Beynəlxalq Valyuta Fondunun Azərbaycana tövsiyələri ətrafında
mülahizələr…
Əli Məsimli, İqtisadi və
Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili
I Yazı
Beynəlxalq Valyuta Fondu (BVF),
bütün postkommunist məkanında olduğu kimi, Azərbaycanda
da mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar
münasibətlərinə keçid istiqamətində həyata
keçirilən islahatlarda aparıcı rol oynayıb. Azərbaycan
1992-ci ildən BVF ilə əməkdaşlıq edir. BVF Azərbaycanla əməkdaşlıq
layıhələrinin reallaşdırımlmasına 577 milyon dollar kredit
verib. Azərbaycan həmin kreditin
əksər hissəsini qaytarıb və 2006-cı ildən
artıq BVF-dən kredit almasa
da, əməkdaşlığı davam etdirir. İndi BVF Azərbaycanla əvvəlik kimi sıx əlaqədə olmasa
da, iqtisadiyyatımız barədə
tövsiyələr verir. BVF-in
Azərbaycana dair son
tövsiyələrini dünya
iqtisadiyyatının hazırkı qeyri-müəyyənliyi
kontekstindən incələmək maraqlı olar:
1. BVF Azərbaycan hökumətinə tövsiyə edir ki, “dövlət büdcəsinin neft amili nəzərə alınmadan yaranan kəsirinin səviyyəsini ölkənin ÜDM-nin 40 faizindən yuxarı qalxmasına imkan verməsin”. Bu çox faydalı təklif olsa da, təəssüf ki, həm də həddən artıq keçikmiş təklifdir. BVF belə məsələlərə vaxtında reaksiya vermədiyindən, proseslərin arxasınca sürünmə taktikası yeridir və iş-işdən kecəndən sonra təklif verir. Gərək BVF zamanında Azərbaycana münasibətdə öz birtərəfli təhlillərinin çərçıvəsi ilə məhdudlaşmayaydı. Azərbaycan iqtisadçılarının ölkənin aktual problemlərinə dair fikirlərini izləyəydi, riskli meyllərə operativ reaksiya verəydi və təhlükələin sovuşdurulmasına dair təkliflər paketi hazırlanmasında fəal iştirak edəydi...Heç olmasa bizim tərəfimizdən bu təhlükə haqqında Azərbaycan hökumətinə mesajlar verdiyimiz zaman, yəni azı 10 il əvvəl həmin təklifi verəydi...Amma o zaman BVF Azərbaycan iqtisaddiyyatında hər şeyin əla olduğunu, heç bir ciddi risk və təhlükənin olmadığını deyirdi. İndi isə iş-işdən keçəndən sona, BVF ifrat dərəcədə gecikmiş bir durumda Azərbaycanın dövlət büdcəsinin neft amili nəzərə alınmadan yaranan kəsirinin səviyyəsinin artmasından narahatçılığını bildirir...
2. BVF hesab edir ki,”dövlət büdcəsinin neft amili nəzərə alınmadan yarannan kəsirinin səviyyəsinin azaltmaqdan ötrü, dövlət sərmayə qoyuluşlarının qısa, orta və üzünmüddətli dövrlərə bölməklə prioritetliliyini müəyyənləşdirmək lazımdır”. BVF-in bu tövsiyəsi çox dəyərlidir, amma həm də yarımçıq xarakter daşıyır. Ona görə ki, büdcə prioritetlərini dəyişdirməkdən, büdcəndə BVF-in missiyasının qaldırdırdığı təkliflər istiqamətində əlavə və dəyişikliklər edilməsindən ötrü, ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişaf konsepsiyası yaşadığımız dövrün çağırış, təhlükə və problemlər kontekstindən dəyişdirilməli, neft amilınınin üstün inkişafına əsaslanan modeldən insan amılının üstün inkişafına əsaslanan”üç amıl”(insan kapitalı, resurs potensialı və inteqrasiya imkanlarından səmərəli istifadə) prinsipinə əsaslanan innovasiyalı inkişaf modelinə keçməliyik. İkincisi, BVF tərəfindən prioritetlər, həmişəki kimi abstrakt şəkildə qoyulmamalı, konkretləşdirilməlidir. İnsan kapitalına investisiya yatırımı genişləndirilməlidir. Bu ölkə iqtisadiyyatının şaxələnməsində əvəzsiz rol oynaya bilər. Üçüncüsü, büdcə vəsaitinin prioritetlərinə fundamental islahatlar kontekstindən yanaşılmalıdır. Büdcə vəsaitindən istifadənin səmərəliliyinin artırılması məsələsinə önəmli yer verilməlidir. Büdcədən ayrılan hər manatın verimlilik dərəcəsi məsələsi önə çəkilməlidir. Kölgə iqtisadiyyatının, ikili mühasibatın məhdudlaşdırılması, büdcə vəsaitinin öz təyinatına görə istifadəsinə nəzarət gücləndirilməlidir. Düşünürük ki, bu məsələyə sadəcə maliyyənin hər il 10 milyon manat o yana, 10 milyon manat -bu yana artıb-azalması prizmasından yanaşılmamalı, Azərbaycan dövlətçiliyinə, cəmiyyətinə, tərəqqimizə, dəyərlərimizə xüsusu faydası olan sahələrə nə qədər lazımdırsa, o qədər vəsait ayırmaq prinsipinə keçilməlidir.
3. BVF-in missiyası hesab edir ki, “Azərbaycanda dövlət xərcləri dünya bazarında neftin qiymətinin artmasına proporsional şəkildə birbaşa artmamalıdır”. Çox dəyərli tövsiyə olsa da, həm də xeyli gecikmiş və bu məsələnin yalnız bir tərəfini nəzərə alan tövsiyyədir. Məsələ bundadır ki, Azərbaycan büdcəsi sürətlə artsa da, bu sadəcə dünya bazarında neftin qiymətinin artmasına proporsional şəkildə birbaşa artımdan əlavə, Neft Fondundan transfertlərin sürətlə artması hesabınadır. Dövlət Neft Fondundan daxilolmalar 2003-cü ildəki 100 milyon manatdan 2013-cü ilə 11350 milyard matata çatacaq və ya son 10 ildə 114 dəfə artım deməkdir. Onun büdcədəki payı da 2003-cü ildəki 8 faizdən 2013-cü ilə 60 faizə çatır. Müqayisə üçün qeyd edək ki, postsovet məkanının digər əsas neft ölkəsi olan Qazaxıstanda 2013-cü ildə büdcəyə daxıl olması proqnozlaşdırılan maliyyyə vəsaində təminatlı transfertin payı 25, 5 faizdən 18,6 faizə enəcəkdir. Azərbaycanda isə elə vəziyyət yaranıb ki, 2013-cü ilimn 19 milyarddan artıq büdcə gəlirlərindən Neft Fondundan transfertləri çıxandan sonra qalan büdcə vəsaiti cəmi 7,8 milyard dollar edir ki, bu da 10 milyard manata çatan carı xərcləri, yəni maaşları, pensiyaları və digər bu kimi ödənişləri örtməyə belə çatmır. Ona görə də hökumət bu sahədə təsirli tədbirlər görməkdən ötrü, hər şeydən əvvəl, real vəziyyəti dəyərləndirməli, Neft Fondundan transfertlərin hesabına ilbəil artan büdcə ilə yanaşı, real vəziyyəti incələməkdən ötrü “neftsiz büdcə” də tərtib etməli və onun artırılmasının etibarlı mənbələrini işə salmalıdır.
4. BVF 2013-cü
ildə Azərbaycanda ÜDM-in 3,8 faiz,qeyri-neft sahəsində isə 8 faiz artacağını
prqnozlaşdırır. Azərbaycan hökumətinin
rəsmi proqnozlarına görə, 2013-cü ildə ölkədə
iqtisadi artım 5, 3 faiz
təşkil edəcək, qeyri-neft ÜDM-i isə 11,7 faiz
artacaqdır. 2013-cü il üçün
BVF-in, yoxsa Azərbaycan
hökümətinin proqnozlarını özünü
doğruldacağı çox amildən
asılı olsa da, burada bp amili
daha böyük xüsusi çəkiyə malikdir.
Bəli, çox təəssüflər
olsun ki, Azərbaycan
iqtisadiyyatı xeyli dərəcədə
neftdən, ölkəmizin iqtisadi artım
templəri isə bp-dən asılıdır. bp
istəyəndə neft hasilatını öz marağına uyğun
surətdə artırıb, Azərbaycanda ÜDM-in
artım tempini 2006-cı ildə olduğu kimi, 34,5
faizə qaldırır, istəyəndə isə neft hasılatını azaldıb, ÜDM-in tempini 2011-ci ildə
olduğu kimi,0,1 faizə endirir.
bp-nin bu manevrləri makroiqtisadi sabitliyə çox
ciddi təhdiddir. Makroiqtisadi
sabitlik pozulsa, onun etibarlı şəkildə yenidən bərpasına
5-10 il vaxt sərf etmək
lazım gələcək. Bu isə hər
bir azərbaycanlının ailə
büdcəsinə, süfrəsinə birbaşa
zərbə vura bilər.
5. BVF-in proqnozlarna görə, bu il Azərbaycanda inflyasıya 3 faiz, 2013-cü ildə isə bir qədər çox olacaq. Azərbaycan hökumətinin rəsmi proqnozlarına görə, 2013-cü ildə ölkədə inflyasiya 5,7 faiz olacaqdır. Gələn il Azərbaycanda ÜDM-in 5,3 faiz, büdcə xərclərinin isə bundan 2 dəfə, realda isə daha sürətlə artıması gözlənilir. Belə vəziyyətdə inflyasiya rəsmi proqnozlarda göstərildəyi 5,7 faizdən çox olacağı qənaətindəyik. Növbəti illərdə isə gələn ilin inflyasiya təzyiqi real inflyasiyaya çevrilə bilər. Bu isə artan əmək haqqı, pensiya və digər ödənişlərin inflyasiyanın, daha döğrusu, süni qiymət artımının “yeminə” çevirə bilər. Əgər Azərbaycanda 10 faiz inflyasiya olursa, bunun 2 faizi ölkə iqtisadiyyatında gedən proseslərin məntiqindən doğur, 2-2,5 faizi xaricdən gətirdiyimiz malların üzərində gəlir, qalan 6 faizə yaxını isə süni qiymət artımının hesabına baş verir. Süni inflyasiya nəticəsində qiymət artımının hər faizi ildə Azərbaycan vətəndaşlarının ailə büdcəsinə 150 milyon manatdan çox ziyan vurur. Ona görə də hökumət süni qiymət artımının qarşısının alınması sahəsində təsirli tədbirlər görməlidir.
6. BVF missiyasının rəhbəri hesab edir ki,”hazırda Azərbaycan iqtisadiyyatı daha çox dövlət xərclərinin artırılması hesabına inkişaf edir. Bu özünün tikinti və xidmət sektorlarında daha qabarıq göstərir”. Bu məsələ üzrə bizim BVF-lə fikirlərimiz üst-üstə düşür. Əvvəllər Azrbaycan iqtisadiyyatına qoyulan sərmayələrin 80 faizinə yaxını xarici, 20 faizi isə daxılı sərmayələr idi. Təbii ki, xarici sərmayələrin böyük əksəriyyəti neft sahəsinə yönəldilirdi. İndi bu nisbət və onun strukturu prinspcə əsaslı surətdə dəyişib. Ölkə iqtisadiyyatına qoyulan sərmayələrin çoxu-80 faizə yaxını daxili sərmayədir və onun da əksər hissəsi neftdənkənar sahələrə yönəldilir. Bununla belə əsas kapitala yönəldilmiş daxili sərmayələrin cəmi 4 faizi kənd təsərrüfatına, 8, 3 faizi emal sənayesinə, 0,4 faizi qida məhsulları istehsalına, 0,1 faizi yüngül sənaye sahələrinə, 0,2 faizi elmi-texniki fəaliyyətə, 2,9 faizi təhsilə, 2,8 faizi isə səhiyyəyə yönəldilir. Bu rəqəmlər əyani surətdə göstərir ki, sərmayə qoyuluşlarının strukturuna yenidən baxılmasına, insan kapitalına sərmayə qoyuluşu genişləndirilməli, ölkədə kənd təsərrüfatı və onunla bağlı sahələrə, eləcə də elm tutumlu,yüksək gəlirli, müasir tələblərə cavab verən rəqabət qabiliyyətli iş yerlərinin aşılmasına daha çox sərmayə yönəldilməlidir. Hökümət öz fəaliyyətində bunu nəzərə almalıdır.
7. BVF missiyasının rəhbəri hesab edir ki,”Azərbaycanda biznes mühitində müəyyən yaxşılaşmalar hiss olunsa da, bu hələ xüsusi sektorun inkişafı üçün yetərli deyildir. Bank sektorunu inkişaf etdirmək, antiinhisar tədbirləri həyata keçirmək,o cümlədən ayrı-ayrı şirkətlərin inhisarını aradan qaldırmaq lazımdır. Bu Azərbaycanda xüsusi sektorun inkişafın lokomotivinə çevrilməsinə imkan verəcəkdir”. Doğrudan da, sahibkarlığın səmərəli fəaliyyətinin təmin edildiyi şəraitdə elmi texniki tərəqqinin nailiyyətlərinin, qabaqcıl texnologiyanın, istehsal və idarəetmə mədəniyyətinin praktikaya tətbiqi sürətlənir, istehsal olunan məhsul və xidmətlərin keyfiyyəti yüksəlir, yeni, yüksək gəlirli iş yerləri açılır. Azərbaycanda bazar institutlarının formalaşdırılması, valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarlarının yaradılması istiqamətində zəruri işlər görülmüşdür. Həyata keçirilən islahatlar nəticəsində ÜDM-də özəl sektorun payı 85%-ə,sənaye istehsalın 91%-ə, tikintidə 67%-ə, kənd təsərrüfatı istehsalında 99,8%-ə, nəqliyyat xidmətlərində 78%-ə, məşğul əhalinin sayında 70%-ə çatmışdır. Ölkədə 200 mindən artıq kiçik sahibkarlıq subyekti, o cümlədən 14 mindən artıq kiçik müəssisə fəaliyyət göstərir. Bununla belə, hələlik Azərbaycanda istehsal olunan məhsulda kiçik biznesin xüsusi çəkisi, eləcə də qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi və sair bu cür mühüm göstəricilər üzrə kiçik və orta sahibkarlığın payı sosial-iqtisadi tərəqqiyə güclü təkan vermək səviyyəsinə çatmayıb. Sahibkarlığın inkişafı ilə bilavasitə əlaqədar olan qanunvericiliyin təkmilləşdirilməsi ilə digər sahələr üzrə hüquqi normativ aktların təkmilləşdirilməsinin əlaqələndirilməsi və qarşılıqlı tamamlanması böyük aktualıq kəsb edir. Buraya mülki qanunvericilik, əmək və məşğulluq, xarici iqtisadi fəaliyyət, məhkəmə işi, eləcə də maliyyə sektoru ilə bağlı qanunların, xüsusən də Vergi Məcəlləsinin təkmilləşdirilməsi zərurəti xüsusi aktuallıq kəsb edir. Böhrandan sonrakı riskləri azaltmaq, çağırışlara cavab vermək və Azərbaycanın sürətli inkişaf yoluna davamlı xarakter verməkdən ötrü yaradıcılığa əsaslanan iqtisadi fəallıq artırılmasına, kiçik, orta və iri biznesin effektiv kombinasiyasına nail olunmasına ciddi ehtiyac vardır. Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, regionların kompleks inkişafı, yeni istehsal sahələrinin, sosial-mədəni obyektlərin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi işinin sürətləndiiməsi kiçik, orta və iri biznesin effektiv kombinasiyasına nail olunmasını tələb edir.
Ardı
var...
Bizim Yol.- 2012.- 13 dekabr.- S.- 11.