Təkərqaraldan, tütəkçalan, zibildaşıyanlar…

 

Azərbaycan uşaq əməyinin istismarına görə fəxr ediləcək pillədə deyil, cəmiyyət problemə biganədir 

 

Bu günlərdə Braziliyada keçirilən Uşaq əməyi üzrə III Qlobal konfransda Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanov iştirak ediblər.

Səfirlikdən verilən məlumata görə, konfransın əsas məqsədini Beynəlxalq Əmək Təşkilatının 182 saylı Konvensiyasına uyğun olaraq 2016-cı ilə qədər uşaq əməyinin istismarının aradan qaldırılması sahəsində müzakirələr aparmaq, ölkələr regionlar arasında təcrübə mübadiləsini genişləndirmək uşaq əməyinin ən pis formalarının aradan qaldırılması sahəsində əməkdaşlığı gücləndirmək təşkil edirdi.

          Konfransda A.Sofiyeva mövzu ətrafında çıxış edərək konfrans iştirakçılarına Azərbaycanın bu sahədə həyata keçirdiyi işlər əldə etdiyi nailiyyətlər, eləcə ölkəmizdə uşaq hüquqları sahəsində mövcud qanunvericilik barədə məlumat verib.

Bundan əlavə, komitə sədrinin müavini Braziliya qadın məsələləri üzrə nazir müavini Lourdes Maria Bandeira ilə görüşüb. Görüş zamanı Azərbaycan və Braziliya arasında qadın məsələləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, nümayəndə heyəti ilə Braziliya parlamentinin Deputatlar Palatasındakı Braziliya-Azərbaycan dostluq qrupunun üzvləri arasında tanışlıq görüşü keçirilib və Azərbaycanda ailə, qadın və uşaq məsələlərində mövcud vəziyyət haqqında məlumat verilib

Küçələrdə maşın yuyanlar

Sirr deyil ki, Azərbaycanda uşaq əməyi geniş yayılıb. Yerli və beynəlxalq təşkilatlar hər il ölkəmizdə əməyə cəlb edilən uşaqların sayı ilə bağlı fərqli rəqəmlər səsləndirsə də, indiyə kimi rəsmi statistika aparılmayıb. Hökumət ölkəmizdəki yoxsulluq səviyyəsinin aşağı olduğunu nə qədər tez-tez iddia etsə də, reallıqda heç də belə deyil. İctimai nəqliyyat vasitələrində pul yığan, maşın yuyan, küçələrdə avtomobillərin təkərini qaraldan, pəncərələrini silən, bazarlarda araba çəkən, yük daşıyan, yeməkxana və çayxanalarda ofisiant, çaypaylayan, qabyuyan, kənd təsərrüfatında çoban, pambıqyığan, küçələrdə boş şüşə yığan, zibilxanalarda metal toplayan, küçələri təmizləyən oğlan və qız uşaqları az deyil. Amma bunlar uşaq əməyinin yayıldığı bütün sahələr deyil.

Qeyd edək ki, azyaşlı uşaqların istismarı hallarına şadlıq evlərində çox rast gəlinir. Şadlıq evlərində azyaşlılara xüsusi paltarlar geyindirərək qapı ağzında saxlayırlar ki, onlar zala daxil olan anda gəlinlə bəyin ayağı altına gül səpsinlər. 5-10 nəfərdən ibarət balaca “mələklər” isə çox zaman valideynlərinin təhriki ilə toydakı şou-proqramlarda da iştirak edirlər.

Sahibkarlar ailələrin maddi vəziyyətinin ağırlığından sui-istifadə edərək belə hallara əl atsalar da, təəssüf ki, bu vəziyyətin aradan qaldırılması istiqamətində heç bir təşəbbüs göstərilmir. Bəzi hallarda uşaq əməyinin istismarını yoxsulluq səviyyəsinin yüksək olmasıyla əlaqələndirirlər. Yəni yoxsul ailələrin uşaqları valideynlərinə kömək üçün işləyirlər. Sahibkarlar isə uşaq əməyindən istifadədə maraqlıdırlar, çünki, uşaqlar öz hüquqlarını bilmirlər. Azərbaycanda əməyə cəlb edilən uşaqların sayı ilə bağlı fərli rəqəmlər səslənir. Rəsmi statistika isə yoxdur.

Qanuna görə…

Milli Məclisin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə etdiyi dəyişikiliyə əsasən, 15 yaşına çatmamış şəxslərin sahibkarlarla bağladığı müqavilə etibarsız sayılır. 15 yaşına çatmamış şəxslərin əməyini istismar edənlər isə inzibati qaydada cəzalandırılmalıdırlar. Ancaq 16 yaşına çatmış şəxslər valideynlərinin icazəsi ilə sahibkarla müqavilə bağlayaraq çalışa bilər. Sahibkarlar isə uşaq əməyindən istifadədə maraqlıdır. Çünki çalışan uşaqlara həm az maaş verilir, həm də sahibkar azyaşlıların əməyinə görə dövlətə vergi verməkdən yayınır.

Bir şeylə özümə təsəlli verirəm ki…”

Bizim bu yazımızınqəhrəmanıda uşaq əməyinin istismarına məruz qalmış şəxsdir. Onun 16 yaşı var. Adını demək istəmədi. O, maşın yumaqla, bazarlarda araba çəkməklə, yük daşımaqla məşğul olduğunu bildirdi. İndi isə təmizlik işi ilə məşğuldur. Biz onun adını şərti olaraq Ayxan adlandırırıq.

Bir bacım var, anam xəstədir. Evimizdə danışanda eşıtmişəm ki, atam balaca olanda bizi atıb gedib. Ona görə işləyirəm. bacım, mən məktəbə gedirik. Gecəyə qədər küçələrdə tütək çalıram, pul verənlər olur verməyənlər ” - Ayxan deyir.

O evə çörəkpulu aparmaq üçün müxtəlif illərdə fərqli işlərlə məşğul olduğunu bildirir. Ötənlərdən danışarkən həm utanır, həm kövrəlir, həm qəzəblənirdi. Ondan bunun səbəbini soruşduqda, ətrfa göz gəzdirib, “bilmirəmdedi. Ancaq gözlərindən belə oxunurdu ki, uşaqlığını yaşamamaqda cəmiyyəti, hökuməti şiddətlə qınayır, onlara qarşı qəzəbliydi.

Ayxan sosial qayğı ilə əahtə olunmadığını bildirdi: “Qayğı olarsa, mənim burda işim var, mən öz zamanımı yaşayaram. Daha böyüklər kimi pul qazanmaram. Mən bir şeyə baxıb təsəlli tapıram. Bəlkə bu təsəlli olmalıdır. Amma, təsəlli olaraq düşünürəm. Belə ki, toy evlərində azyaşlı uşaqların işlədiyini görürəm. Yəqin ki, siz Bakının bir çox şadlıq evlərinin şou-proqram menyusunda gəlinlə bəyin azyaşlı uşaqlardan ibarət mələklər qrupu ilə qarşılanmasının şahidi olmusunuz. Bax mən, bu azyaşlı uşaqlara baxıb deyirəm: onlar pul qazana bilirlərsə, mən necə qazanmayım axı? Əslində bu sualın özü bir absurdur. Mən özümə bu sualı verməməliyəm, mən qayğı ilə əhatələnməliyəm”.

Uşaq özünü lazım olmayan şəxs kimi hiss edir

QHT Alyansı idarə heyətinin sədri Nazir Quliyev deyir ki, onlar ailə mühitindən kənar düşmüş uşaqlarla məşğul olurlar: “Bu uşaqların həyatı üçün bir çox problemlər yaranır. Uşaqlar təhsil ala, sağlamlıqlarının qeydinə qala bilmirlər. Onlarda yoluxucu xəstəliklərin yayılması riski daha böyükdür. Araşdırmalar bu cür uşaqların zorakılığa məruz qalma hallarının geniş yayıldığını da göstərir. Xarici ölkələrdə bu sahədə bir çox tədbirlər aparılır, onlar üçün xüsusi mərkəzlər yaradılır. Psixoloji vəziyyətlə əlaqədar ailə mühitindən kənar düşmüş uşaqların əsas probleməri öyrənilir, uşaqların bu vəziyyətə düşməsinin qarşısının alınması üçün, ailəyə dəstək proqramları icra olunur. Təəssüf ki, belə mərkəzlər Bakıda barmaqla sayılacaq qədərdir. Regionlarda isə belə mərkəzlər yoxdur. Bu uşaqlar üçün sosial yardım xidmətləri yaradılmalıdır. Həmin uşaqlara psixoloji, tibbi xidmət göstərilməlidir. Bunlar yalnız beynəlxalq təşkilatların həyata keçirdiyi proqramlar çərçivəsində yox, dövlətin sosial sifarişləri nəticəsində həyata keçirilməlidir. Hesab edirəm ki, bu işdə icra qurumlarının, bələdiyyələrin rolu güclənməlidir. Çünki küçədə yaşayan uşaqların problemi bir anlıq həll olunan məsələ deyil, davamlı olaraq baş verən prosesdir. Bu uşaqlara da davamlı olaraq xidmət göstərilməlidir. Məsələnin köklü həlli isə onların küçələrə düşməsinin birdəfəlik qarşısını almaqdır”.

N.Quliyev qonşu ölkələrin təcrübəsinə nəzər salmağın vacibliyini qeyd etdi: “ABŞ Dövlət Departamentinin hesabatında, BMT-nin Uşaq Komitəsinin 3 Fevral 2012-ci ildə Azərbaycanla bağlı tövsiyəsində küçədə yaşayan uşaqlarla bağlı məsələlər müzakirə edilib. Sosial problemli təhlillərin aparılması, eyni zamanda onların ailəyə qaytarılması prosesində dövlət orqanlarının böyük rolu var. Avropa ölkələrində küçədə tapılan uşağın ailəsinə qaytarılmasıyla bağlı proqramlar mövcuddur. Yəni, uşağın bioloji ailələrə qaytarılması mümkün deyilsə, həmin uşaqların küçələrdən uzaqlaşdırılması üçün qəyyumluğa götürülməsi həyata keçirilir. Ümumiyyətlə, küçəyə düşmüş uşaqların çoxu boşanmış ailələrin uşaqlarıdır. Bütün bunlar onların psixologiyasına çox pis təsir edir. Uşaq həmişə özünü cəmiyyətdən kənar, lazım olmayan şəxs kimi hiss edir”.

Uşaq əməyinin istismarının qarşısı alınacaq?

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasındaUşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı” (2013-2015-ci illər) imzalanıb. ƏƏSMN-in mətbuat xidmətindən verilən məlumata görə, planın imzalanması nəticəsində uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı ilbəil azalacaq. Bildirilir ki, 2012-ci ildə 5 hal, cari ilin birinci yarimilində isə 3 hal təşkil edib.

Nazirlikdən verilən məlumata görə, əmək hüquqlarının təminatı ilə bağlı bir sıra məsələlərin həllində sosial tərəfdaşlarla, aidiyyəti dövlət orqanları ilə birgə əlaqəli fəaliyyət mexanizmi qurulub. Hələ ötən ilin yanvarında Azərbacyanda sosial partnyorlar arasında Təhlükəsiz Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılıb. Həmçinin Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi Dövlət Miqrasiya Xidməti tərəfindən birgə fəaliyyət planı hazırlanıb yaxın günlərdə təsdiq ediləcək.

İmzalanan sənəddə əksini tapan tədbirlər yalnız iki dövlət qurumu arasında deyil, digər aidiyyatı dövlət və qeyri-hökumət təşkilatlarının cəlb olunması ilə həyata keçiriləcək. Avropa İttifaqının Tvinninq Layihəsi çərçivəsində hazırlanmış Tədbirlər Planı bu mötəbər beynəlxalq təşkilatın daha bir aktual sahədə-uşaq əməyinin istismarının qarşısının alınması sahəsində ölkəmizə verdiyi dəstəkdir. Plan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Tvinninq layihələri çərçivəsində keçən ilin iyun ayında “Uşaq əməyi" mövzusunda keçirdikləri dəyirmi masada əldə olunan razılaşmaya uyğun hazırlanıb.

 

 

Ramid

 

Bizim yol.-2013.- 2 noyabr.- S. 13.