Uşaqlarla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir”

 

Nabil Seyidov: “Uşaqlara qarşı zorakılığa səbəb olan faktorlardan biri uğursuz ailənin sosial vəziyyətidir

 

Bakıda “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolumövzusunda keçirilən konfransda çıxış edən əmək və əhalinin sosial müdafəsi nazirinin müavini İlqar Rəhimov bildirdi ki, sosial təhlükəli vəziyyətdə olan uşaq və gənclər üçün bir çox tədbirlər görülüb: “Yəni risk qrupuna daxil olan uşaqların sosial reabiltasiyası sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın əməli nəticəsində zorakılıq və cinayətin qurbanı olan uşaqlar və gənclər üçün PsixolojiReabiltasiya Mərəzinin fəaliyyətinin genişlənməsinə imkan yaratmışdı. Mərkəz əvvəl Unisefin, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Birtaniyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərirdisə, 2012-ci ilin may ayından isə dövlət sifarişi əsasında fəaliyyət göstərir. Mərkəzdə uşaq hüquqlarının qorunması üçün müəyyən tədbirlər görülür.

Bildirim ki, Mərkəzin nəzdində Uşaq Hüquqları Klinikası və Uşaq Qayanr Xətti də fəaliyyət göstərir. Son iki ildə bu ximdətə 6 mindən çox zəng daxil olub. Bu o deməkdir ki, bu xidmət aktual bir sahəni əhatə edir.

Qeyd olunan mərkəzin məqsədi sosial və təbii fəlakətlər, cinayət, emosional, işgəncə, istismara məruz qalmış və cinsi zorakılığın qurbanı olan uşaqlara və gənclərə psixoloji yardım göstərmək, hüquqlarını və rifahını normal təmin etməkdir”.

“Valideynlərin özləri uşaqlara qarşı zorakılıq edirlər”

Ümidli gələcək” Gənclər Birliyinin sədri Nabil Seyidov bildirdi ki, uşaqlar dövlətin, cəmiyyətin və valideynlərin qayğısı ilə əhatə olunmalıdır: “Uşaqlara qarşı zorakılığa səbəb olan faktorlardan biri, uğursuz ailənin sosial vəziyyətidir. Uğursuz ailələr bir neçə səbəbdən yaranır. İşsizlik, valideyinlərin sağlamlığı, maddi vəziyyət, valideyinlərarası münasibətlər. Belə ailələrin aşkar olunması və onlara zamanında lazımı köməkliyin göstərilməsi, uşaqlara qarşı zorakılıq halarının aradan qaldırılmasına şərait yarada bilər. Bu baxımdan ailələrlə profilaktiki, maarifləndirici işlərin görülməsi çox önəmlidir.

Zorakılğın qurbanları ölkə üzrə krizis, reabilitasiyapsixoloği mərkəzlərdə lazımı yardım əldə edə bilir. Belə mərkəzlərin mütəxəssisləri professional şəkildə məsələyə müdaxilə edərək yeni metodlardan istifadə edir və məsələnin həllinə nail olurlar. Lakin uşaqların zorakılıqdan qorunması poroblemi kompleks problemdirheç cür bir qurumun fəaliyyəti ilə məhdudlaşa bilməz. Belə bir nəticəyə qəlirik ki, bütün adiyyəti tərəflərin birgə fəaliyyəti ilə müsbət nəticə əldə etmək və məqsədə nail olmaq olar.

Uşaq əməyinin istismar olunması, onların zorakılığa məruz qalması, intihar hallarında uşaqların sayının artması məsələləri artıq çoxdan aktual problem səviyyəsinə qalxsa da, hələ ki, bu yöndə effektiv nəticə verəcək tədbirlər görülməyib. Uşaqlara lazımi diqqətin ayrılması, düzgün tərbiyənin verilməsi, onları ətrafdan gələn zərərli təsirlərdən qorumaq getdikcə çətinləşir. Bu gün islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi sayəsində ayrı-ayrı sahələr üzrə müəyyən müsbət nəticələr əldə olunsa da, uşaq problemlərinin həlli ilə bağlı nəzərəçarpacaq irəliləyişlər əldə olunmayıb. Sözügedən problemin həlli ilə bağlı olaraq bildirim ki, uşaqların bir fərd olaraq yetişməsi, problemlərə qarşı müdafiəsinin təmin olunmasında ona verilən tərbiyənin rolu şübhəsizdir. Bu yöndə ilk olaraq valideynin fəaliyyəti göz önünə gəlir. Azərbaycan reallığında bu gün valideyn uşağına lazımi diqqəti ayıra bilirmi və verilən tərbiyə uşağı gündən-günə genişlənən ünsiyyət çevrəsindən gələn təsirlərdən qoruya bilirmi? Təəssüf ki, bu gün sosial və digər sahələrdəki problemlərlə bağlı valideynin ən böyük qayğısı övladının maddi ehtiyaclarını təmin etmək olur. Digər qayğılara məsələn, uşaqların psixoloji vəziyyəti, onların asudə vaxtının təşkili və s. məsələlərə ya vaxt ayıra bilmir, və ya bunu necə edəcəyini belə bilmir. Bir çox hallarda isə valideynlərin özü uşaqlara qarşı zorakılıq edir, hüquqlarını pozurlar”.

 

Problemin səbəblərindən biri də insanların maariflənməməsidir”

Nabil Seyidovun sözlərinə görə, ailədə qadınlara qarşı olan zorakılıq uşağa birbaşa olmasa da, dolayı yolla da təsir edə bilər: “Valideynlər arasında olan narazılıq, boşanma, mübahisə də psixi baxımdan uşaqlara mənfi təsir göstərir. Ailədə zorakılığın şahidi olan uşaqlar çox vaxt elə eyni əlamətdən özləri cismaniya cinsi zorakılığa məruz qalan uşaqlar kimi əziyyət çəkirlər. Atalarının və ya ögey atalarının analarına qarşı zorakı davranışının şahidi olan qızlar, zorakılıq olmayan evlərdəki qızlara nisbətən zorakılığı ailədə evliliyin adi bir halı kimi qəbul edirlər. Digər tərəfdən, eyni zorakılığın şahidi olan oğlanlar, böyüdükdən sonra öz tərəf-müqabillərinə qarşı zorakı olurlar. Bütün bunların qarşısının alınması üçün belə hallarla üzləşənlərin hansı qurumlara müraciət etmələri ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Zorakılığa məruz qalmış uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problemlər yaranır. Yəni uşaqlar sağlam ruhda olmurlar, gələcəkdə özünü bir şəxs kimi görməkdə çətinlik çəkirlər. Nəticədə belə uşaqların ünsiyyət qurmasında da ciddi problemlər yaranır. Onlar cəmiyyət içində, ailədə, məktəbdə rahat ünsiyyətə girə bilmirlər. Belə uşaqlar sağlam düşünə bilmədiyi üçün həmyaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər.

Qeyd edim ki, bu problemin yaranma səbəblərindən biri də insanların maariflənməməsidir. Valideynlər üçün zorakılıq dedikdə ancaq fiziki cəhətdən xəsarət yetirmə anlaşılır. Uşaq hüquqları konvensiyasında və yerli qanunvericlikdə bunun çoxlu formaları qeyd olunur. Qanun demişikən, ölkə qanunlarının uşaqlarla bağlı hissəsində dəyişikliklərə ehtiyac var. Bu sahədə qanunlar beynəlxalq qanunlara uyğunlaşdırılmalıdır. Qlobal problem olan uşaq zorakılığı problemi bizim də ölkədə varbiz bundan narahatıq.

Uşaqların hüququnun pozulması ilə bağlı digər bir fakt bu gün onların əməyinin istismar olunması ilə bağlıdır. Geniş müzakirələr getməsinə, müvafiq orqanların müəyyən tədbirlərə əl atmasına baxmayaraq belə hallar nəinki azalmır, hətta daha da artır. İstər paytaxtda, istər bölgələrdə uşaq əməynin istismarı hallarına tez-tez rast gəlinir. Bakı küçələrində bu gün nəqliyyatın sıx hərəkəti olan yerlərdə maşınların pəncərə və güzgülərini silən, metroların giriş və çıxışlarında salfet satan, dilənən, şadlıq saraylarında rəqs edən uşaqlara yəqin ki, hər biriniz rast gəlmisiniz. Rayonlarda isə uşaq əməyindən daha çox kənd təsərrüfatı işlərində istifadə olunurbu hal tam normal qarşılanır. Lakin əksər hallarda belə fəaliyyət uşağın hüquqlarının ciddi şəkildə pozulmasıdır. Bu onun təhsildən yayınmasına, asudə vaxtının əlindən alınmasına və bəzən hətta sağlamlığına ciddi zərər dəyməsinə səbəb olur”.

Hüquqi məsuliyyət artırılmalıdır”

N.Seyidovun sözlərinə görə, cinsi istismara təkcə böyüklər deyil, uşaqlar da məruz qalır: “Belə bir vəziyyətlə qarşılaşdığınızda mütləq uşaqla birgə mütəxəssisə müraciət edilməlidir. Bu mövzu xüsusilə, son zamanlar son dərəcə aktuallıq kəsb edir. Kriminal xəbərlərə diqqət yetirsəniz, məlum olar ki, ölkəmizdə bu problem mövcuddurheçaz faktlar yoxdur. Hələ ictimaiyətə açıqlanmayan faktlar da var. Cinsi istismara məruz qalan uşaqların ünsiyyətə ehtiyacları olsa da, bunu etmək onlar üçün çətin olur. Bu zaman valideynləri, ətrafında olan şəxslər onunla daha çox ünsiyyətdə olmağa çalışmalı, səmimi yanaşmalıdırlar. Belə olduqda uşaqlar onlara öz hisslərini, yaşadıqlarını danışar, tək olmadıqlarını hiss edərlər. Ancaq, bir çox hallarda uşaqlar bu vəziyyətdə çəkingən, cəsarətsiz davranırlar. Belə olduqda bunu onların davranışlarında da müşahidə edərək görmək olar. Cinsi istismara məruz qalmış uşaqların davranışında aşağıdakı hallar müşahidə olunur: Özünəqapanma, əsəbilik (tez-tez hirslənmək), aqressivlik, iştahanın kəsilməsi, yatmağa meyl, səbəbsiz və tez-tez ağlama, çəkingənlik, barmaq əmmə, qarın ağrıları, gecə qorxuları, durğunluq, dostlarından qaçma, məktəb nailiyyətlərində, qiymətlərində geriləmə, həddən artıq təmizkarlıq-təcavüzə uğrayan uşaqlar tez-tez səbəbsiz əllərini yuyurlar, hekayə uydurmaq.

Valideynlər cinsi istismara məruz qalmış uşaqları ilə ehtiyatlı davranmalıdırlar: onlara qarşı soyuqqanlı olmalı, mehribanlıq göstərməli, onun yanında olduqlarını, ona güvəndiklərini ifadə etməli, ona toxunmaqdan çəkinməməli, onların hekayələrinə, dediklərinə inanmalıdırlar. Cinsi istisamara məruz qalmış uşaqlarda psixoloji zərəri minimuma endirmək üçün valideynlər onları bu barədə əvvəlcədən maarifləndirilməlidirlər.

 

Təbii ki, bütün bu neqativ hallar bir çox hallarda daha ağır nəticələrə, hətta inthara da gətirib çıxarır. Bu və digər məsələlərdə nəticə əldə olunmasını istəyiriksə, uşaq müdafiə sistemi gücləndirilməli, mövcud komissiyaların maddi texniki bazasının, kadr potensialının təkmilləşdirilməsinə nail olmalıyıq. Qanunvericilikdə dəyişikliklər olunmalı, hüquqi məsuliyyət artırılmalı, icma əsaslı reabilitasiya mərkəzləri yaradılmalıdır, hansı ki, dünya təcrübəsində zorakılığa məruz qalmış uşaqların müəyyən olunmasında və onlarla aparılması üzrə effektiv nəticələr əldə edirlər. Uşaqlar pozulmuş hüquqları ilə bağlı müraciət etməkdə fəal deyillər. Bu yöndə məktəblərdə xüsusi maarifləndirmə işləri aparılmalıdır”.

 

(Davamı gələn sayımızda)

 

Ramid

 

Bizim yol.-2013.- 21 noyabr.- S. 13.