«Atatürkün
təklifini qəbul
etmədi…»
Əli
bəy Hüseynzadənin qızı atası ilə
bağlı xatirələrini bölüşür
Feyzavər
Alpsar: “Atamı iki dəfə gözüyaşlı
gördüm: Atatürk və Ağaoğlu öləndə...”
Azərbaycan Xalq Cumhuriyyətinin
qurucularından olan Əli bəy Hüseynzadənin Türkiyədə
yaşayan qızı, rəssam Feyzavər Alpsar APA-ya
müsahibə verib. O, atası ilə bağlı xatirələrini
bölüşüb, Türkiyədə sənət həyatı,
sənətkarlığa verilən qiymət barədə
danışıb. Müsahibəni ixtisarla təqdim edirik.
- Atanızın
yaxşı rəssam olduğunu bilirik. Onun “Bibiheybət məscidi”
tablosu Azərbaycan peşəkar rəsm sənətinin ilk
örnəkləri arasındadır. Qardaşınız Səlim
Turan Türkiyənin önəmli rəssamlarından biri idi.
Sənətə yəqin onların təsiri ilə
başladınız.
- Onların da təsiri
oldu. Atam həbsxanada yatanda məni onunla görüşə
aparmışdılar. 4 yaşım vardı. Məni
qucağına aldı. Divarlara həbsxanada yatan gənclərin
portretlərini çəkmişdi. Atam bir neçə dəfə
həbsə düşmüşdü, həmişə onunla
həbsdə olanların portretini çəkirmiş. Men
peşəkar rəsm təhsili almışam. O vaxtın məşhur
rəssamları olan Edip Hakkı Kösəoğlu, Camal Tollu
mənim müəllimlərim olub. Ancaq Rəssamlıq
Akademiyasını bitirəndən sonra tablo çəkməyə
davam etmədim.
- Niyə?
- Evlənib Anadoluya getdim.
“Vətən, millət” deyə Şərqə qədər
getdik. Oraya mədəniyyət aparmaq niyyətində idik.
Şəkil çəkməyə çox da vaxtım və
imkanım olmadı. Ancaq özümü əyləndirmək
üçün həmişə şəkil çəkmişəm.
- Anadoluda xalqa sənət
təhsili verirdiniz?
-
Hər cür işi görürdük.
Oralara xeyli kitab apardıq. Sonradan xeyli
insan dedi ki, sizin sayənizdə
o kitabları oxuduq. Kitabların gənclərə çox
köməyi olmuşdu.
- İstanbulun
sənət həyatını
necə qiymətləndirirsiniz? Bu boyda şəhər üçün
kifayət edirmi sizcə?
- Təəssüf ki, yox. Hələ indi
heç kifayət deyil. Bəyoğlundakı operanı belə
bağladılar. Artıq İstanbulda
heç bir sənətçiyə yer
yoxdur. Anadoluda isə vəziyyət
daha bərbaddır.
50-60 il əvvəl
hər şey daha yaxşı idi. O vaxt İstanbul
bir sənət mərkəzi idi. Opera sənətkarları sağda-solda konsert verirlər. Belə bir şey ola bilməz. Sənətsiz millət olarmı?
- Siz İstanbulda
“balet” sözü eşidirsinizmi? Son illər
mən eşitmirəm...
- Əvvəl
İstanbulda vardı,
indi sadəcə Ankarada qalıb. Taksimdəki Atatürk Kültür
Mərkəzi 3 ildən
bəri qapalıdır.
Sənətkarların bəziləri Üsküdara,
bəzisi Kadıköyə
gedib oradakı dar və kiçik
yerlərdə opera ilə
məşğuldur. Bu,
onların səhhətinə
də mənfi təsir göstərir.
- İlyarım əvvəl rəssam Burhan Doğançayın
bir tablosu 1,5 milyon dollara
satıldı. Bu, yaşayan bir türk rəssamının
ən baha qiymətə satılan tablosu idi. Ondan sonra Erol
Akyavaşın tablosu
1,4 milyon dollara satıldı. Ancaq daha sonra sənət
bazarında bu cür hərəkətlənmələr
olmadı. Bunu necə
qiymətləndirirsiniz?
- Hazırda ortada sənət yoxdur. Mən əvvəllər siyasətin sənətə
bu dərəcədə
müdaxiləsini görmədim.
Sənətə çox dəyər
verən Atatürkü
indi yox etməyə çalışırlar.
Mən belə görürəm.
İnşallah, gənclik bu
işləri yoluna qoyacaq. Mənim gənclərə ümidim böyükdür.
İndi az
qala gecəqondu məhəllələrində de universitet var. Ancaq hansı təhsili verə bilir? Hər şey yetərsizdir.
- Universitetlərin incəsənət fakültələri
çoxdur, ancaq ortaya güclü sənətkar az
çıxır...
- Sənətkar var, ancaq onları
yox edirlər.
- Qardaşınız
Səlim bəy Parisdə sənət təhsili alıb. 60-80-ci illərdə
de Türkiyədən Avropaya
sənət təhsili
almağa gedənlər
çox olub. Son illərdə deyəsən,
buna da diqqət
azalıb.
- Böyük bacım da xaricdə
təhsil alıb. O,
1934-cü ildə gedib.
Qayıdandan sonra Atatürk liseyində dərs verdi.
O dövrdə sənət
təhsilinə böyük
önəm verilirdi. İndi isə yox.
- Qardaşınız Səlim bəy Avropaya gedəndən sonra cəsur şəkildə Türkiyəyə
müasir sənəti
gətirən adam olub. Ondan əvvəl gedənlər
natürmort, mənzərə
səviyyəsində qalıblar.
- Yox. O birilər
də çox iş gördülər.
Onların qrupu vardı: Turqut Atalay, Avni Arbaş.
5 nəfər çox
iş gördü.
Müasir sənətin Türkiyəyə
gəlməsində Səlim
və arkadaşlarının
rolu çoxdur. Onların burdakı müəllimləri
də yaxşı idi. Bizim miniatür sənətimizin
ənənələri də
güclüdür.
- Atanız
Tiflisdə böyüyüb,
babası Qafqazın şeyxülislamı olub. Bu barədə sizə bir şey
danışırdımı?
- Atamın atası tez ölüb. O da babasının yanında böyüyüb. Atam o dövrlərlə
bağlı bizə heç nəyi açıqlamırdı.
- 1926-cı ildə Bakıdan qayıdandan sonra sakit həyat
tərzi keçirdiyini
görürük. Halbuki əvvəllər
həmişə mübahisə
və müzakirələrin
içində olub.
Bunu nəyə bağlayırsınız?
- Universitetdə dərs deyirdi. Atatürklə dost olduqdan
sonra Atatürk ona millət vəkilliyi təklif etdi, ancaq atam
qəbul etmədi. Atatürklə türk dili
və tarixi ilə bağlı işləyirdi.
- Harada
- Yox, deməmişdi.
Atatürk özü onu
dəvət edirdi.
Türk Dil Qurumundakı işləri birlikdə müzakirə edirdilər.
Heç
vaxt siyasət barədə danışmazdı.
Ancaq evimizə Yusuf Akçura,
Əhməd Ağaoğlu
gəlib-gedirdi. Onlar atamın
yaxın dostları idilər. Öz aralarında danışırdılar,
biz yanlarında olmurduq.
Ağaoğlunun ailəsi ilə
axıra qədər bir olduq. Bütün ailəmiz. (Gözləri
dolur). Hələ
də onlarla bərabərik...
- Çəkdiyi rəsmlərdən sizdə
və ya muzeylərdə qalanlar çoxdurmu?
- Bir az var. (Gülür). Suluboya, yağlıboya çəkirdi.
Daha çox portretlər üzərində işləyirdi.
- Kimin portretlərinin?
- Atam nənəsinin
portretini çəkmişdi.
Mina xanımın. Məndədir.
- Sovet vaxtı
əleyhinə bir çox yazılar yazılmışdı. Sizcə, onları
oxusaydı, necə reaksiya verərdi?
- Mütləq hamısını bağışlayardı.
- Təbii ki, hər övlad
atasını xoş niyyətlərlə xatırlayır.
Sizin onunla münasibətləriniz necə
idi? Sizinlə yaxın dost kimi idimi?
- Bizimlə arkadaş kimi idi. Çox sakit, çox təbii adam
idi. Uşaqlıqda bizi gəzməyə
aparanda səhər deyirdi ki, hazırlaşın,
gedirik. O vaxt Süleymaniyyədə yaşayırdıq.
Ancaq evdən axşamüstü
çıxa bilirdik.
Axşam
isə evə gec gəlirdik. İstanbul boğazında bizi gəzdirirdi. Özünün yetişdirdiyi tərəvəzləri
yeyərdik. Qış vaxtı
xiyarı necə yetişdirdiyinə çaşıb
qalırdıq. Bitkilərlə
məşğul olmağa
o qədər həvəsli
idi ki...
- Atatürklə çalışmalarının qeydləri sizdə varmı?
- Onların hamısını İzmirə
göndərdim. Atatürkün ölümü ona çox pis təsir etmişdi. Atamı iki dəfə gözüyaşlı
gördüm: biri Atatürk, biri də Ağaoğlu öləndə... (Gözləri dolur).
- Atanızın
Azərbaycandan tanıdığı
adamlardan daha sonra onu görməyə
gələn oldumu?
- Əziz
Aksu gəldi. Atamın qohumu imiş.
Kimyaçı idi. O da universitetdə işləyirdi.
- Azərbaycanda gəncliyin atanızın
ideallarını davam
etdirməsini necə qiymətləndirirsiniz?
- Bundan yaxşı
nə ola
bilər ki? Hər kəsə təşəkkür
edirəm.
- Azərbaycana heç getdinizmi? Ata yurdunuza hansı
mesajı vermək istərdiniz?
- Mən
Azərbaycana getmədim,
böyük bacım
1992-ci ildə getmişdi. Azərbaycanda hər kəsə
sevgi və sayğılarımı göndərirəm.
Bizim yol.- 2011.- 26
may.- S. 15.