Neftdən
varlanan və yoxsullaşan ölkələr
Neft
ixracatçılarının əksəriyyətində korrupsiya, səfalət
hökm sürür
Azərbaycanda neft gəlirlərindən
əldə olan vəsaitin idarə olunması ərəb
ölkələrindən az fərqlənir
Hazırda dünyada neft hasil edən 17 ölkə
mövcuddur. Onların
da əksəriyyəti ərəb ölkələridir.
Bundan əlavə Venesuala, Rusiya, Azərbaycan və
Orta Asiya ölkələri də «qara qızıl»dan
böyük gəlirlər əldə edirdər. Bəs, bu gəlirlər necə idarə olunur?
Əhaliyə əlçatanlığı nə
dərəcədədir? Neft hasil edən
ölkələrin əksəriyyətinə ehtiyat
fondları var ki, bunu bəzilərində Neft Fondu, bəzilərində
isə Rifah Fondu adlandırırlar.
Bu fondun vəsaitlərin hesabına ölkənin sosial vəziyyətinin
yaxşılaşması, iqtisadiyyatın stabilləşməsi,
bir sıra sosial proqramların həyata keçirilməsinə
yönəldilməsi nəzərdə tutulur. Amma əsasən, ərəb ölkələrində
Rifah fondlarları əhalidən çox məmurların
rifahının yüksəlməsinə rəvac verib. Ümumiyyətlə, neft ölkələrinə
diqqət yetirdikdə, onların əksəriyyətində rəsmi
və qeyri-rəsmi monorxiyalı hakimiyyəti hökm
sürür. Müxtəlif ölkələrdə
ehtiyat fondlarına toplanan vəsaitlərin xərclənməsi
istiqamətlərini araşdırmağa çalışarkən,
17 ölkənin hamısında şəffaf mühitin
olmadığını gördük. Əldə
edə bildiyimiz informasiyalar isə bunlar oldu.
Alyaskada neft
pullarının dividentləri əhaliyə paylanır
ABŞ-da Alyaska Neft Fondu referendum vasitəsilə
1976-cı ildə yaradılıb.
Gəlirlərin 25 faizi Dövlət Neft Fondundan
Alyaska ştatının qubernatorluğuna vergi kimi ödənilir
(vergilər, qazma, boru kəmərinin istifadəsi üçün
ödəniş lisenziyası). Fondun vəsaitlərinin
idarə olunmasından əldə olunan dividentlər isə əhali
arasında bölüşdürülür. 2005-ci ilin məlumatına görə, fondun ümumi
gəliri 32 milyard dollar, dividentləri isə adambaşına
845 dollar olub. Bunun hesabına səhiyyə
və təhsil pulsuzdur. Son 5 ildə fondun gəlirləri
5,78 faiz artıb. Gəlirlər portfelində
ABŞ- məxsus şirkətlərin səhmləri 35 faiz,
ABŞ istiqarzları 25 faiz, digər ölkələrin qiymətli
kağızları 22 faiz və digər investisiyalar 8 faiz təşkil
edir.
«Qara qızıl»ın pulları Venesualada
yoxsulluğu 80 faizə qaldırıb
Venesuela isə 1998-ci ildə ehyat fondu yaradılsa da, idarəçilik
bərbad vəziyyətdədir.
Qurumun adı makroiqtisadi rifah
adlandırılıb. İlkin olaraq, fondun
formalaşdırılması mexanizmi çox çətin
qurulmuşdu. Dövlət bücəsində neftin baza
qiyməti 14,7 dollar\\barelidən
hesablanırdı. Qiymətlər qalxdıqca əlavə
vəsait ehtiyat fonduna toplanırdı. Dövlət
büdcəsində onun hansı istiqamətdə xərclənməsinə
dair məlumatlar isə daim məhdud olmuşdu. Daha sonra fondun qaydaları dəyişdi. Dövlət büdcəsinin kəsirləri
çoxaldıqca, fonddan köçürmələr
artdı. 2003-cu ildə Uqo Çaves hökuməti orada
3 milyard dollar toplamağa nail olmuşdular. Onun
uğursuz iqtisadi siaysəti nəticəsində həmin vəsait
2003-cü ilə kimi tamamilə tükəndi. Hazırda Makroiqtisadi Rifah Fondu öz
funksiyasını tamamilə itirib.
Bir
misalı göstərək ki, Venesuyelada 10 il ərzində
neft hasilatı artsa da, yoxsulluq səviyyəsi isə 60 faizdən
80 faizə qədər artıb. Bu isə əhalinin
gəlirlərə əlinin çatmadığını
göstərir. Bütün gəlirlər
mafiyoz, monopoilst məmurlar tərəfindən
bölüşdürülərək mənimsənilir.
Küveytdə adambaşına düşən
gəlir 22 min dollara bərabərdir
Küveytdə isə neft gəlirlərinin bölünməsinə
dair iki fond fəaliyyət göstərir. Onun biri-Büdcə Ehtiyat Fondu 1960-ci ildə,
digəri Gələcək Nəsillər Ehtiyat Fondu isə
1976-ci ildə yaradılıb. Dövlət gəlirlərinin
10 faizi ikinci fonda
köçürülür. 2004-cu ildə hər
iki qurumunu gəlirləri 80 milyard dollar olmuşdu. Lakin həmin vəsaitlərin xərclərində
qeyri-şəffaflıq hökm sürür. Belə ki, qiymətli kağızlara yatırılan
depozitlərdən gələn faizlərin necə xərclənməsi,
ümumiyyətlə, bəlli deyil. Lakin
onu da vurğulamaq lazımdır ki, 1990-1991-ci illərdəki
müharibən sonra bərbad vəziyyətə düşən
iqtisadiyyat fondun vəsaitləri hesabına dirçəlib.
Hazırda Küveytdə adambaşına
düşən gəlir 22 min dollara bərabərdir.
Amma bu ölkə böyük sosial proqramlar da həyata
keçirilir. Məsələn,
neftdən gələn gəlir hesabına öz vətəndaşları
üçün evlə təminat, xaricdə təhsil
pulsuzdur. Amma xaricdə təhsil
alanların geri qayıdıb-qayıtmayacağı hökuməti
maraqlandırmır. Həmçinin
böyük cərrahiyə əməliyyatlarını da
dövlət öz boynuna götürüb. Sahibkarlar üçün də bəzi dəstək
proqarmları hazırlayıblar.
Bütün bunlardan başqa birdəfəlik pul ödəmələri
olur. Kralın 50 yaşı tamam
olanda və sair bu kimi tədbirlərdə əhaliyə pul
paylanılır. Belə ki, bu ölkədə
İraq işğalının qurtulmasının 20 illiyi ilə
əlaqədər 13 min dollar pul payladılar. Yəni bununla neft pulları hər bir ailəyə
müəyyən qədər çatır.
Qara günə qalan Nigeriya
Digər neft ölkəsi Nigeriyaya gəlincə, ölkə
rəhbərliyi 2004-cu ildə Rifah Fondunu yaratdı. Əvvəlki il «qara qızıl»dan
gələn mənfəətin 50 faizi buraya
köçürüldü. 2004-cü ilin
noyabrında bu vəsaitin 280 milyard dollarını hökumət
birdəfəyə xərclədi. Həmin
pul benzinin qiymətinin qalxması ilə əlaqədar vətəndaşlara
kompensasiya olaraq sərf edildi. Bununla fond fəaliyyətə
başlamamış donduruldu. Bu səbəbdən
neft gəlirlərinin xərclənməsində Nigerya modeli ən
uğursuz hesab edilir. Buranını əhalsi
isə dünyanın ən yoxsulları
sırasındadır. Ona görə də
ölkədə böyük immiqrasiya prosesi gedir.
Hər kəsin qibtə etdiyi Norveç
modeli…
Ən uğurlu model isə Norveç modeli
sayılır. Bu
ölkədə qara qızıldan gələn gəlirləri
yönəltmək üçün 1990-cı ildə Dövlət
Neft Fondunu təsis edib. Bu qurum gələcək
nəsillər və rifah fondu rolunu oynayır. Onun formalaşmasını hökumət müəyyənləşdirir,
parlamert isə təsdiq edir.
Oradakı neft gəlirlərin
yarısı dövlət büdcəsinə
köçürülür. Hökumətin
fondun idarəçiliyi ilə bağlı siyasəti həm
sərt, həm də şəffafdır. Neft
gəlirləri və büdcə xərcləri arasında həmişə
əlaqə olub. Neftin qiyməti
qalxdıqca büdcə xərcləri kiçilir və ya əksinə.
Hazırda Neft Fondunun gəlirləri 400 milyard
dolları keçib.
Digər neftli ərəb ölkəsi Omanda 1980-ci ildə
Ehtiyat Fondu, 1993-cü ildə Neft Fondu yaradıldı. «Qara qızıl»ın qiymətindən
asılı olmayaraq, dövlət büdcəsində baza qiymət
15 dolla\\barel götürülür. 2 dollar\\barellik pay
Ehtiyat Fonduna, 0,5 dollar\\barelik hissəsi Neft
Fonduna yönəldilir. Əgər neftin qiyməti
baha olarsa, qalan hissə «göydəndüşmə» pul kimi
büdcəyə köçürülür. Amma bu pul büdcə zərfində necə «göydəndüşmə»
kimi qeyd edilirsə, elə də mənimsənilir. Hələ indiyə kimi, vəsaitlərin necə xərclənməsinə
dair bir cümlə belə verilməyib. Ona
görə də son 2008-ci ilin hesabatında Neft Fondunda bir qəpik
belə pulun olmaması aşkarlınmışdı. Səbəb isə dövlət büdcəsində
yüksək kəsirin fondun pulu ilə
bağlanmasıdır. Defisiti örtmək
üçün böyük həcmdə transfertlər olur
ki, bu da neft gəlirlərinin tükənməsi ilə nəticələnib.
Rusiya neft pullarını genefonda xərcləyir
Qonşu ölkə Rusiyanın təcrübəsinə
gəlincə, burada 2004-cü ildə Rifah Fondu
yaradılıb. Qurumun
vəsaitləri hesabına Rusiya hökuməti bir sıra
sosial layihələr həyata keçirib. Bura xüsusilə ölkənin genefondunun
qorunması, əhalinin sayının artırılmasına
dair proqramlar daxildir.
Rusiyanın Rifah Fondunun gəlirləri vasitəsilə vətəndaşları
tibbi sığorta olunur. 16 yaşadək bütün uşaqlar dövlət
müəssisələrində pulsuz müalicə olunur.
Hər anadan olan uşağa 12 min dollar vəsait
ödəyirlər. Amma bəllidir ki, bu ölkədə də
sözügedən vəsaitlərin xərclənməsində
korrupsiya geniş yayıdıb.
Orta Asiyada isə pulluluq dövlət
sirridir
Orta Asiya ölkələri arasında yalnız
Qaxaxıstanda Rifah Fondu mövcuddur.
Və oradan dövlət büdcəsinə
transfertin həcmi 60 faizi keçib. Fondun
valyuat ehtiyatı təqribən 35 milyard dollardır.
Özbəkistan və Türkmənistanda isə,
ümumiyyətlə, dövlətin valyuta ehtiyatı barədə
məlumat verilmir. Onlar
bunun dövlət sirrinə aid ediblər.
Ən mütərrəqi
model hansı ölkədədir?
Neft
Araşdırmaları Mərkəzinin rəhbəri İlham
Şaban bildirdi ki, neft ölkələri arasında ən
mütərrəqi və ən şəffaf modeli Norveç
dövləti ortaya qoyub: «Bu ölkədəki gəlirlər
Neft Fondunda toplanır və onun əhaliyə
çatdırılması mexanizmi çox işləkdir. Neft gəlirləri ilə ilk olaraq işsizlik
problemini tam aradan qaldırdılar. Bundan əlavə
yüksək əməkhaqqı müəyyənləşdirilb.
Üçüncü ən böyük islahat sosial sahədə
aparıldı. Buraya
təhsilin, səhiyyənin öz vətəndaşları
üçün pulsuz olması, insanların istirahətlərinin
xüsusi sanatoriyalarda təşkili və sair amillər
daxildir. Bu vasitə ilə neft gəlirləri
ölkə əhalisi arasında yayılır».
Azərbaycana gəlincə…
Azərbaycan
Dövlət Neft Fondu 29 dekabr 1999-cu il
yaradılıb. Fondun vəsaiti həm neft və
qaz ixracından gələn gəlirlər, habelə maliyyə
fəaliyyəti ilə əldə olunan vəsaitlər
hesabına formalaşır. Hazırda Fondun 24 milyard
dollar vəsaiti var. İ.Şabanın fikrincə, Azərbaycan
əhalisinin də ərəb, Orta Asiya və latın
ölkələri kimi neft gəlirlərinə əlçatanlığı
yoxdur: «Azərbaycanda əhali çox, başqa neft ölkələri
ilə müqayisədə gəlirləri azdır. Ona görə də əsas siyasət kimi daha
çox sferanı əhatə edə biləcək sosial layihələr
həyata keçirmək strategiyası yürüdürlər.
Amma buna nəzarət mexanizmi
aşağıdır. Bizdə sosial layihələr
dedikdə, təhsil ocaqlarının, səhiyyə müəssisələrinin
tikintisini nəzərdə tutulurlar. Amma reallığa gəldikdə,
adi maqnit tomoqrafiyasi deyilən tibbi proses var, bir mərhələsinin
qiyməti 400 manatdır. Minimum əməkhaqqından
5 dəfədən çoxdur. Ürəkdə
şuntlama əməliyyatının qiyməti 12 min
manatdır. Sosial proqram adı altında 20
milyona bir diaqnostika mərkəzi tikilir, amma qan analizləri var
ki, qiyməti 100 manata başa gəlir. Belə
aydın olur ki, neftin pulları əhali arasında
paylanmır. Azərbaycan hökumət
öz vətəndaşından qazanc götürməyi
güdür.
Adi bir xarici pasportun başa gəlməsinin maya dəyəri
1 manatdır, amma əhalidən 40 manat alırlar. Bu soyğunçuluqdur.
Azərbaycan
hökuməti sosial layihələr dedikdə ,
heç bir sosial çəkisi olmayan investisya layihələrini
nəzərdə tutur».
Vüsalə RÜSTƏMOVA
Bizim yol.- 2011.- 29 yanvar.- S. 11.