“Bu insanların travması dərmanla yuyulmaz”

 

Xatirə Səfərova: “Həbsxanadan çıxan insanlarla ciddi aparılmasa, onlar cəmiyyətə zərər verməyə başlayırlar”

         

                Hələ 2009-cu ildən ölkənin dörd rayonunda qadın sığınacaq evlərinin yaradılması nəzərdə tutulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Gəncə, Lənkəran, XaçmazZaqatalada bu cür evlər təşkil olunacaq. Komitədən bildirilir ki, hazırda sığınacaqların açılması ilə bağlı yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində müvafiq işlər görülməkdədir.

İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının konvensiyalarının və digər beynəlxalq sənədlərin müddəalarını rəhbər tutaraq 2004-cü il 6 may tarixli Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər) hazırlanıb. Bu planda qurbanların reabilitasiyası və reinteqrasiyası nəzərdə tutulub. Qurbanlara tibbi, o cümlədən psixoloji yardımın gostərilməsi uzrə proqramlarkompleks tədbirlər həyata keçirilməsi planlaşdırılır.

“Onlar yenidən cinayətkar olurlar”

Qeyd edək ki, insan alverinin qurbanı olan, zorakılığa məruz qalan qadın uşaqlarla bağlı dövlət üzərinə götürdüyü öhdəliyi həyata keçirməyə çalışır. Sirr deyil ki, bu zərərçəkən şəxslərin sosial qayğıya ehtiyacı var, bu insanların psixoloji problemi olur və onların cəmiyyətə reabiltasiyası gərəkdir.

Həmsöhbətimiz, psixoloq Xatirə Səfərovanın sözlərinə görə, travma alan insanların həyata xüsusi bir baxışı olur: “Travma alan insanlar iki tipə ayrılır. Birinci qrup insanların travması gözlə görünmür. Məsələn, bu sizin yoldaşınızdır, tələbə yoldaşınızdır, həyat yoldaşınızdır və s. Ola bilər ki, bu insanlardan hansısa həyatda travma alıb, uğursuzluğa düçür olub, ancaq bu barədə sizə məlumat verməyib, vermək məcburiyyətində olmayıb.

İkinci qrup insanların isə trvavması gözlə görünür. Məsələn, insan həbsxanadan çıxıb. Bu insanların travması hər kəsə məlumdur. Bu insanların həyatında ciddi problem olur, cəmiyyətə yanaşması fərqli olur. Bax bu insanlarla necə işləmək olar? Hər həftə psixoloq onların üzərində aparmalıdır, travmalarını yumağı bacarmalıdır. Travmanı dərmanla yumaq olmaz, eləcə də əməliyyatla da bu mümkün deyil. Həbsxanadan çıxan insanların travması yuyulmazsa, onlar cəmiyyətə zərər verməkdə davam edəcəklər. Kriminal hadisələrə baxırıq, bəzən cinayətkarlar əvvəllər həbsxana həyatı yaşamış insanlar olur. Onların travması yuyulmadığı üçün yenidən cinayətkar olurlar”.

Zərəçəkmişlərlə hansı psixoloq işləyə bilər?

Hökumət və qeyri-hökumət təşkilatlarının nəzərində qadın və uşaq sığınacaqları var və yaradılması da nəzərdə tutulur. Bəs bu sığınacaqlarda fəaliyyət göstərən mütəxəsislər necə, varmı? Mütəxəssislər harada hazırlanır?

Psixoloqun sözlərinə görə, praktik psixoloqun hər bir zərərçəkmişlə işləmək ixtiyarı var: “Amma pedoqoji psixologiya təhsili olan psixoloq cəzaçəkmə müəsissəsindən azad olunmuş şəxslə işləyə bilməz. Bu, mümkünsüzdür. Pedoqoji psixologiya ilə kirminal psixologiyanın fərqi var. Əgər o şəxs kurs keçibsə, məsələn insan alver qurbanları ilə bağlı kurs keçib sertifkat alıbsa, insan alverinin qurbanı olan şəxslə işləyə bilər. Misal üçün, mənə Qızıl Aypara Cəmiyyətindən təqdim edilən sertifat ondan ibarətdir ki, mən sırf itkin düşmüşgirov götürülmüş şəxslərlə işləyə bilərəm. Yəni onlara psixoloji yardım göstərib, zərərçəkmişlərin cəmiyyətə reabiltasiyasında iştirak etmək ixtiyarım var”.

Həmsöhbətimizi tanımaq üçün onu qeyd edək ki, Xatirə Səfərova uşaqlarla işləmək üzrə sertifkatın və Qızıl Aypara Cəmiyyətinin beynəlxalq setifkatının sahibidir. Hazırda magistr təhsili alır.

O deyir ki, Bakı Dövlət Universitetində psixologiya fakütəsi yaradılıb və bu ixtisasın artması nəticəsində cəmiyyətdə psixoloqların sayı artmağa başladı: “Bu say artdıqca onları tanıyan insanların da sayı çoxaldı ki, onlara müraciət etməyə başladılar. Bu gün psixoloqlar KİV-lərdə çıxış edir, telekanallara dəvət olunurlar.

İnsanlar psixologiya elminə dərindən bələd deyillər. Elə bilirlər ki, psoxoloqa dəlilər müalicə edirlər. Ola bilsin ki, buna görə müraciət etməsinlər. İnkişaf edən dövlətlərdə nəinki ailələrin, hətta müəssisələrin, tədris ocaqlarıının da psixoloqları var. Xaricdə ailələrin sırf psixoloq və həkim psixiatrları olur. Son zamanlar baş verən kriminal hadisələr kifayət qədərdir. Buna səbəb isə psixoloji durumdur”.

“Emosiyalı vaxtda insan düzgün qərar ver bilməz”

Xatirə Səfərova deyir ki, bu gün xarici ölkələrdə ailələrin əksəriyyətinin psixoloqu olsa da, Azərbaycanda bu sahədə mövcud durum fərqlidir. Bunun səbəbi isə psixoloqla bağlı yalnış düşüncələrdir: “Ailədə zorakılıq bütün cəmiyyətlərdə ortaq bir problemdir. Zorakılıq, özünü iki yöndə göstərə bilər: fiziki və mənəvi. Mənəvi zorakılıq daha çox zərərlidir və cəmiyyətin ən yaralı yeridir. Əslində, bizim cəmiyyətdə fiziki zorakılıq o qədər də çox faiz təşkil etmir, amma hər halda var. Bu gün əri tərəfindən döyülən qadınlarımız var, zorakılığa mərzuq alan uşaqlar var.

Ailədə baş verən neqativ hallara öz prizmasından baxdıqda başqa cür yanaşsa da, psixoloq müəyyən olunmuş analizlər nəticəsində məsələnin həllini tapacaq. İnsanlar çox zaman öz personasını görə bilmir, bu səbəbdən də problemləri mənfi istiqamətdə həll edərək həllini tapmağa çalışır. Emosiyalı, əsəbi vaxtda insan düzgün qərar verə bilməz. Bu zaman verilən bütün qərarlar yanlışdır. Ancaq psixoloq insanın davranış mexanizmini düzgün istiqamətə yönəldir.

Əcnəbi insanlar başları ağrıyanda belə ilk olaraq həkimə deyil, psixoloqa müraciət edərək səbəbini öyrənməyə çalışırlar. Psixoloq isə öz növbəsində problemin yaranma səbəbini tapır ki, bu zaman insan özünü daha rahat görə bilir. Nəinki o problemə emosional şəkildə yanaşaraq məsələnin neqativ həllini tapır ki, bu isə boşanmalar, eləcə də uşaqların tərbiyəsində mənfi üsulların yaranması, uşaqlarla valieynlərin davranış metodlarında sağlam şəkildə istifadə etməməyə yönəldir”.

“Uşaqlarda getdikcə valideynlərini sevməməyə başlayırlar”

Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı” (2013-2015-ci illər) imzalanıb. Planın imzalanması nəticəsində uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayının ilbəil azalacağı gözlənilir. Bildirilir ki, 2012-ci ildə 5 hal, cari ilin birinci yarimilində isə 3 hal təşkil edib.

Psixoloq Xatirə Səfərova deyir ki, ilk növbədə, uşaq məhəbbət görməlidir: “Uşağın əsas dostu valideynlər olmalıdır. Amma çox təəssüf ki, valideynlər dostluq etməyi bacarmırlar. Bir çox valideynlər uşaqlarını mənəvi cəhətdən öldürürlər. Uşaqlarda getdikcə nifrət hissi oyanır valideynlərini sevməməyə başlayırlar. Nəvazişsiz sevgisiz böyüyən uşaq bütün ömrü boyu özünə qarşı diqqət azlığından əziyyət çəkəcək. Öz növbəsində o da çox çətin ki, başqalarına məhəbbət göstərə bilsin. Ana məhəbbəti heç bir şeylə əvəz oluna bilməz. Elə valideynlər var ki, uşaqlarını nənələrinin tərbiyə etməsini istəyir. Axı niyə nənə? Sənin özünə gəlib? Çox tez-tez bizim Azərbaycan ailələrində rast gəlmək olur ki, evdə ideal təmizlikdir, mətbəxdə ləziz yeməklər hazırlanıb, uşaqlar isə öz başlarına qalıblar. Bütün günü ya oyun oynayırlar, ya mənasız serialları seyr edirlər. Ən pis halda isə uşaqlar küçədə böyüyür tərbiyəni küçə uşaqlarından alırlar. Əksər valideynlər uşaqların əsas ehtiyaclarını yeməkdə, geyinməkdə oyuncaqda görürlər. Ancaq uşaqlar onlardan ünsiyyət gözləyirlər. Gələcəkdə həmin bu uşaqlar etinasız, kobud sözə qulaq asmayan yeniyetmələr olacaqlar”.

Həmsöhbətimiz küçə həyatı yaşayan uşaqlardan da söz açdı: “Metro qatarlarında, stansiyalarında küçə uşaqlarını tez-tez görürəm. Onlara qarşı təbir görülməlidir. Bəzən bu uşaqların polisin gözü qarşısında küçə həyatı sürdüyünün şahidi oluruq. Bu, arzuolunmazdır. Mən bu günlərdə 2 yaşlı uşağın metroda diləndiyinin şahidi oldum, telefonla şəklini çəkdim”.

O qadın polisə şikayət etmir ki…

 

Psixoloqun dediklərinə görə, qadınlar ailədaxili zorakılığın ən çox zərər çəkmiş hədəfidir: “Onlar döyülürlər, söyülürlər, maddi basqı görürlər, təhqir edilirlər, təcavüz edilirlər, yaralanırlar hətta öldürülürlər . Qadının ailədəki zorakılığa dözməsinin bir çox səbəbi var: özünü gücsüz hesab edir, maddi cəhətdən asılıdır, cəmiyyətin qınağından qorxur. Hətta maraqlıdır ki, bəzi hallarda qadın bunu normal hesab edir. Qadın qarşılaşdıqları zorakılıqla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmyə cəsarət eləmir. Zərərçəkən qadın adət-ənənəyə əsaslanaraq polisə şikayət etmir, edərsə, yaxınlarının onu tanıyanların qınağı ilə üzləşəcəyindən narahat olur.

Ailədaxili zorakılıq görən qadınlarda qorxu, yuxusuzluq, kabus görmə, özünü günahlandırma, əziklik, özünə inam hissinin itkisi, kompleks hiss etmə, sinir böhranları, tənhalıq, əsəbilik simptomları üzə çıxır. Bu qadınların bir çoxu həyat yoldaşlarından “ümidi kəsmirlər”, bir gün “düzələcək”ləri ümidiylə yaşayırlar.

Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır. Ana-ata arasındakı mənəvi fiziki basqı altında çox vaxt uşaqlar qalırlar. Valideynlər arasındakı anlaşılmazlıqlardan, davalardan, zorakılıqdan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş, istər fiziki, istərsə mənəvi basqı sərgiləyən hər cür davranış uşaq istismarı deməkdir”.

 

Ramid

 

Bizim yol.-2013.- 13 noyabr.- S. 13.