Qədim Aran - Əsgəran

 

Qarabağı yadelli hücumlarından qorumaq üçün möhtəşəm Əsgəran qalasını inşa olunub

 

Azərbaycan abidələrinə erməni təcavüzü hansı üsullarla həyata keçirilib?

Əsgəran qalası. El arasında \"Əsgəran qalası\" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.

Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkamqalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqarçayın sağsol sahillərindəki dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.

Qalanın tikilməsi Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqarçay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalasının bu cür yerləşməsi onun çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilib. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birlərilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksdən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafıə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Bura relyef nəzərə alınmaqla inşa olunub, qala divarları altı bürclə möhkəmləndirilib. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.

Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar var. Aşağı həyət şərq tərəfdən açılıb, hər iki divar yalnız çaya çatır.

İstehkamın sol sahilindəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafızə olunub. Yuxarıdakı kvadrat biçimli istehkam, görünür, müdafıə sistemində xüsusi əhəmiyyət kəsb edirdi və elə inşa olunub ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə belə, burada mübarizəni davam etdirmək mümkün olsun. Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilib. Horizantal sıralı döşəmə daşlar tikintini daha da canlandırır.

Məlum olduğu kimi, erməni təcavüzü nəticəsində bir çox abidələrimiz kimi Əsgəran qalası da düşmən əlinə keçib. Lakin Əsgəran qalasının təcavüzə məruz qalması hərbi münaqişədən əvvəl baş verib. Azərbaycan abidələrinə erməni təcavüzü bir neçə yolla həyata keçirilib:

1. Erməniləşdirilmə - qonşu xalqların abidələrini mənimsəyərək öz abidələri kimi təqdim edilməsi;

2. Mədəniyyət və arxeoloji abidələrə qarşı terrorizm - abidələrin dağıdılması və məhv edilməsi.

Əsgəran qalası indi erməni işğalı altında olmaqla yanaşı, həm də erməniləşdirilməyə məruz qalıb. Belə ki, Şaqen Mkrtçyanın “Dağlıq Qarabağın tarixi - memarlıq nümunələri” adlı kitabında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalası da mənimsənilərək, tarixi tamamilə təhrif olunub. Kitabda qalanın adı Mayraberd-Əsgəran kimi göstərilir. Qalanın adının necə yarandığını açıqlayan müəllif bildirir ki, o, orta əsr erməni kəndi olan Mayraberd kəndi yaxınlığında salındığından, kəndin adı ilə Mayraberd, qoşunlarm dayanacaq yeri olduğu üçün isə Əsgəran adlandırılıb.

Qalanın adına gəldikdə, məlumdur ki, Azərbaycanın bu bölgəsində nə orta əsrlərdə, nə də sonra bu adda yer adına, nə də toponimikasında bu cür mənşəli sözə rast gəlinib. Qalanın adının ikinci hissəsinə gəlincə isə Əsgəranı rus variantında “Askeran” səsləndirən müəllif açıq şəkildə saxtakarlığa əl atdığını büruzə verir. Əsgəran sözünün mənşəyinə gəldikdə isə \"Azərbaycan toponimləri. Enisiklopedik lüğət\"də toponim XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın (digər məlumata görəl Mehrəli xanın) tikdirdiyi Əsgəran qalasının adı ilə əlaqələndirilir. Qalanın adı Əsgəran adlı yerlə bağlanaraq, Azərbaycan dilindəki əski (köhnə, qədim) sözündən və Aran toponimindən ibarət olduğu göstərilir. Qiyasəddin Qeybullayev Əsgəran toponimini Azərbaycan dilindəki əski - \"qədim\", \"köhnə\" sözündən və “Arran” etnonimindən ibarət olduğunu yazır: \"Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş \"Əsgəran\" qalasının xarabalıqları var. Qala yerin adı ilə Əsgəran adlanıb, başqa sözlə qala tikilməzdən əvvəl ərazi, ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi\".

Qalanın tikilmə tarixindən söz açan erməni müəllif, onun 1778-1779-cu illərdə müdafiə məqsədilə tikildiyini bildirsə də, qalanın kimin tərəfdən inşa olunduğunu qeyd etməyi lüzum görmür. Qeyd etmək lazımdır ki, müəllif qalanın tikilmə tarixini də yanlış göstərir. Əsgəran qalasının tikilmə tarixionu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılıb. Bir qisim tarixçilər qalanın tikilməsini Mehrəli xan Qarabağlının, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır.

Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Rzaqulu bəy Mirzə Camal oğlunun \"Pənah xanİbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri\" əsərində qeyd edilir: \"Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirib. (Əslində Əsgəran qalaları 1783-1784-cü illərdə tikilib. Qeyd N.Axundovdandır).

Bu qalalar Şuşa qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında yerləşib. Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xan Qarabağlı ilə düşmən olduqlarından, ehtiyat üçün böyük oğlu İbrahim xana vəsiyyət edib ki, “əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Oradan Şuşa qalasına 8 verstə qədər məsafə var. Düşmən oradan keçib qalaya gələ bilməz. Bu qalaların ətrafı möhkəm dağlar, meşələr, daşlar, qayalarböyük səhralardır. Düşmənçilik zamanı elat xalqı və başqaları orada sığınacaq edərlər. Qalalarda tüfəngçilər qoyarlarsa düşmən oradan keçib, zülmtalan etmək fıkri ilə əlini uzadıb xalqın mal-qarasını qarət və talan edə bilməz”. İbrahim xan həmin vəsiyyətə görə, qalanın birini Şərq, o birini isə Qərb tərəfdə, daş və əhənglə tikdirib, möhkəm bürc və barı çəkdirib.

Baharlının "Əhvalati-Qarabağ"ında qalanın salınması Pənah xanın adı bağlanır: "...Pənah xan qalanı tamam edib və Pənahabad adı qoyub, sonra yenə fıkrə düşüb ki, qaladan bir neçə ağac aşağa bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmin Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çayının o tərəfində və birisi digər tərəfində təmir olub, həmin qalaçaları təmir etdiribbir cəm qoşun həmişə qalalarda durarmışlar".

XIX əsr Azərbaycan tarixçisi Əhməd bəy Cavanşir \"Qarabağ xanlığının siyasi vəziyyətinə dair" (1747-1805-ci ilə qədər) adlı əsərində yazırdı: "Mehrəli xan Qarabağ xanlığının idarəsini ələ aldıqdan sonra, atasının vəsiyyətinə əsasən xanlığın daxili işləri ilə məşğul olur: Şuşanın möhkəmləndirilməsini başa çatdırır, o zamanlar köçəri tayfaların qışladığı Şuşa ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün Əsgəran və Ağoğlan qalalarını tikdirir". Bu faktı Y.A.Paxomov da təsdiqləyir: "Qala İbrahim xanın qardaşı və Pənah xanın oğlu Mehrəli xan tərəfindən hicri təqvimi ilə təqribən 1172-1174-cü illərdə (miladi 1750-1760) tikilib".

Göründüyü kimi qalanın müəllifi və tikilmə tarixi nisbətən mübahisəli olsa da, çox güman ki, qalanın inşasının əsası Mehrəli xan Qarabağlı tərəfindən qoyulub, İbrahim xan tərəfindən isə davam etdirilərək başa çatdırılıb. Qalanı tikdirənin adını çəkməməsi məlumdur ki, erməni müəllifinin maraqlarından kənardır. Şaqen Mkrtçyan qalanı siyasi təbliğat üçün istifadə etməyi də unutmur: "1805-ci ilin iyununda 40 minlik İran ordusu onlarla erməni kənd və monastırlarını qarət edib, yandıraraq Şuşa qalasını ələ keçirmək və orada yerləşən rus qarnizonunu məhv etmək məqsədilə Qarqar dərəsinə soxuldu. Şuşaya köməyə gələn mayor Karyaginin 400 nəfərlik dəstəsi Əsgəran yaxınlığında Xramort kəndi ərazisində mühasirəyə düşdü. Rus ordusunu qaçılmaz ölümdən qurtarmaq üçün, başda məliklər VaniAkop Yüzbaşı Atabəyyanları olmaqla, Qarabağ könüllüləri həyatlarını təhlükə altına ataraq rus döyüşçülərini mühasirədən çıxartdılar. Kusapat və Moxrataıl əhalisi isə öz qida ehtiyyatlarını rus əsgərləri ilə bölərək onları aclıqdan xilas etdi\".

Əlavə şərhə ehtiyac yoxdur, məqsəd aydındır. Birincisi, görəsən İran ordusunun yandırdığı hansı onlarla erməni kəndi və monastırlarından söz gedir? Bu yolla müəllif bölgəni tarixən ermənilərə məxsus ərazi kimi təqdim edir. İkincisi, rus ordusunun köməyinə gələn ermənilər barədə həqiqətən əsərində kifayət qədər saxtakarlıq və təhriflərə yol verən V.Pottonun yazdığına görə, o zaman Vani adlı erməni Qarabağda ruslara kömək edir: \"Şuşada mühasirədə olan Lisaneviçə köməyə gələn Karyagin iyunun 24-ü tezdən çaydan keçərək Şah Bulağa doğru irəlilədi. Lakin İran qoşunlan tərəfındən mühasirəyə düşdü. İran süvarilərinə zərbələr endirərək, dəstə artıq Əsgəran dərəsinə yaxınlaşdı, lakin birdən onların qarşısnı Pirqulu xanın əsas qüvvələri kəsdi. Aydın idi ki, farslar artıq Əsgəran qalasında möhkəmləniblər və Şuşaya gedən yol bağlanıb. Vəziyyət çox təhlükəli idi. Yalnız bir yol qalmışdı - müdafıə üçün daha etibarlı yer tapmaq. Xoşbəxtlikdən Karyaginin dəstəsində bütün ətraf ərazini çox yaxşı tanıyan Vani-yüzbaşı adlı bir gənc erməni vardı və o, Qara-Hacı-Baba adı ilə tanınan böyük müsəlman qəbirstanlığının yerləşdiyi yaxınlıqdakı təpəni göstərdi və orada müdafıə olunmağı təklif etdi. Yer həqiqətən əlverişli idiKaryagin bu məzarlığa çataraq orada möhkəmləndi".

Maraqlısı erməninin rus orlusuna necə kömək etməsində deyil, rusları özlərinə necə tarixən borclu çıxarmalarındadır. Deməli erməni olmasaydı, ruslar məhv olacaqdı. Bunu qabartmaqla müəllif "borclu borclunun sağlığlını istər" deyimini önə çəkir. Onu da demək lazımdır ki, ruslar heç də ermənilər qarşısında borclu qalmayıblar. Ən azı, Əsgəran qalasının, indi erməni əlində olması da bunu sübut edir.

Qeyd: Əsgəran 1991-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

 

 

 Ramid İBRAHİMOV

 

Bizim yol.- 2011.- 27 dekabr.- S. 15.