini
acından öldü. Ermənilər fevralın 26-da
Xocalını işğal edəndə Xankəndidə həbsxanada
idim. Həmin gün ermənilər
yüzdən artıq adamı bu həbsxanaya gətirdilər.
Sonra bildim ki, onlar Xocalı sakinləridir və
bu şəhər də işğal olunub. Səhəri gün gözümün
qabağında 60-a yaxın Xocalı sakininin başını
kəsdilər. Onların arasında
uşaq və qadınlar da var idi”.
Digər
Qaradağlı sakini Oruc Əliyevin
danışdıqlarından:
“Məni
fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın
yarısını öldürdülər. Xankəndidəki
həbsxanada isə dişlərimi zorla çəkdilər...
Əsirlikdə olduğum müddətdə ermənilər
tərəfindən hər gün döyülürdüm.
Həmin il martın 17-də Allahverdi Bağırovun
köməkliyi ilə dəyişdirildim. Beynəlxalq
Qırmızı Xaç Komitəsinin nümayəndələri
həmin günə qədər bir dəfə də olsun xəstəxanaya
gəlmədilər.
Ermənilər
sağlam azərbaycanlı əsir və girovların daxili
orqanlarını satırdılar. Bunu əvvəlcədən
tanıdığım ermənilər mənə demişdilər.
Qaradağlının
alınması əməliyyatına və orada baş verən
qətliamlara Ermənistan prezidenti Robert Köçəryan rəhbərlik
edirdi. Bunu Əsgəranda xəstəxanada yatarkən
eşitdim”.
Ermənilərin
etirafı
Qarabağ hadisələrinin
iştirakçışı, ermənilərin ən
çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair
Zori Balayan \"Ruhumuzun dirçəlişi\" adlı
kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri
soyqırım haqqında yazır:
\"Biz
Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz
13 yaşlı bir türk uşağını pəncərəyə
mismarlamışdılar. Türk uşağı
çox səs-küy salmasın deyə, Xaçatur
uşağın anasının kəsilmiş
döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün
başından, sinəsindən və qarnından dərisini
soydum. Saata baxdım, türk
uşağı 7 dəqiqə sonra qan itirərək
dünyasını dəyişdi. Ruhum
sevincdən qürurlandı. Xaçatur
daha sonra ölmüş türk uşağının cəsədini
hissə-hissə doğradı və bu türklə eyni
kökdən olan itlərə atdı. Axşam
eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə
yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə
fəxr duyacaq".
Daha bir erməni müəllif,
hazırda Livanda məskunlaşmış
yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin
Azərbaycan türklərinin başına gətirdikləri
müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə
xatırlayır. "Xaç uğrunda" kitabının
19-76-cı səhifələrində Xocalı
soyqırımından yazır:
"Səhərin
soyuğunda biz Daşbulaq yaxınlığındakı
bataqlıqdan keçmək üçün ölülərdən
körpü düzəltməli olduq. Mən ölülərin
üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə
etdi ki, qorxmayım. Mən ayağımı
9-11 yaşlı qız meyitinin sinəsinə basıb
addımlamağa başladım. Mənim
ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən
keçdim.
Martın
2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla
məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun
(türklərin) cəsədlərini toplayıb
ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində
yandırdı.
Axırıncı yük maşınında mən
başından və qollarından yaralanmış təxminən
10 yaşlı bir qız uşağını gördüm.
Diqqətlə baxanda gördüm ki, o,
yavaş-yavaş nəfəs alır. Soyuq,
aclıq və ağır yaralanmasına baxmayaraq, hələ
də sağ idi. Ölümlə
mübarizə aparan bu uşağın gözlərini mən
heç vaxt yaddan çıxarmayacam. Sonra
Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub,
artıq üzərinə mazut tökülmüş cəsədlərin
içərisinə atdı. Daha sonra
onları yandırdılar. Tonqaldan
ağlamaq və imdad səsləri gəlirdi\".
366-cı alay
Bu alay
Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin
atəşə tutulmasında dəfələrlə
iştirak edib. Alaydan qaçmış hərbçilərin
ifadələri bu faktları sübut edir və hərbi hissənin
şəxsi heyətinin mənəvi durumu və münasibətləri
haqqında təsəvvür yaradır. 366-ci
alayın təcili surətdə Xankəndidən
çıxarılması da bu alayın Xocalı hadisələrində
iştirakını sübut edir.
Hərbi
hissənin komanda heyətinin mənəviyyatsızlığı
o həddə çatmışdı ki, guya əhalinin
müqaviməti ilə rastlaşdıqlarına görə
alayın sərbəst çıxarılmasını təmin
edə bilməyiblər. Bu məqsədlə Gəncədə
yerləşən desant diviziyasının qüvvələri
cəlb edilməli olub. Ancaq bu qüvvələr
gələnədək alayın 103 nəfər, əsasən
ermənilərdən ibarət olan və qırğında
iştirak etmiş hərbçisi əmrə tabe olmaqdan boyun
qaçıraraq Qarabağda qalıblar. Alayın
komandanlığının cinayət sövdələşməsi
və alayın çıxarılmasına məsul olan digər
şəxslərin məsuliyyətsizliyi nəticəsində
hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli
texnika ermənilərə təhvil verilib.
Xocalı
soyqırımında iştirak etmiş ermənilərin və
onların köməkçilərinin hərəkətləri
insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi
aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan
Haqqları Bəyannaməsi, vətəndaş və siyasi
hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə
vəziyyətlərdə və hərbi münaqişələr
zamanı qadınların və uşaqların müdafiəsi
Bəyannaməsinə məhəl qoyulmamasıdır.
Azərbaycan
Milli Məclisi hər il fevralın 26-sını
\"Xocalı soyqırımı günü\" elan edib. Hər il fevralın
26-sı, saat 17.00-da Azərbaycan xalqı Xocalı
soyqırımı qurbanlarının xatirəsini yad edir.
Ramid İBRAHİMOV
Bizim yol.- 2011.- 21
dekabr.-S.11.