Şumanların məhəbbət
üçbucağı
Şuman,
Klara və Brams arasında yaranan məhəbbət
üçbucağı musiqi tarixində ən maraqlı əhvalatlardan
biridir. Amma indiyədək Klara və Brams arasında sevginin
cismani münasibətə çevrilməsi barədə dəqiq
bilən yoxdu. Bu əhvalatın detallarını
iştirakçılar özüylə qəbrə
aparıb. Məktublar yandırılıb, sənədlər
məhv edilib. Yalnız 2 bəstəkar və bir
pianoçunun yaratdıqları qalıb.
Qarğışla başlayan həyat
Biz
Şumanı «Kreysleriana»nın, «Davidsblünderlərin rəqsi»nin,
fis moll Sonatasının müəllifi kimi tanıyırıq
və bilirik ki, bütün bu musiqilər Klara Vikə olan
sevgidən doğulub. Onların əhvalatı lap
nağıllardakı kimi idi. Nağılın sonunda xoşbəxtlik
və toy olur. Bəlkə bundan sonra onları rahat buraxıb
Şuman musiqisinin tonal planından və polifoniyasından
danışmalıyıq? Amma hər şey bəlkə də
toydan sonra başladı. Onların və hətta 8
uşağının da taleyi ağır və faciəvi
oldu. Çünki toydan əvvəl ata qızına xeyir dua
vermək əvəzinə ona qarğışlar
yağdırdı.
Sizi yalnız qadın sağaldar
Şumanın
həyatında başqa qadın və başqa tale seçmək
imkanı vardı. Onun adı Ernestina fon Frikken idi. «Karnaval» məcmuəsindəki
Estrella. Onun barəsində Şuman özü Klaraya etiraf
etmişdi: «1833-cü il oktrabrın 17-dən 18-nə keçən
gecə ağlıma dəhşətli fikir gəldi. Bu
insanın fikirləşə biləcəyi ən pis fikir-
«ağlını itirmək» fikri idi. O məni elə
böyük qüvvə ilə bürüdü ki, təsəlli,
dua, istehza, məsğərə onun yanında sönük
görünürdü. Bu qorxu məni o yan-bu yana
çırparkən: «Birdən düşünmək qabliyyətimi
itirsəm nə olacaq?!» fikirləşdim. Bir dəfə belə
fikrin ağırlığı altındə əzilməmiş
insan hələ ki, nə əzab, nə xəstəlik, nə
də nəümidlik tanıyır. Belə əsəb gərginliyində
həkimin yanına cumdum və hər şeyi
danışdım: Mən tez-tez huşumu itirirəm, bəzən
qorxu hissindən başımı hara soxacağımı bilmirm,
bəzən belə köməksiz vəziyyətlərdə
özümə əl qaldıracağımı da
düşünürəm. Əziz mələyim, qorxma. Həkim
məni sakitləşdirib təbəssümlə dedi: «Sizə
tibb kömək edə bilməz. Özünüzə
qadın axtarın, o sizi tez sağaldar». Bir az yüngülləşdim.
O vaxt sən hələ kiçik qız idin. Mən qadın
varlığından var gücümlə yapışmaq istəyən
zaman qarşıma Ernestina çıxdı. O, dünyanın
bəlkə də ən xeyirxah insanı idi.
Həmin
bu Ernestina Klaranın atası, dövrün məşhur piano
müəllimi Fridrix Vikin evində yaşayır və piano dərsləri.
Şuman isə tələbəlik vaxtından bəri Viklərin
evində vaxt keçirməyə adət etmişdi və evin
yeni sakini gözündən yayınmamışdı. Klara bu
münasibətlərdə vasitəçilik edirdi. Atası
Fridrix Vik qızının Şumana olan simpatiyasını bəyənmirdi
deyə onu Drezdenə bəstəkarlıq və vokal dərsləri
almağa göndərir. Bir də ki, Şumanla Ernestina
arasında üçüncü olmaq qızına
yaraşmırdı. Ernestina və Şumanın münasibətləri
gizli nişanlanma və sonra münasibətlərin soyuması
ilə bitir. Ernestinanın kasıb və cehizsiz olması
Şumanın evlənmək qərarında tərəddüd
etməyə vadar etdi. Münasibətlər soyudu. Bu zaman
artıq böyümüş Klara Leypsiqdən qayıtdı.
Taleyin hədiyyəsi Klara
1939-cu
ilin iyun ayı. «Leypsiqin Ali kral apellyasiya məhkəməsinə
xəhiş ərizəsi. Biz, aşağıda imza
atmış Robert Şuman və Klara Vik artıq bir neçə
ildir ki, talelərimizi birləşdirmək barədə
qarşılıqlı arzular bəsləyirik. Amma Klaranın
atası, Fridrix Vik, flortepiano alverçisi və pianoçu
xahişlərimizə, yalvarışlarımıza baxmayraq
evlənməyimizə razılıq vermir. Ona görə də
biz adı çəkilən cənabı evlənməyimizə
razılaşmağa məcbur edən qərar verməyinizi
itaətkarcasına xahiş edirik ». Bu, əlbəttə ki,
böyük mərəkə, qalmaqal qopardı. Məhkəmə
sənədləri qəbul etməmişdən əvvəl
ata və qızın keşişin şahidliyi ilə
görüşməsini tələb etdi. Ata bu
görüşə gəlmədi. O, heç birinci iclasda da
görünmədi. Sonra məhkəməyə gəlib
görünməmiş maddi şərtlər qoymağa
çalaşdı. Bütün bunlar keçməyəndə
son çıxış yolu Roberti nalayiq həyat tərzində,
sərxoşluqda ittiham etdi. Məhkəmənin qərarı
ilə Robert 6 yarım həftə müşahidəçinin
iştirakı ilə sınaqdan keçirildi. Klara isə
«Zalı kiminlə tərk ktmək istərdiz?» sualına «Mənim
sevgilimlə» deyə cavab verəndə qoca Vik dözməyib
qızını qarğıdı: «Mən sənə lənət
oxuyram! Allah eləsin ki, bir gün qapımı dilənçi
kökündə döyüb bir dəstə
uşağınla birgə sədəqə istəyəsən».
Həmən gün ata və qızı bağlayan tellər həmişəlik
qırıldı. Bir vaxt «İçimdə hər şey
pıçıldayır: Əbədi olaraq səninəm!» kəlməsini
eşitməsəydi yəqin ki, Şumanın Klara uğrunda
4 illik mübarizəyə gücü çatmazdı.
Məhkəmə
işi 13 ay uzandı. Qərar qəbul ediləndən sonra
atanı böhtan üstündə 18 günlük həbs
etdilər. Ata yalnız neçə illərdən keçəndən
Şumanın məşhurluğundan sonra kürəkəninə
məktub yazıb barışmaq istəyini bildirdi. İlk
övlad və ilk oratoriyanın uğuru onları
barışdırdı.
Bülbül olub ölənədək
oxumaq istəyirəm
Nəhayət
ki, o, Klara Şuman oldu. Bir tək 1840-cı, evləndikləri
il Robert 138 mahnı yazdı. Şən, qəmli, incə
romanslar hamısı bir mövzudan, məhəbbətdən
danışırdı. Həmin il xoşbəxtlik uğrunda
mübarizədə qalib çıxıb, evlənmək
şərarını məhkəmə vasitəsilə
alıb atanın razılığı olmadan onlar kiçik kənd
kilsəsinədə nikah kəsdilər. Həmən gün
Klaranın başında mərsin bitkisindən çələng
vardı. Robert isə toya hədiyyə kimi ona «Mərsinlər»
adlı vokal məcmuəsini bəxş elədi. Bu incə
vokal etirafları yazarkən o, hər mahnıda göz
yaşlarını saxlaya bilmirdi: «Mən başqa cür
bacarmıram. Bülbül olub ölənədək oxumaq istəyirəm».
Mahnılar ruhundan gəlirdi. Arabir fortepianodan aralanıb gəzişir
və oxuya-oxuya bəstələyirdi. Deyirdi ki, belə yazanda,
yəni alətin köməyi olmadan bəstələyəndə
daha səmimi alınır.
Klara
və Robertin həyatı ideal görünürdü. Onlar
bir-birini yarım sözdən anlayırdı. Öz bəstələdikləri
musiqiləri bir-birinə hədiyyə edirdilər.
Uşaqlarını böyüdürdülər. Amma hər
şey göründüyü kimi hamar da deyildi. Klara Avropada
Listdən sonra birinci pianoçu sayılırdı. O, məşhur
pianoçu olsa da səhnəni atmaq fikri ilə heç
cür razılaşa bilmirdi. Bu barədə Şuman
yazırdı: «Evliliyimizin ilk ilində sən fortepianoda
çalmağı atıb özünü ailəyə və
ərinə həsr etməlisən. Qadın olmaq səhnədə
olmaqdan daha vacibdir. Əgər cəmiyyətlə
bütün əlaqələrini kəssəydin mənim ən
ümdə arzumu həyata keçirmiş olardın. Axı sən
mənimçün əbədi olaraq dahi kimi qalırsan».
«Mənim
çalğım gün-gündən pisləşir,
xüsusilə də mən Robertin yazdıqlarını
çalanda. Bircə mənə lazım olan qədər məşq
edə bilsəydim. Gündüzlər heç bir saat da vaxt
ayıra bilmirəm. Verdiyim bu böyük qurban mənə necə
baha başa gəlir, təsvir edə bilmirəm. Uşaqlar bəlkə
də mənim onlara olan sonsuz məhəbbətimin həcmini
anlamırlar, axı onlara görə bu boyda qurban verməli
olmuşam» - deyə Klara gündəliklərində şikayətlənirdi.
O, Şumanın arzusuna baxmayaraq konsertlərdən tamamilə
imtina edə bilmədi. Sonra isə elə zaman gəldi ki,
pianoçuluqdan qazandığı Şumanın karına gəldi.
Onun arabir tutmaları tezləşərək daimi olurdu vəv
tədricən ciddi xəstəliyə çevrilirdi. Əvvəlllər
onu «Məşhur pianoçunun əri» deyə təqlim edirdilər.
Klara konsertlərdə Şumanın əsərlərini
çaldıqca dinləyicilər daha bəstəkarla üzləşdiklərini
anladılar.
Lya notu təqib edəndə
Məhəbbətinə
şərik sevgilisi, yaradıcılıq sevinci, böyük
və gözəl ailə…. Sevinməkdən başqa daha nə
qalırdı ki? İçəridə isə həmişə
dəli olmaq, ağlını itirmək qorxusu
yaşayırdı. Bu qorxu bəzən işləməyə
qoymur, onu dünyadan qoparırdı. Hallisunasiyalar
yaranırdı: Lya notu onu təqib etməyə
başlayırdı. Sevimli bəstəkarı Şubert qəbirdən
çıxıb ona yeni melodiya diqtə etməyə gəlirdi.
Aralarındakı
dəlicəsinə sevgi əriyib yoxa çıxır və
yerini əsil dəlilk yavaş-yavaş zəbt edirdi. Kəllə
ilə problemlər bir yana, alkoqola və opiuma ehtirası hər
şeyi sual altına alırdı, hətta musiqi bəstələməyi
də. Ona növbəti dəfə etibar edib Düsseldlrf
orkestrinin dirijoru vəzifəsini verir, krallar layiq maaş, ev,
şərait düzəldirlər ki, o, nəhayət öz
simfoniyasını yazıb səsləndirəcək. Simfoniya
birtəhər yazılır, amma orkestri idarə etmək
artıq böyük problemə çevrilib. Başındak səslər
orkestrin səslərini batırırdı artıq. O, nəinki
orkestri, heç özünü də idarə edə bilmir.
Bu zaman 5 uşaq anası, altıncı uşaq qarnında olan
Klara dövrün qadağalarına baxmayaraq dirijor
çubuğunu əlinə alıb ərinin yerinə pulta
qalxır…
İohann Brams adlı imtahan
O,
Bilkerştrassdakı evin qapısı qarşısında
durub döyməyə ürək etmirdi. İçəridən
fortepiano səsi gəlirdi. Bəlkə vaxtı deyil? Amma Robert
Şumanla tanışlığı əldən vermək də
olmazdı. Cibindəki zəmanət məktubunu bir də
yoxlayıb Brams zəngi çaldı. Şuman qonağı
içəri salan kimi öz əsərini ifa etməyi
xahiş etdi. İlk xanələrdən «Bunu Klara da eşitməlidi»
çığırıb arvadının dalıyca getdi. 20
yaşlı Bramsın 43 yaşlı Şuman və onun məşhur
arvadı Klara ilə tanışlığı belə
başladı. Görüşün səhəri gün
Şuman gündəliyində yazdı: «Dünən Brams qonaq
gəlmişdi. O, dahidir». Klara da gündəliyində nəsə
heyrətli bir söz yazdı. Brams ailənin bir üzvünə
çevrildi, hətta onların evndə düz 1 ay qonaq
qaldı.
«O,
bizim qarşımızda sanki Tanrının elçisi kimi
dayanmışdı. O özünün sonsuz fantaziyalarla dolu əsərlərini
çalırdı və Robert ona heç nəyi məsləhət
verə bilmirdi. Hər şey ideal idi». Axı Brams
Şumanın arzuladıqlarını elə bil ki, həyata
keçirmişdi. Brams çox istedadlı idi və hər
şey onun əlində tez alınırdı. Şuman onun məşhurlaşması
üçün bütün bacarığını işə
saldı. Amma ürəyindəkiləri bilmək olmurdu.
Klaranın Bramsa məktubundan: «Mən sizdən savayı
heç nə barədə düşünə bilmirəm.
Siz və sizin məktublarınız. Obrazınız isə həmişə
gözümün qarşısındadı. Siz mənə nə
etmisiz, anlaya bilmirəm? Bəlkə siz sehirli ovsununuzu aradan
götürə bilirsiz?» Klaraya dəlicəsinə
vurulmuş Brams isə onu gözəl məktublar
yağışına tutmuşdu: «Bəzən onu
bağrıma basmaq arzumu boğmaq üçün
bütün qüvvəmi toplamalı oluram. Mənimçün
bu o qədər təbiidir ki, o buna heç reaksiya verməməlidi.
Cavan qızı mən ondan artıq sevə bilməzdim. Bu
qız mənə cənnəti yalnız vəd verə bilər,
Klara isə bu cənnətin yerini mənə göstərib
artıq».
Bramsın
20 yaşı var o, hətta əlləri üstündə gəzə
bilir və bununla Şumanın uşaqlarının
könlünü ala bilib. Klara və Robert böyük ziyafətlər
təşkil edəndə Brams yuxarıda onların
uşaqlarının dayəliyini edirdi. Məşhur Macar rəqslərini
çalıb uşaqları əyləndirir və yorulanacan
oynadırdı. Brams Şumanı az qala ilahiləşdirib,
onu da arvadını da dəlicəsinə sevir. Şuman arabir
onların arasından keçən enerjidən agah olur, bu bəlkə
də onu yaman incidir. Amma bilmək olmur ki, o Klaranı, yoxsa
Bramsı daha çox qısqanır. Klara əlbəttə
ki, münasibətləri ədəb çərçivələrindən
qırağa çıxmağa qoymur. Şumanların evində
yaşayan Brams elə bil ki, ev sahibinin xəstəhal vəziyyətini
görmürdü. Çünki fikirləri Klaranın
yanına pərçimlənib. Daimi heyranlıq əsil sevgiyə
keçəndə bunu heç kimi hiss eləmədi. Klaraya
olan duyğular onu vətənə qayıdıb ciddi şəkildə
musiqiylə məşğul olmağa vadar etdi.
Yazılmamış Reyn simfoniyası
Əvvəllər
Reyn çayı Şumana möhtəşəm gələrdi.
Gələcək simfoniyasının adı da «Reyn
simfoniyası» olmalı idi. İndi o, çaya
yaxınlamağa belə qorxur. Uşaqlarını
çayın kənarına gəzməyə aparanda
narahatlığından özünə yer tapmırdı.
İndi Reyn ölüm simvoludur. Şuman ev xalatı,
başmaqlarda Reyn çayının kənarına gəlib
şırhaşır yağan yağışın
altında bir qədər ayaq saxlayıb sonra
üzüyünü çıxarıb çaya atır.
Üzüyün dalıyca özü də buz kimi suya
tullanır.Balıqçılar bunu görüb onu xils edirlər.
Sonradan evdə tapılan bir qırıq kağız hər
şeyi izah etdi: «Əzizim, Klara. Mən üzüyümü
Reyn çayına atdım. Sən də
üzüyünü at, qoy orda qovuşsunlar».
İrəlidə
xəstəlik vardı. Sağalmaz, onu insanlarda qoparacaq, həyatın
harmoniyasından xaric salacaq bir azar. Şuman öz «Manfred»ini
eşidə bilmədi. Veymarda əsər səslənərkən
o artıq iki dünya arasında çarpışmadaydı.
O, mənim sevgimi özüylə apardı
Özünə
qəsddən sonra Şumanın xəstəxanadan başqa gedəsi
yeri yox idi. Ruhi xəstəxada ona yaxınları, arvadı və
uşaqlarıyla görüşməyə icazə vermirdilər,
amma fortepianoda çalmaq və bəstələmək
imkanı yaratmışdılar. Ölümünə 2
gün qalmış Klaranı təcili olaraq xəstəxanaya
çağırdılar. Bu son görüş idi, Klara son dəfə
Robertin gözünün içinə baxa bildi: «O, məni
görüb gülümsədi və məni çətinliklə
qucaqladı. Bü görüşü mən dünyanın
bütün nemətlərinə də dəyişmərəm.
Mənim Robertim, biz belə görüşməliydik. Sevimli
cizgiləri necə də çətinliklə axtarıb
tapmalı oldum! İki il yarımdı ki, bizdən
aralıydı və sevimli insanları görə bilmirdi.
İndi mən sakitcənə onun ayaqları altında oturub nəfəs
almağa da qorxurdum. O, isə arabir mənə incə,
dumanlı olsa da həlim baxışlar bəxş edir. O, mənim
sevgimi özüylə apardı…».
Əzabların bitdiyi gün sevgi də
bitdi
Şumanın
faciəsi Bramsın qulaqlarına çatan kimi o, tələsik
Düzeldorfa gəlib sevimli qadınının köməyi və
arxası olmağa tələsdi. O, uşaqların da
nazıyla oynayır, Şuman qayıdası olsa da köməkçi
olmağa razıdı. İndiyədək İohannesə
analıq hissləri duyan Klaranın da ürəyində tərpəniş
baş verdi. Xəstəxanaya da onlar birlikdə getdilər.
Brams gördü ki, nə qədər çalışsa da
Şumanın arvadını qucaqlamağa belə heyi yoxdu.
Şumanın ölüm xəbəri gələndə dostları
rahatlaşıb dərindən köks ötürə bildilər.
Onun əzabının bitdiyi günə sevindilər. Nə qədər
ki, Şuman xəstəxanadaydı Brams Klaraya sevgi dolu məktublar
yazırdı. İndi isə Klara dul qalandan sonra artıq evlənmə
təklifi gözləyə bilərdi. Şumanın
ölmündən sonra yarım düjün uşaqla qalan
Klara azad idi. Amma Brams deyəsən həyatını onunla
bağlamağa hələ hazır deyildi. Özündən
az qala iki dəfə böyük qadını sevmək asan
idi amma evlənmək onunçün hələ ki, çox
çətindi. Gözlənilmədən Bramsın Klaraya məktublarının
tonu dəyişdi. Xəyalpərəst sevgili səmimi dosta
çevrildi. Müəlliminin dəfnindən sonra Hamburqa
qayıdan Brams bir daha Şumanların evində görünmədi.
Ömrünün sonuna kimi evlənmədi. Klara da sonacan
Bramsın əsərlərini konsert proqramından
çıxarmadı. Brams bir vaxt dəli kimi sevdiyi
Klarasından cəmi bir il sonra dünyasını dəyişdi.
«Qəribə
bir səs uzanaraq səslənməyə başladı. Sonra
adı bilinməyən alətlərdə musiqilər hər
yeri başına aldı. Sonra hər şey birdən susdu.
Bundan sonra bir tək qorxu qaldı, vəssalam…».
Gülnarə Rəfiq
Bizim yol.- 2011.- 19 fevral.- S.13.