«İnsanların
diri-diri dərisi soyulmuşdu»
«Memorial»
hüquq-müdafiə cəmiyyəti erməni cəlladlığını
araşdırıb
Xocalı
soyqrımının tüpürkədici detalları:
qadınlar, uşaqlar küt alətlərlə
öldürülmüşdü
Məşhur
«Memorial» hüquq
müdafiə cəmiyyəti
1992-ci il fevralın
25-dən 26-na
keçən gecə
erməni-rus
hərbği
qüvvələri
tərəfindən
həyata keçrilən
Xocalı soyqrımı
ilə bağlı
geniş məruzə
hazırlayıb. Məruzənin
ilk hissəsi faciə öncəsi Azərbaycanda və regionda
hərbi-siyasi vəziyyətin təhlilinə həsr olunub.
Erməni-rus faşistlərinin törətdiyi
qətliamın detallarını əks etdirən sənədi
ixtisarla təqdim edirik.
…Azərbaycan qüvvələrinin
yanvar hücumu zamanı 2 min əhalisi olan Əskəranı
alsaydı bu, Xocalı mühasirəsinin açılması
ola bilərdi. Xocalı Dağlıq Qarabağın
Şuşadan sonra azərbaycanlı əhalisi olan ikinci şəhəri
idi. 1988-ci ildə 2135 nəfər olan əhali
qaçqınların hesabına 1991-ci ildə 6300 nəfərə
qədər artmışdı və Xocalı şəhər
statusu almışdı.
Hücumun
iştirakçıları
Xocalı hücuma məruz qalanda orda
şəhərin müdafiəçiləri ilə birgə
2 mindən 4 minə qədər əhali vardı.
Xocalının DİN-nin OMONu və Azərbaycan Milli Ordusunun əsgərləri
müdafiə edirdi. Hər iki tərəfdən alınan məlumata
görə şəhərdə 3 zirehli texnika və «Alazan»
qurğusu vardı.
«Artsax Milli Azadlıq Ordusu» rotalara
bölünür və ərazilər üzrə
komandanlığa tabe olur. Onlar da öz növbəsində
DQR-nın Ali Sovetinin qərarlarını icra edir. Hərbi
qüvvələrin dinc əhaliyə qarşı hərəkətlərini
nizamlayan yalnız bir sənədin, «Artsax Milli azadlıq
ordusunun» 1 nömrəli əmrinin adı çəkilir.
Burada dinc əhali üzərində zorakılıq, meyitlərin
təhqir edilməsi qadağan edilib. Amma «Memorial»
müşahidəçiləri bu sənədin heç
üzünü də görə bilmədilər. Bu əmrin
olmasını əsgərlər komandirin sözlərindən
eşidiblər.
Hücumda zirehli texnika, zirehli avtomobil,
piyada hərbi maşınlar və tanklar istifadə edilib.
«Memorial» müşahidəçiləri Xocalının
hücumu barədə əmr vermiş konkret adamın, ya da əməliyyata
başçılıq edənin kimliyini öyrənə bilmədi.
DQR-nın bütün əraziyə nəzarət etməsi
iddiasından belə çıxır ki, Xocalı əməliyyatınin
işlənməsi və həyata keçirilməsində
bütün məsuliyyət də onların üzərindədir.
Sovet
Ordusunun 366-cı polkunun hərbçilərinin
iştirakı
Xocalı qaçqınlarının
demək olar ki, hamısının dediyinə görə
366-cı polkun hərbçiləri şəhərin alınmasında
iştirak edib. Onlardan bəziləri şəhərə də
çıxıb. Erməni tərəf iddia edir ki, əməliyyatda
366-cı polkun hərbi maşınları iştirak etsə də
onlar şəhərə daxil olmayıblar. Erməni tərəf
deyir ki, hərbçilərin hücum əməliyyatında
iştirakı polkun komandanlığı tərəfindən
yazılı əmrlə icazəsi olmadan baş verib.
Hücumun
gedişi
Xocalının topa tutulması 25
fevral gecə 23-də başladı. Ən əvvəl
yaşayış massivinin içərisində olan kazarma və
müdafiə məntəqələri
dağıdıldı. Piyadalar 26 fevral gecə 1-dən 4-ə
qədər irəlilədi. Erməni hərbçilərinin
məlumatına görə Xocalı qarnizonunun müqaviməti
dağıdıldı. Xocalıdakı dağıntılar
top bombardmanını təsqdiqləyir, amma şəhərdəki
dağıntılar gedən küçə
döyüşlərinin işlərinə uyğun gəlmir.
Sonuncu qaynar nöqtə səhər saat 7-də susduruldu.
Əhalinin bir hissəsi
Xocalının tərk edərək Ağdam tərəfə
keçməyə cəhd etdi. Bəzi
qaçmağa hazırlaşan qruplarda şəhərin
qarnizonundan silahlı adamlar da vardı. Adamlar iki istiqamətdə
gedirdi: 1) Şəhərin şərq tərəfindən
şimali-şərqə doğru gedərkən Əskəran
solda qalmaq şərtilə (Erməni mənbələri məhz
bu yolun «azad dəhliz» kimi açıq qoyulduğunu təkid edir) 2) Şəhərin şimal tərəfindən
şimali şərqə doğru Əskəranı sağda
qoymaq şərtilə (çox guman ki,
qaçqınların çox az hissəsi bu yolu
seçmişdi).
Beləliklə Xocalının dinc əhalisinin
çox hissəsi şəhəri tərk etmişdi. Təqribən
200-300 adam evlərinin zirzəmilərində gizlənmişdi.
Şəhərin alınması nəticəsində
öldürülmüş dinc əhalinin sayı dəqiq
bilinmir. Erməni tərəfi ölənlər
barədə rəqəmləri açıqlamaqdan imtina etdi.
26 fevralda hücum zamanı Xocalıda olmuş «Qolfstrim»
birliyinin operatoru İ. Burqanskinin dediyinə görə əhalinin
çox hissəsi müdafiə məqsədilə
açılan minamyot atəşi nəticəsində məhv
edilib. Bu fikrin həqiqiliyi şübhə doğurur,
çünki Burqanskinin verdiyi informasiyalar başqa mənbələrdən
alınmış məlumatlarla üst-üstə
düşmür. Erməni tərəfi hücum zamanı
10-12 nəfəri itirdiyini deyir.
Əhlinin
çıxması üçün «Azad dəhliz»
DQR-nın rəsmi nümayəndələrinin
dediyinə görə Xocalının dinc əhalisinin
çıxması üçün şəhərin şərq
tərəfində «azad dəhliz» açıq
saxlanılmışdı. Dəhlizin eni 100-200 , bəzən
isə 300 metrə qədər idi. Həmin zolaq boyu
çıxıb silahsız irəliləyən əhalini erməni
hərbçiləri güllələməməyi vəd
vermişdilər. Bu xəbər əhaliyə səsgücləndiricilər
vasitəsilə çatdırılmış və onlar xəbərdar
edilmişdi. Rəsmi dairələr onu da etiraf edir ki, gülləbaran
və bombardmanın səsindən əhali bu xəbəri
eşitməyə bilərdi. Rəsmi dairələr onu da
deyir ki, hücumdan bir neçə gün əvvəl
vertalyotlar Xocalıya bu «azad dəhliz»dən istifadə etməyə
çağıran vərəqələr də səpələmişdi.
Amma deyilənlərə sübut kimi «Memorial» müşahidəçiləri
bir dənə də dəlil və sübut tapa bilməmişdi.
Xocalıdan sağ çıxanlardan heç kim belə vərəqənin
olduğunu heç eşitməmişdi də.
Ağdam və Bakıda «Memorial»
müşahidəçiləri Xocalıdan qaça
bilmiş 60 nəfəri dindirib. Onlardan yalnız biri «azad dəhliz»in
olduğunu bilirdi. Bunu ona Xocalı qarnizonunun hərbçisi
demişdi. Xocalıdan qaçarkən tutulmuş və
Stepanakert deputatı R. Ayrikyanın iştirakıyla
dindirilmiş adam da «azad dəhliz» barədə bilmədiyini
deyir. Bu söhbəti Ermənistan televiziyası
lentə alırdı. Hücumdan bir neçə gün əvvəl
erməni tərəf radio vasitəsilə Xocalıya ediləcək
həmlə barədə xəbərdarlıq edərək əhalini
şəhərdən çıxarmağa
çağırıb. Bu məlumat alanıb və
Bakıya ötürülüb. Bunu Bakı qəzetlərinin
səhifələrindən oxumaq olar. Elman Məmmədovun
«Russkaya mısl» qəzetinin 3.04.92 nömrəsində «Biz
bilirdik ki, dəhliz dinc əhalinin çıxması
üçün nəzərdə tutulub» deməsi dəhlizin
olmasını təsdiqləyir.
Xocalı
sakinlərinin taleyi
Şəhərdən
qaçmış sakinlərin taleyi: Hücumdan az sonra şəhər
sakinləri çaxnaşmaya düşüb şəhəri
tələsik tərk etməyə başladılar. Onlar ən
vacib əşyaları götürməyə macal
tapmamşdı. Əyin-başları çox nazik
olduğundan bəzilərini yolda şaxta vurdu. Bakıda və
Ağdamda dindirilən qaçqınların çoxunun
heç sənədi də yox idi.
Qaçanların əksəriyyəti
çay vadisi boyunca yollandılar. Bəzi qruplarda hərbi
qarnizonun silahlı adamları vardı. Həmin bu
qaçqın insanlar Ağdam rayonuna yaxın hissədə
«azad dəhliz» adlandırılmış ərazilərdən
keçərkən gülləbaran edilmişlər. Nitəcədə
çoxlu insan məhv olmuşdu. Sağ qalanlar pərən-pərən
olaraq qaça bilmişlər. Qaçarkən erməni
qaravulxanalarına tuş gələnlər yenidən güllələnirdi.
Qaçanların bir hissəsi Ağdama çata bildi.
Onların əksəriyyəti qadın və uşaqlar idi.
Dağlarda dolaşmaqdan onların əl-ayağını
şaxta vurmuşdu. Bəziləri isə Pircamal və
Naxçivanik kəndləri yaxınlığında əsir
düşmüşdü. Dəyiş-düyüş
edilmiş əsirlərdən bir neçəsi deyir ki, əsir
götürülmüş adamların bir hissəsini güllələdilər.
Qaçqınların kütləvi
qırğın yerləri və onların Azərbaycan tərəfindən
vertyolyotlarla Ağdama gətirilməsi prosesi videolentə
alınmışdır. Kadrlardan məlum olur ki, meyitlər
böyük bir ərazilərə səpələnmişlər.
Kütləvi qırğın yerlərində meyitlərin əksəriyyəti
qadınlara və yaşlı adamlara məxsus idi. Güllələnmişlər
arasında uşaqlar da vardı. Ümumilikdə videolentdə
onlarla meyit qeydə alınıb.
Təxmin etmək olar ki, yolsuzluq və
insanların fiziki imkanlarını nəzərə alsaq
Xocalıdan qaçanlar yolu 7-8 saata keçiblər. Şosse
ilə getsəydilər onlara 2 saat lazım gələrdi. Həmin
səbəbdən qaçqınların güllələnməsi
səhərə yaxın sübh açılanda baş verib.
4 gün ərzində Ağdama 200
meyit gətirildi. Onlarla meyitin üzərində təhqir izləri
vardı. Ağdam sanitar qatarının həkimləri bir
neçə meyitin tükü ilə birlikdə
başının dərisinin soyulması halını qeydə
alıb. Ağdamda 181 meyitin dövlət məhkəmə-tibbi
ekspertizası aparılıb. Onlardan 130-u
kişi, 51-i qadın idi və 13 uşaq da vardı. Tibbi
ekspertiza təsdiq etdi ki, 151 nəfərin ölümünə
səbbə güllələnmə olub. 20 nəfər qəlpədən,
10 nəfər isə küt alətlə zərbədən vəfat
edib. 96 meyit Ağdamda dəfn edildi, qalanlarını
qohumları aparıb torpağa tapşırdı. DQR-nın rəsmi
nmayəndələri «Memorial» müşahidəçilərinə
bildirdi ki, «Onların icazəsi ilə Ağdama 120-130 məyit
aparılıb».
DQR-nın rəsmi
nümayəndələri dinc əhalinin azad dəhlizdə
güllələnməsini onunla izah etdi ki, gedən dəstələrin
içindəki silahlı adamlar erməni qaravulxanalarına atəş
açaraq cavab atəşi ilə qarşılanırdı.
Erməni tərəfi təkid edir ki, Azərbaycan tərəfindən
azad dəhliz vasitəsilə hücum etmək cəhdləri
də olub. Erməni qaravulçuları həmləni
dəf edərkən onlara Xocalıdan çıxmış
ilk dəstə yaxınlaşdı. Onların
arasındakı silahlı adamlar güllə
açdığından bir erməni postu
dağıdıldı. 2 nəfər ölüb, 10 nəfər
yaralanıb. Bu zaman azərbaycanlıların duyuq
düşmədiyi başqa postun əsgərləri
Xocalıdan gələnlərə atəş açaraq
onları məhv edib.
Xocalı qaçqınlarının
sözlərinə, eləcə də mətbuatda
yazılanlara görə dəstələrdə olan
silahlı adamlar atəş açıb etmənilərlə
vuruşa-vuruşa getməyə məcbur idi. Hər dəfə
də erməni tərəfi atəşi birinci
açırdı. İkinci yoldan da gedən insanlar gülləbaran
edilirdi. Ağdam sanitar qatarının jurnalında demək
olar ki, Xocalıdan qaçarkən zərər çəkmiş
bütün adamların siyahısı var. Burda 598 adamın yaralı
və donmuş halda gəldiyi barədə yazılıb.
Onların əksəriyyətini şaxta vurmuşdu. Sağ qalmış adamlar arasında sağ ikən
başının dərisi çıxarılmış bir
adam da vardı. Xocalı hadisələrini təhlil edərkən
aydın olur ki, insanlar təkcə güllələrdən
geyil, həm də şaxtada dağlarda dolaşmaqdan da məhv
olmuşdular. «Memorial» müşahidəçiləri
şaxtada donmuş 3 uşağın anası ilə söhbət
etmişdi. Xocalıda donub ölmüş insanların qədərini
təyin etmək mümkün deyildi. «Qarabağ» qəzetinin
26.03.92 sayında qaçqınlar üzrə komissiya
Xocalıdan qaçarkən vəfat etmiş 476 ailəyə
yardım ayırdı.
Şəhərdə
qalan insanların taleyi
Şəhər erməni
hərbi qüvvələri tərəfindən alınanda
orada 300 dinc əhali və 86 məhsəti türkü
qalırdı. Hücum iştirakçıları, DQR-nün
rəsmi nümayəndələrinin dediyinə görə
sakinlər əsir götürülərək 3 gün ərzində
Stepanakertə,
Qırmızı kənddəki izolyatora, və Əskərandakı
izolyatora çatdırılıblar. DQR-nın icazəsi ilə
əsirlərdən bəziləri qohumları Azərbaycan tərəfdə
əsir olan ailələrə verildi. DQR-nın
dediyinə görə uşaqlar və qadınlar bir həftə
ərzində təmənnasız olaraq Azərbaycan tərəfinə
qaytarıldı. Hər iki tərəfin verdiyi məlumata əsasən
28.03.92 tarixinədək Azərbaycan tərəfinə 700-dən
artıq Xocalıda və Ağdam yolunda götürülmüş
əsir verildi. Onların çoxu qadınlar və uşaqlar
idi. Xocalıdan olan əsirlərin dəyiş-düyüş
materialı kimi saxlanması hallırı da məlumdur. Bu məlumatlar «Memorial» təmsilçilərinin
şəxsi müşahidələri ilə də təsdiqlənir.
13.03 tarixində Əskəranda girov şəklində
qadınlar və cavan qızlar da hələ ki, saxlanırdı.
Dəqiqləşdirilmiş faktlar da var ki, cavan qadınlar hələ
uzun müddət Əskəranda zorlanaraq saxlanırdı.
Xocalıda
əsir düşmüş əsgərlərin və sakinlərin
saxlanılma şəraiti
«Memorial» qrupunun
müşahidəçiləri Xocalıda əsir
düşmüş sakinlər və əsgərlərin
(onları burda «girov» adlandırırdılar) Stepanakertdə
saxlanma yerlərini tədqiq etdikdə şəraitin tam
yararsız olduğunu aşkar etdi. Əsirlərin görkəmindən
bilinirdi ki, onları pis yedizdirirlər. Bəzilərində
haldan düşmə əlamətləri də vardı. Əsirləri
mütamadi döyülməsi halları da müşahidə
edildi. Qeyd etmək lazımdı ki, müşahidəçilərə
əsirlərin yalnız bir hissəsi göstərildi.
Xaçaturyan adlı mayor əsirlərlə təklikdə
bir neçə dəqiqəlik söhbətə də şərait
yaratmadı. Təsadüf nəticəsində əsirlərlə
bir söhbətə nail olmaq mümkün oldu. Söhbətdən
məlum ooldu ki, kişi əsirləri döyürmüşlər.
Qadın və uşaqlar döyülməsə də Bakı
və Ağdam həkimlərinin əlində qadınlara və
yenietmələrə qarşı zorakılıq
hallarını sübut edən dəlillər var.
Xocalı
sakinlərinin varidatı
Xocalı qaçqınları evlərini
tərk edərkən hətta ən vacib əşyalarını
götürə bilməmişdilər. Erməni hərbi
qüvvələri ərazidən
çıxardığı əsirlərə ən vacib əşyaları
götürməyə imkan yaratmadı. «Memorial»
müşahidəçiləri alınmış şəhərdə
baş verən aktiv və gizlədilməyən qarətçiliyi
də müşahidə etdi. Başsız
qalmış avadanlıq Stepanakert və yaxın
yaşayış yerlərinin sakinləri tərəfindən
daşınıb aparılırdı. Evlərin
darvazalarında yeni sahiblərin adları
yazılmışdı. DQR-nın Ali Sovetinin qərarına
görə Xocalıda ehtiyacı olan ermənilərə
nömrələnərək ev verildi.
Əldə
edilmiş məlumatların qiymətləndirilməsi
Xocalının alınmasında MDB
ölkələrinin ordusuna məxsus 366-cı motoatıcı
polkunun hərbçiləri iştirak edirdi. «Memorial»
müşahidəçilərinn fikricə MDB ordusunun hərbçilərinin
münaqişə zonasında hərbi əməliyyatlarda
iştirakı və hərbi ləvazimatları münaqişədə
olan tərəflərə verilməsi halları xüsusi tədqiqat
tələb edir.
«Memorial» hüquq mərkəzi
təsdiq edir ki, Xocalı şəhərinin erməni hərbi
qüvvələri tərəfindən alınması
zamanı Jeneva konvensiyası və İnsan Hüquqları barədə
Ümimu Deklorasiyanın aşağıdakı müddəalarının
kobud şikildə pozulması baş verib:
-«Hər bir insanın dil, din, milliyyət,
mənşə, nəsil, və ya başqa fərqlərindən
asılı olmayaraq Deklorasiyanın elan etdiyi bütün
hüquqlar və azadlıqlara haqqı çatır» deyən
2 müddəa;
- Hər kəsin həyat, azadlıq və
şəxsi toxunulmazlıq hüququnu bəyan edən 3-cü
müddəa;
- İnsan ləyaqətinin
alçaldılmasını, onun qəddarcasına, insanilikdən
uzaq rəftarını qadağan edən 5-ci müddəa;
- Hər kəsin şəxsi
mülkiyyət hüququnu və onun bu hüququ
zorakılıqla əlindən almağı qadağan edən
17 müddəa kobud şəkildə pozulmuşdur.
Hərbi qüvvələrin hərəkətləri
Qadın və uşaqların fövqəladə hallarda və
hərbi münaqişələr zamanı qorunması (BMT Ali
Assambleyası 14.12. 1974-cü ildə elan edilmiş) qanununa tam
zidd çıxış etmişdir. Bunu Vətəndaş və
siyasi hüquq barədə Beynəlxalq pakt, İqtisadi, sosial
və mədəni hüquqlar barədə beynəlxalq pakt,
Uşaq hüquqları barədə deklorasiya və başqa
beynəlxalq hüquq aktları da təsdiqləyir».
Gülnarə Manafova
Bizim yol.- 2011.- 26 fevral.- S. 11.