Hərb tariximizdə ən yüksək vəzifəli qadın - “Qaqa

 

Qarabağ müharibəsi veteranı Aidə xanım şir bürcündə, Bərdədə dünyaya gəlib. İlk baxışdan kişilərə məxsus cəsarəti, yerişi, çevik hərəkətləri, maşın sürmək bacarığı ətrafdakıları çaşdıra bilər. Özünün dediyi kimi hələ uşaqlıqda oğlanlarla bir yerdə oynayar, futbol, həndbol, və voleybol yarışlarında fəal iştirak edərdi. Ədəbiyyat bağlılığı da var, şeirlər yazır. Beləliklə, bu dəfəki qonağımız müharibə illərində “Qaqa” ləqəbi ilə tanınan Aidə Şirinovadır.

- Necə oldu ki, Qarabağa yollanmağa qərar verdiniz?

- Qarabağ müharibəsi bizim üçün çox gözlənilməz idi. Belə demək olarsa, hamı necə getdisə, mən də elə könüllü getdim. Qarabağ müharibəsi Qarabağda yaşayanlar üçün əslində elə 1988-ci ildə başlamışdı. O zaman daş-kəsəklə, tüfənglə, girov götürməklə müharibə gedirdi. 1991-ci ildən artıq müharibə geniş vüsət aldı. 1992-ci ilin 26 fevralında Xocalı soyqırımı baş verdi. Qəddar erməni faşistləri şəhərə hücüm edərkən minlərlə sakini - qadınları, qocaları, uşaqları qırmışdılar. Əksəriyyəti kimi mən də qəlbimin hökmü ilə soyqırımdan sonra müharibəyə yollandım. Bərdədə eyni adlı ərazi batalyonu var idi, burada olanların əksəriyyəti idmançılar idi. Hərbi və idman müəllimlərindən təşkil olunmuş batalyonun özəyi könüllülərdən ibarət idi. Mən də Bərdə hərbi komisarlığına müraciət etdim və həmin batalyona yolladılar. Burada məni əsgərlərin fiziki hazırlığı üzrə rəis təyin elədilər. Bir aydan sonra əsgərlərin sosial müdafiəsi üzrə batalyon komandirinin müavini vəzifəsinə təyin elədilər. Yəni əsgərlərin geyim, ərzaq, xəstəxana və ailələri ilə bağlı problemlərin həllinə cavabdeh şəxs idim.

Müharibə çətindir, bir halda ki, orada dəhşət, insan itgisi var, aclıq, susuzluq var. 10 dəqiqə bundan əvvəl gözünün içinə baxan insanın ölümünü görməyin nə demək olduğunu anlatmaq, təsəvvür etmək çətindir. Bu hallar da insanın psixoloji durumuna mənfi təsir edir.

- İxtisasınız nədir?

- İxtisasım idman müəllimidir. Batalyonumuzdə idmançılar çoxluq təşkil edirdi. Məsələn, keçmiş komandirim, istefada olan polkovnik-leytenant Elçin Əliyev də güləş üzrə idman ustasıydı. Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm, birinci dərəcəli idman ustasıyam. Akademiyanın yığma voleybol komandasının tərkibində yarışlarda iştirak etmişəm. O zaman institutlarda hərbi kafedralar olurdu. Hərbi biletimi həmin kafedradan götürüb müharibəyə yollandım. Mühraibədən qayıdandan sonra həmin biletə möhür vurdular ki, hərbidən getmişəm.

- Qarabağda olarkən nələrin şahidi olmusunuz, hansı istiqamətlərdə döyüşlər gedirdi?

- Nələr baş verməyib axı?! Döyüş yolum Tərtərdən başladı. Bu rayonun Talış, Şaumyan (indiki Gülüstan), Marağa, Marquşavan, Həsənqaya, Aşağı və Yuxarı Çaylı, Ağdərə, Qırmızıkənd, Kasaped, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran və başqa yaşayış məntəqələrinin erməni hərbi birləşmələrindən təmizlənməsində iştirak etmişəm. Ağdərədə gedən döyüşlərin içtirakçısıyam. Çıldıranda gedən döyüşdə düşünürdüm ki, görəsən bura Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətainin vuruşduğu ərazidirmi? Tarxiçi olmadığımdan bunu dəqiq bilmirdim. Mənimlə bağlı hərbi xasiyyətnaməni hələ də maşında saxlayıram. Möhüründən əsər-əlamət az qalıb. Vərəq də saralıb.

- Qarabağdan nə zaman qayıtdınız?

- Atəşkəs elan olunsa da, mən Qarabağda qaldım. 1998-ci ildə oradan qayıtdım. Bizim ərazi özünü müdafiə batalyonuna sonradan hərbi hissə adı verdilər. Mən artıq bu batalyona gələndə könüllüləri Surət Hüseynovun batalyonuna verdik. Artıq saqallılar bizdə olmadı. Bizim batalyonu SSRİ dövründə xidmətə çağrılan, amma xidməti başa vurmadan vətənə dönüb gələnlərdən təşkil etdik. Müdafiə Nazirliyinin bizə göndərdiyi həmin gənclər 18-20 yaş arasında idi. Odur ki, bizim batalyonu komplektləşdirib hərbi hissə elədilər. Bu zaman isə orduya sırf hərbi təhsilli şəxslər rəhbərlik etməli idilər. Türkiyədən gəlib hərbi xidmətdə olanlara dərs keçirdilər. Korpusumuzun komandiri isə hazırda baş qərargah rəisi olan Nəcməddin Sadıxov idi.

Artıq ordu yaranmağa başladı. Mən birinci olaraq öz istəyimlə hərbi hissədən getdim. Hərçənd ki, məni buraxmaq istəmirdilər. Azərbaycanın hərbi tarixində ən yüksək vəzifəyə qalxmış qadınam. Mən raportumu təqdim elədim. Nəcməddin Sadıxov o zaman məni dəvət elədi ki, korpusda işləyim. Mən razılaşmadım.

- Batalyonunuzda neçə qadın xidmət edirdi?

- İki nəfər - biri mən, digəri tibb bacısı.

- İştirak etdiyiniz ən ağır döyüş hansı oldu?

- Heç bir döyüş itkisiz olmayıb. Müharibə asan deyil, bunu görən bilir. Qardaşımın qanı axırsa, o da mənim üçün ən ağır itkidir. Təsəvvür edin yağış yağır, hər tərəfdən güllə səsi eşidilir.

- Azərbaycanın hərb tarixində ən yüsək vəzifəli qadın olduğunuzu dediniz. Rütbəniz idi?

- İdman Akademiyasını bitirib əsgər gedənə o zaman rütbə verirdilər. Mənə leytenant rütbəsini vermişdilər. Buna baxmayaq hamı səgər kimi xidmətə gedirdi. Hazrıda polis mayoru olaraq xidmət edirəm. Mən hərbidən polis orqanına keçəndə bildirdilər ki, ordu rütbəsi ilə polisdə xidmətə başlamaq olmaz. Odur ki, polisdə yenidən leytenant rütbəsi aldım. Sonra baş-leytenant, kapitan mayor oldum.

- Müharibədən sonra dövlət tərəfindən psixoloji yardım aldınızmı?

- Burada bir hadisəni xatırladım. Kasaped kəndi uğurunda gedən döyüşlərin birində çox pisqantuziyaaldım. Çünki, yaxınlığıma top mərmisi düşmüşdü. Nəticədə qulağımın pərdəsinin biri partladı. Komandirə xəbər verdilər məni hospitala göndərdilər. Burada məni elə-belə yoxladılar qalmağımı bildirdilər. Bundan imtina edib xidmət yerimə döndüm. Bundan sonra artıq biz Çıldıran kəndini erməni tapdağından azad etmişdik.

Sonralar sol qolum qurumağa başladı. Yenidən məni hospitala göndərdilər. O zaman AZTV-nin hərb redakasiyasının baş redaktoru Vidadi Bağırov burada idi. Məni çəkmişdilər. Təəssüflər olsun ki, hazırda həmin çəkiliş arxivdə yoxdur. İndi bizimlə bağlı aparılmış 6-7 çəkilişdən yalnız biri arxivdə qalıb. Həmin arxiv materialını bir neçə dəfə ANS- göstəriblər. Bilmirəm ki, niyə həmin arxiv saxlanılmayıb.

Müharibə zamanı müalicələr olurdu. Amma indi özüm özümü müalicə edirəm. Hər il tibbi müayinədən keçirəm, dərmanlar alıram, müalicəmi davam etdirirəm.

Psixoloji travmalar beynimə çox ağır təsir edib. Sinir sistemim pozulub. Dünən (sarağa gün -müəl.) həkimin qəbuluna getdim. Təklif etdi ki, sinir sistemimdə olan problemin həlli üçün müalicə kursuna başlayım.

- Müharibəyə gedəndə ailəliydinizmi?

- Xeyir. Mən heç vaxt ailə qurmamışam, indi subayam.

- Valideynlərin bu addımınıza münasibəti necə oldu?

- Bilirsiniz, heç bir valideyin, övladını gözü görə-görə ölümə göndərməz. O zaman televiziyada Xocalı soyqırımı ilə bağlı xəbərlər tez-tez verilirdi. Eləcə , Qarabağda bir telekanal var idi. Həmin kanal Şuşadan birbaşa yayımlanırdı. 1989-cu il idi. Adını yuxarıda çəkdiyim Vidadi Bağırov ilk dəfə bu kanalda aparıcı idi, müharibə ilə bağlı sujetlər hazırladığı üçün SSRİ hakimiyyəti onumilli zəmində münaqişə yaratmaq”da ittiham edərək, bir müddət Rastov həbsxanasında saxladı. Televerilişlərdə insanların daş-qalaq olunmasını, əzab-əziyyəti, yaralandığını, öldüyünü gördükdə mənim acılar çəkdiyimi valideynim bacılarım görürdü. Məni evdə oğlan kimi böyütmüşdülər. bilirdilər ki, bir şeyə qərar verdimsə, onun arxasınca gedirəm, heç kim qarşımda dayana bilməz. Mən sözü bir dəfə deyirəm, ikinci dəfə çevirməyi sevmirəm. Mənim üçün qadın kişi olmaqdan asılı olmayaq hər insanın bir kişi damarı olmalıdır.

Anam bu addımımdan naraht olurdular. Mən onlara rahatlıq vermək üçün təssəli verirdim ki, döyüş ərazisinə getmirəm, batalyondayam. Batalyon da Bərdənin çıxacağında yolun kənarında idi. Amma, mümkün deyildi ki, mən yalnız batalyonda qalaydım. Döyüşlərin birində komandirimiz yaralandı. Qırmızıkənd ətrafında gedən döyüşlərin birində yaralanmışdı. Həmin döyüşdə bir neçə nəfər yaralanmışdı. Onları döyüş yerlərindən uzaqlaşdıranda geyim formam qana batmışdı. Gecə saat 02:00-da evə gələndə qapını anam açdı durumu gördü. Onu da deyim ki, onlar əvvəldən bilirdilər ki, mən döyüş gedən yerlərə gedirəm. Komandirim yaşayır, Əlillərin Bərpa Mərkəzində görüşürük, o, burada müalicə alır. O zamanları birgə xatırlayırıq. Komandir mənə müharibədə deyirdi: “Sən ön xəttə getmə, qaqa, gəlib qərargahda səni görməzlər bizə töhmət verərlər”. Mən isə onagənc əsgərlər ölümlə üz-üzə qaldığı halda, mən qərərgahda qala bilmərəmdeyirdim.

Müharibədə mənim ləqəbimQaqaidi. Mən müharibəyə gedəndə əsgələr daha ürəkli olurdular. Bunu sonralar komandir etiraf elədi. Yəni hər bir kişi görəndə ki, onun yanında qadın qorxmayaraq döyüşə gəlib, onlar ruhlanırdı. Mən düşünürdüm ki, itiriləsi bir şeyim yoxdur. Orada şəhid olanlar çox oldu, onların anaları necə hisslər yaşayacaqdısa, mənim anam onu yaşayardı. O zaman aparılan bir televiziya çəkilişində məndən soruşdular ki, “xanımların müharibəyə gəlməsinə necə baxırsınız?” Mən cavab verdim ki, “imkanım olsaydı, səngərdə hər əsgərin yanına bir qız qoyardım. Utansın, səngəri tərk etməsin, döyüşsün”.

 

Ardı gələn sayımızda...

 

 

RAMİD

 

Bizim yol.- 2011.- 16 noyabr.- S.11.