Gələcəyə
bü gün göstərilən qayğı
Azercell
şirkəti minlərlə uşağı öz ətrafında
birləşdirir
“Uşaqlar dünyanın sevinci, bizim gələcəyimizdir” - deyirik.
Bu baxımdan gələcəyimiz
olan uşaqlara qayğı və diqqət bu
gün həm dövlətin,
həm də özəl şirkətlərin fəaliyyətinin
əsas istiqamətidir. Yarandığı
gündən etibarən uşaqlara qarşı özəl
diqqət göstərən şirkətlərdən biri də, Azercell Telekom MMC-dir. Şirkət
fəaliyyətinin ilk günlərindən
uşaqların qayğısına qalmağa başlayıb, uşaq
problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün ictimai məlumatlandırma
kampaniyası hayata keçirib,
habelə uşaqların rifahına sərmayə qoyub. Təsadüfi deyil ki, Azercell-in
həyata keçirdiyi
sosial layihələrin
bir çox qismi uşaqlarla
bağlıdır. Həmin layihələrdən biri də şirkətin
dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətt” xidmətidir.
“Uşaq Qaynar
Xətt” xidmətinin yaradılmasında əsas
məqsəd uşağa ilkin
psixoloji yardım, emosional
dəstəyin göstərilməsi,
müxtəlif problemlərin həllinə dair
məsləhətlərin verilməsi,
habelə reabilitasiya mərkəzlərinə
və digər xidmətlərə
yönləndirmə və təxirəsalınmaz
köməyin göstərilməsidir. Azərbaycan
“Uşaq Qaynar Xətt” xidmətindən dövlət uşaq müəssisələrində
olan, küçədə yaşayan və işləyən,
istismara və zorakılığa məruz qalan,
psixoloji və emosional problemlərlə
üzləşən, kobud rəftara məruz
qalmış, fiziki və
əqli cəhətdən əlilliyi olan, qaçqın və məcburi
köçkün olan
uşaqlar
istifadə edirlər. Eyni zamanda, qaynar xəttinə
uşaq məsələləri
ilə bağlı böyüklər də
zəng edib dəstək
və məsləhət əldə edə
bilər. Yaradılan qaynar xəttin
daha üstün bir cəhəti
sözügedən xidmətə müraciət edən
uşaqların anonimliyinin qorunmasıdır
ki, bu da
onların daha səmimi olmasına şərait
yaradır. Digər bir tərəfdən fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili,
həm də “Azercell” nömrələrindən
edilən zənglər ödənişsizdir.
Azercell-dən
nümunə götürə bilərlər
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin
direktoru Cəmilə Tağıyevanın sözlərinə
görə, “Uşaq Qaynar
Xətt” xidmətinin fəaliyyətə
başlaması Azərbaycanda uşaqların müdafiəsinin
islahatına doğru atılan
daha bir
addımdır. Özəlliklə Azercell
Telekom MMC-nin bu yöndə fəaliyyətini təqdirəlayiq hesab edən Cəmilə xanımın sözlərinə
görə, digər qurumlar da bu sahədə Azercell-dən
nümunə götürə bilərlər. Direktor deyir
ki, “Azərbaycan Uşaq
Qaynar Xətt” xidmətinə
fiziki və əqli imkanları məhdud olan
uşaqlar üçün
pulsuz xidmətlərin
təşkili, bu uşaqların
hansısa bacarıqların yiyələnməsilə
bağlı tədbirlərin görülməsi, xüsusi təyin olunmuş pensiyanın ayrılması, eləcə də
imkansız ailələrdə uşaqların asudə
vaxtının təşkili və ödənişsiz idman məşqlərinin təşkili ilə
bağlı olan müraciətlər
də daxil olub ki, bu
problemlərin də həll
olunmasında Azercell Telekom
MMC-nin böyük əməyi var. Qeyd edək ki, “Azərbaycan Uşaq
Qaynar Xətt” xidmətinin
fəaliyyətini genişləndirmək məqsədilə
2011-ci ilin yanvar ayından etibarən
Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində
məlumatlandırma kampaniyası keçirilir.
Kampaniyaları keçirməkdə
məqsəd - “Uşaq Qaynar
Xətt” xidmətindən müraciət
edən uşaqların əhatə
dairəsini genişləndirməkdir. Kampaniyanın davam etməsinə baxmayaraq onun uğurlu nəticələri
artıq əldə olunub. Belə
ki, məhz ümumtəhsil məktəblərində
keçirilən kampaniyanın nəticəsidir ki, xidmətə edilən müraciətlərin sayı xeyli
artıb. Bu da “Uşaq Qaynar Xətt”inin əsas fəaliyyət məqsədi
ilə bağlı olan psixoloji
müraciətlərin və mütəxəssislərin
köməyi ilə həll olunmuş uşaq problemlərinin də
sayının artmasına səbəb olub. Müsahibimin sözlərinə görə,
Qaynar xətt xidmətində çalışan psixoloq, sosial işçi və digər mütəxəssislər
ehtiyacı olan uşaqlara
peşəkar xidmət göstərməklə
yanaşı, eyni zamanda
risk qrupuna aid olan uşaqların və
ailələrin vaxtında aşkarlanmasına kömək
edir. “Uşaq Qaynar Xətt”inə uşaqlar
ehtiyacları olduğu
zaman müraciət edərək,
onları narahat edən
mövzu haqqında məlumat verirlər.
Fəaliyyət
göstərdiyi müddətdə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 1310 müraciət daxil olub. Müraciətlər
şəhərdaxili (963), mobil telefon (288), SMS (30) və elektron
poçt (29) vasitəsilə daxil olmuşdur. Abonentlərin
müraciətləri müxtəlif sahələri əhatə
edən problemlərin həlli ilə bağlı olmuşdur. “Uşaq Qaynar Xətt” xidmətinə müraciət edən
uşaqlar müxtəlif
yaş qruplarını əhatə edir. Lakin istifadəçilərin
böyük üstünlüyünü
13-17 yaş qrupuna daxil olan yeniyetmələr
təşkil edir.
Azercell səmimiyyətə şərait
yaradır
Fəaliyyət
göstərdikləri müddət ərzində “Qaynar xətt” əməkdaşları kifayət qədər
maraqlı telefon zəngləri
ilə qarşılaşıblar. Amma xidmət əməkdaşlarına daha
çox təsir edən
17 yaşlı qızın ailədaxili problemi
olub: “Bir dəfə 17 yaşlı qız bizə zəng
vurub keçirdiyi hisslər haqda
danışdı. Belə ki, anasının sağlamlığı
ilə əlaqədar olaraq valideynləri ölkədən
kənarda özü isə
təhsili ilə bağlı əmisigildə
yaşayır. Qızın yaxınları anasının onu sevmədiyini və bu səbəbdən
ondan uzaqda yaşadığını bildiriblər. Getdikcə mütəmadi olan bu fikirlər
ona təsir edir və bunun nəticəsində onda
valideynlərə qarşı nifrət hissi
də yaranmağa
başlayır. Bu hətta
o səviyyəyə gəlib
çatır kı, qız özünə qəsd də
planlaşdırır, lakin həyata keçirə bilmir. Bizə müraciət edən zaman
qızda cəsarət
və özünəinam hissi yaradıldı ki, bu da problemin
ətraflı öyrənilməsinə şərait
yaratdı. Daha sonra söhbətin gedişatını valideyn-övlad münasibətləri
üzrə davam etdirdik. Beləliklə qızda valideynlərinə
qarşı münasibəti dəyişməyə nail olduq” deyən
Cəmilə xanımın sözlərinə görə “Qaynar xətt” bəlkə də onlarla uşağın intihara cəhd
etməsinin qarşısını alıb.
“Qaynar xətt” xidmətinə müraciət edən uşaqlardan biri 15
yaşlı Zakir isə
vaxtilə məktəbdə ciddi problemlər
yaşayıb. Sinif yoldaşlarının
ona olan kobud münasibətləri
bu 15 yaşlı
yeniyetməni əməlli başlı depresiyaya
salıb. Zakir hətta valideynlərindən
gizli dəfələrlə
dərslərini buraxmalı olub. Amma “Qaynar
xətt” -ə etdiyi bir
zəng onun həyatını təmamilə
dəyişir. Zakir deyir
ki, bugünkü yeniyetmələrin səmimi
ünsiyyətə çox böyük ehtiyacı var:
“Azercell bu dəyərli
işə, layihəyə dəstək verməklə səmimiyyətə
şərait yaratdı. Psixoloqların köməyi ilə mən
özümə inamı əldə edə bildim.
İndi çox
xoşbəxtəm”
13
illiyində Azercell-dən uşaqlara daha bir hədiyyə
Azercell Telekom MMC-nin uşaqların rifahına
qarşı yönəlmiş daha bir layihəsi “Mobil Diş
Klinikası”dır. 2009-cu dekabrın 15-də 13 illiyini qeyd edən
şirkət hədiyyə almaqdansa, həmişə dəyər
verdiyi uşaqlara hədiyyə təqdim etdi. Belə ki, həmin
gündən etibarən Azercell-in təşəbbüsü
ilə uşaqlara xidmət göstərəcək “Mobil
Diş Klinikası” fəaliyyətə başladı. Əgər
“Qaynar xətt” xidmətinə dəstək verməklə
Azercell uşaqlara mənəvi baxımdan dəstək olursa,
“Mobil Diş” klinikasının köməyi ilə şirkət
uşaqların sağlamlıqlarının qeydinə
qalır. Hələ klinikanın
açılışında Azercell Telekom MMC-nin prezidenti Ali
Ağan bildirmişdi ki, “Azercell” fəaliyyətə
başladığı ilk gündən uşaqlarla
bağlı layihələrə diqqət yetirib: “Biz qürur
dolu bir 13 ili geridə buraxdıq. Bilirsiniz ki, elə
yarandığımız ildən - artıq 13 ildir “Ümid
yeri” uşaq evinə yardım göstəririk. Lakin biz
yalnız körpələrə yemək aparmaqla kifayətlənmirik,
onların təhsili, sağlamlığını da nəzərdən
qaçırmırıq”.
Şirkət prezidentinin
sözlərinə görə, “Mobil Diş Klinikası” da məhz
uşaqların, xüsusilə də uşaq evlərində
olan, himayəsiz körpələrin
sağlamlığının qorunmasına yönəlib. Ali
Ağan söylədi ki, bu klinika ilk olaraq “Ümid yeri”, sonra
isə Bakının və regionlardakı digər uşaq evlərində
xidmət göstərəcək: “Məlumdur ki, erkən
yaşlarda diş problemləri çox ciddi xəstəliklərə
yol aça bilər. Ona görə də “Mobil Diş
Klinikası” bütövlükdə Azərbaycan
xalqının, Azərbaycan uşaqlarının xidmətində
olacaq və davamlı olaraq fəaliyyət göstərəcək”.
1668 uşaq
Mobil Diş
Klinikasından yaralanıb
Azercell Telekom MMC bu klinikanın yaradılması layihəsini “Üfüq”
Xeyriyyə Cəmiyyəti
ilə birlikdə həyata keçirib. “Mobil Diş Klinikası”
layihəsinin rəhbəri Akif Əhmədov-un sözlərinə
görə, Azercell-in ideyası
və dəstəyi əsasında
yaradılan bu klinikanın
fəaliyyət müddətində məhdudiyyət
qoyulmayıb. Azercell-i sosial
məsuliyyətli layihələrə
önəm verən ən ciddi qurum adlandıran A. Əhmədov
bu klinikanın yaradılmasını da çox yüksək qiymətləndirdi.
Onun sözlərinə
görə, 2002-ci ildə aparılan araşdırmalar uşaq müəssisələrində
məhz diş xəstəlikləri ilə
bağlı ciddi problemlər
yaşandığını ortaya qoyub: “Azərbaycandakı
uşaq evlərinin 90
faizində stomatoloji kabinet
yoxdur. Halbuki, süd dişləri
tökülənə qədər uşaqların dişləri
ciddi həkim nəzarəti altında olmalıdır”-deyən
layihə rəhbəri Azercell-in həyata keçirdiyi sosial layihələrin respublikadakı
bir çox məsələlərin həllinə
yardımçı olduğunu vurğuladı.
Məlumat
üçün bildirək
ki, iri avtomobildə
yaradılan klinika ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu təkərli
klinikanın Azərbaycanın istənilən bölgəsinə
səfər etmək imkanı var. Səyyar klinikada növbə
ilə işləyən 6 həkim ilk olaraq içməli su və yodlaşdırılmış
duzla bağlı problemli bölgələr - Şəki və Qaxa üz tutub. Akif Əhmədovun dediyinə
görə, 2010-cu ildə klinikaya qəbul olunan
uşaqların sayı 1468 nəfər olub.
2011-ci ilin aprel ayina qədər isa 200 nəfər uşaq “Mobil Diş Klinikası”nın xidmətindən
yararlanıb. Layihə rəhbəri
deyir ki, “Mobil Diş Klinikası”nın səyyar kabinetləri Bakı şəhərində,
Ümid Yeri uşaq evində, 7 saylı internat
məktəbində, 3 saylı uşaq evində olublar. Rayonlara üz tutan Klinika
Şəkidə İnternat
məktəbi və uşaq evində, Gəncədə
SOS Uşaq kəndi və İnternat Məktəbində,
Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində,
Biləsuvarda və Sabirabadda Qaçqın düşərgəsində, Quba, Qusar və
Balakənddə internat məktəbində
ehtiyacı olan uşaqlara xidmət
göstəriblər. Respublika üzrə bütün uşaq evlərini gəzəndən sonra “Mobil Diş Klinika” bölgələrdəki
aztəminatlı ailələrin də
köməyinə yetəcək.
Şirkət layihələrə
“davam” deyir
Azercell-in uşaqların sosial
rifahına yönəlmiş
layihələri təkcə bu 2 layihə ilə bitmir. Azercell-in dəstəyi ilə
indiyə qədər bu yöndə
onlarla layihə hayata keçirilib. Bu layihələr
sırasında “De! Dildən-dilə, eldən-elə”
şer və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm müsəbiqəsini, “Hər
uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...” layihələrini
misal göstərmək
olar. Bundan əlavə Azercell
artıq 14 ildir ki, “Ümid Yeri” Reabilitasiya Mərkəzinə
dəstək göstərir. Məlumat üçün bildirək
ki, 2010-cu ildə Azercell
ölkədə sosial
layihələrin həyata keçirilməsi üçün
təxminən 1,4 milyon
ABŞ dolları, 14 il ərzində
isə təxminən 14,7 milyon
ABŞ dolları həcmində vəsait
sərf edib. Şirkət
həyata keçirdiyi
sosial layihələrə
görə dəfələrlə həm ölkəmizdə,
həm də beynəlxalq arenada
mükafatlandırılıb. Onu da qeyd edək ki, ilk
dəfə məhz Azercell
2007-cı ildə “İlin
Korporativ Sosial Məsuliyyətli”
şirkəti seçilib, bundan
sonra isə hər il sosial məsuliyyətlə
bağlı mükafatlara layiq
görülüb. Şirkətin gördüyu və görəcəyi işlər bununla
bitmir. “Azərbaycanın qürur duyacağı şirkət” olmağı qarşısına
məqsəd qoyan Azercell
sosial layihələrinə “davam” deyir!
Bizim
yol.- 2011.- 20 may.- S. 15.