Vətəndaşlıqdan «çıxarılan» əlillər…
Azərbaycanda fizki imkanları məhdud olanlara əmək qabiliyyətli olanlardan az təqaüd verilir «Birinci qrup əlilə 60 manat pul verirlər.
Dünən Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsi (BŞGİBİ) əlil gənclərin
Şamaxı rayonuna ekskursiyasını təşkil edib. Ekskursiyada 30-a
yaxın əlil, BŞGİBİ-nin nümayəndələri
iştirak edib. Pirqulu kəndinin
Qoşabulaq istirahət mərkəzində əlillər
üçün yemək süfrəsi təşkil edilib.
Çıxış edən BŞGİBİ-nin gənclərlə
iş sektorunun müdiri Zamin Əhmədov bildirib ki, Azərbaycanda
əlillərin şəraitinin
yaxşılaşdırılması dövlətin
qarşısında duran əsas vəzifələrdən
biridir: “Əlillərə göstərilən diqqət və
qayğı, onların işlə təminatı istiqamətində
görülən işlər ildən-ilə artmaqdadır”.
Daha sonra çıxış edən əlillər
onlara yaradılan şəraitə görə ölkə rəhbərliyinə
təşəkkürlərini bildiriblər. Bu gün
dünya əhalisinin təxminən 10 faizini əlillər təşkil
edir. Azərbaycanda isə bu rəqəm 4,8
faizdir. Bunu gənclər və idman nazirinin
müavini İntiqam Babayev deyib. Nazir
müavinin sözlərinə görə, nazirlik əlil gənclərin
asudə vaxtlarının təşkili, yaradıcı
potensialının nümayişi, idmanla məşğulluğu
sahəsindəki uğurlarının təmin edilməsi sahəsində
addımlar atılır. Əlillərin təhsil şəraitini
yaxşılaşdırmaq, onları ali təhsil
müəssələrinə cəlb etmək
üçün Milli Məclisin müvafiq komisiyyası ilə
görüşlər keçiriləcək və problemin həlli
istiqamətində danışıqlar aparılacaq.
«Əlilləri
rayonlarda gəzidirməklə onların problemləri həll
olunmur»
“Əlillərin
problemi dövlətin problemidir, bu, təkcə QHT-lərin
problemi deyil”. Qarabağ müharibəsi
iştirakçısı, Qarabağ Əlilləri və
Veteranları” Cəmiyyəti İctimai Birliyi Nəsimi rayon
şöbəsinin sədri, ikinci qrup əlil Əhməd Rəhmanov
belə deyir. O bildirir ki, əlillərin rayonlarda gəzidirilməsi
ilə əlillərin problem həll olunmur.
İkinci qrup əlilin sözlərinə görə, əlillərin
problemləri həll olunmamış qalır. O yeni təyin olumuş əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümovdan əlillərin gözləntilərinin
olduğunu bildirdi: “Əlillərin bir neçə problemi var.
Birinci problem, əlillərin həyat şəraitinin
yaxşılaşdırlması, konkret pensiya, təqaüd məsələsidir.
Bu gün fiziki qüsuru olan şəxslərin
birinci problemi pensiyalarin həddən artıq
azlığıdır. Məsələn,
hami bilir ki, muharibə əlilləri əsasən 18-25
yaşında cavanlardır. Təsəvvür edin ki, hələ
dünyada heç bir hadisəyə şahid olmamış,
ana, ata qayğısından yeni ayrılmış bir
müharibə əlilinə dövlət 150 manat pensiya verir,
amma uzun müddət vəzifələrdə işləmiş,
min bir yolla ev - eşik alıb oğul - uşağını
böyüdüb boya-başa çatdırmış rütbəli
zabitə bundan 10 dəfə cox pensiya kəsilir. Ədalət bunun harasındadır? Axı 150 manatla bu gənc əlilin qalan həyatı
demək olar ki puç olur. Nə evi var, nə
həyat təcrübəsi. Evlənməyə
bu məbləğlə heç yaxın durmaq olmaz. Belə cıxır ki, öz Vətəni uğrunda
canını verən gənc, əlil olduqdan sonra onun həyatı
sönur. Ümidi qalır ana və ataya.
Bəs əgər onlar da imkansızlıqdan əziyyət
çəkirlərsə?.. Amma mən adam tanıyıram ki, institutu bitirdikdən
sonra bir neçə il hərbidə işləyib,
şübhəli yollarla xəstəlik duzəldib və bu
gün özü sap- sağlamdır və 700 manatdan artıq
pensiya alır. Eynilə də bu problem sadə vətəndaşlarda
da var. Birinci qrup əlilə 60 manat pul verirlər. Sual
olunur: bu əlil nə yeyib nə icməlidir?”.
Həmsöhbətimiz
digər problem kimi əlillərin reabiltasiya, müayinə-müalicə
olunmasındakı çatışmazlıqları
qabardır: «Azərbaycan qanunvericiliyinə görə,
müharibə şəraitində əlil olan vətəndaşlar
pulsuz dərman və müalicə hüququna malikdir. Ancaq gəlin baxaq, qanunvericiliklə reallıq
uyğundurmu? Xeyir, hələ ki, uyğun
deyil. Bu sahədə işlər
görülməlidir. Görülərsə,
əlilik dərəcəsi alanların sayı azalar. Dövlətin bir çox tibb mərkəzlərində,
tutaq ki, rentgen və ya laboratoriyalara pulsuz 5 -10 plyonka və qan
götürməyə iynə verirlər. Məgər bir ay ərzində həkimin o qədər
xəstəsi olur? Həkimə gəldikdə,
deyir ki, qardaş, pulsuz nə vermişdilərsə,
hamısı qurtarıb. Get cibindən al gətir... Şikayət edirsən və bundan sonra baş həkim
həmin mülicə həkimini yanına cağırıb
deyir ki, get öz cibindən al, xəstəni muayinə elə.
Təki səsi yuxarılara çıxmasın...».
Ə.Rəhmanov sual edir ki, axi nəyə görə o,
yaxud başqa birisi qanunun icrası üçün
alçalmalıdır. «Həkim də işinin xətrinə
gedib cibinin puluna nəsə alır, sonra da o pulu başqa vətəndaşlardan
çıxarır. Bütün bu problemlər
isə onu göstərir ki, problemlər vətandaş -
dövlət strukturlarında işin düzgün
qurulmamasının qurbanına çevrilir. Qanunlarımız çox gözəldir, amma gəl
ki, icra etmək istəyən azdır». Birlik
sədri deyir ki, əlillərin problemi bununla bitmir. «Fiziki qüsurlu vətəndaşlarımızın,
məşğuliyyət problemləri var. Amma inkişaf
etmiş ölkələrdə əlil olan şəxslərin
cəmiyyətə, ictimai həyata inteqrasiyası
üçün sistemli işlər görülür”.
25 iş yerindən birini əlil üçün
nəzərdə tutmalıdır, amma…
Əhməd
Rəhmanovun sözlərinə görə, burada ən
mühüm məsələlərdən biri də əlillərin
əmək fəaliyyəti ilə təmin olunmasıdır
ki, həqiqətən də bu sahədə ciddi uğurlara
imza atan ölkələr var: “Baxmayaraq ki, 1992-ci ildən
“Əlillərin sosial reabilitasiyası” haqqında qanun qüvvədədir.
Həmin qanunda kvota müəyyən olunub ki, əlillər
müəssisələrdə işə götürülməlidir.
Qoyulan o çərçivələr daxilində
əlilləri işə götürən müəssisələr
üçün mənfəət vergisindən güzəştlər
də nəzərdə tutulub. Lakin o,
praktikada tətbiq olunmur. Məsələ
ondadır ki, təkcə bu güzəşt sahibkarların əlilləri
işə götürməsi üçün yetərli
deyil. Çünki Əmək Məcəlləsində
əlillər üçün nəzərdə tutulan
imtiyazlar daha çoxdur. Məsələn,
sağlam insanlara nisbətdə əlil işçiyə iki
dəfə çox ödənişli məzuniyyət verilməlidir.
Adi işçiyə 21 gün məzuniyyət
verilirsə, əlil olan işçi üçün bu, 42
gün nəzərdə tutulub. Ona görə
də işə götürənlər əlili işə
götürməkdə maraqlı deyil. Bir neçə il əvvəl sözügedən məsələ
ilə bağlı sənəd hazırladıq. Dövlətə bununla bağlı bəzi variantlar
təklif etdik. Təkliflərimiz nəzərə
alınsa, dövlətin əlillərə yönəlik xərcləri
azalar. Məsələn, bina tikən hər
hansı bir sahibkara orada yaşayacaq əlillər
üçün inşa olunacaq infrastrukturun xərclərini
dövlət ödəməlidir. Adətən
bina inşa olunarkən orada əlillər üçün
infrastrukturun inşasına əlavə xərclər tələb
olunur. Məsələn, əlavə liftlər,
sanuzellər, panduslar, qurğular və s. Bax bunların pulunu
dövlət verə bilər. Sözügedən
infrastruktur əlavə torpaq sahəsi tutacaqsa və həmin
torpaq sahəsi dövlət torpaq fonduna aiddirsə, onu
havayı verməlidir. Yox əgər həmin
torpaq sahəsi özəl mülkiyyətə aiddirsə, onda
onun alınma xərclərini dövlət öz üzərinə
götürməlidir. Yəni bu tipli
stimullaşdırıcı tədbirlər nəzərdə
tutulmalıdır. Bir çox ölkələrdə
bu tətbiq olunur”.
Əlillər
üçün infrastruktur nəzərdə tutulmayıb
Ə.Rəhmanov
deyir ki, yeni tikilən binalarda əlillər üçün
infrastruktur nəzərdə tutulmayıb: “Tək-tək 5
ulduzlu otelləri və prestijli ticarət mərkəzlərini
çıxmaq şərtilə, qalan yerlərdə bu yoxdur. Buna nəzarət edən dövlət sistemi effektiv
deyil. Ümumiyyətlə, binaların təhvil
alınmasına baxan dövlət komissiyası əlillər
üçün infrastrukturun nəzərdə
tutulub-tutulmamasına o qədər də əhəmiyyət
vermir. Sahibkar əlil olan şəxsi
işə götürmək istəsə belə, binanın
infrastrukturu buna imkan vermir. Məsələn,
müəssisə 3 mərtəbəli binada yerləşirsə,
orada əlilin hərəkəti üçün heç bir
şərait yoxdur. Yəni istəsələr
belə, praktiki olaraq bu mümkün deyil. Bakı şəhəri
az qala yenidən tikildi, amma heç bir
binada, küçədə əlillər üçün
infrastruktur nəzərdə tutulmayıb. Bu səbəbdən,
paytaxtımız qeyri-mədəni şəhər sayıla
bilər. Çünki mədəni şəhərlərin
hamısında, bütün binalarda, küçələrdə,
səkilərdə, yeraltı keçidlərin
eniş-çıxışında əlillərin sərbəst
hərəkəti üçün infrastruktur nəzərdə
tutulub. Həmçinin, xüsusi ictimai nəqliyyat
növləri əlillərin daşınmasına xidmət
edir. Bu da nəticə etibarilə əlillərin
əmək fəaliyyəti ilə məşğul
olmasını əhəmiyyətli dərəcədə
asanlaşdırır».
Həmsöhbətimiz deyir ki, Azərbaycan qanunvericiliyində
əlillərin əmək şəraitini
yaxşılaşdırmaq üçün bir sıra
müddəalar öz əksini tapıb. «Bu gün Azərbaycanda
bir çox sahibkarlar əlil olanları işə
götürməkdə həvəsli deyil. Bu da nəticə etibarilə əlil olanların həm
maddi, həm də psixoloji durumuna mənfi təsir göstərir.
Şübhəsiz, təkcə inzibati metodlarla
sahibkarları buna məcbur etmək mümkün deyil. O
zaman nə etmək lazımdır ki, sahibkarlar bunda maraqlı
olsun? Hansısa vergi güzəştləri
edilməlidir, yoxsa əlili işə götürən
sahibkar reklam olunmalıdır?
Dedikcə
yadıma problemlər düşür, əlillərin problemi
bitmir ki… Növbəti bir poblem: biz xarici filmlərdə
görürük ki, sosial xidmətlər əlillərə
baş cəkir və onlarla maraqlanır, bu hətta Azərbaycan
qanunlarında öz əksini tapıb. İcra
hakimiyyətlərini çək-çevir edəndə
görürsən ki, muxtəlif idarə və şöbələr
var ki onlar guya əlillərin problelərilə məşğul
olur və onlara hansısa yardımlarını göstərir.
Gəlin sizinlə siravi bir yataq əlilinin evinə
baş çəkək. Görün, o əlil
həmin adamlar barədə məlumatlıdırmı? Əlbəttə yox. Deməli, həmin
təşkilatlar Dövlətin pulunu haqsız olaraq yeyirlər,
onda bəlkə onları ləğv etsinlər?!”
Ə.Rəhmanov ümid edir ki, yeni nazir Səlim
Müslümov keçmiş nazirin dövründən qalan bu
problemləri həll edəcək.
Ramid
Bizim yol.-2013.- 5
noyabr.- S. 13.