“Güllə saçımı kəsib apardı”

 

 “Öndə gedirdim ki, kişilər geri çəkilməsin, ərazilər işğal olunsmasın, mənim cəsarətli hərəkətlərimdən utansınlar”. Bunu deyən Qarabağ müharibəsi veteranı Hüseynova Elmira Əşrəf qızıdır. O, müharibədə gördüklərini, Qarabağ xatirələrini bizə danışdı:

- Əslən Şuşadanam, amma Ağdamda böyümüşəm. Çünki ata-anam burada işləyirdiş İxtisasca filalogiya müəllimiyəm. Müharibə başlayan ərəfədə Ağdamdakı orta məktəblərin birində drektor müavini işləyirdim. Unvereiteti yenicə bitirib Ağdama getmişdim... Az keçmədi - 1988-ci ildə Azadlıq Meydanında mitinqlər başladı. Mən də bu zaman məktəbdə şagirdlərə ordudan, vənəpərvərlikdən danışırdım.

- Bəs döyüşə necə getdiniz?

- İşlədiyim məktəb Ağdamın mərkəzindəydi. Burada da müxtəlif zamanlarda aksiyalar, tədbirlər olurdu. Mən də bu aksiyalardan fərəhləndim. Anam da ədəbiyyatçı idi. Bu da istər-istəməz bizim vətənpərvərlik ruhunda böyüməmizə kömək etmişdi. Yəqin bilirsiniz də, ədəbiyyatçılar, tarixçilər vətən, torpaq fanatı olurlar. Mən də vətənlə bağlı şeirlər yazırdım. Hətta müsiqi də bəstələmişdim. Mənim musiqi təhsilim də var. Vətənin yaxşı övladının qızı, oğlanı olmur. Ağdamda olan müharibəyə hazırlıqdan ruhlanıb, hərbi formanı geyindim. Bu forma Ağdam işğal olunan günə qədər üzərimdə oldu.

Bir hadisəni də xatırladım. Müharibə zamanında 9-10-cu sinif uşaqlarını da məktəbdə saxlamaq olmurdu. Müharibəyə qaçırdılar. Hətta kənar rayonlardan da Ağdamda düşmənə qarşı vuruşmaq üçün uşaqlar gəlirdi.

Qarabağda məğlubiyyətimizin səbəblərindən biri vahid idarəçiliyin olmaması oldu. Ağdam üç tərəfdən düşməndən müdafiə olunurdu. Bir tərəfdən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov, ikinci tərəfdən Fred Asif, üçüncü tərəfdən isə Qatır Məmməd adlı Yaqub Rzayev könüllülərdən ibarət dəstələrlə Ağdamın müdafiəsinə qalxmışdılar.

Hərbi formanı 1991-ci ildə geyindim. Döyüşlər zamanı Ağdərədən Naxçıvanikə qədər irəliləmişəm. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev hərbi hissə yaratdı. Buraya bir neçə özünümüdafiə batalyonları daxil edildi.

- Hansı istiqamətlərdə gedən döyüşlərdə iştirakçı olmusunuz?

- Ağdərə, Tərtər uğurunda gedən döyüşlərdə xidmət etmişəm. Amma, əsas xidmətim Ağdamda olub, bu rayonda gedən bütün döyüşlərin iştirakçısı olmuşam. 1000-ə yaxın şəhid görmüşəm, yüzlərlə yaralını döyüş zonasından çıxartmışam. Alı doktorun baş həkim olduğu Ağdam hospitalına yaralıları gətirirdim. Milli Qəhrəman Allahverdi Bağırovla ermənilərin yanına getmişəm. Vitalik adlı ermənidən 100-ə yaxın Xocalı əsirini təhvil alıb gətirmişik.

O zaman dövlət tərəfindən mənə Kalaşnikovmarkalı avtomat verilmişdi. Mən atıcı oldum. Sonradan Şahbulaq kəndində yerləşən batalyona tibb xidməti rəisi təyin olundum. Bu fəzifəyə təyin olunanda həmin batalyon Ağdamın Novruzlu kəndində yerləşdirilmişdi.

- İştirak etdiniz ən ağır döyüşlər hansı olub?

- Ağdamın 6 kəndinin alınması zamanı ən ağır döyüşlərin şahidi oldum. Burada itkilərimiz çox oldu. Arzanzəmin, Dəhraz, Naxçıvanik, Canyataq, Gülyataq, Novruzlu, Mehmani, Yusifcanlı istiqamətində gedən döyüşlər ağır oldu.

- Döyüşdə yaralanmısınız?

- Mən hələ sağ qalmağıma təəccüblənirəm. Gözümün qarşısında qədər insan şəhid olub. Güllənin saçımı kəsib apardığı döyüş olub. Bir neçə dəfə yanıma qrad mərmisi düşüb. Amma mən yenə yaralanmamışam.

- Müharibənin ilk vaxtları ən çox təsirləndiyiniz məqamlar idi?

- Azərbaycanlı qadınlar adətən silahdan, qaranlıqdan qorxurlar. Orta ali məktəbdə təshsil alanda da mənə cəsarətli qız deyirdilər, amma mən yenə bunlardan, müharibədən qorxurdum. Mən zaman mübariz oldum? Xocalı soyqırımındakı qadınlara işgəncələr verildiyindən xəbər tutanda dəhşətləri görəndə, qorxu hissini unutdum. Odur ki, əsirləri dəyişməyə gedəndə mən iştirakçılardan biri olmuşam. Əsirlərin başına gətirilən işgəncələrin şahidi olandan sonra bu günə qədər gözümdə qorxu yoxdur.

- Hansı işgəncə formalarının şahidi olmusunuz?

- Bütün formalarının. Təpədən dırnağa qədər olan bütün işgəncə izlərinin şahidiyəm. Müvafiq iynəni vurmadan 32 dişin çıxardılmasını, dərinin soyulmasını, iynə vasitəsi ilə bədənlərə benzinin vurulmasını, orqanların bədəndən çıxardılmasını görmüşəm. İşgəncəyə məruz qalmış əsirlər arasında uşaqlar, qadınlar, qocalar da var idi. Dəyişdirdiyimiz əsirlərin içində ən qocası Xocalıdan olan Ümidvar dayının 90-na yaxın yaşı var idi. Onu möhkəm döymüşdülər, döyülməsi nəticəsində bədəninin rəngini fərqləndirmək olmurdu.

- Müharibəyə yollanmağınıza ailəniz necə reaksiya verdi?

- Bir qızım var idi. Heç kəs istəməz ailə üzvü döyüşə getsin. Mən müharibədən öncə həyat yoldaşımdan ayrılmışam. Valideyinlərim döyüşlərə qatılmağımın əleyhinə idi, baxmayaraq ki, atam da müharibədə iştirak edirdi. Anam müharibəyə getmə xəbərimi eşidəndə ağladı. Məni müharibəyə buraxmayacağını bildirdi. Belə olan halda atamın yanına getdim. O, döyüş gedən ərazidəydi. Atam müharibə iştirakçısı olmaq istəyimi bildikdə, mənə bir şillə vurdu. Bu şilləni hələ unutmuram. Lakin, mən özümlə bacarmırdım. Artıq gec idi, qərarımı vermişdim. döyüşlərə qatıldım.

Bizim ailə Ağdamı gec tərk edənlərdən biridir. Övladım da anamın yanında qalırdı. Qızım ağlayırdı arxamca... Mən gecə yarısı döyüş ərazisindən evə gəlirdim. Elə zaman olurdu ki, gələ bilmirdim. Qızım damən anamı istəyirəmdeyib ağlayırdı. Ona görə anam qızımla məni döyüş bölgəsində axtarıb tapırdı. Döyüş yoldaşlarım da bunun şahididir. Qızımın o zaman 7 yaşı var idi mən döyüşdən qayıdanda artıq 9 yaşında idi.

Bir hadisəni xatırlatmaq istəyirəm... Ağdamın əraziləri işğal olunduqca, sakinlər buranı tərk edirdi. Evdə heç kim olmurdu, qadınlar Ağdamdan çıxırdılar, kişilər döyüş ərazisində xidmət edirdilər. Bundan istifadə edənlər kənar rayonlardan gəlib həmin evlərdə oğurluq edirdilər. Bir dəfə mən bu hadisənin şahidi oldum bunun üstünü açdım. Batalyon komandiri polkovnik Eldar Əliyevə müraciət etdim. Ağdamda 3 evimiz var idi. İki evimizi oğrular yarmışdılar. Bu, mənə pis təsir etdi. Polkovnikə bildirdim ki, “biz torpaq qoruyaq, yoxsa evimizi?” Həmin batalyon Ağdamın Doğum Evində yerləşmişdi. Oğrular sırasında həmin batalyonun hərbçiləri var idi. Polkovnik mənə dedi ki, bu məsələdən xəbərdardır araşıdırlacaq. Ağdamda imkanlı adamlar çox idi. Biz 3 evimizdən heç bir əşyanı götürmədik. Ona görə ki, “bunlar evləri üçün vuruşur, torpaq üçün yoxdeməsinlər.

- Daha nələri xatırlayırsınız?

- 1992-ci ilin iyul ayında yaşanan bir hadisəni xatırlayıram... Müdafiə naziri Valeh Bərşadlı ilə görüşdüm. İşlə bağlı olaraq Bakıya gəlmişdim. Bu zaman ona Ağdamda gördüklərimi, döyüş hazırkı durum barəsində məlumat verdim. O, məni hərbçi hesab etmişdi. Sonra məndən həmin danışdıqlarımı AzTV vasitəsilə xalqa deyib-deməyəcəyimi soruşdu. Mən danışa biləcəyimi vurğuladım. Nazir məni xidməti maşını ilə dövlət televiziyasına göndərdi. Mənim mediada ilk çıxışım o zaman oldu. Müsahibəni Sevinc Osmanqızı aldı. SonralarQarabağın səsiqəzetini nəşr etdim, baş redaktor olaraq fəaliyyətə başladım. Lakin maddi problemlər üzündən qəzetin ömrü uzun olmadı.

 

 

RAMİD

 

Bizim yol.- 2011.- 24 noyabr.-S. 15.