Qadın məntiqi
Kişilər
deyir ki, qadınlarla yola getmək çətindi. Qadınlarsa
əksinə, kişiləri yola verməyin çətin
olduğunu deyir.
Küçədə
sorğu aparılır. Bir kişiyə yaxınlaşıb
soruşurlar:
-
Sizcə Brodvey küçəsində dinozavra rast gəlmək
ehtimalı varmı?
-
Milyonda bir faiz olar, bəlkə. Amma artıq yox.
Həmin
sualı qadına da verirlər:
-
Sizcə küçədə dinozavra rast gəlmək
ehtimalı nə qədərdir?
-
50-nin 50-yə.
-
Necə yəni?
-
Ya rastlaşacaqsan, ya da yox…
İstəyirəm, ya istəmirəm!
Qadın
məntiqi dedikdə kişilər bu mövzuda ya
danışmaq istəmir, ya da uzaqbaşı dodağı
qaçır və demək istədiklərini nəzakət
xətrinə dilinə gətirmir. Dilindən sözləri
gömrüksüz buraxanlar deyir: qadın və məntiq bir
araya sığan anlayışlar deyil. Ona görə də
kişilərin hamısı əmindir ki, qadın məntiqi
deyilən bir xüsusi anlayış var və bu, kişi məntiqindən
tamam fərqlidir.
Qadın
qərar verərkən «İstəyirəm, ya da istəmirəm»
arqumentlərindən çıxış edir. Ona görə
də küçədə dinozavra rast gəlməyin
ehtimalı barədə düşünərkən qadın
onun olub ola bilməyəcəyini deyil, dinozavra rast gəlmək
istəyi barədə düşünür. Həmin məntiqlə
yanaşsaq qadın və dinzavr heç vaxt küçədə
rastlaşmayacaq. Çünki o, qorxusundan burnunu evdən
bayıra çıxarmayacaq.
Qadın məntiqi hələ də öz
Aristotilini gözləyir
Qadın
məntiqi hələ ki, nəql etmə, izhar etmə mərhələsindədi
və yazıya alınmayıb. Adi, kişi məntiqi uzun
inkişaf yolu keçib və filosofların
yaratdığı cild-cild kitablarda bu məntiqin həm
astarı, həm də üzüylə
Qabaqcadan
ehtimal var ki, müəllif pozisiyasını qadın məntiqindən
çıxış edərək yazmaqda ittiham ediləcək.
Amma hər halda davam edirik. Birlikdə sonacan olmaq istəyənlərin
nəzərinə: qadaqcadan hazırlıq keçməmiş,
qadın məntiqi lobirintinin gizlindlərinə ayaq
basmamış təcrübəsizlər o qədər də
risk etməsin. Əvəzində ağ ciyərlərin həcmini
artırmaq və səs tellərini bərkitməklə məşğul
olmaq yaxşı nəticələr verər. Çünki
başqa vasitələr yaramır. Onsuz da hələ ki, bir
kişi də qadını öz məntiqindən dönməyə
məcbur edə bilməyib. Uzaqbaşı qadını
susduraraq (özü də müxtəlif zorakılıq vasitələriylə)
kişilər işini bitmiş sayır. Ağ ciyərlərin
böyüklüyü və səs tellərinin möhkəmliyi
onda yarayacaq.
Sən özünə görə
haqlısan
Qadın
məntiqinin kişi məntiqindən ən başlıca fərqi
olur ki, həmişə mübahisə doğurur. Amma kişilər
öz məntiqləriylə mübahisə də edər,
sakitcə fikir yürüdə də bilər. Qadın məntiqinin
məhdud zonada tətbiq edilməsi həmişə gözəgirən
nəticələr verir. Bu mənada Aristotel özü
qadınlara həsəd apara bilərdi. Kişilər nədənsə
mübahisə edirsə onlardan biri haqlıdır, təbii ki,
öz fikirlərini məntiq ipinə düzə bilməyən
kişi haqsız çıxmış olur. Qadınlar
mübahisə edəndə ola bilər ki, tərəflərdən
hər ikisi də haqlıdı. Bunu belə ifadə edirlər:
«Sən özünə görə haqlısan». Müasir elm
qadın məntiqinə əsaslanmsış mübahisədə
kimin haqlı olmasını təyin etməkdə acizdir.
İki
azyaşlı oğlan uşağının qadın məntiqinə
əsaslanmış söhbətinə fikir verək. Onlar hələ
ki, kişi məntiqiylə silahlanmayıb:
-
Mən dayımgilə gedəcəm, səni özümlə
götürməyəcəm.
-
Mən özüm gələrəm, sənsiz.
-
Mən səni otaqda iplə bağlaram.
-
İpi qırıb gələrəm.
-
Onda qapını bağlaram.
-
Mən sındıraram.
-
Qapını dəmirdən düzəltdirərəm.
-
Pəncərədən çıxaram.
-
Pəncərəni də dəmir qəfəsə salaram.
-
Onda divarı sındıraram.
-
Mənsə səni dəmir otaqda bağlayaram!!
Bu
mubahisədə uduzan tərəf söhbəti başqa
müstəviyə çevirməyi bacarsaydı əlbəttə
ki, udardı. Amma o, hələ balacadı və ağlamaqdan
başqa çarəsi qalmadı. Deyək ki, bu üsul, yəni
vaxtında gözündə 2 damla yaş çıxara bilmək
bacarığı bəzən kişi və qadın
mübahisələrində zəif tərəfin qalib
çıxmasına kömək
edir.
Etirazsız, yoxsa ehtirassız?
Qadın
məntiqinə əsaslanmış mübahisələrin
öz daxili qanunları var:
1.
Etiraz edilməmiş fikir artıq sübut edilmiş
sayılır. Çox böyük sürətlə
deyilmiş 5-10 fikrin cavabı gəlməsə qadın
özünü qalib hesab etməyə başlayır. Nəzərə
alsaq yüksək sürətlə
yağdırılmış fikir fəvvarəsində
hansısa bir cümlə etirazsız qalmalıdı, kişi
beyni bütün arqumentlərə cavab vermək iqtidarında
deyil. Hələ buketin sonunda bir təhqiramiz ifadə də
olsa apponent bu təhqirə cavab verəcək, deyilmiş
fikirlərə yox. Burdan aydın olur ki, qadın fikirlərini
artan xətt üzrə elə düzməlidir ki, söhbətin
axarı kulminasiyaya doğru getsin. Bəzən dediyi
sözün cavabını eşitmədən otaqdan
ağlaya-ağlaya çıxmaq, uzaqbaşı qulaqları
qapamaq kimi ekstrimal vasitələr də tətbiq edilir. Əgər
iki qadın mübahisə edirsə, onlardan biri qulaqlarına
pambıq tıxayıb və müsahibinin cavablarını
eşitmirsə o özünü artıq qalib saya bilər.
2.
Sonuncu sözü deyən adam qalib sayılır. Bu tip
mübahisədə hər cümlənin cavabı həmən
saniyə gəlməlidir. Cümlələr gözlənilməz
sürətlə yağdırılırsa orda sonuncu cümləyə
cavab vermək lazımdı. Ondan əvvəlkinin cavabı
artıq mənasızlaşır. Çünki onu dilinə
gətirmiş tərəf bir saniyədən sonra utanıb
qızarmadan ondan imtina edə bilər. Çayda eyni suya iki dəfə
girmək mümkün olmadığı kimi qadınla
mübahisədə əvvəlki cümləyə
qayıtmaq olmaz.
3.
Qadın məntiqiylə bir firki təkzib etmək də
mümkündür, rədd edib qəbul etməmək də.
Yəni ki, sərf etməyən bir ifadəni mənasız
elan edərək onu cavabsız qoymaqla qadın hər şeyi
sübuta yetirmiş sayır. Bu vaxt «Nə olsun?!» ifadəsi
fantastik effektlər verir. İki saat ərzində kişi məntiqiylə
dürr kimi düzülən faktlar bu iki kəlməlik zərbədən
darmadağın olur.
Cız-bız edən yağlı ifadələr
Qadın:
Sənə ərə gələndən sonra mənə
heç nə bağışlamamısan!
Kişi:
Bağışla əzizim, martın 8-də sənə
öküz boyda qabda ətir bağışlamışam.
Qadın
bir neçə variandan birini seçməlidir. 1-ci variant:
Bah, bir balon it iyi verən ətir vermisən. İldə bir dəfə
nəsə verib sonra il boyu başıma çırpırsan.
2-ci variant: Mənə heç nə verməmisən, Allh
bilir hansı müğənniyə bağışlayıb
sonra unutmusan. 3-c variant: Nəsə
bağşladığını xatırlamram. Əgər lap
belədirsə də, başqa kişilərin arvadlarına
qayğısı qarşısında bu nədi ki?!
Kişilər
fikir yürüdəndə onlardan hansısa biri sübut
edilibsə onun təkrarından fikrin mənası dəyişməyəcək.
Qadın məntiqində isə təkrarladıqca arqumentin
fikir yükü artır. Ola bilər ki, dəhşətli dərəcəyə
şişirdilsin, ya da gözlənilməz səviyyəyə
ensin. Özü də hər təkrarda yeni sözlər, ifadələr
əlavə edilərək arqument daha da mürəkkəbləşdirilir.
Üstündə bir iki dənə «cız-bız» edən
yağlı ifadələr olmasa bu, qiyməsiz,qatıqsız
xəngələ bənzəyər. Eyni ifadəni təkrarlamaqla
təsdiqləmə üsulu hələ Esxilin faciələrində
bir ədəbi üsul kimi tətbiq edilirdi.
Sizin qəribə məntiqiniz
varmış
Söhbəti
tamam fərqli müstəviyə çevirmək
bacarığı qadın məntiqinin ən vacib keyfiyyətlərindəndir.
Bəzən bu proses o qədər sürətlə baş
verir ki, ortabab kişi beyni nə baş verdiyini heç anlaya
da bilmir. Xüsusi hazırlığı olmayan kişilər
söhbətin nədən getdiyini başa düşmür.
Çünki bəzən mübahisə predmeti yaddan
çıxır və söhbətin sonunda kimsə
xatırmamır ki, hər şey nədən
başlamışdı.
Qadın
«Biz Bolqariyada Qızıl qumlarda ərimlə istirahətdə
olanda gördük ki, oranın qumu daha narın və daha
istidi» deyirsə bunun cavabında «Ərimlə qışda
Dubayda olduq, orda hamı xaricilər idi» səslənsə
arqument daha güclü və məntiqi cavab sayıla bilər.
Söhbəti başqa müstəviyə çevirməyin
qaydalarına görə əks arqument, sübut bir frazadan uzun
olmamalıdır. Pauzadan istiadə edərək söhbəti
çevirə bilmək bacarığına görə
qadınlar hətta vertuoz sayıla bilər. Pauza yoxdursa «Səninlə
danışanda ağzını yum!» kimi ifadə də öz
işini görə bilər. Bu ifadə qadının şəksiz
haqlı olduğuna işarə edir. Bütün bu sadalananlar
qadının düşüncə qabliyyətlərinin zəifliyini
deyil, əksinə qeyri-adiliyini sübut edir. İş
ondadır ki, qadın iki fikirdən nəticə
çıxarırsa bilir ki, həmsöhbəti də bunu
ondan pis bilmir. Lazım gələrsə həmsöhbəti
sözün altından çıxıb bayaq səsləndirilmiş
fikirlərdən imtina edəcək. Ona görə də
qadın bu addımı birinci atıb qalib çıxmaq istəyir.
Kişiylə danışanda nəyisə təsdiqləmək
lazım gələrsə qadın təsdiq əvəzinə
«Ola bilər» kimi sürüşkən ifadələr işlədir.
Söhbətdə
«Mənim N adlı dostumun tanışlarının
hamısı ya avara, ya da əclaflardı» cümləsi səsləndisə
kişi məntiqinə görə bu sözü deyən adam
özü də avara və əclafdır. Amma bu ifadəni
qadın çox asanlıqla dilinə gətirə bilər.
Bu halda həmişə lətifəsi özündən
Özün bil…
Bəziləri
deyir ki, qadına heç nəyi sübut etmək olmur,
başqaları isə əksinə, düşünür ki,
qadın bütün deyilənlərə çox tez
inanır. Müşahidələr göstərir ki,
qadının diqqətindən kənarda olan hər bir şeyə
inandırmaq su içmək kimi asandır. Amma onun daxili
qanunları, absoyutunu şübhə altına salan hər
kiçik cəhd belə uğursuzluğa məhkumdur. «Kilkə
balıqdır və bütün balıqlar kilkədir» fikri
bir kişinin də başına yerləşməz və o əlbəttə
ki, buna inanmaz. Qadın öz fitri istedadı ilə kişini
bu fikrə gəlməyə vadar edə bilər. Sonra deyirsiz ki,
qadınlarla yola getmək çətindi?
Qadın məntiqi deyilən
anlayış var və hər bir qadın onu artıq 3
yaşında olanda mənimsəyir. Kişilər içində
bu sənətə yiyələnmiş bir kişini də
xatırlaya bilmirəm. Olarsa ya dahi alim, ya da rəssam ola bilər.
Qadın məntiqi bir açar kimi kişi məntiqi
qıfılına tam uyğun gələ bilər, əgər
sizin absolyutu həmin kişi qəbul edər, ya da onu qəbul
etdirə bilərsizsə. Qəbul etməsə söhbəti
həmən kəsmək lazımdı. Amma özünü məğlub
elan etmədən. Qadın bu məğlubiyyəti
özünə icazə verə bilməz. Bu «söhbət»dən
sonra qadın rahatlıqla deyə bilər: «Düz iki
saatdır çənə döyürəm. Onunla heç
danışmaq mümkün deyil!». Kişilərin absolyutu
olmur deyən onlar yalnız məntiqi şəkildə ortaya
atılmış fikri qəbul edirlər. Onlar heç
maraqlanmırlar ki, bu məntiqi fikir hardan süzülüb gəldi.
Öz absolyutunu kişiyə məharətlə yeridə bilən
qadın həmişə qalıb çıxır.
Uzunboğaz çəkmələrin dünya
böhranından daha vacib olduğunu, siqaret dumanının
çəkəndənsə ətrafdakılara daha çox zərərli
olduğunu inandıra bilən qadına heç kim bata bilməz.
Adətən belə qadınların dilindən «Mən sənə
öz fikrimi yeritmirəm. Özün bil, sən ki, həmişə
özün qərar verirsən. Amma sənə başa salmaq
istəirəm ki….» kimi ifadələr əskik olmur.
Dünya qədimdir. Məntiq də
dünyanın özü kimi qədimdir. Qadın məntiqinin
yaşı isə bilinmir…
Gülnarə Rəfiq
Bizim yol.-2011.- 29 yanvar.- S. 13.