“Dövlət bütün şəkərli diabet xəstələrinin müalicəsini apara bilmir”

 

Adil Qeybulla: “Müəyyən öhdəlik çərçivəsində işlər görülsə , şəkərli diabetin ağırlaşmış formalarının müalicəsinin həyata keçirilməsində xeyli problemlər var”

 

 BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Diabet Günü münasibətilə müraciət yayıb. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin verdiyi məlumata görə, baş katib müraciətində bildirib ki, hazırda dünyada 350 milyon insan şəkərli diabetlə yaşayır: "Dünyanın hər yerində diabet xəstəliyinə tutulanların sayında artım müşahidə olunurbu xəstəlikdən əziyyət çəkənlər arasında cavanyoxsul insanların sayı artmaqdadır. Bu, çox ciddi problemdir, lakin fərdi və birgə səylərimizlə biz diabetin qarşısını almaq və nəzarət etmək üçün tədbirlər görə bilərik".

Pan Gi Munun sözlərinə görə, bu ilin əvvəlində keçirilən Ümumdünya Səhiyyə Assambleyasında iştirak etmiş ölkələr Qlobal Fəaliyyət Planı qəbul edərək qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması və onlar üzərində nəzarətin artırılması məqsədi ilə artıq çəki və bununla əlaqədar yaranan diabetə tutulma hallarının sayında artımı dayandırmaq üçün dünya ölkələrinə müraciət ediblər: "İnsanların bir qismində irsi olaraq diabetə tutulma təhlükəsi böyükdür. Bu xəstəliyin daha da genişlənməsinin əsasında insanların qeyri-sağlam həyat tərzi, bazarların və qeyri-sağlam qidaların ticarətinin qloballaşması, urbanizasiyanın sürətlənməsi ilə fiziki fəaliyyət üçün imkanların azalması və əhalinin yaşlanması durur. Artıq çəkiyə səbəb olan pis qidalanmafiziki hərəkətin azlığı sonradan diabetin artmasına gətirib çıxaran əsas amillərdir".

Baş katib qeyd edib ki, körpələr və uşaqlar arasında artıq çəkinin azaldılması mühüm əhəmiyyət kəsb edir: "Təəssüflər olsun ki, bolluq içərisində olan dünyamızda bu gün bir çox insanın sağlam qida əldə etməsi üçün imkanlar məhduddur. Ölkələr və icmalar tezasan hazırlanan qidalar əvəzinə, kiçik və ailə təsərrüfatlarını dəstəkləməli, dayanıqlı kənd təsərrüfatını gücləndirməli, insanların sağlam məhsullarla qidalanmasını təşviq etməli və daha fəal fiziki həyat tərzini dəstəkləməlidir. Biz bu xəstəliyin qarşısının alınmasına çalışmaqla yanaşı, həmçinin ehtiyacı olan insanların tibbi müalicəsini həyata keçirməliyik. Diabet xəstələrinin həyatını xilas edən insulin maddəsinin ilk dəfə istifadə olunmasından demək olar ki, 100 il keçməsinə baxmayaraq, dünyada hələ də bu hormonu əldə edə bilmədiyi üçün ölən insanlar var".

BMT rəhbərinin sözlərinə görə, hətta insanların bir çoxu diabetli xəstə olduğunu bilmir: "Gec diaqnozun qoyulması isə ciddi fəsadlara gətirib çıxarır. Tibbi müalicə qəbul etməmiş diabetli insanlar çox hallarda erkən ürəktutma, iflic və böyrək çatışmazlığından dünyasını dəyişirlər. Bir çoxları görmə qabiliyyətini itirərək və ya bədəninin hansısa nahiyəsinin amputasiyası ilə əlilə çevrilir. Dünya ölkələri diabetli insanların lazımi tibbi preparatları əldə etməsi üçün şəraitin yaxşılaşıdırılması öhdəliyini götürüb və növbəti onillikdə buna nail olunması başqa bir hədəfdir. Mən Ümumdünya Diabet Günündə hökumətləri qeyri-yoluxucu xəstəliklərin aradan qaldırılması üçün öhdəliklərə yaxşı əməl etməyə, dayanıqlı qida istehsalı və düzgün qida rasionunun gücləndirilməsinə çağırıram və bütün insanları bu xəstəlikdən qorunması üçün fərdi qaydada mümkün təhlükələri azaltmağa sövq edirəm. Bu, hər bir kəsin daha yaxşı yaşamasına və planetimizin daha da dayanıqlı gələcəyinin olmasına töhfə verə bilər”.

Azərbaycanda 182 min şəkərli diabet xəstəsi var

Qeyd edək ki, diabetya şəkər xəstəliyi kimi tanınan şəkərli diabet - şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağirlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.

Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 2013-cü ilin göstəricilərinə görə 182 min nəfər təşkil edir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda dünyada 371 milyon insanda şəkərli diabet diaqnozu qeydə alınıb. Güman olunur ki, insanların 50 %-i öz xəstəliyi haqqında məlumatsızdır. Bu xəstəliyin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyi qeyri-infeksion epidemiya kimi dəyərləndirir.

Qeyd olunub ki, Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır: “Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun tətbiq edilməsi barədə ölkə Prezidentinin fərmanına uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilib. Növbəti illər üzrə Nazirlər Kabinetinin qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib”.

“Dövlət daha çox görə bilər”

Professoru Adil Qeybullanın sözlərinə görə, dövlət öz üzərinə götürdüyü öhdəliyi həyata keçirə bilir: “Ancaq dövlət şəkər xəstələrinin müalicəsi üçün daha yüksək tədbirlər görmək iqtidarındadır. Qanuna əsasən, şəkərli diabet xəstələrinin müayinə və mülaicəsi dövlət hesabına həyata keçirilir. Bu xəstələrin hamısı olmasa da, çoxu dispanser uçotda olurlar. Çünki onlara şəkərin qeydiyyatını aparmaq, bir növ onlara nəzarət etmək üçün qlükozlar verilir. Həmin qlükozlarla da xəstə mütəmadi olaraq öz şəkərini təyin edə bilir. Həmçinin şəkərli diabet xəstələrinin diaqnozu qoyulduqdanonlar dispanser uçota götürüldükdən sonra artıq dərman preparatları ilə təmin olunmalıdır. Bu da ilk növbədə insulindən asılı olaraq insulin, onun müxtəlif formaları və şəkərin mübarizəsinə təsir edən və onu normallaşdıran müxtəlif həb formaları xəstəliyindən ibarətdir. Xəstə bu dərmanlarla mütəmadi olaraq təmin olunmalıdır. Əslində mən xəstələrlə maraqlanıram və bu xəstələrin əksəriyyəti qeydiyyatdan keçdikləri dispanserlərdən dərmanlarını alıb istifadə edirlər. Və onların ayda bir neçə dəfə yoxlanılması da bəzən dispanserlərin hesabına həyata keçirilir. Prioritet olaraq xəstə özübu imkana malikdir ki, dərmanları da onlar pulsuz olaraq şəkər xəstələri üçün nəzərdə tutulan müvafiq apteklərdən ala bilərlər. Yəni hazırki vəziyyət belədir. Sirr deyil ki, bu xəstələr üçün yüksək səviyyəli dövlət təminatı, reabilitasiya, xüsusilə də şəkərli diabetin ağırlaşmış formalarının müalicəsinin həyata keçirilməsində xeyli problemlər var. Hələ şəkərli diabetin ağırlaşmış formalarının müalicəsi üçün külli miqdarda vəsait lazımdır. Dövlət bütün xəstələrin müalicəsini apara bilmir. Amma hesab edirəm ki, sığorta təbabəti tətbiq olunsa, belə problemləri həll etmək olar”.

“6 aydan bir yoxlanılmalıdır”

Adil Qeybulla bildirdi ki, bu xəstəlik tək Azərbaycanda yox, bütün dünyada ildən-ilə artmaqda davam edir: “Xəstəliyin artma səbəbləri hələ elmə dəqiq məlum deyil. Daha çox oturaq həyat tərzi, piylənmə, ekoloji problemlərlə əlaqəlidir. Ətraf mühit, yediyimiz qidalar da burada az rol oynamır. Bu xəstəlik əsasən irsən keçir. Ən böyük risk qrupu artıq çəkili adamlar, oturaq həyat tərzi keçirənlərdir. Uşağın 4 kilodan artıq doğulması həm anada, həm də uşaqda diabet yarada bilər. Sözügedən xəstəliyə daha çox 30-40 yaşdan sonra təsadüf olunur”.

Ekspert genetik amillərin şəkərli diabeti yaradan səbəblərdən biri olduğunu dilə gətirdi: “Şəkərli diabet qanda və sidikdə şəkərin artması, arterial təzyiqin yüksəlməsi, qandakı lipitlərin çoxalması ilə xarekterizə olunur. Xəstəlik irsən də keçə bilər. Bu xəstəlikdən əziyyət çəkənlərin vəziyyəti pisləşərsə, həmin an həkimə müraciət etmək lazımdır. Pəhriz saxlanılarsa, daim idmanla məşğul olsalar, həkimin dediyinə əməl olunsa, xəstə özünü heç vaxt pis hiss etməz. Onu da deyim ki, bu risk qrupunda olanlar və qohumlarında şəkər xəstəsi olanlar da 6 aydan bir yoxlanılmalıdır”.

Nə yeməli və nədən uzaq olmalı?

Həmsöhbətimiz bildirir ki, bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır: “Onlar kartofu kabab kimiya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir. Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər. Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər. Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biriportağalya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir. Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir”.

 

Ramid

 

Bizim yol.-2013.- 16 noyabr.- S.13.