Tarixi kataklizmlərin məhsulu - “küçə uşaqları”

 

Kəmalə Ağayevə: “İnsan alverçiləri öz qurbanlarını ən zəif təbəqələrdən seçirlər

 

Azərbaycan Uşaqlar Birliyi (AUB) 20 ilə yaxındır ki, respublikamızda fəaliyyət göstərir. AUB ölkəmizin müstəqillik qazandığı dövrdən bu günə kimi müxtəlif sahələrdə çalışmış, mövud problemlərin həll edilməsinə tövhəsini vermişdir. Əvvəllər daha çox qaçqın və məcburi köçkün uşaqların sosial-iqtisadi durumuna yönəlmiş işlər görürdüksə, hazırda daha geniş spektrdə çalışırıq - o cümlədən uşaq hüquqları, könüllülərlə , istedadlı yeniyetmələrin axtarılıb tapılması, təhsil, səhiyyə, ətraf mühitlə əlaqədar fəaliyyətlərə dəstək, həmçinin son illərin ciddi probleminə çevrilən uşaq əməyinin istismarı ilə mübarizə, insan alverinin detalı olaraq uşaq alverinin qarşısının alınmasına istiqamətlənmiş layihə və proqramları icra edirik”.

Bu sözləri “Bizim Yola AUB-un rəhbəri Kəmalə Ağayeva bildirdi. Onun sözlərinə görə, AUB-un önəm verdiyi məsələlərdən biri də, ailə zorakılığına qarşı mübarizə və küçə uşaqları ilə işdir: “Bununla əlaqədar təşkilatımız yerli dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir və onların dəstəyi ilə sözügedən məsələnin həlli üçün 5 ilə yaxındır intensiv görür ki, nəticə olaraq, 2007-ci ilin sonundan AUB nəzdində Uşaq Sığınacağı yaradılmışdır. “Facebook” adresimizdə həmin sığınacaq barədə geniş məlumat ala bilərsiniz (<http://www.facebook.com/groups/azchild>). Orada, siz həmçinin AUB haqqında, onun indiyə kimi icra etdiyi layihələr, iştirakçısı olduğu konfrans, seminars. təbdirlər, AUB-un layihə və tədbirlərinin bir qismini əks etdirən fotolar, donor və tərəfdaşlarımız barədə məlumatla və müvafiq digər inasiyalarla tanış ola bilərsiniz.

Azərbaycan Uşaqlar Birliyi ölkəmizin uşaq və yeniyetmələrinin xoşbəxt gələcəyi naminə əməyini əsirgəməyən hər bir qurum və fərdi şəxslə əməkdaşlıq etməyə hazırdır. Çünki, hər bir uşaq xoşbəxt olmağa layiqdir”.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri bildirir ki, uşaq hüquqlarının müdafiəsinin ali təminatçısı Azərbaycan Respublikasının Konstitusiyasıdır: “Konstitusiyanın 17-ci maddəsinin üçüncü, dördüncü, beşinci və altıncı bəndi, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olduğunu, onların hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etdiyini təsbit edir. Eyni zamanda, uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilməsi, 15 yaşına çatmamış uşaqların işə götürülməsi qadağan olunur. Qeyd edim ki, uşaq hüquqlarının qorunması məsələsi qanunvericiliyimizdə öz əksini kifayət qədər əhatəli şəkildə tapıb. Lakin Konstitusiya uşaq hüquqlarının daha ali səviyyədə qorunmasını təmin edirbunu dövlətin qarşısında bir vəzifə kimi qoyur”.

Bu bəla bizdən də yan keçməyib”

K.Ağayeva bildirir ki, bu gün bütün dünya cəmiyyətlərinin əsas sosial bəlalarından birinə çevrilmiş insan alveri problemi Azərbaycan cəmiyyətindən də yan keçməyib: “Müasir köləlik sayılan insan alveri artıq transmilli mütəşəkkil cinayətkarlığın növlərindən biridir. 2009-ci ilin 6 fevral tarixində Prezidentİnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Proqramı”nı təsdiq edib. Sənəddə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı profilaktik tədbirlər, maarifləndirmə işlərinin aparılması öz əksini tapır. Qeyd edim ki, bu proqram insan alveri sahəsində mübarizə aparan dövlət strukturlarının işçi qrupları ilə razılaşdırılıb və onların təcrübəsindən yararlanaraq plan işlənib hazırlanıb. Beynəlxalq hüquqa görə, insan alveri insanların istismar məqsədi ilə daşınması, ötürülməsi, gizlədilməsi, zor tətbiqi ilə hədələmə, yaxud zor tətbiq etmək, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və vəziyyətdən sui-istifadə etmək yolu ilə oğurlanmasıdır. “İnsan alveri ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda insanların istismarı - məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi kimi müəyyən edilmişdir. İnsan alverçiləri öz qurbanlarını cəmiyyətin ən zəif təbəqələrindən seçirlər”.

 

Biz onlara tez-tez küçələrdə, metrolarda rast gəlirik...”

Həmsöhbətimizin dediyinə görə, müxtəlif qanunlarda uşağın ailə və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edən ayrı-ayrı müddəalar mövcuddur: “Amma bütün bu məsuliyyət dövlətin üzərinə qoyulursa, onda ailə nədən ötrüdür? Problemin kökündə ailənin biganəliyi, uşaqla şəxsi əmlakı kimi davranılmasının nəticəsi durur. Mənə elə gəlir ki, qanunlar birər-birər ailələrə şamil olunmalı, ailələr ayrı-ayrılıqda hüquqi maariflənməyə cəlb olunmalı, qanunvericiliklə və uşaq hüquqları ilə bağlı onlarla aparılmalıdır. Ailə-məktəb birliyi sıxlaşdırılmalıdır. Bu gün təlim-tərbiyə müəssisələri ilə ailələr arasında bağlılıq çox zəifdir. Ailə məktəbə üz tutmur, çünki üzərinə qoyulacaq missiyalar onun ürəyincə deyil, daha doğrusu, məsuliyyət hiss etmək istəmir. Bu isə öz növbəsində məktəbin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə yol açır. Arada əziyyət çəkən, tərbiyəsi nəzarətsiz qalan, hüquqları pozulan isə uşaqlardır. Biz hüquqları pozulan uşaqlara tez-tez küçələrdə, metrolarda rast gəlirik. Belələrinin arasında dilənənləri də var, oğurluq, quldurluq edənləri də. Azyaşlı uşaqların istismarı hallarına şadlıq evlərində də çox rast gəlinir. Şadlıq evlərində azyaşlılara xüsusi paltarlar geyindirərək qapı ağzında saxlayırlar ki, onlar zala daxil olan anda gəlinlə bəyin ayağı altına gül səpsinlər. 5-10 nəfərdən ibarət balaca “mələklər” isə çox zaman valideynlərinin təhriki ilə toydakı şou-proqramlarda da iştirak edirlər.

Küçə uşaqlarının hamısının məqsədi birdir: yaşamaq uğrunda mücadilə

Ümumiyyətlə, “tərbiyəsizlər” termini ilə anoloji məna daşıyan “küçə uşaqları” termini pedaqoji ədəbiyyatda ilk dəfə ötən əsrin 20-ci illərindən sonra işlənməyə başlanıb. Araşdırmalar göstərir ki, “küçə uşaqları” bütün zamanlarda tarixi kataklizmlərin məhsulu olub. Azərbaycan Uşaqlar Birliyinin küçə uşaqları arasında apardığı araşdırmalar da göstərir ki, bu sahədə vəziyyət nəinki dəyişmir, hətta getdikcə daha da pisləşir. Tədqiqatlar göstərir ki, “küçə uşaqları” cəmiyyətin sosial dərinliyinə aid olan təbəqədir. Bu uşaqların həyatı üçün bir çox problemlər yaranır. Uşaqlar təhsil ala, sağlamlıqlarının qeydinə qala bilmirlər. Onlarda yoluxucu xəstəliklərin yayılması riski daha böyükdür. Araşdırmalar bu cür uşaqların zorakılığa məruz qalma hallarının geniş yayıldığını da göstərir. Azərbaycanda uşaq əməyi geniş yayılıb. Yerli və beynəlxalq təşkilatlar hər il ölkəmizdə əməyə cəlb edilən uşaqların sayı ilə bağlı fərqli rəqəmlər səsləndirsə də, indiyə kimi rəsmi statistika aparılmayıb. Hökumət ölkəmizdəki yoxsulluq səviyyəsinin aşağı olduğunu nə qədər tez-tez iddia etsə də, reallıqda heç də belə deyil. İctimai nəqliyyat vasitələrində pul yığan, maşın yuyan, küçələrdə avtomobillərin təkərini qaraldan, pəncərələrini silən, bazarlarda araba çəkən, yük daşıyan, yeməkxana və çayxanalarda ofisiant, çaypaylayan, qabyuyan, kənd təsərrüfatında çoban, pambıqyığan, küçələrdə boş şüşə yığan, zibilxanalarda metal toplayan, küçələri təmizləyən oğlan və qız uşaqları az deyil. Amma bunlar uşaq əməyinin yayıldığı bütün sahələr deyil.

Ailənin iqtisadi vəziyyətinin qabardılması əksər hallarda məsuliyyətdən sığortalanmaq məqsədi güdür. Amma təcrübə göstərdi ki, bu əsas deyil. Biz küçə uşaqları ilə işləyən təşkilat olaraq uşaqları küçədə dilənən ailələrin altısını himayəyə götürdük. Hər ay ərzaq və paltar təminatlarını yetərincə ödədik. Amma monitorinq zamanı məlum oldu ki, yenə də həmin uşaqlar küçələrdə dilənirlər. Yəni, bu, ailənin həyat tərzidir və ailə cəmiyyət, dövlət qarşısında məsuliyyət hiss etmir”.

100-dən çox uşaq...

AUB sədrinin sözlərinə görə, təşkilat fəaliyyəti üçün maliyyəni daha çox xaricdən alır: “Məsələn, bu illəri ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən “Eşidilməyən Səslər: Uşaqlara Qarşı Məcburi Əməyə Son” adlı layihəsini həyata kçeirdik. Bu layihə ötən il ərzində dilənçiliyə və yaxud məcburi əməyə cəlb edilmiş, əksəriyyəti maşınların yuyulması və digər işlərdə məcburi qaydada çalışdırılan 9-17 yaş arasında olan 100-dən çox uşaq aşkar edilib. Bu uşaqların əksəriyyətinin valideynlərinin nikahı dövlət orqanları tərəfindən qeydə alınmayıb və bu da onların Azərbaycanda doğum şəhadətnamələrinin alınmasına imkan verməmiş, eləcə də sosial təminat, səhiyyə və digər dövlət xidmətlərindən istifadə etmələrinə mane olub. AUB müvafiq sənədlərin alınmasında bu cür ailələrə və uşaqlara köməklik göstərir və sosial təminat və səhiyyə xidmətlərindən yararlanmaq məqsədilə onları müvafiq dövlət idarələrinə yönləndirir. AUB, hazırladığı tövsiyələri müzakirə etmək məqsədilə bir sıra dövlət qurumları ilə görüşlər keçirib”.

 

(Davamı gələn sayımızda)

 

Ramid

 

Bizim yol.-2013.- 6 noyabr.- S. 13.