Döyüş yolu 20 yanvar faciəsindən başlayan
qəhrəman
“8 yaşlı qızını yanımda qoyub, evi birdəfəlik
tərk etdi. Hələ də qayıtmayıb!”. Bu sözləri
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ
müharibəsi zamanı şəhid olmuş Gültəkin Əsgərovanın
anası Rəfiqə xanım deyir; “Siz Gültəkinin
dünyaya göz açdığı zamanda evinə gəlirsiniz,
amma o gəlmir. Hamımızın gözünü yolda
qoyub”. Ana bu sözlərdən sonra göz yaşlarına
hakim ola bilmir. Bu il onun şəhadətindən 19 il
ötdü, 51 yaşı da oldu.
Gültəkin Əsgərova 20 noyabr 1960-cı ildə
Bakı şəhərində dünyaya göz açıb.
Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək
fəaliyyətinə 8 ¹-li təcili yardım stansiyasında
başlayıb, 1991-ci ildən Uroloji kliniki xəstəxanada
işləyib. Rəfiqə Əsgərova qəhrəman
qızı haqqında xatirələrini bizimlə
bölüşdü.
Gültəkin Qarabağa getdi
1992-ci il aprelin 3-də Gültəkinin qızı Əminənin
dünyaya göz açdığı gündür. Bax bu evdə
qızım qızının doğum gününü banket
təşkil edərək qeyd elədi. 4 apreldə
könüllü olaraq cəbhəyə yollandı. Həmin
zaman Uroloji kliniki xəstəxanada
çalışıırdı. Həkimlər iki həftədən
bir döyüş bölgələrinə gedirdilər.
Növbə ona çatdı. 8 yaşlı qızının
olmasına baxmayaraq o döyüş ərazisinə getməyə
can atdı. Həkim yoldaşları onun getməsinə
qarşıydılar. Qızım isə bildirdi ki, baş həkimi
Cavadzadəyə Qarabağa gedəcəyinə söz verib.
Ona görə də sözündən dönməyəcək.
İlk olaraq Turşsu ya getdi. Burada döyüşləri az
gördüyü üçün, Şuşaya yollanır.
Turşsu Şuşanın aşağısında yerləşir,
ora yaxındır. Gültəkin sakitliyi sevmirdi. İşin
ağırından yapışan idi. Şuşa xəstəxanalarında
bir müddət xidmət edir. O, Şuşada hərci-mərcliyə
dözə bilmirdi. Bu şəhərin həbsxanasında
olanların da qapısının açıb azad
olunmasında onun xidməti də olub. Həbsxananın
qapısı açılmasaydı orada olanlar əsir
götürüləcəkdi.
Şuşa mayın 8-də işğal olunub. O, isə
şəhəri bir gün sonra tərk edib. Şuşanı
sonuncu tərk edənlərdən biridir. Mən bu sözləri
onun haqqında danışanlara əsasən deyirəm.
Şuşa xəstəxanasının baş həkimi olan
Ramiq həkim Gültəkinin xidmətindən danışanda
onun fədai bir şəxs olaraq qeyd edir. Onun haqqında
danışanların sayı çoxdur, danışmaqla da
xatirələr bitmir. Gültəkindən söhbət
açanlar bu məsəli qeyd edirlərr; “Aslanın erkəyi,
dişi olmaz”.
Gültəkinin döyüş həyatı
Qarabağdan deyil, 1990-cı ilin 20 yanvar faciəsindən
başladı. O, yaralılara köməyə getmişdi.
Düşmən yüksəklikdə
Gültəkini gördü və ...
Gültəkin mayın 14-də Ağdam istiqamətində
gedən döyüşlərə yollandı. O,
Bakıdakı hərc-mərclikdən cana
yığılmışdı. Ağdamın Mahrızlı
kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə
başlayır. Aranzəmin yüksəkliyinin ətəyində
onun tibbi xidməti üçün yer ayrılır. Buraya
yaralıları hərbçilər gətirməliydi ki, o da
əsgərləri müalicə etsin. Lakin, atəş səslərinin
gücləndiyini eşidir. Burada dayana bilmir. Aranzəmin
yüksəkliyinə qalxır. Bu yüksəklik uğurunda
gedən döyüşdə 20 iyul 1992 -ci ildə həlak
olub.
Gültəkin əvvəllər Zəngilanda,
Qubadlıda və başqa yerlərdə də xidmət edib.
Harada eşidib ki, ağır döyüşlər gedir, ora
yollanıb.
Universitetdə məlum oldu ki...
Gültəkin Əsgərova ailəli idi. Əminə
adlı bir qızı yadigar qalıb. Qızımın da həyat
yoldaşı diş həkimiydi. Gültəkin
döyüşə bax bu evdən, qızını bizə
tapşırıb getdi. Arzu qızım Əminəyə dedi
ki, Gültəkinə icazə verməsin döyüşə
getsin. Qılcalarından yapışsın. Bunu eşidən
Gültəkinin cavabı sərt oldu; “Baxmırsınızsa,
baxmayın tibb bacsısına verəcəm o saxlasın, elə
onun da 8 yaşında qızı var!” O müharibəyə
hazırlıqlı idi, “igidlərimizin qanını
axıdırlar, mən Bakıda necə qala bilərm axı?
Qarabağda ölüm-dirimdir” dedi. Ağdama getməmişdən
öncə Xanlar həkim evə gəldi və Gültəkinə
dedi; “Mən sənə hospitalda yer verim orada
çalış, əmrini də verəcəm”. Gültəkin
isə “Mən Şuşaya getmədim ki, oradan gələndən
sonra mənə vəzifə verilsin”. Gültəkin əlinə
silah alıb döyüşüb, düşmənə
güllə atıb. Baxmayaraq ki, o reonimatoloq idi, həkimiydi.
Azərbaycan Tibb Unversitetində onun xatirə gününü
keçirməyə hazırlaşırdılar. Bu zaman onunla
bağlı sənədlərə də baxdılar. Qiymətlərini
görən müəllimlər təəccübünü
gizlədə bilmədilər. Və onu itirdiklərinə bir
daha təəssüfləndilər. Mən də onlara «təmənasız,
savadlı bir həkim olacaqdısa, o da olmadı» dedim. Təmanalı
olan həkim Qarabağa getməzdi. Orada kim ona “hörmət
etdəcəkdi” axı?! 20 yanvar faciəsində yaralılara
köməyə getməzdi. O, Qarabağla bağlı mitinqlərə
də gedirdi.
Gültəkin rus dillində
təhsil alımışdı. Fikirlərini də daha yaxşı rusca ifadə edirdi. Bir gün mənə
dedi ki, içlərində vətən
xainləri də var. Mən də Gültəkinə “o xain bir gün sənə
də qarşı olacaq” dedim. O da mənə “ay ana, mən bir
yaralını sağda
bilərmsə, bu bizim uğurumuz, erməninin uduzması deməkdir. Necə bacarırımsa, kömək edirəm”.
Gültəkinin Qarabağ müharibəsi illərində
4 şəkili var. Əlində
silah olan şəkili Şuşada
şəkdirib. Şəhid olanda cibindən
Nəzakət xanımın
əlində silah şəkili çıxmışdı.
İndi bu xanımın ailəsi var. Bundan da rahatlıq tapıram.
Anaya qızından xəbər var
Noyabrən 20-də saat 15:00-da dünyaya
gəldi, iyulun 20-də
eyni saatda dünyaya gözünü
yumdu. O şəhid olanda mən Şamaxıya dərs demək üçün getmişdim. Amma, bu barədə
mənə bir söz demədən Bakıya gətirdilər.
Mən isə istəyirdim ki, Əminə ilə birlikdə Gültəkinin yanına gedək. Bəlkə qızını görən Gültəkin
Mahrızlıdan qayıtsın.
Evə gələndə
gördüm ki, mənzilmin pəncərəsindən
qızım “ana gəldinmi” dedi. Mən təəcübləndim ki,
mənzilin qapısını
bağlayıb getmişdim.
Yəqin
evdə oğurluq olub. Qızım isə mənə “ay ana, heç nə olmayıb, Gültəkin yaralanıb
gətirirlər ” dedi. Mən də
bildirdim ki, yaralıdırsa onu niyə gətirirlər, o
elə onu-buna müalicə edir. Qızıma
“Gültəkin yoxdurmu?”
deyə soruşanda o susdu. Gültəkini itirdiyimizi anladım.
31 yaşında qızım şəhid oldu. Gültəkin Müdafiə Nazirliyinə
UAZ-la gətirmişdilər. Özündən də kiçik
olan dəmir tabutda… üstündə də xaru bülübül
var idi. Döyüşçü kişilər deyirdi
ki, Ağdamda əsgərlər onun şəhid olduğunu eşidəndə göz yaşlarını saxlya bilməmişdilər. Gültəkini
Bakıya gətirən
döyüşçülərdən biri mənə “deyirlər kişi ağlamaz, yadımıza Gültəkin düşəndə
ağlayırıq” dedi...
Şəhidlər xiyabanında dəfn
edildi. Yaşadığımız binanın bütün
evlərində onu yad etdidilər. Çünki, qonaqlar çox
idi, evlərin qapısı Gültəkinin
üzünə açılmışdı,
hansı istiqamətdə
döyüşmüşdü oradan döyüşçü
yoldaşları gəlmişdi.
Onu adı var…
Azərbaycan Respublikası prezidentinin
20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən
sonra “Azərbaycanın
Milli Qəhrəmanı”
adına layiq görülmüşdür. Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib, büstü qoyulub.Xəzərdə
üzən gəmilərdən
biri qəhrəmanın
adını daşıyır,
gəmidə muzeyi yaradılıb. Bakıda Nərimanov
rayonunda xəstəxananın
önündə büstü
qoyulub.Yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı
binaya xatirə lövhəsi vurulub.
Elm və Təhsil
Mərkəzi Təfəkkür
Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır,
kafedrada xatirə lövhəsi vurulub.
«Mən elmi iş yazıram. İstəyirəm bitirim bunu, amma sağ olsunlar
zəng edib mənimlə maraqlanırlar,
Gültəkin haqqında
müsahibələr istəyirlər.
Mən müəliməm, 3 qız
anasıyam. Üçünü
də ali
təhsilli etdim... Göz yaşlarımı
hakim ola bilmədim, kövrəldim.
Məni siz ağlatmadınız.
Gültəkin barəsində ağlamadan
danışmaq olmur.
Tez-tez gəlin, Azərbaycanın
Milli Qəhrəmanı
evinə, danışaq»
deyir Rəfiqə xanım.
RAMİD
Bizim yol.-
2011.- 23 noyabr.-S. 13.