Daha 45 məcburi köçkün ailəsi mənzil sahibi oldu

 

Flora Qasımova: “Bu yaxınlarda ağır şəraitdə, xüsusi ilə məktəb binalarında yaşayan köçkün ailələri yeni mənzillərlə təmin ediləcək

 

Zöhrab İsmayıl: “Yeni qəsəbələr yaşayış üçün yararlı deyil, orada yerləri yaradılmayıb adamlara təsərrüfat üçün torpaq sahələri verilməyib”Share on facebookShare on twitterShare on email0 

 

İsmayıllı rayonu ərazisində yeni istifadəyə verilmiş 45 ailəlik qəsəbəyə məktəblərdə yaşayan məcburi köçkünlərin köçürülmə prosesi yekunlaşıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən verilən məlumata görə, yeni qəsəbədə 45 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub.

Qəsəbədə mənzillər ailə tərkibinə görə müvafiq rayon İcra Hakimiyyətinin nümayəndələrinin və məcburi köçkün icmalarının nümayəndələrinin iştirakı ilə püşkatma yolu ilə paylanıb. Qəsəbə su, elektrikqaz təchizatı ilə tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb. Bundan başqa, ərazidə 96 yerlik məktəb binası və tibb məntəqəsi də tikilib. Hər bir ailəyə isə 12 sot həyətyanı torpaq sahəsi verilib.

Qeyd edək ki, 2013-cü il ərzində Bakı Dövlət Universitetinin yataqxanalarında və Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmiş 1440 ailəlik məhəlləyə, Mingəçevir şəhərindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə və məktəb binalarında məskunlaşan məcburi köçkünlərin yeni salınmış 502 ailəlik məhəlləyə, Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin Abşeron rayonunun Masazır qəsəbəsində 760 ailə üçün inşa edilmiş şəhərciyə köçürülməsi başa çatdırılıb.

Eyni zamanda, Qəbələ rayonunda turizmin inkişaf etdirilməsi istiqamətində aparılan quruculuq işləri ilə əlaqədar köçürülməsinə zərurət yaranmış obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün rayonun Zarağan bələdiyyəsinin ərazisində inşa edilərək, hələ 2010-cu ildə istifadəyə verilmiş 195 ailəlik məhəllənin ərazisində tikilmiş daha 155 ailəlik 2 ədəd beşmərtəbəli yeni yaşayış binalarına köçürülmə də qısa vaxt ərzində başa çatdırılıb.

Xankəndi köçkünləri üçün orta məktəb

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən daha bir məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi istifadəyə verilib. 300 şagird yerlik məktəb binası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunub. Məktəbin tikintisi bu ilin sentyabrında başa çatdırılıb. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Bütövlükdə 1 hektar sahədə inşa edilmiş 300 şagird yerlik məktəb binasında sinif otaqları ilə yanaşı, idman zalı, akt zalı, laboratoriyalar, fənn kabinələri, kompüter otağı və yeməkxana da yaradılıb.

Xatırladaq ki, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi böyük tarixə malikdir və 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib. Məktəbin gələcəkdə də səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün 300 şagird yerlik yeni binanın tikintisi məqsədi ilə, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci il 30 dekabr tarixdə Sərəncam imzalanıb.

1 köçkün üçün 1100 manat

 

Qeyd edək ki, 2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadrat metr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilib, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub- icma mərkəzi, 28 rabitə evi tikilmiş, 490,6 kilometr yol, 644,0 kilometr su, 1059,0 kilometr hava elektrik, 310,0 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilmiş, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılıb.

Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilib, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilib, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Son 10 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri isə müvəqqəti işlə təmin olunub.

2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü il illə müqayisədə 9 dəfə çoxdur. Bütün bu görülən işlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalıb.

Millət vəkili məcburi köçkünlərlə görüşüb

Bu arada, deputat Flora Qasımova Bərdə və Ağcabədi rayonlarına səfər edərək Xankəndindən olan məcburi köçkünlərlə görüşüb. Öncə Bərdə rayonunda olan Flora Qasımova 105 saylı Texniki Peşə məktəbində müvəqqəti məskunlaşan xankəndlilərlə görüş keçirib.

Görüşdə deputatla bərabər, Bərdə rayon icra hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev və QMKİDK-nın Bərdə rayonu üzrə məsləhətçisi Sərdar Zeynalov da iştirak edib. Həmçinin görüşə Xankəndi sakinləri ilə bərabər, digər işğal olunmuş rayonlarımızdan olan məcburi köçkünlər də qatılıb.

Məcburi köçkünlər üzləşdikləri bəzi çətinliklər barədə məlumat verərək onların həlli istiqamətində dəstək göstərilməsini deputatdan xahiş ediblər. Millət vəkili Flora Qasımova onlarla geniş müzakirə və fikir mübadiləsindən sonra köçkünlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində müvafiq qurumlara müraciət edəcəyini deyib.

Millət vəkili bildirib ki, ölkə rəhbərliyi tərəfindən məcburi köçkünlərə daimi diqqət və qayğı göstərilir. Bərdədə məcburi köçkünlər ücün yeni tkilən 866 mənzildən ibarət 16 ədəd hündür mərtəbəli yaşayış binası bu qayğının bariz nümunəsidir: “Bu yaxınlarda ağır şəraitdə, xüsusi ilə məktəb binalarında yaşayan köçkün ailələr yeni mənzillərlə təmin ediləcək”.

Millət vəkili daha sonra Ağcabədidə olub. Rayonda məskunlaşan məcburi köçkünlərlə görüş zamanı xankəndlilərin mövcud problemləri ilə maraqlanan deputat onların suallarını cavablandırıb. Daha sonra xankəndlilərin fikir və təklifləri dinlənilib.

İş yerləri yaradılmayıb”

Azad İqtisadiyyata Yardım Mərkəzinin (AİYM) rəhbəri Zöhrab İsmayıl məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı hökumətin siyasətinin effektivliyini şübhə altına alır. Onun sözlərinə görə, yeni qəsəbələr yaşayış üçün yararlı deyil. Çünki orada yerləri yaradılmayıb və adamlara təsərrüfat üçün torpaq sahələri verilməyib: “Evlərin vəziyyəti də böyük suallar doğurur. Onların divarları çox nazikdir, bəzi yerlərdə normal su təchizatı sistemi yoxdur. Neft Fondundan bu məqsədlə 800 milyon manata yaxın vəsait ayrılıb və bu vəsaitdən daha səmərəli istifadə etmək olardı”.

Onun fikrincə, kiçik qəsəbələrin əvəzinə 20 minə yaxın əhalisi olan böyük yaşayış məntəqələri inşa etmək olardı və iqtisadi həyatı stimullaşdırmaq üçün sahibkarlarinvestorlar üçün vergi güzəştləri tətbiq eləmək lazımdır. Bu, yeni yerlərinin açılmasına xidmət edərdi.

Çoxmənzilli evlərin inşasına gəlincə, Z.İsmayılın fikrincə, bu, dövlətə baha başa gələcək. Ayrılan vəsaitin məcburi köçkün ailələrinə paylanması və onların özlərinin mənzil alması daha məqsədəuyğun olardı: “Mənzil tikintisi dövlət idarələrinə həvalə olunurbir qayda olaraq, dövlət qurumları tikinti zamanı naməlum səbəblərdən işin dəyərini artırırlar. Əgər adamlara pul versələr, onlar özləri bundan daha səmərəli istifadə edərlər”.

“Məcburi köçkünlər üçün təlim keçirik

Ekspert Rəşad Bayramov bildirir ki, məcburi köçkün gənclərə axtramaq üçün təlimlər, kurslar keçirilir: “Bu sahədə təlimlərimiz olur, mən də təlimçi olarq iştirak edirəm. Məsələn, bu il “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin keçirdiyi “Məcburi köçkün gənclərin karyera quruculuğunun və peşəkarlığının inkişafı” layihəsi çərçivəsində Şəkidə təlim sessiyası təşkil edildi. Təlimlərdə məcburi köçkün gənclərə karyera quruculuğu, ona gedən yol, axtarmaq metodları, müsahibələri, CV, maraq məktublarının hazırlanması, peşəkarlıq imkanlarının artırılması, məşğulluq sahəsində normativ-hüquqi sənədlərin hazırlanması və digər zəruri, maraqlı mövzularda ətraflı məlumat və bilgilər verərək, gənclərin suallarını cavablandırdıq”.

“Büdcədən sosial istiqamətə ayrılan vəsaitlər artırılamlıdır”

Zəngilandan olan məcburi köçkün Nadir Quliyev hesab edir ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün gərəkən adımlar atılmır: “Daha da yaxşısını edə bilərlər. Və bunu tez bir zamanda edə bilərlər. Artıq 20 ildən çoxdur ki, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. İllərdir ki, onlar şəraitsiz, xəstəlik mənbəyi olan yataxanalardabaşqa ictimai binalarda məskunlaşıblar. Uzun illərdən sonra indi onlara ev verilir, ancaq şəraiti yaradılmır. İnsanlar yerini itirirlər. Ev verməklə hökumət işini bitmiş hesab etməməlidir.

Qeyd edim ki, seçkiöncəsi məcburi köçkünlərə verilən müavinətlər 10 faiz artırıldı. Ancaq baxın, bazarda qiymətlər necədir? Artımla bazar qiymətləri uyğunlaşmır. Artım cüzi məbləğ təşkil edir. Məcburi köçkünlərin yemək xərci üçün verilən aylıq müavinətin 2 manatdan da az olan artımı isə yalnız simvolik xarakter daşıyır. Çünki bu artımlar insanların sosial rifahının yüksəlməsinə yönəlməyib. Ümumiyytlə, büdcədən sosial istiqamətə ayrılan vəsaitlər artırılamlıdır”.

 

RAMİD   

 

Bizim yol.-2013.- 12 noyabr.- S. 13.