“Qorxu hissini Qarabağda
basdırıb gəldim”
Qarabağ mövzusunda bu dəfəki
müsahibimiz məcburi köçkün,
Qarabağ veteranı, jurnalist
Əntiqə Hüseynovadır. O, 1957-ci ilin noybarın
24-də Zəngilan rayonunda
doğulub. Ali təhsillidir. İlk
iş yeri həmin rayonun partiya komitəsi olub, sonra isə
“Zəngilanın səsi”
qəzetində çalışıb.
İxtisasca iqtisadçı olsa da, yaradıcılıq
sahəsini çox sevib. Müsahibəyə başlamazdan əvvəl
Vətən eşqinə
həsr olunmuş bayatı söyləyən
müsahibimiz doğulduğu
və yaşadığı
Zəngilan rayonu işğal edilən gün oranı tərk etmək məcburiyyətində qallr.
Arazdan keçməklə İrana
adlayır.
- Necə oldu Qarabağ müharibəsinə
qatıldınız ?
- Bu suala müsahibə
boyunca aydınlıq gələcək. Qarabağda müharibə
getdiyi zaman əsgərlərimizə bir
ana olaraq dəstək olmağa çalışdım. Onlar mənim
övladlarım idi, onların yanında olmağı özümə
borc bilmişəm.
1988-ci ildə müharibənin qığılcımları,
işartıları görünürdü.
Müxtəlif yerlərdə insan
itkisi, ölümü
xəbərini alırdıq.
1991-ci ildən müharibə qızışmağa
başladı. Açıq-aşkar ərazi iddiaları ortaya qoyuldu. Müharibə olan müddətdə
“Zəngilanın səsi”
qəzetinin əməkdaşıydım.
Elə indi də, sadəcə
maliyyə olmadığından
qəzet işıq üzü görmür.
Zəngilana yaxın rayonlarda gedən müharibənin iştirakçısı
oldum. Qubadlıda tez-tez olurdum.
O zaman, yeri gəlmişkən döyüş
ərazisinə Qadınlar
Şurasından gələnlər
olmuşdu. Bəstəkar Şəfiqə Axundova, polis polkovnik-leytenantı
Almaz Fərzəliyeva
və digər şəxslər var idi. Adını çəkdiyim və
çəkmədiyim şura
nümayəndələri ilə
birlikdə Qubadlıda
olmuşam. Onları evimə
dəvət etmişəm.
Bu xanımlar müharibə illərində
çətin vəziyyətdə
olan Qubadlı, Zəngilan və Cəbrayıl cammatına
yardımlar gətirmişdilər.
Mən əsgərlər üçün evimdə
çörək, yemək
bişirirdim. Onları hamamla təmin
edirdim. Zəngilandan öncə işğal
olunmuş rayonlardan yaşadığım yerə
gələnləri axtarıb
tapıb kömək edirdim. Bir dəfə də
xəbər gəldi ki, yaralı əsgərə qan lazımdır. O, hospitaldaydı,
təcili ora gedib, ona qanımı
verdim. Eləcə də, 4 yaralını
döyüş ərazisindən
çıxartmışam. Füzulidə yerləşən hospitala yaralılar yerləşdiriləndə ora
əlində qida məhsulları aparanlardan
biri mən idim. Bu fəaliyyətimdən
xəbərdar olan Müdafiə Nazirliyi mənə iş yeri verdi.
Nazirliyin
tərkibində olan Bakı Mənzil İstismar Hissəsində
çalışıram.
- O zaman hansı
döyüşlər baş
verirdi?
- Füzulidə “Qırmızı
bazar” deyilən yerdə ağır döyüşlər oldu.
Qubadlıda, Zəngilanda da
ağır döyüşlər
oldu. Zəngilanın işğalı günündə zəngilanlılar
yaşadığı yeri
tərk etdilər.
Həmin
günü də tərk etməsəydilər,
ikinci Xocalı soyqırımı olardı.
Zəngilan sakinləri mühasirədəydi,
xilas yolu yalnız Arazı keçmək oldu.
Zəngilan 1993-cü il oktyabrın 29-da işğal
olunub. Zəngilan Azərbaycanın sonuncu işğal edilən rayonudur. Ermənilərin irimiqyaslı hücuma
hazırlaşması barədə
əhalinin əvvəlcədən
məlumatlandırılması rayonda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısını alıb.
Mülki
əhali İran ərazisinə keçərək
ermənilər tərəfdən
soyqırıma məruz
qalmaq təhlükəsindən
qurtarıb. Rayonun müdafiəsi
zamanı 188 nəfər
şəhid olub, 44 nəfər itkin düşüb. Zəngilanda
9 məktəbəqədər müəssisə, 19 ibtidai
məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət
evi, 23 klub və 22 kinoqurğu işğal zamanı məhv edilib. Hazırda Zəngilanda ermənilər
tərəfindən ekoloji
terror siyasəti yürüdülür,
bölgənin zəngin
çinar meşələri
məhv edilir, təbii ehtiyatları mənimsənilir.
Qeyd edək ki, Zəngilan ən qədim insanların yaşayış
məskənlərindən hesab olunur. Rayonda mövcud olan
bir neçə mağara (Əsgülüm
və Süsən dağlarında) orada ibtidai insanların yaşayışından xəbər
verir. Ancaq rayon kimi Zəngilan
1930-cu ildə təşkil
olunub. Şimaldan Qubadlı və
Cəbrayıl rayonları,
cənubdan və şərqdən İran,
qərbdən Ermənistanla
həmsərhəddir. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində
yerləşən və
mühüm strateji əhəmiyyətə malik
olan bu rayonun
sahəsi 707 kvadrat kilometr. İnzibati mərkəzi Z?ngilan
<http://az.wikipedia.org/wiki/Z%C9%99ngilan_%28%C5%9F%C9%99h%C9%99r%29> şəhəridir. Rayonda
bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi...
Rayonda əlil olanların
da sayı az deyil.
Yüzlərlə əlil bu gün anasının, həyat yoldaşının
göz yaşlarına
səbə olur.
Qarabağ bizim qara yaramızdır. Gənclərimizi məhv etdi, qalanlarımızı şikəst
etdi. Özü də əldən
getdi. Hər ailənin şəhidi,
əlili var. O oğlanlar
bizim övladlarımızdır.
Azərbaycanın qara bəxti
olan Qarabağ problemini arzu edərdim ki, tezliklə həll olunsun. İki oğul övladım
var, əgər Ali Baş Komandan bu gün əmr
versə ki, müharibə başlansın
övladlarımla birlikdə
Qarabağ döyüşünə
gedərəm. Orada mənim
atamın və qardaşımın qəbrləri
var. Mən necə xoş yaşaya bilərəm? Aylıq
qazancım, qalmağa
kirayə ev
var. Mən məcburi köçkün olaraq yataqxanda yaşamamışam.
Əvvəldən kirayələrdə yaşayıram. İşğaldan sonra ki, Bakıya
gəldik, o zaman torpağım 1 sotunun qiyməti 50 ABŞ dolları
idi. Ev əşyalarımızı çıxartmasaq da, pulumuz var idi.
Paytaxtda torpaq ala bilərdim, lakin almadım. Düşünürdüm ki, biz Bakıda
illərlə qalmayacağıq,
tez bir zamanda
daimi yaşayış
yerimə, doğuldum rayona dönəcəyik.
- Ailənizin sizin
Qarabağ müharibəsinə
qatılmaq addımınıza
münasibət necə
oldu?
- Həyat yoldaşım
da Qarabağ müharibəsi veteranıdır.
Zəngilanın işğlı zamanı
rayonu sonuncu tərk edənlərdən
biridir. O rabitəçiydi,
keçmiş dövlət
başçısı Heydər
Əliyevlə əlaqə
saxlayıb baş verənləri ona məruzə edirdi. Evdən əşyalarımın çıxardılmasına
icazə verməyən
yoldaşım oldu.
O, mənə dedi ki, Ali Baş Komandanla danışıb
və prezident yoldaşıma “Zəngilan
işğal olunmayacaq”
deyib. Yoldaşım rabitə aparatı
partladıb Zəngilanı
tərk etdi. Həyat yoldaşım Hümbət
Şərifova o zaman leytenant rütbəsi də verildi. Zəngilanı sonuncu tərk
etdiyi üçün
bu rütbənin ona verilməsini yuxarı instansiyaya komandir təqdim etmişdi.
- Siz dediniz ki, jurnalist fəaliyyəti
ilə də məşğul olmusunuz. Necə oldu ki, Zəngilan
işğal olundu?
- Erməni kimdir
ki, Zəngilanı işğal etsin? Rayon siyasi oyunun
qurbanı oldu. Kimin və necə qurbanı oldu, bunu bilmirəm. Qorxan adam
deyiləm, bilsəm, deyərəm. Mən qorxu hissini Qarabağda basıdırıb
gəldim. Bir məsələni
qeyd edim. Zəngilan istiqamətində gedən
döyüşlərə komandirlik etmiş Şabanovun (adını unutmuşam) xüsusi xidmətləri olub.
Zəngilan yeganə rayondur
ki, Qarabağ müharibəsində bir qız-gəlin də girov götürülməyib.
Şəhid qadınlarımız var, amma girov
yoxdur.
- Müharibədə sizə ən çox nə təsir etdi?
- Rayonun məkəzində
Dadaş adlı şəxs getdiyi yerdə yanına top düşdü, öldü.
Buna gözlərimin şahidiyəm. Bir gecədə
qonşum və qohumumun evinə 2 cənazə birdən gəldi. Bunların hamısı mənəvi,
psixoloji təsirdir.
Onlardan biri ev yiyəsinin
oğlu, digəri kürəkəni idi. Həmin ananı, qaynanı görəndə həmin
vəziyyəti yaşayıram
və təsirlənirəm.
- Müharibədən sonra dövlət tərəfindən müalicə
aldınızmı?
- Müalicə aldım,
amma öz hesabıma. Lakin, hələ də
psixaloji təsirlərdən
azad olunmamışam.
Bir şeyi qeyd edim ki, anamla
övladlarımı işğaldan
öncə rayondan çıxartdım, Bakıya
göndərdim. Yoldaşımla paytaxtda 5 gün sonra görüşə bildik. O hamını
rayondan çıxardıb,
rabitəni partladacaqdı.
Bunların hamısı
təsirlidir...
Arzumdur var ki, atamın, qardaşımın məzarının
düşmən tapdağı altından azad olduğunu
görüm və məni də Zəngilanda dəfn etsinlər.
Sonda ölən ümidlərdir
Ramid
Bizim yol.- 2011.- 17 noyabr.- S. 11.