Teleqoniya nədir?
Bakirəlik haqqında qanun bizdən
asılı olmayaraq öz işindədi
Qədimdən bəri deyirlər ki, gəzəyən
qızın sağlam uşaqları olmaz. Ona görə də ayağı
sürüşkən qızları ocağın
başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar
olub. Kişiyə olar, qadına isə yox.
Bu milli qanunumuzu pis-yaxşı bir təhər
qoruyuruq. Adətimiz qızın toya qədər
bakirə olmasını tələb edir. Yazını
diqqətlə oxuyan oxucu sonunda anlayacaq ki, bu kişi
despotizmi deyil, təbiətin, Allahın qoyduğu qanunlardan
biridir. Qadın isə doğulandan bəri bilir
ki, Allahın qoyduğu qanunları pozanda o öz
uşaqlarının taleyi ilə cavab verməli olacaq.
Birinci erkəyin təsiri
Hər
şey 150 il əvvəl yeni cins atlar
yetişdirmək istəyən atçılıq zavodunda
baş vermişdi. Atların
dözümlüyünü artırmaq məqsədilə
zavod sahibi Lord Morton atları zebralarla cütləşdirmək
fikrinə düşmüşdü. Amma nəticədə
nə dişi atlar, nə də dişi zebralar nəsil vermədi.
Təcrübələri saxladılar və hətta
bir müddətə unutdular da. Bir neçə il sonra vaxtilə zebra ilə cütləşdirilmiş
dişi atın zebra kimi zolaqlı dayçası doğuldu. Hamı heyrətləndi, çünki bu dəfə
zebraları atlara yaxın buraxan olmamışdı. Təmiz cins atların nədənsə zolaqlı nəsli
doğulmağa başladı. Hadisədən heyrətləşmiş
elm aləmi buna teleqoniya adını verdi. Dövrün görkəmli alimləri Ç. Darvin,
professor
Alimlərin indi ortaya atdığı faktları isə
it yetişdirənlər artıq çoxdin bilirdi. Əgər cins dişi itə birincə dəfə
küçə iti yan alıbsa bu it ömrünün sonuna
kimi qüsurlu küçüklər doğacaq. Bu itin küçüyünün gah quyruğu, gah
rəngi, gah da xasiyyəti lazımi tələblərə
cavab verməyəcək. Göyərçin
saxlayanlar isə çöl göyərçininin cins
göyərçini altına basdığını görəndə
artıq onu öldürürlər. Çünki
ikinci əldə bu dişi göyərçini lap elit cinslə
cütləşdirsən belə onun verdiyi cücələrin
ya pipiyi, ya quyruğu, ya da tükünün rəngi
analarının ayağının sürüşdüyü
məqamdan xəbər verəcək.
Keçmişin bağışlanmaz səhvləri
Qəribəsi odur ki, teleqoniya hadisəsi 19-cu əsrdə
aşkar olan kimi insanlardan gizlədilməyə başladı. Çünki teleqoniya gözlənilən
seksual inqilabların qarşısında çox böyük
maneələr yaradırdı. İnsan nəslinə
qənim çıxmışlar imkan verə bilməzdi ki, bu
məlumat hamıya çatdırılsın. Elmi ensiklopediyalar teleqoniya hadisəsini təsvir etdikdən
sonra onun elmi cəhətdən təsdiq
olunmadığını yazır. Sovet
İttifaqının ərazisində beynəlxalq festivallar
keçirildikdən hətta bir neçə illər sonra da
rus qadınları sapsarı vanyalardan qaradərili uşaqlar
doğmağa başlayanda elm yenə də susurdu.
Çünki ayağısürüşkən
qızların boynuna günah qoymaq çətin iş deyildi.
Bu qızların əksəriyyəti isə etiraf edirdi ki, bir
neçə il əvvəl başqa irqin
nümayəndəsiylə cinsi əlaqəsi olub, amma indi yox.
Yəni ki, uşaq 100 faiz öz ağdərili
atasının övladı idi. Qadınına
etibar etməyənlərin DNT testi verib uşağın 100
faizlik atası olduğunu müəyyən edəndən sonra
teleqoniya hadisəsinə inanmaqdan başqa çarəsi
qalmadı. Həyat göstərir ki,
qaranlıq keçmişi olan qadın sonradan ailə sahibi
olub hətta keçmişini unutmaq istəsə də qanuni ərinə
sağlam uşaqlar doğa bilmir. Keçmiş
fahişələrin uşaqları arasında narkomanlar,
homoseksualistlər, toksikomanlar və psixi cəhətdən
yarıtmaz adamlar daha çox olur. Çünki
həyatı boyu fəhişələr cəmiyyətin ən
aşağı təbəqəsinin
tör-töküntüsünü canına çəkir.
Özünü ipdən qırılmış heyvanlar
kimi aparan gənc nəsil bəzən bütün taleyini zərbə
altına qoyduğunu ağlına da gətirmir. İnsanlar bir-birini zöhrəvi xəstəlik bir yana, mənfi, ya da müsbət yüklü
informasiyaya da yoluxdurur. Çünki rezindən düzəlmiş
qoruyucular bu tip informasiyanın qarşısını ala
bilmir.
Bakirəlik qanunu
Teleqoniya qanunu deyir ki, qadının ilk kişisi onda
ömürlük iz qoyur və hətta sonra doğulacaq
uşaqların ona mütləq aidiyyəti olur. Yəni ki, hər qadının ilk cinsi
partnyoru sonradan bu qadının kimdən və harda
doğacağından asılı olmayaraq
uşaqlarının genefondunun təməlini qoyur. Bakirəliyi
pozmuş kişi sanki qadının
bütün nəslinin atasına çevrilir. Bəzən iki
kişinin nəinki gen yaddaşı, hətta görkəmi də
sonrakı ona dəxli olmayan uşaqlarda özünü
göstərməyə başlayır.
Teleqonia heyvanlar arasında çox tez-tez olur. Ev donuzu təsadüfən çöl qabanı il «toy marşı» oynayıbsa onun
doğduğu çoşkalar qara tüklü olacaq. Zooloqlar daha bir səbəb gətirirlər. Onlar deyir ki, cinsi yollarda spermanın uzun müddət
ölmədən yaşaması hadisəsi də olur. Məsələn, quşlarda 70-80 gün, həşəratlarda
bir neçə gündən bir neçə aya qədər
saxlanma halları məlumdur. Bu yolla qadının
cinsiyyət yollarında «ayaq saxlamış» sperma növbəti
dəfəki aktda işə düşə bilərdi.
Kənddə seleksiya ilə məşğul olan baytar həkimləri
bu barədə daha yaxşı danışa bilər. Vaxtilə çox geniş tətbiq edilən
süni mayalandırma üsulu vaxt keçdikcə iflasa
uğradı. Bir öküz 50,
uzağı 100 inəyi mayalandırar. Süni
yolla bir öküzü 1500 inəyə «evləndirirdilər».
Amma nəticədə 30 faiz eybəcərlik
doğulurdu. Sonradan bəzi inəklər təbii
yolla «ərə getmək» istəmirdi. Sovet
zamanının təcrübələri barədə adətən
danışmağı sevmirlər. Deyirlər
ki, Fransada aparılan təcrübələrin nəticələri
maraqlı olub. Süni yolla 3 qadın
mayalandırılıb. Doğulan
uşaqlar əsil bioloji valideynlərinə oxşamaq əvəzinə
hüquqi valideynlərinə bənzəyib.
Porno indrustiyasına bir zərbə
Hazırda teleqoniya hadisəsinin əleyhdarları tərəfdarlarından
dəfələrlə çoxdur.
Bəziləri deyir ki, teleqoniya hadisəsini həqiqi
saymaq özünə və arzularına qarşı
çıxmaq kimidir. Belə deyənlərin
əksəriyyəti porno industriyasının çiçəklənməsində
marağı olan adamlardır. Əgər teleqoniya hadisəsi
məktəblərdə tədris edilsə hər bir gənc
taleyinə ciddi zərbə vurmamış ayaq saxlayıb bir az düşünər. Bu zaman
porno industriyanın daha bir tamaşaçısı azala bilər.
Bu kiminsə pul dağarcığına möhkəm
zərbə vurmuş olar.
Vicdanı
yanmış qızlara bakirə demək olarmı?
Bakirəliyi itirmək asandı, qaytarmaq mümkün
deyil. Gəncliyində bir dəfə
səhvi olmuş qadınların sağlam ailə qurmaq
şansı bəyəm ömürlük itirildi? Bu sualın cavabını yalnız din verə bilər.
Sidq ürəkdən tövbə etmiş
adamın duasını eşidən Allah onun ruhundakı dəyişikliyi
görüb fiziki qüsurunu aradan götürə bilər.
Ruhani cəhətdən teleqoniya hadisəsi nisbətən
rahat izah edilir: ruh bədənə təsir edir. Genlər isə ananın uşağa olan
duyğularının əks edən emosilardır. Ana nəyisə düşünsə bu uşağa
birbaşa təsir edir. Bizdə hamilə
qadını kifir adama baxmağa belə qoymurlar. İnam var ki, ananın ürəyinə düşsə,
ya da uşaq ilk təkanını verən zaman anasının
gördüyü adama oxşaya bilər.
Genetik siyasət
Tarixdə
bakirə qızların daxmalarda, monastrlarda gizlədilməsinə
dair çoxdu faktlar var. Bu sadəcə kişi
qısqanclığı deyildi. Qədimdən bəri
hansısa yaşayış yerini zəbt eləmiş həmlə
edən tayfa məğlub qəbilənin varidatından da əvvəl
qızlarını ələ keçirirdi. Çox vaxt
isə həmin qızda öz gen yaddaşını həkk
edəndən sonra onu qoyub gedirdi. Bu heyvani rəftar
insanın öz genetik kodunu düşmən tərəfə
yeritmək siyasəti idi. Sonra düşmən
çıxıb gedəndən sonra bu qızı ya monastra
verir, ya da keşişin yanında köməkçiliyə
göndərirdilər. Onunla evlənmək
istəyən olmurdu ki, yağının nəslini davam etdirməsinlər.
Monastra getmiş bu qızın günahı o
biri monaxlardan fərqli olaraq bağışlanılan
sayılmırdı.
Gizlədilmiş elm
Yəqin ki, əsil cins atını zebraya «ərə verən»
Morqan sonradan başına-dizinə çox döyüb. Teleqoniyadan danışmağı sevməyənlər
bu məsələnin rasizm, şovinizm qoxulu. Deyirlər
ki, sülh uğrunda mübarizlər,
internasionalçılar, kommunistlər, masonlar və s. bu tipli
insanlar teleqoniyanın gizli qalmasnda maraqlıdırlar. Ona görə də teleqonianı yalançı
yox, gizlədilmiş elm saymaq olar.
Əvvəl ilk partnyorun təsirindən
danışılırdısa, sonralar bütün
partnyorların qoyduğu silinməz izlərdən
danışıldı. Özü də təkcə kişilərin
qadına deyil, qadınların da kişidə
buraxdığı izlər aşkar edildi. Münasibətlər illər uzunu əvvəl
olmuşsa məlumat harda və hansı şəkildə
qorunub ötürülə bilər? Bunu
1985-ci ildə SSRİ Elmlər Akademiyasının fizika texniki
problemlər institutunun doktoru Pyotr Qaryayevin apardığı təcrübələr
izah etməyə qadirdir. O, DNT malekulu və onun irsiyyət
məsələlərini öyrənən təcrübələr
qoyurdu. Lazer spektroskopiya üsuluyla lazer
fatonları DNT yaddaşından informasiyanı
köçürürdülər. Bir
neçə spektrin şəklini çəkəndən
sonra alim DNT yerləşdirilmiş qabı götürüb təsadüfən
yerinə boş qab qoyur. Amma bu qabdakı
informasiya da yazılmağa başladı. Yazılanlar
bundan əvvəl qaba yerləşdirilmiş DNT-nin
yazılarına çox bənzəyirdi, amma bir qədər
zəif idi. Alim düşündü ki, qabda ola bilər ki, DNT-nin qalıqları qalıb. Onu tamamilə təmizinə əvəzlədi.
Amma həmin effekt yenə də davam etdi. Bu qabda təcrübə keçirilmiş DNT-nin bir
qədər zəif şüalanması qeydə
alındı. Alim heyrətini gizlədə bilmirdi:
«Qabın boş olmasına baxmayaraq lazer elə bil ki,
hansısa görünməz strukturlarla üzləşirdi. Onlar irsiyyət barədə informasiya ötürməkdə
davam edirdi. Əmin olmaq üçün
qabı dəfələrlə yuyurduq, sonra təmiz azotla
üfürürdük. Əvvəl yoxa
çıxan DNT spektri 3-4 dəqiqə sonra yenidən bərpa
edilirdi. Elə bil ki, onları məhv etmək
mümkün deyil». Qaryayev bu təcrübəni bir il davam etdirdi. Sonda şübhələr
qalmamışdı: DNT silinən kimi hansısa bir fantom
qalır ki, o da DNT malekulunun daşıdığı
informasiya yüklüdür. Maraqlısı o
idi ki, artıq yuyulmuş qabdan informasiya yavaş-yavaş
azalaraq tam şəkildə 40 gündən sonra silindi. İndi qab həqiqətən də təmiz idi.
Bu təcrübə bizə əsas verir ki, kişinin
ünsiyyətdə olduğu qadına «avtoqraf» qoyduğunu
düşünək. Bu yazını
heç nə poza bilməz. O, bədənə və
ruha da təsir etmək iqtidarındadı.
Yarıqadağan mövzularda söhbət
«Nikahdan
əvvəl cinsi həyata başlamalı, ya yox?»
sualı indi müasir cavanları çox narahat edir. Kimsə Azərbaycanda gözlənilən cinsi
inqilabdan dəm vurur, kimsə xalqın artıq inqilablardan
keçmiş başqa millətlərlə müqayisədə
geridəqalmış olduğunu deyir. Ona
görə də inqilabı inqilaba calayan millətlərin
tarixinə baxmaq maraqlı olardı. Azadlıqdan
danışan cəmiyyət ən əvvəl seksual
azadlığı təcrübədən keçirir. Amma bütün seksual inqilablar primitiv, heyvani səviyyəyə
qədər alçalmaya gətirir. Tarixdən
məlumdu ki, nizamsız cinsi əlaqələr insanların tənəzzülünə
gətirir. Bütün dinlər insandan
cinsi həyatında səliqə-səhman tələb edir.
Bu fikri alimlər də təsdiqləməyə məcburdur:
hazırda yavaş işləyən 50-yə qədər virus
növü məlumdur ki, eybəcərliklər və
qazanılmış xəstəliklər törədərək
insan cəmiyyətini tənəzzülə sürükləyir.
Şəkər xəstəyi, leykoz, şizofreniya,
xərçəkg kimi zəmanə bəlalarının da
QİÇS kimi virus xarakterli olduğunu deyənlər də
var. Gen səviyyəsində tənəzzül qətllərin,
cinayətlərin, intiharların, depressiyanın,
avaraçılığın artmasına gətirir. Alimlər deməyə utanır ki, mənəvi tənəzzülün
ardıca gen səviyyəsində tənəzzül gəlir.
Qonşumuz Rusiya seks məsələsində artıq
Allahın qəzəbinə gəlmiş
Seksual inqilab əsrin deyil, minilliyin problemidir. Qədim xəritələrə baxsaq
onlarla dövlət adı çəkə bilərik ki, əxlaqsızlığı
davranış normasına çevirmişdi. Amma indiki dünyanın xəritəsində əxlaqsızlıqda
ad çıxarmış samnitlərin, etrusların, kütləvi
orqiyaları normaya sevirmiş Roma imperiyasının izləri
artıq yoxdu. Xettlərin, asteklərin əxlaqı
isə yalnız daş lovhələrdə ədəbsiz səhnələrdə
qalıb. Xalqların yoxa çıxması eyni ssenari ilə
baş verir: kütləvi fahişəlik- seksual pozğunluq-
psixi sapmalar- sağlam uşaq doğa bilməmək. Sizə belə
seksual inqilab lazımdır?
Gülnarə RƏFİQ
Bizim yol.- 2011.-12
mart.-S.13.