“Cəmiyyət küçə uşaqlarını qəbul etmir

 

Kəmalə Ağayeva: “Heyvan da öz balasını atmaz, amma insanlar öz övladlarını küçəyə atıb gedirlər 

 

Hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında 17 uşaq var. Onların bəzilərinin getməyə yeri yoxdur, bəziləri ilə bağlı sənəd problemi var. Biz uşaqların sənədləri ilə də bağlı müvafiq hökumət qurumları ilə aparırıq. Sığınacağımızda bir yaşından on səkkiz yaşına qədər olan uşaqlar var”, -deyə AUB sədri bildirdi.

Kəmalə Ağayevanın dediklərinə görə, son illər ölkəmizdə uşaqların sosialhüquqi müdafiəsi ilə bağlı bir sıra qanunvericinormativ-hüquqi aktlar qəbul edilib. Həmçinin uşaqların probleminin həlli istiqamətində xeyli görülüb, internat məktəbləri təmir edilib, məktəb və bağçalarda yenidənqurma işləri aparılıb, bu sahədə yeni layihələr hazırlanıb, ölkəmiz bir neçə beynəlxalq konvensiyalara qosulub. Hazırda ölkədə uşaq problemlərilə əlaqədar bir çox hökumət və qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa problemi olan uşaqlara yardım göstərmək məqsədilə bir neçə “qaynar xətt” fəaliyyət göstərir.

“20 nəfərdən çox əməkdaşımız bu yöndə çalışır”

Ancaq bütün bunlara baxmayaraq, ölkədə uşaq problemlərinin həll edilməyən məqamları qalmaqdadır. Əsas problem isə küçə uşaqları ilə baqğlıdır. Məsələnin ən problemli tərəfi odur ki, cəmiyyət küçə uşaqlarını qəbul etmironlara yardım göstərmək istəyən olanda belə, əngəllər yaradılır”, -deyə Kəmalə Ağayeva bildirdi.

Onun sözlərinə görə, Azərbaycan Uşaqlar Birliyinin 20 nəfərdən çox əməkdaşı var: “Bizim sığınacağın mənim adımla bağlanması məndə qıcıq yaradır. Biz böyük bir kollektivik. Hazırda bu kollektivdə 20 nəfərdən çox insan cəmləşib: sosial xidmətçi, audit, hüquqşunas, psixoloq, günərzi və departamentin əməkdaşları, eləcə də yüzlərlə könüllülər var. Mən1998-ci ildən Azərbaycan Uşaq Birliyinə rəhbərlik edirəm. Kimsə mənim işimi görə biləcəksə, mən rəhbərlikdən məmnuniyyətlə gedərəm”.

Öz balalarını küçəyə atıb gedirlər”

Kəmalə Ağayevanın dediklərinə görə, uşaqlara onların yaşadıqları acı ilə bağlı sual verəndə arzuolunmaz hala düşürlər: “Siz gələndə sığınacağa dediniz ki, uşaqlarla söhbət edəsiniz. Mən onu qeyd edim ki, uşaqlar başına gələnləri danışanda həmin o arzuolunmaz anları yaşayırlar. Həmin əzabı yenidən yaşayırlar. Mən istəyirəm ki, uşaqlar bu problemlə bağlı danışmasınlar.

Bu günlərdə sosial şəbəkədə bir şəkil paylaşmışdılar, it ölüm anında balalarına sarılır, balaları onun döşlərindən yapışırlar. Ancaq insanlar öz balalarını küçəyə atıb gedirlər. İnsan qədər vəhşi məxluq tanımıram...

Görülən tədbirlərə baxmayaraq, bu gün hələ də küçələrdə qalan, belə demək mümkünsə, tüfeyli həyat tərzi keçirən uşaqlara rast gəlmək mümknüdür. Belələri adətən “küçə uşaqları” deyə adlandırılır. Küçə uşaqlarının böyük bir qismini internatdan çıxandan sonra ailəyə geri qəbul edilməyən yeniyetmələr təşkil edir. Bəzən isə internat yaşı bitdikdən sonra valideyn uşağı qəbul etmir, gedib onu digər müəssisəyə düzəltdirir. Bu cür sındırılan uşaqlardan gələcəkdə nə gözləmək olar? Onlar özləri valideyn olanda övladlarına belə yanaşa bilərlər”.

 Onda analıq hiss ola bilməz

Kəmalə Ağayevanın sözlərinə görə, bu il ərzində bu sığınacaqdan 100-ə yaxın uşaq keçib. Onlardan bəziləri uzun müddət sığınacaqda yaşayıb. Bəziləri uşaq evlərinə yerləşdirilib, əksəriyyəti valideynlərinə qaytarılıb: “Bundan əvvəl isə mütləq valideynlərlə söhbət edirik. Elə uşaq olub ki, bura gələndə 3-4 gün susub, sonradan öz əhvalatını danışmağa başlayıb. Hər dəfə görmüşük ki, valideyn bilərəkdən uşağının küçələrə düşməsinə səbəb olub. Valideynlər uşaqlarına biganə yanaşırlar, əxlaqsızlıq baş alıb gedir. Teleseriallar qadınların təribiyyəsini pozur. Hansı ki o teleserialda göstərilir ki, qadının uşağı həyat yoldaşından deyil, qonşusundandır. Belə qadın uşağını sevə biməz, qayğısına qala abilməz. Ümumiyyətlə, onda analıq hissi ola bilməz”.

 

Həmsöhbətimiz vurğuladı ki, bu problemin kökündə maddi imkansızlıq yox, ailədaxili zorakılıq, biganəlik dayanır: “Küçə uşaqları adətən oğlanlar olur. Onların valideynlərindən biri əsasən ikinci dəfə ailə qurmuş olur. Çox vaxt bu yeniyetmələr evdə analarının ögey ata tərəfindən təhqir olunmasına dözə bilmir, qalmaqal yaradır. Təəssüf ki, çox qadınlar ərlərinə görə uşaqları atır, münasibətlər normal olmayanda, çıxış yolunu internatlarda görürlər. Xüsusi ilə onu da vurğulayım ki, valideynlər çox vaxt uşaqların təhsilinə biganə yanaşırlar. Ana var, deyir ki, mən 11 il oxumuşam, olub ki, uşağı da oxudum? Bir valideynin bir övladını bağçaya, digərini məktəbə düzəltmişik, dəftər-qələminə kimi alıb vermişik. Səhər durub uşağı məktəbə aparmağın dərdindən yenə uşaqları dərsdən saxlayıblar. Valideyn bilməlidir ki, həyata gətirdiyi uşağın hüququ var - sağlam həyat sürmək, evdə yaşamaq, təhsil almaq vətəndaş kim böyümək hüququ.

Bizim sığınacaqda olan uşaqların da baxça məktəb problemləri olur. Biz dəfələrlə bu porblemlə qarşılaşmışıq. Bağça rəhbərləri bildirir ki, bağçada yer yoxdur. Biz bu problemlə bağlı olaraq Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müarciət etmişik. Müraciətimiz cavabsız qalıb”.

 Sığınacağımızdan 700-ə yaxın insan bəhrələnib

O deyir ki, küçə uşaqları dedikdə tək oğlanlardan söhbət getmir: “Onlar arasında baxımsız şəraitdə olan qızlar da var. Ən pis hal odur ki, küçə uşaqlarının çoxu zərərli vərdişlərə düçar olur. Küçə həyatına üstünlük verən əsasən oğlanlardır. Küçə uşaqlarının adi həyata qaytarılması üçün dövlət strukturları ilə bərabər gərək qeyri-hökumət təşkilatları da müəyyən addımlar atsın. Problemlərdən biri küçə uşaqlarının insan alveri qurbanı olmalarıdır. Onların bəziləri dilənçiliyə, küçə qızları fahişəliyə cəlb olunur. Diqqət yetirsək, görərik ki, küçə uşaqlarının gələcək həyatı cəmiyyət üçün əsl təhlükə mənbəyidir. Bundan xilas olmağın isə ən düzgün yolu nəzarətsiz uşaqların reabilitasiyası üçün müəyyən işlər görməkdir.

Reabilitasiya işləri cərcivəsində uşaqların müayinəsi təşkil olunur. Cəmiyyət küçə usaqlarını qəbul etmir. Bu problem heç kimə sirr deyil. Bizim sığınacağımızdan bu günə qədər 700-ə yaxın insan bəhrələnib. Ən çox dəstəyimiz azyaşlılara olub”.

1924-cü ildən...

Qeyd edək ki, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirilir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Childrens Day) - 1 İyun 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən müəyyənləşib. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günüqeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının ¹836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.

Ümumiyyətlə, 1924 - ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyənnamənin qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən edilmişdir.

Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda "Uşaqlara Yardım Fondu"nun əsasını qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu ilUşaq ilielan olunmuşdur.

Onu da əlavə edək ki, Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi” inşa edilib. 1700 kvadratmetr sahəsi olan mərkəz ən müasir standartlara uyğun tikilib və ən müasir avadanlıqla təchiz olunub. Mərkəzdə uşaqların müalicəsi üçün qum terapiyası, artterapiya üsullarından, müalicəvi vannalardan istifadə edilir. Uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.

Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxusinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloquşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır. Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri də aparılır. Uyğunlaşma tədrisi otağında uşaq və yeniyetmələrin tədrisi oyunoyuncaqlar vasitəsilə əyləncəvi formada həyata keçirilir. Mərkəzdə uşaqların psixolojifiziki imkanlarının qiymətləndirilməsi də həyata keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda müayinə və qiymətləndirmə 3 mütəxəssis - pediatr, nevroloqpsixoloq tərəfindən aparılır.

 

Ramid

 

Bizim yol.-2013.- 7 noyabr.- S. 13.