Dondurulmuş donor problemi
Azərbaycanda
süni mayalanma
dartışması: Mütəxəssislər və beynəlxalq
təcrübə nə deyir?
Azərbaycanda
ilk süni mayalanma 2004-cü ildə gerçəkləşib.
Bu prosesin hüquqi bazası 1997-ci ildə qəbul olunmuş “Əhalinin
sağlamlığının qorunması haqqında” Qanuna əsaslanır.
Ailə Planlaşdırması Mərkəzinin həkim-ginekoloqu,
süni mayalanma üzrə mütəxəssis Sevinc
Sevdimalıyeva qanunda
boşluqların olduğunu deyir: “Qanunda müəyyən
boşluqlar var. Bu boşluqlar donor məsələləri ilə
bağlıdır. Donorlardan istifadənin
mümkünlüyü qanunda öz əksini tapıb. Amma
kimlər donor ola bilər? Donorlar hansı müayinədən
keçməlidirlər? Bu qanunda göstərilməyib. Qanunda
boşluqlar varsa, demək ki, bu boşluqlardan istifadə edənlər
də var”.
Süni mayalanma lazımdırmı?
Mütəxəssis
Sevinc Sevdimalıyeva deyir ki, son dörd ildə süni
mayalanmaya görə müraciət edənlərin sayı əlli-altmış
faiz artıb. Bu xidmətə daha çox otuz-qırx yaş
arasında olan vətəndaşlar müraciət edirlər. “Bizə
irsi xəstəliklərdən əziyyət çəkən
insanlar da üz tuturlar. Heç bir müayinə və
müalicə o xəstəliklərin qarşısının
alınmasına kömək eləmir. Ailəyə izah edirik
ki, irsi xəstəliklərin qarşısını
almağın yeganə yolu donordan istifadə etməkdir. Donor
spermatozoidindən və yumurtahüceyrədən o zaman istifadə
olunur ki, cütlüyün hər hansısa birində bu
hüceyrə olmur. Bu zaman cütlük yazılı şəkildə
razılığını bildirir”.
S.Sevdimalıyeva
qanunvericliyin donor məsləsini tam əhatə etməməsi
səbəbindən hər bir klinikanın bu məsləni öz qaydaları
ilə icra etdiyini deyir. “Bizim müxtəlif klinkalarla əlaqələrimiz
var. Ailə Planlaşdırması Mərkəzi dünya
klinikalarının qayda-qanunlarından yararlanır. Dünya
standartlarında donorun istifadə qaydası var. İstənilən
şəxs donor ola bilməz.”
Mütəxəssis donor olmağın
şərtlərini açıqlayır
Mütəxəssis
Ailə Planlaşdırması Mərkəzində donor olmaq
istəyən şəxslərə qoyulan tələbləri
açıqlayır: “Donor evli şəxslər
olmalıdır. Həyat yoldaşının donor olmaq məqsədi
ilə istifadə olunması mütləq razılıq şəklində
qeyd olunmalıdır. Razılıq yazılı şəkildə
təqdim olunur. Övladı olan şəxs donor ola bilər. Ən
azı iki övladı olmalıdır. Bu həm kişi, həm
də qadın donorlara aiddir. Donorlar müəyyən yaş
qrupundan seçilir. Bizdə yalnız iyirmi iki- otuz iki yaş arasında olan qadın və
kişilər donor məqsədi ilə istifadə olunur. Donorlar
mütləq müayinələrdən keçir. Müxtəlif
analizlər və psixoloji müayinələr də buraya daxildir. Donor Hepatit B,C, AİDS,
Sfiliks və digər başqa infeksiyalara qarşı yoxlamadan keçir”.
Mərkəz
donorları klinkaya cəlb etmək üçün heç bir
reklam aparmır. Donorlar təsadüfi şəxslər olur.
“Onlar kimlərdənsə eşidirlər, müraciət edirlər.
Biz müraciət edənlər arasından bu meyarlara uyğun
gələnini seçirik. Donorlara xidmətlərinə
görə məvacib ödənilir”.
Sevinc
Sevdimalıyevanın sözlərinə görə, klinkaya
müraciət edən vətəndaşların və
donorların məxfiliyi qorunur. “Onlar
bir-birilərini tanımırlar. Hansı donorun hansı vətəndaşa
donorluq edəcəyi haqqında heç bir informasiya verilmir. Donorun
və vətəndaşın məxfiliyi mütləq şərtdir”.
Bir donordan neçə dəfə
istifadə oluna bilər?
Bir
donordan yalnız iki dəfə istifadə olunduğunu deyən
S.Sevdimalıyeva beynəlxalq təcrübədə bu prinsipin
qəbul edildiyini deyir. “Donorların kartotekası var.
Bütün dünyada da belə qəbul olunub ki, bir donordan
iki dəfə istifadə oluna bilər”.
Süni
mayalanmaya razılıq verən cütlüklə klinika
arasında hüquqşünasın iştirakı ilə
müqavilə bağlanılır. Müqavilədə nəzərdə
tutulan bəndləri və həkimlə xəstə
arasında məsuliyyət paylaşmasını
S.Sevdimalıyeva açıqlayır: “Bu müqavilədə əməliyyatların
fəsadları və süni mayalanmanın yüz faizlik bir
prosedur olmadığı yazılır. Süni mayalanmanın
əlli- altmış faiz alınma şansı var. Bundan
artıq zəmanət verilmir. Hələ bu
şişirdilmiş faizlərdir. Real statistik rəqəmlər
qırx faizdən artıq deyil.
Hər
bir xəstəyə xəstəlik tarixçəsi
açılır. Həkimin qeyri-peşəkar
yardımından söhbət getmirsə, süni mayalanma
alınmadığı zaman həkim heç bir məsuliyyət daşımır”.
Baş həkim şərtləri
açıqlayır
AVA
Skandinaviya Klinikasının baş həkimi, süni mayalanma
üzrə mütəxəssis Heli Efendi Finlandiyada donor
hüceyrələrindən istifadə qaydalarının Azərbaycandan
fərqli olduğunu deyir: “Finlandiyada donor hüceyrələrindən
istifadə edəcək cütlüklər əvvəlcə
psixoloqla görüşürlər. Donor hüceyrələrindən
istifadə etmiş ailələrdə hansı məqamlar ola
bilər, bunlar aydınlaşdırılır. Təəssüf
ki, bizdə belə deyil. Mən şəxsən bu tip
cütlüklərlə danışıram. Onlar buna
hazırdırlarmı? Razıdırlarmı? Onlar
anlayırlarmı? və s. suallar verirəm. Burada donor
hüceyrədən və ya donor spermatozoiddən istifadə
olunduğunu cütlük mütləq şəkildə bilməlidir”.
Heli
Efendi klinkada yalnız ər və xanımın qəbul
edildiyini deyir. “Yalnız cütlüyün qəbul edilməsi
vacibdir, çünki çox adam bildikdə problem olma
ehtimalı var. Ola bilər ki, bu gün həmin cütlük
düşünsün ki, ya qayınana bilsin, ya da kimsə,
lakin zaman keçir və insanlar dəyişir. Biz bu məsələnin
problemə çevrilmə riskini
minimallaşdırırıq”.
Donor vasitəsilə mayalanma daha
effektivdir
Süni
mayalanma üzrə mütəxəssis H.Efendi donor vasitəsilə
mayalanmanın daha effektiv olduğunu bildirir. Onun sözlərinə
görə bu zaman yüz faizə yaxın nəticə
alınır. “Donor yumurtahüceyrələri ilə nəticələr,
bizdə və ümumiyyətlə dünyada çox
yaxşı olur. Yumurtahüceyrələr sağlam olur və
bizdə adətən yaxşı embrionlar alınır. Məsələn,
sonsuz cütlüklərdə süni mayalanmanın alınma
ehtimalı əlli faizdir, donor yumurtahüceyrələri
olduqda isə, bizim klinikada ehtimal altmış-yetmiş faizə
qədər artır. Donor yumurtahüceyrələrindən
çoxlu sayda embrion alınır. Biz onları dondururuq, əgər
birinci dəfə nəticə əldə edə bilməsək,
ikinci dəfə dondurulmadan açılmış embrionlardan
hamiləlik üçün isifadə edə bilirik. Donor yumurtahüceyrələrində
yüz faizə yaxın nəticə
alınır”.
Heli Efendi
beynəlxalq qanunlara görə əhalinin
sayına uyğun olaraq
bir şəxsin bir neçə dəfə donorluq edə biləcəyini deyir. Konkret rəqəm isə əhalinin
sayına görə hesablanır və klinikalarda
statistika aparılır.
Deputatların
çoxu maarifsizdir
AVA Skandinaviya Klinikasının saytında
(www.avaclinic.az) klinikanın
həm öz donor bankından, həm də Beynəlxalq Sperma Bankından istifadə olunduğu yazılsa da, baş həkim Heli Efendi bunu
inkar edir. “Bizdə yalnız azərbaycanlı
donorlardır. Bizim öz
bankımız var. Fakt odur ki,
spermanı Azərbaycana
gətirmək ümumiyyətlə mümkün
deyil”.
Ailə Planlaşdırması Mərkəzinin
süni mayalanma üzrə mütəxəssisi Sevinc Sevdimalıyeva donorluqla bağlı mövcud
problemlərin yaranmasında
deputatları qınadı: ”Adlarını çəkməyəcəm,
bəzi deputatların bilgisizliyi, maariflənməməsi ucbatından
onlar donor məsələsini sual altına qoyurlar. Donor istifadəsi Azərbaycanda olar, olmaz? Bu nə dərəcədə
mənəviyyatımıza uyğundur, yoxsa yox? Onların yəqin
ki, qəbul etdikləri qanunlardan xəbərləri yoxdur.
1997-ci ildə bu məsələ
“Əhalinin sağlamlığının
qorunması haqqında” qanunda öz əksini tapıb. Bu qanunun qəbul
olunmaması bir çox
məsələlərin üstüörtülü
qalmasına gətirib
çıxaracaq.”
Sevinc Vaqifqızı
Bizim yol.-2011.- 12 fevral.- S.13.