“2015-dən sonra
köçkünlərin bir əsas problemi qalacaq”
“İkinci əsas hədəf yeni
salınan qəsəbələrdə maksimum iş yerlərinin
açılmasıdır”
“Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na edilən yeni əlavələrlə
2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət
şəraiti və sosial vəziyyətləri əhəmiyyətli
dərəcədə yaxşılaşdırılacaq”. Bu fikirləri “Bizim Yol” əməkdaşı ilə
söhbətində Xocalı rayon İcra Hakimiyyətinin sabiq
başçısı, hazırki millət vəkili Elman Məmmədov
səsləndirdi.
Son
zamanlar qaçqın və məcburi köçkünlərə
göstərilən dövlət qayğısından,
onların mənzil-məişət problemlərinin həllinin
sürətləndilirilməsindən danışan deputat
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”nın gerçəkləşdirilməsi
istiqamətində atılan addımları yüksək dəyərləndirdi.
“İlk növbədə mənzil...”
“Bu proqramın həyata keçirilməsi
istiqamətində həddindən artıq iş
görülür. Bildiyiniz kimi, dövlətin
gördüyü bu işlərin nəticəsində
hazırda çadır şəhərçiklərində
və köhnə daxmalarda məskunlaşan bir nəfər
belə, məcburi köçkün qalmayıb”, -deyə E.Məmmədov
bildirdi.
Onun
sözlərinə görə, aparılan siyasət məcburi
köçkünlərin ilk növbədə mənzil
problemlərinin həllinə yönəlib: “Birinci növbədə
onlar mənzillə təmin olundular. Sonra isə
yataqxanalarda, düşərgələrdə, sanatoriyalarda,
paniosanatlarda müvəqqəti məskunlaşan
köçkünlərimizin mənzillərlə təmin
olunması prosesi tədircən həyata keçirilir. Mənzil tikintisi davamlı olaraq aparılır,
vaxtaşırı köçürülmələr olur.
Son zamanlar Bakının Pirişkül qəsəbəsindən
köçürülmə oldu. Universitetlərin
yataqxanalarından köçürülmə prosesi gedir.
Təkcə paytaxt Bakıda deyil, bölgələrdə
də köçürülmə prosesi gedir”.
70-dən artıq müasir qəsəbə
Həmsöhbətimiz
deyir ki, qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllində də yüksək
göstəricilərə nail olunub: “Son 9 ildə bu sahə
üzrə bir Dövlət Proqramı və ona iki əlavə
qəbul edilib, ümumilikdə 47 fərman və sərəncam
imzalanıb, Nazirlər Kabineti 158 qərar və sərəncam,
Milli Məclis isə 9 qanun qəbul edilib. O cümlədən
2012-ci ildə 2 fərman və sərəncam imzalanıb,
Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul
edilib. Ümumiyyətlə, son 20 ildə bu qəbildən
olan soydaşlarımızın sosial problemlərinin həllinə
4.3 milyard manat vəsait sərf olunmuşdur. Onun 2 milyard
manatı dövlət büdcəsinin, 1.5 milyard manatı
Dövlət Neft Fondunun, 0.8 milyard manatı isə ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq təşkilatların
vəsaitidir. 2012-ci ildə bu məqsədlə
ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon
manatı büdcə, 300 milyon manatı Dövlət Neft
Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların
vəsaitidir. Bu da 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur”.
Millət
vəkilinin sözlərinə görə, indiyədək
Dövlət Neft Fondundan və başqa mənbələrdən
ayrılmış vəsait hesabına 31 min mənzildən
ibarət, bütün sosial-texniki infrastruktura malik 70-dən
artıq müasir qəsəbə salınıb, 31 mindən
artıq qaçqın və məcburi köçkün ailəsinin
mənzil-məişət şəraiti
yaxşılaşdırılıb: “Həmin yeni
yaşayış məntəqələrində 134 məktəb,
5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi,
43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi
tikilib, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr
qaz xətti çəkilmiş, müxtəlif gücə
malik 671 elektrik transformatoru quraşdırılıb.
Həmçinin
Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait
hesabına 1348 ailə - 6740 nəfər məcburi
köçkün dövlət ehtiyacları ilə əlaqədar
Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə
köçürülüb. Dövlət
büdcəsində nəzərdə tutulan investisiya xərcləri
hesabına Ahıska türkləri üçün 352 evin
inşası başa çatdırılıb və bu layihə
cari ildə də davam etdiriləcəkdir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti
beynəlxalq Konvensiyanın tələblərinə uyğun
olaraq, öz qaçqın və məcburi
köçkünləri ilə digər ölkələrdən
olan qaçqınlara fərq qoymur”.
“Xocalıdan olan köçkünlər
üçün...”
E.Məmmədov
bildirdi ki, Xocalıdan olan məcburi köçkünlərin
mənzillə təmin olunma prossesi 2002-ci ildən başlanıb:
“O vaxtı müvəqqəti olaraq Naftalanda məskunlaşan
məcburi köçkünlər Goranboy rayonunun Ağçəkənd
qəsəbəsinə köçürüldü.
Aşağı Ağçakənd, Yuxarı Ağçakənd,
Meşəli və Mehri kəndində tikilən mənzillərdə
Xocalıdan olan məcburi köçkünlər məskunlaşdırıldı.
Eləcə də, 1 il öncə Goranboy
rayonunun mərkəzində öncə 3 korpus, sonra isə 6
korpus tikildi. Ümumilikdə 9 korpusa məcburi
köçüknlər köçürülüb yerləşdirildi”.
Onun
dediyinə görə, görülən bu işlərin nəticəsində,
müvəqqəti olaraq Goranboyda məskunlaşan Xocalıdan
olan məcburi köçkünlərdən bir nəfər də
olsun mənzilsiz qalan olmayıb: “Mənzillərin tikintisi Qəbələdə,
Şəkidə, Ağcəbədidə,
İsmayıllıda, Bakıda olub, vətəndaşlarımız
olan köçkünlərimiz mənzillə təmin
olunublar”.
E.Məmmədov
bildirir ki, bunlara baxmayaraq, Xocalıdan olan köçkünlərin
köçürülməsi prossesi tam başa
çatmayıb: “Proses uğurla davam etdirilir. Hazırda
köçkünlərin müəyyən bir hissəsi
yataqxanalarda, paniosanatlarda, santoriyalarda var. Bakının Binəqədi,
Sabunçu, Xəzər rayonlarında olan məcbur köçkünlərimizin
də tədricən köçürülmə prosesi nəzərdə
tutulub”.
“760 ailə
Masazıra köçürülür”
Millət
vəkili ötən müddətdə aparılan
köçürülmə prosesinin statistikasını da
xatırlatdı: “2012-ci ildə Şəki rayonunda 423, Bərdə
rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440,
Mingəçevir şəhərində 502 məcburi
köçkün ailəsi üçün bütün zəruri
sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə
və iki yaşayış məhəlləsi inşa edilib.
2012-ci ildə Bakı şəhəri ətrafında
tikilmiş qəsəbələr hesabına, yaxın aylarda
Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət
Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin köçürülmə
prossesi davam edir. Təkcə Dövlət Neft
Akademiyasının yataqxanalarından 760 ailənin Masazır
istiqamətində köçürülmə prossesi gedir.
Beləliklə,
təkcə 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi
olan 6 yeni yaşayış kompleksi salınıb, 22765 nəfərdən
ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə
köçürülüb, 3300 şagird yerlik 6 məktəb
inşa edilib. Son 20 ildə həcminə görə
ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə
məcburi köçkünlər üçün Qaradağ
rayonunun Müşfiqabad qəsəbəsində tikilib”.
“Qalır bir problem...”
E.Məmmədov
deyir ki, məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması, sosial
müdafiəsinin gücləndirilməsi sahəsində
aparılan genişmiqyaslı işlərin davam etdirilməsini
nəzərdə tutan sərəncama əsasən,
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na
yeni əlavələrə üzrə 2011-2015-ci illərdə
məcburi köçkünlərin tək bir problemi qalacaq:
“Bu proqramın sonucunda bu təbəqədən olan
insanların yalnız Qarabağ problemi qalacaq. Öz
doğma yurd-yuvalarından didərgin düşmüş
insanlar üçün salınan qəsəbələr,
tikilən evlər qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşmasına xidmət etsə də, onlar bu
ünvanlarda müvəqqəti məskunlaşdıqlarını,
tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını
yaxşı bilirlər. Yurd nisgilinə son
qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin
onların arxasında olacağına tam əmindirlər.
İşğal altındakı ərazilər
azad olunduqdan sonra bu yerlərdə dövlətin
yardımı ilə daha təmtəraqlı, yüksək
şəraiti olan evlər inşa olunacağını da
yaxşı bilirlər”.
Həmsöhbətimiz
prezident İlham Əliyevin məcburi köçkün ailələri
üçün inşa edilən yeni yaşayış məhəllələrinin
açılış mərasimindəki
çıxışlarını da xatırlatdı: “Bizim
torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan
da gözəl binalar tikəcəyik. Bütün
şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı
doğma torpaqlara qaytaracağıq. O gün gələcək,
mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir”.
“Desəm
ki, işsizlik problemi həll olunub...”
Millət
vəkilinin sözlərinə görə, yeni mənzil tikilən
yerlərdə maksimum iş yerlərinin açılması
da qarşıda duran hədəflərdən biridir: “Büdcə
təşkilatlarında çalışanlar öz işini
davam etdirirlər. Başqa vətəndaşlarımızın
məşğuliyyət probleminin həlli üçün də
çalışırıq. Millət vəkili
olaraq mən, Xocalı rayon İcra Hakimiyyətinin,
Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin rəhbərləri
ilə görüşüb bu məsələnin həlli
yollarını müzakirə etmişik. Müəyyən
istehsalat sahələrini açılması üçün
işlər aparılır. Bu
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə
tutlub.
Kənd yerlərinə köçənlərə həyatyanı
sahələr verilir. Eləcə də, əlavə torpaq sahələri
verilir ki, kənd təsərrüfatı sahəsi ilə məşğul
olmaq imkanları olsun. Onu da vurğulayım
ki, bu sahə ilə məşğul olmaq üçün
faizsiz kreditlər də ayrılır. Bunlar
nəzərdə tutulub. Əlbəttə
desəm ki, bununla işsizlik problemi həll olunub, bu, səmimiyyətdən
uzaq olar. Bu problem var, ancaq azdır. Tədircən bu problem aradan qaldırılacaq.
“Şikayətlər
var”
Elman Məmmədov
deyir ki, köçürülmə ilə bağlı təkliflər,
şikayətlər var: “Hər şey razılıqla olur,
heç bir şikayət olmur desəm, bu da qeyri-ciddi olar. Narazılıq var. Otaqların sayına, ailə tərkibinə
görə şikayətlər var. Bu barədə mənə
də müraciətlər olur. Mən də
səlahiyyətlərim daxilində müvafiq qurumlara
müraciət edirəm. Qaçqın və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi də narazılığın aardan
qaldırılması üçün maksimum
çalışır, işləyir”.
Ramid
Bizim Yol.-2013.-12
aprel.-S.13.