Sabirin səbri

 

(Bəşəriyyətin dahi oğlu M.Ə. Sabirin 150 illik yubileyinə)

 

I. M.Ə. Sabirin iman nurundan doğan səbri

                                                                                                                                                                     

Şairəm, səbr şüarımdı, qənaət tacım,

Nəfsimə padşahəm, sahibi fərmanəm mən...

 

 Xalqımizın görkəmli maarifpərvər azad fikirli yazarı, mütəfəkkiri, mücahid-satirik şairi, filosofu, din xadimi, pedaqoqu, alovlu vətənpərvər millətsevəri həm sülhsevər beynəlmiləlçi Mirzə Ələkbər Tahirzadə (Şirvani) (1862-1911) cəmi 49 il ömür sürdü... Həyatının əsasən son bir ilində ağır qaraciyər xəstəliyindən cismi gündən-günə ərisə , cismindəki sağlam ruhu əcəlinə ətalət göstərmədən, əli qələm tutanacan HƏVƏSLƏ yazdı yazdı ("Həvəs", 1911, fevral):

 

Həvəs zövq eylər insani həyatə,

Ətalət cəlb edər şəxsi məmatə...

 

...

Həvəsdən nəş"ət eylər hər fəxarət,

Ətalətdən törər min-min xəcalət...

 

 Xudavəndi-aləmə bağlandığı nuri-İman mərtəbəsinə görə özünü Xaliqin "gerçək aşiqi" sanan İmaməddin Nəsimidən bəlkə geridə qalmayan Mirzə Ələkbər Tahirzadə isminə qoşduğu SABİR təxəllüsünə tam müvafiq olaraq, yuxarıdakı beytində qeyd olunduğu kimi öz yüksək səbri nəfsinə hakimliyi ilə minlərlə əhli iman sahiblərinə bir nümunə olaraq bəşər tarixində şərəfli ad qoydu. İ. Nəsimi kimi o da, kor bəsirət gözləriylə cənabi Həqqın nuri-təcəllasini görmək iqtidarında olmayan zahidləri kəskin formada tənqid etməkdən çəkinmirdi:

 

dilini, yum gözünü, zahida

Vird oxu, heç anlama mənasını!

 

 Baxma bir ibrətlə bütün aləmə,

Görmə Həqqin nuri-təcəllasini!

Xüşk ibadətlə, quru zöhdlə,

Anlama sən eşq müəmmasını!

 

Zöhdü öyüb, eyləmə inkari-eşq,

Şəxs bulur eşqlə mövlasını...

 (vird=təkrar-təkrar; nuri-təcəlla=görünən nur)

 

ya:

 

Zahid edərsə eşqdə təkfir Sabiri,

Zahir gözilə Kəbəni bütxanə bilməsin!

(təkfir- kafir sanmaq)

 

M.Ə.Sabirin yaxın dostu, Azərbasycan Ədəbiyyatının görkəmli simalarından biri, "mollanəsirəddinçilərin" rəhbəri Cəlil Məmmədquluzadə DİN cəmi dindarlara (məxsusən müsəlman dininin ardıcıllarına) liberal mövqedə durub, "Sabir bu təxəllüs altında bizim şairimiz deyil",-fikrini ifadə etsə , dərhal bunun ardınca, onun necə yüksək iman etiqad əhli olduğunu da etiraf etməyə məçbur olmuşdur: "Sabir eyni səbr təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki, dünyanın çövr cəfasına," insanların günah məsiyyətinə mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman etiqad əhlinin qismətidir".

Əfsuslar olsun ki, dahi filosof mütəfəkkir M.F.Axundov kimi, C. Məmmədquluzadə müsəlmanların zülmü- cəhalət içərisində boğulmasının əsas səbəblərini bilavasitə İslam dininin, o cümlədən, bu dinin müqəddəs kitabı olan Qurani-Kərimin ziddiyyətlərində axtarırdı. Əslində elə dünən (İslamın Zərdüşt dininə bağlı İran məmləkətinə daxil olduğu vaxtlardan), bu gün kifayət qədər azadfikirli insanlar (məxsusən ateist baxışlı kəslər) son 1400 ildə müsəlman aləmində baş verən cəmi bəla müsibətlərin səbəbini Islam dininin qüsurlarında axtarmağa cəhd etmişlər. Halbuki, digər DİNlər kimi, İslam DİNi Yaradanın təbliğ etdiyi elə bir ideoloji sistemdir ki, orada məcburiyyət yoxdur (bax: Bəqərə:256) haqqı batildən ayırd etmək üçün insana şüur- düşünmək (!) azadlığı verilmişdir. Əlbəttə, bu da bir həqiqətdir ki, DİN-ta qədim dövrlərdən bu günəcən dünya malına uymuş hakim dairələrin onların əlaltıları olan riyakar din xadimlərinin əllərində bir siyasi alətə çevrilmişdir, fəqət, hər dövrün kifayət qədər təqvalı əhli-iman sahibləri (müvafiq) məktəbləri mövcud olmuşdur. Təəsüf ki, M.Ə.Sabirin əziz dostu C.Məmmədquluzdə cəmi dindarları "ölülər", az-çox azadfikirli insanları isə "kefli Isgəndər" obrazı ilə müqayisələndirmişdir. Halbuki, din xadimləri, zahidlər, qəflətdə boğulan siravi müsəlmanlar M.Ə.Sabirin satirik əsərlərinin hədəfi olsalarda, fəqət dövrünün nüfuzlu, təqvalı üləmalarına da yüksək qiymət verilmişdir. Məsələn, şairin Bakı quberniyasının o vaxtki qazisi, görkəmli din xadimi Hacı Məcid Əfəndizadənin vəfatı (1908) münasibətilə yazdığı şeir, qəsidə məqalələri bu gün şövqlə oxunulur o rəhmətlik Ustadının ruhuna min rəhmətlik söylənilir: O vaxtki mətbuatın rəsmən bildirdiyi kimi, "Qazinin matəm mərasimində: M.Ə.Sabirin

 

Ey müsibətzadə dindaşlarım, etdikcə nəzər,

Görürəm mən sizi bir başqa müsibətdə bu gün!"

 

beyti ilə başlanan qəsidəsini bütün məclis əhli beyt-beyt oxuyarıq göz yaşlarını axıtmışlar..."

 

M.Ə. Sabir ustadının ruhuna ərməğan etdiyi digər bir qəsidəsində isə belə deyir:

 

Çünki vücudi-alim bir neməti Xudadır,

Nemət ki, getdi əldən, qan ağlamaq rəvadır!

 

...

İsmin Məcid olurkən məcdin bərməladır,

Sabir müsibətində dildadeyi-bəladır!

 

Təəssüf ki, (məci-san)- C. Məmmədquluzadə dostu M.Ə.Sabirin "Sabir" təxəllüsünü yuxarıda qeyd edildiyi kimi, tamamən dürüst şərh etsə , fəqət ustadının vəsfinə bu qədər yüksək diqqətini dindarlığını heç cürə qəbul etmək istəmir: O, "Molla Nəsrəddin" jurnalında nəşr etdirdiyi "Təəssüf" adlı felyetonunda rəhmətlik üləmanın ünvanına kinayəli iradlar bildirməkdən çəkinmir.

M.Ə.Sabirin vəfatından sonra da C. Məmmədquluzadə dostunun dindarlığını "gülxarlığa sarmaşıq" kimi qiymətləndirir: " ... mən həməvəqt "Sabir" ləfzini bir yanda görəndə eşidəndə belə bir xəyalata cumuram: üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmur qızıl gül tikansız bitmir. bəlkə həmin dünya qanununu təsirindəndir ki, "Hop-hop" kimi ən qiymətli sarmaşıqlar ı da gəlib qarışaydı gərək".

Xeyli təəssüf ki, C. Məmmədquluzadə M.Ə. Sabirin dindarlığını onun gülxarlığına bir sarmaşıq yox, əksinə o gülxarlığa bir "Həqqi-nuri-təcəlla" (Xudanın görünən nur) olduğunu anlaya bilməmişdi, halbuki, elə (özünün) yuxarıda qeyd olunan ilkin sitatından bu anlaşılırdı...

 

Məhz M.Ə. Sabirin ədəbi yaradıcılığının gülxarlığı-onun ixlasla cənabi-Haqqa bağlı olmasından ibarət olub, SƏBRİ o İman nurundan qaynaqlanmışdır:

 

Cənabi-HƏQ o bəhri -bigirani -mərhəmətdir kim,

Ona mülhəq olan insan şərəfyabi-səadətdir!

 (sonsuz mərhəmət dəryası olan Allaha sığınan insan əbədi səadət şərəfini tapmışdır; H.M)

Cənabi Həqqə sığınan hər bir kəs isə onun nemətlərinə (Sabir kimi) daima şükr edər:

 

 Tərk edər kim ki, şükri-neməti-nas,

Etməyir vaqlən Xudayə sepas ...

 

...

Neməti-nasə şükr edən əlhəq,

Həzrəti Həqqə şükr edib mütləq...

 (nas-insan; sepas-təşəkkür; H.M.)

 

 

Ardı var

 

Hilal Məmmədov

 

Bizim Yol.-2013.-20 fevral.-S.12.