Yeni nobeliatlar         

 

Bu ilNobel Komitəsi antisürprizsiz ötüşmədi. Söhbət elm sahələrindəki mükafatlardan getmir. İlk növbədə Sülh Nobel mükafatını nəzərdə tuturam. Müəyən qədər də ədəbiyat sahəsindəki laureatı. Ötən il Barak Obamaya Sülh Nobel mükafatı veriləndən sonra yerli-dibli təəccüb hissini itirmək gərək idi. Çünki, Nobel Komitəsi absurdun şedevrinə imza atmışdı. Ancaq həmin absurd bu il təkrarlandı 74 yaşlı Liberiya prezidenti Elen Conson-Serlif nobeliat oldu. Bu isə əməlli-başlı diqqət yetiriləsi personajdır.

Əgər ədəbiyyat üzrə yeni nobeliat, 80 yaşlı Tomas Transtryomer şəxsi planda ləyaqətli əqidəli insandırsa, xanım Elen barədə bunu söyləyənin gərək dili dartılıb kökündən çıxarıla. Ancaq indiki dünyanın mənzərəsində Conson-Serlif qlobal sosial xarakterə olduqca uyğundur.

İsveçli Tomas Transtryom ixtisasca psixoloqdur, bir müddət türmə həkimi işləyib, insultdan sonra bədəninin sağ yarısı iflic olub, nitq qabiliyyətini tamamilə itirib, əsərlərini sol əli ilə yazır. Bir sözlə, qarşımızdakı ruhdan düşməyən, qismətinə meydan oxuyan birisidir. Ancaq Nobel mükafatının bu il ona verilməsi təəccüb doğurmaya bilməz: Transtryom bu şərəfə xokku yazdığına görə layiq görülüb. Yapon poeziyasının nümunələrini yaradan isveçlinin üçmisralıqlarını oxuduğumda onların nədən bu qədər qiymətli sayılması sualına cavab verməkdə çətinlik çəkirəm (Xüsusən Basyö ilə tanışlıqdan sonra). Məsələn:

 

Terrariumun şüşəsi arxasında

Reptililər -

Hərəkətsiz qəribədirlər.

Sakitlikdə qadın

Paltar sərir.

Ölüm sakitdir.

Dərinliklərin dərinliyində

Mənim qəlbim üzür -

Kometa kimi sakit”.

 

Nədənsə isveçliyə xokkuya görə hinduya rübai yazdığına görə Nobel verilməsini eyni sayıram.

Sülh Nobel mükafatının 3 sahibindən biri barəsində isə geniş danışmaq lazımdır. Digər 2 qadın laureat (1 liberiyalı və 1 yəmənli) barədə nə isə söyləmək çətindir, çünki, onların adları indiyədək heç yerdə “parlamayıb” və yəqin ki, onlara adekvat bioqrafiyalar bundan sonra uydurulacaq. Ancaq hazırkı Liberiya prezidenti Conson-Serlif tamamiləbaşqa nəğmə”dir. Onun az-çox dolğun portretini yaratmaq üçün ölkəsinin son 40 illik tarixini nəzərdən keçirmək maraqlı olardı. Çünki, bu qanlı-qadalı tarixin xanım Elen həm iştirakçısı, həm yaradıcılarından biridir.

Bir qədər uzaqdan başlayaq. Liberiyanı ABŞ-da azadlıq almış keçmiş zənci qullar qurub. 19-cu əsrin ortalarında bu neqosiantlar öz aləmlərində bütün zəncilərin azad xoşbəxt ola biləcəyi bir dövlət yaratmağın xəyalında olmuşdular. Paytaxtlarını da ABŞ prezidenti Monronun şərəfinə adlandırdılar - Monroviya.

Liberiya 1970-lərin axırlarınadək Afrikanın ən stabil ölkəsi olaraq qalırdı. Bir dəfə Liberiya tarixindən bəhs edən videolentə baxırdım - 1960-cı illəri göstərən kadrlar sanki hansısa çox kübar bir ölkədən çəkilmişdi. O vaxtlar hakimiyyətdə prezident Tabmen idi. 5 dəfə prezident seçilmiş bu şəxs təbii ki, vaxtsa ABŞ-da gələnlərin nəslindəndi. Məhz o vaxt gələnlər Liberiyanın başında dayanır, yerli zəncilər isə sıxışdırılırdı. Okeanın o tayından gələnlər ölkədə yeganə siyasi təşkilat olan Əsl Viqlər Partiyasını qurmuşdu. Vəzifə tutmaq istəyən istənilən şəxs bu partiyanın üzvü olmalıydı. Bununla belə, viqlərlə aborigenlər arasındakı ziddiyyət heç vaxt böhran həddinə çatmırdı. Burada həm Tabmenin müdrikliyi, həm Liberiyanın kauçuk dəmir filizi ixracçısı kimi qazandığı çoxlu pullar rol oynayırdı.

1971-ci ildə 71 yaşlı Tabmen vəfat etdi. Yerinə 16 ildir vitse-prezident olan Uilyam Tolbert gəldi. Bu 58 yaşlı viq ilk baxışdan daha mütərəqqi siyasət yürüdürdü. O, aparteidi pisləyir, Afrika işlərində Liberiyanın rolunu möhkəmləndirir, təkcə Qərblə yox, həm sosialist blok ilə əməkdaşlıq edirdi. Gözləmək olardı ki, stabil Liberiyanı yenə heç bir təhlükə gözləmir.

Təhlükə görünməyən tərəfdən gəldi bir daha təsdiq oldu ki, stabillik anlayışı çox efemerdir. 1970-ci illərin ortalarında dünya bazarında kauçukun qiyməti endi, düyü isə bahalaşdı. Kauçukdan dolanan Liberiyada \"düyü qiyamları\" başladı. Ac camaat küçələrə axışdı. Adətən səbrli olan Tolbert 1979-cu ildə nümayişi gülləbarana tutdurdu. Bununla da özünə ölüm hökmü yazdı.

Ölkədə sürətlə silahlı müxalifət formalaşdı. 29 yaşlı serjant Semyuel Dou 1980-cı ilin 12 aprelində hərbi çevriliş edərək Tolberti güllələdi. Tolbertin tərəfdarları edam edildi. Özünə general rütbəsi verən serjant isə hərbi diktatura qurdu. Elə həmin günü liberiyalılar Azadlıq günü kimi qeyd edirlər. Əslindəsə ona görə ki, ölkə yaranandan bəri ilk dəfə hakimiyyət viqlərin yox, aborigenlərin əlinə keçirdi - Dou kran tayfasındandı.

1986-da Dou prezident seçkiləri keçirdi. Qanuna görə prezident yaşı 35-dən yuxarı adam olmalıdır, odur ki, Dou yaşını 1 il çoxaldıb təvəllüdünü 1950-ci ilə keçirdi. Sonra isə onun nazirlərindən biri - Çarlz Teylorla davası düşdü. Ölkəni qan içində idarə edən Dou rəqibi Teyloru qətlə yetirə bilmədi. Teylor xaricə qaçdı Liberiyaya Milli Vətənpərvər Cəbhə adlanan başkəsənlərdən ibarət ordu ilə qayıtdı. Az vaxtda ölkə ərazisinin 90 faizi bu büdcə oğrusunun nüfuz dairəsinə keçdi, Dounun əlində isə ancaq paytaxt Monroviya qalırdı.

Eyni vaxtda paytaxta doğru daha bir başkəsən-kannibal - özünü \"Şahzadə\" adlandıran Conson irəliləyirdi (bu soyadı yadda saxlayın)...

 

(Ardı var)

 

 

Məmməd Süleymanov

 

Bizim yol.- 2011.- 8 oktyabr.- S. 13.