Cənnət timsalında tikilmiş şəhərin bahar bayramı  

 

Əsas saydığını simvola çevirib qoy mərkəzə, onda diriləcək

 

Şəhəri maqlar tikib və bütün dünyaya çərşəmbələri qeyd etməyi tövsiyə edib

 

Çərşəmbələri yola verdik, qabaqda bayram günləri gəlir. Adətlərimizi istər kor-koranə, istər sevə-sevə icra edəcəyik. Amma bahar fikirlərin də təzələnməsini istər. Müsahibimiz Qalib Quliyevlə söhbətdə çərşəmbələr, bahar bayramı və yaşadığımız şəhər barədə tamamilə yeni fikirlərlə qarşılaşacaqsız. Bu da olsun sizlərin bayram payı. Qalib Quliyev riyaziyyatçıdır. Hazırda təqaüddədir. Ömrünün 40 ilini yaranışın sirrini öyrənməyə sərf edib.

 

Gilqameşin gedərgəlməz yolundan

 

- Əvvəllər, mən hər şeyi distur və tənliklə həll etməyə çalışırdım. Sonradan gördüm ki, işlətdiyimiz nəzəri sistemlər, qanunların əksəriyyəti yanlışdı. Ona görə də həqiqəti keçmişimizdə axtarmağa başladm. Tarixini ən qədim abidəsi kimi maqik kvadrat adlı 3 sütun, 3 sətirdən ibarət kvadrat göstərilir. Belə deyirlər ki, tısbağanın çanağı üstündə yazılıb və eramızdan neçə min əvvəllərə gedib çıxır. Bütün şərq mədəniyyəti bunun üstündədir. Kvadratın sirri odur ki, rəqəmlər xanalara elə yerləşdirilib ki, hər tərəfə həm horizontal, həm dioqonal üzrə toplayanda cəmi 15 verir. Adının maqik kvadrat olduğunu heç kim izah edə bilmir. Sonradan mən də bununla məşğul olanda gördüm bu kvadrat mənimlə danışır. O, mənə bütün rəqəmlərin və dilin sirrini verdi. Bunun sirrini tampaqçün mənə kömək oldu. İnsan fikirli yatanda beynindəki ardını düşünür. Yuxuma müqəddəslər köməyə gəlib mənə yol göstərdi. Bir növ Gilqamışın getdiyi gedərgəlməz yoldaydım, məni ordan qurtardılar. Özün bilirsən, kitablar adamı nə günə qoyur.

- Ölü diriltməyin də yolunu göstərdilər sizə?

- Vaxtilə özüm lağ eləmişəm, ölünü də diriltmək olar? Məcazi mənada mümkündü. Ölü diriltməyin sirrinə gəlincə bu barədə çox düşünmüşəm. Quranda Ali İmran surəsi var. Burada insanlar üçün ilk inşa olunan yerin, Bəkkənin adı çəkilir. Orda İbrahim peyğəmbərin nişanəsi olduğu göstərilir. Həzrəti İbrahimlə Allah arasında olan söhbət hədislərdə verilir. Özü də maq olan, Allahın sevimlisi İbrahim peyğəmbər Allahdan ölü diriltməyin sirrin istəyib. Sevimli bəndəsi olduğuna görə bu sirri Allah peyğəmdərinə öyrədir. Ona qədər mən bu surəni bəlkə də 20 dəfə oxumuşdum. Sonra gördüm ki, cavab müqəddəs kitabımızda yazılıb. Deyir, apar kəs bu göyərçini 4 hissəyə və 4 tapənin başında qoy. Özün də qal onların ortasında və çağır gəlsin. İbrahim peyğəmbər elə də edir. Paraladığını çağırır, göyərçin gəlib qonur onun qolunun üstünə. Ondan sonra bu iman gətirir və ölü diriltməyin sirrini bilir.

- Dünyanın 4 tərəfi və 4 çərşəmbə arasında paralel görürsüz?

- İndi mən bu prinsipdən istifadə edib göstərəcəm. Bütün araşdırmalarımın başında Qız qalası durur. Götürək bir kağızı, dörd yerə qatlayaq. Qız qalasının simvolunu bir tərəfinə yazaq. Bilirsiz də, Qız qalasına yuxarıdan baxanda butaya oxşayır. Yəni yumru və onun uzunsov çıxıntısı kimi. Sonra vərəqi açsaq bu simvolun güzgüdəki kimi əksi o biri tərəflərə keçir. Özüm də qalıram ortada. Nəticədə çərşəmbələr alındı. Mərkəzdə o hərfidir, yəni ki ol. Yuxarı sol küncdə q, sağ küncdə p, aşağı sağ küncdə b, aşağı sol küncdə d hərfi alındı. Mən bunu özümdən yaratmıram ha. Kvadratı hara çevirsən də belə alınır. Bu sistem hərflərin yaranması tarixini də izah etdi. Mərkəzdəki o hərfiylə birləşəndə oq yəni (oksigen, hava), op, ya da or- torpaq, ob - su və od alınır. Sözlərin əsəriyyəti od, ob (ovdan kimi işlədirik) dilimizdə olduğu kimi qalıb. Adəmin palçıqdan yarandığı yazılır. Op palçıq, torpaqdı. Çərşəmbələrin sırası saat əqrəbinə əks istiqamətdə getsək od, hava, torpaq, su olur, ya da saat əqrəbin əksi onun tərsinəsi – su, torpaq, hava, od. Soldan sağa sayılmalıdı, çünki yer kürəsi bu istiqamətdə fırlanır. Amma məncə su havadan tez yarana bilməzdi. Suyun tərkibi H2O dur, hava isə sadəcə O2.

 

Ə hərfini bilməyən bunu anlamaz

 

- Göydə başımızın üstündə fırlanan qütb ulduzu qrupu, ona bəzən kəfkir də deyirlər, qız qalasının quruluşundadı. Qədimdən bəri bu ulduzların vəziyyətinə görə camaat vaxtı təyin edib. Qız qalasının simvolunu da bunu bilən adamlar yaradıb. Sən demə qütb ulduzu qrupunda 7 ulduzdan birinin adı Qız qalası imiş, ərəblər adını dəyişdiriblər. Qütb ulduzu saatın kəfkiri kimi fırlanır. Onu zaman saatının əqrəbi kimi götürsək vaxt keçdikcə bu işarə müxtəlif rəqəmlər və hərflər əmələ gətirir. Bayaq 90 dərəcə fırladıb q, p, b, d hərflərini aldıq. 45 dərəcə fırlananda artıq e və ə hərfləri yarandı. Əlifbasında ə hərfi olmayan adam bunu hardan bilsin? Dilimizdə 9 sait və 9 samitlər əsasdır. Qalanlar sonradan yaranıb.

- Qız qalasının simvolu, buta şəklinə düşməmişdən əvvəl arxeologiyada Venera qadınları adlanan kök, amma başı olmayan qadın simvolları ilə oxşar olduğunu yazırlar.

- Simvolun asimmetrik olması vacibdi. Çünki zaman keçdikcə simvollar dəyişir və onların əvvəlki quruluşu itirilir. Allah Taala əvvəl yer kürəsini yaratdı. Sonra onu hərəkətə gətirdi. Yumrunu, toplumu, istər nöqtəni hərəkətə gətirsən formada geri təpilmə alınır. Rusca buna otkat deyirlər. Bütün kosmik raketlə bu trayektoriya ilə uçur. Həmin bu geri təpilmədən 1 yəni xətti hərəkət yaranır. O isə formanın özüdür. Qalanın quruluşu 0 və 1-i özündə birləşdirir.

- Hərfə çevirsək yəni ki ol deməkdir. Tanrı Ol dedi və hər şey oldu.

- Ən əvvəl beşlik sistem yarandı. Dörd qütbdə və ortada nöqtə kimi yazılan beşlik sistemi 365 gün deməkdir. Dünyanın hər yerində ələm, beşlik bildirən simvollar çoxdur. Beşlik qanunu işləmədi, Allah Taala bu qanunu pozub 9-luq sistemə keçirtdi. Bu formanın müəllifi isə bizik. Biz maqlar. Bunu dünyaya biz vermişik. Biz ortasında nöqtə olan kvadratı 45 dərəcə altında təkrarladıq, nöqtələr üst-üstə düşdü, alındı 9-luq sistem.

Hazırda biz müxtəlif sistemlərlə işləyirik. Bucağı 90-lıq sistemlə, zamanı 60-lıq sistemlə ölçürük. Qədimdən qalan şeylərdi, mənasını bilməyib təkrar edirik. Bir tək rəqəm məsələsində dünyada hələ də dava gedir. Biri deyir rəqəm ərəbindi, o biri deyir yunanındı. Kompüter əsridir. Amma kompüter ona verilən məntiqdən qırağa çıxa bilmir. Düzdü cavabı tez verir amma sistemi dəyişə bilməz. Yalnız insan başqa sistemlərlə işləyə bilər. Xüsusi qanunlar var, onu bilib bir saniyəyə hesablamaq olar. İndi mənə çətin hesablamalarda kompüter lazım deyil. Barmaqlarımın sayı kifayət edir, çünki artıq bu 9-luq sistemlə, maq kvadratı ilə işləyirəm.

- Maq kvadratının sirri daha nələri öyrətdi?

- Bunu mən bu gün əminliklə deyirəmsə deməli artıq 40 illik araşdırmalarımdı nəticələrə gəlmişəm. Bizim bədənimiz maq qanunlarıyla işləyir. Hər hərəkətin, simvolun mənası var deyən onları dəyişdirmək olmaz. Sonradan ilkin simvolların, rəqəmləri hər xalq özünə uyğunlaşdırıb. Deyib ki, azərbaycanlı belə yazıbsa qoy mən əksini yazım fərqlənsin. Yəhudilər 2 üçbucağın kəsişməsi kimi verirlər simvollarını. Üçbucağın biri başayaqdı. 6 cuşəli ulduz yaranır və 7-ci nöqtə mərkəz sayılır. Bizim simvol isə 8 cüşəli ulduzdu. Bu ulduz 2 kvadratın birləşməsindən yaranır. Mərkəz doqquzuncu nöqtədir. Bizim simvol daha kamildir və bütün rəqəmsel sistemin əsası olduğunu sübüt edir. Maq kvadratına görə 9 və 7 Aziyadı. Əsas kimi günəşin şüasının düşmə istiqamətini götürürük. Aziya qitəsinin adı bəzəm öz-özünə yaranıb? İlk əvvəl həyat burda yaranmalı idi. Çünki günəşin şüası da ilk əvvəl bura düşür. Günəş ki başladı yaratmağa, dağ yaratdı, gül yaradır və s. Millət hələ yoxdu. İlkin yaranış burda olub. Ölü diriltmək prinsipiylə nəyi ki, əsas sayırsan, onu simvola çevirib qoyursan şərq tərəfə, yəni Aziyaya. Həmin bu simvolun proyeksiyası kağıza çıxdığı kimi 4 tərəfə çıxır. O biri xanalarda ilkin yaranışda millətlər yarana bilməzdi. Çünki dağlar, çaylar, təbiət burda yaranıb, sonra dünyanın o biri tərəfinə kopyalanıb. Fəsillərin mənası və yaranışın sirri də burdadı. Ona görə yaz demişik günəş çıxan fəslə. Yazı sözünün mənası bundadı. Yazılar böyük sirrlərdi. Sonra Allahın yazdığı o biri tərəflərə yayılıb və bu fəslin adını hələ də yay adlandırırıq. Yaz sözünün tərsi yızdı, yəni payız-pozmaq. Qış sözünün mənasında nəsə incəlik var, tapa bilməmişəm. Aziya sözünün mənası da ilkin, yəni az olanlar, bazis deməkdir. Niyə biz azıq bu başqa söhbətdi.

- Sizcə dediklərinizi qəbul edəcəklər? Bütün dünya olmasın, heç olmasa özümüz anlaya bilərikmi?

- Alimlərimiz əziyyət çəkir. Bir şey yazmaq üçün gərək sadalaya ki, filankəs belə dedi, beşmankəs belə. Mənbələri sadalamalıdı, mənbələrsə hamısı bir-birinni əksini yazır. Mənbələri sinxronlaşdırmaq üçün bir yol var. İlkin mənbəni tapmaq və onun əsasında mülahizələr yürütmək. Müsəlmanlar və xristianlar müqəddəs üçlük və müqəddəs ana mövzusunda bir-birini qırır. Oğul, ata, müqəddəs ruh maq kvadratında rahat görünür. Dediklərimi ərəb, yəhudi qana bilməz. Bunu biz bilərik, çünki qan yaddaşımızda çoxlu kod var. Onları işə salmaq lazımdı. Bəzən açar sözləri rus dilində də də tapmaq olur. Orda qədim rusları 300 il meşələrdə sərgəodan elədilər ki, «yazıçestvo»dan uzaqlaşdırsınlar. Yazı az sözü ilə bağlıdı. Hərfin Azərbaycana aid olmasını da rus dilindən bilmək olur Azbuka.

 

Görünməyən lövhədə

 

- Dilimizdəki sözlər - niyə əldi, niyə baldırdı, ayaqdı bütün sözlər maq sistemində tamam izah edilir. Özü də yalnız bizim dildə, başqa dillərdə yox. Maq kvadratını oxuyandan sonra «De qa rəbi» kəlamı elə bil gözümə girdi. Bu ki, Quranın birinci ayəsidi. Məhəmməd peyğəmbərə nazil olan ilk surə. Maq cədvəlində ikirəqəmliyə keçəndə bütün dünyanın sirri açılır. Hazırda bunu məndən başqa kimsə bilə bilməz. Alimlər bu mövzuda işləyirlər. Amma hələ ki 9-cu dərəcədən tənlik qurmaq ağıllarına gəlmir. 5 dərəcəli maqik kvadrat qurublar. Amma modeli düzgün quraşdırmayıblar. Mən artıq modeli quraşdırmışam. Ona görə də lövhi məchuz danışıram, nağıl yox. Lövhi məchuz yəni görünməyən lövhə barədə.

 

Cənnətin yerdəki modeli də göydəki cənnətə uyğun tikilməliydi

 

- Cənnət, cəhənnəm sözünün mənası ən təmiz yer və ən murdar yer deməkdir. Hurilər, axar çalar, filan bunları hamımız eşitmişik. Amma cənnətin bir dənə də adı var – bahəşt, ya da behişt. Ba qapıdı, həşt isə 8 deməkdir. Yəni ki, cənnət 8 qapılı yaxşı bir yerdir. Maq ulduzunun da 8 guşəsi var.

Bakı şəhəri də tikiləndə cənnətin yerdəki modeli kimi nəzərdə tutulub. Mən uzun illərin axtarışlarından sonra burdakı qapıları tapdım. Bütün adlar və abidələrin yeri maq kvadratının prinsiplərinə uyğun tikilib. Quranda yazılıb ki, Allah ilk olaraq Bəkkəni yaratdı. Deyirlər ki, bu Omandakı Bəkkə, ya da İsraildəki Bekaa vadisində olan şəhər imiş. Quranda da səba məleykəsinin adı çəkilir (səbayıl). Süleyman peyğəmbər onu çağıtdırıb yeni tikdirdiyi sarayı ona göstərir. Süleyman peyğəmbər cinlərin də, maqların da sirrini bilən adam olub.

Bizim ən qədim şəhərimiz bu dəqiqə suyun altındadı. Amma açarlarımız, yəni qapılar durur: Qız qalasıdı, Səbayıl qalasıdı (üçüncü qapı deməkdir)dənizin dibində, Nargin adası. Mən hazırda qalan yadigarlardan danışıram. Şəhərdə yaşayış olub və hər qapıya aid bir abidə ucaldılıb. Qız qalasınan tayı olub hardasa xalça muzeyinin yerində. Patamdar maq cədvəlinə görə 4-cü qapıda «p» hərfinə uyğun, Qız qalası 9-a, Qara şəhər 2-yə (qa), 3 –cü qapıya uyğun isə Səbayıldı. Ondan lap aşağıda Bayıl 8-ci qapıdı. Qapıların yerini tapandan sonra mərkəzdəki cənnət timsallı şəhər gəlib düşür dənizin içinə. Abşeronda tapılan araba yolları bu kompleksin qıraq divarları boyuca gedir. Cənnət şəhərinin yollarının yaşı 6 min ildən aşağı deyil. Belə əfsanə də var ki, guya Adeksandr Makedonski bu şəhəri almaq istəyib, amma alınmayıb. Acığından kimyagərləri çağıtdırıb. Onlar qayada turşuyla dəlik açıblar və su şəhəri basıb.

- Bakı körfəzində suyun altında olan şəhərin yollarını görmüş səyyahların qeydləri var.

- Cənnət şəhərinin indi niyə suyun altında olmasını biz bilmirik. Şəhər tikilib, Novruz bayramı düşüb həmin bu cənnət şəhərinn açılışı mərasiminə. 6-7 min il bundan qabaqkı baharımız Bakı şəhərinin açılış mərasiminə irhaf edilmişdi. Qədim şəhərimizsə müasir Bakınan altındadı. Hara əlini vursan çıxır. Abşeronda 32 dənə kəndin və qalaların olması da 9-un sirrini təsdiqləyir. Bütün qitələrə adları maqlar qoyub. Bu adları qoyanlar bizimlə eyni dildə düşünüb. Daha doğrusu biz onlar kimi düşünürük və danışırıq.

- Dünya bağa üstündədi əfsanəsi var. Bunun baqa sözünə dəxli varmı? Bəlkə buğa bürcünə də. Çünki şəhərdə buğa rəmzləri çoxdur.

- Əlbəttə. Hətta bahar sözü də Bakı ilə bağlıdır. Dünya duranı yaz bayramı var. Bahar Bakının qədim adlarından biridir. Ba – qa. Əvvəl Baq olub indi Bak. Bu dildə olan dəyişikliklərlə bağlıdır. Sonuncu hərfin a, yoxsa ı olması barədə danışdıq ki, «ı» - «a»nın inkarıdır. Yaxşı vaxtlarda Baqa deyilib, pis zamanlarda Bakı. Yarananda 9 şəklində idisə indi başıaşığı, 6 şəklindədi. Körfəzi də görürsüz, nə gündədi. Vaxtilə cənnət timsalında tikilmiş şəhər indi kanalizasiya içindədir. Sonralar baqa sözü dəyişib bağa kimi deyilib. Dünya bağa üstündədi deyən əfsanə burdan yarandı. Sonra zodiakda buğa şəklinə düşüb. 2-ci bürc, oğlaqdan sonra buğa gəlir. Yəni 2-ci qapıda.

- İki buğa oturub qədim Baqa şəhərindən danışır. Bu da bir rəmz.

- İndi mənə icazə verirlər ki, danış. «De qa rəbi» bir siqnal idi ki, yəni danış artıq. Cənnət timsalında Azərbaycanda tək bura deyil, böyük şəhərlər salınıb və onlar maq kvadratına uyğun adlandırılıb. Həmin prinsiplə respublikamızda, sonra isə dünyada tikilən cənnət qapılarını tapmaq olar. 8 guşəli ulduz harda var - bizimkidi.

 

 

Gülnarə Rəfiq

 

Bizim yol.- 2011.- 19 mart.- S. 13.