Azərbaycanda demoqrafik problem gözlənilir

 

Aynur Sofiyeva: “Televiziya verlişlərində uşaq hüquqları pozulur

 

Bakıda “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolumövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva bildirdi ki, uşaq hüquqlarının müdafiəsi bu gün bəşəriyyəti maraqlandıran və düşündürən məsələlərdəndir: “Azərbaycanda da uşaq məsələləri prioritet istiqamətlərdəndir. Ölkədə erkən nikahın qarşısını almaq üçün nigah yaşının qaldırılması, uşaq problemləri, ailə-nigah institutu ilə bağlı təhlillər aparılır. Buya digər işlərin görülməsi mövcud sahədə uğurlu nəticələrin əldə olunmasına səbəb olur. Bunlar statistik nəticələrdə də özünü göstərir. Azərbaycanda anauşaq ölümünün, məişət daxilində uşaqlara qarşı zorakılıq faktlarının sayında azalma müşahidə edilir”.

“Gələcəkdə demoqrafik problemin olacağı gözlənilir”

A.Sofiyevanın sözlərinə görə, uşaq zorakılığının qarşısını almaq üçün mütəmadi olaraq hüquqi bazanın üzərində təkminləşmə aparılır: “Elə bu yaxınlarda uşaqların asudə vaxtının təşkili ilə bağlı olaraq Milli Məclisdə müzakirələr oldu. Dövlət proqramlarında da ailə və uşaq məsələləri ilə bağlı komponentlər nəzərə çarpır. Uşaqların əməyə cəlb olunması və təhsildən yayınması ilə bağlı dövlət proqramının icrasını yekunlaşdırdıq. Monitorinq keçirdik. Çox vacib məsələlərdən biri xüsusi dövlət qayğısına ehtiyacı olan uşaqlarla bağlıdır ki, Dövlət Komitəsi bu sahədə də işlər görür. Belə ki, Komitənin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Ölkə Prezidentinin Sərəncamı ilə 2007-ci ildə ŞüvalanGoranboy Mərkəzləri, 2010-cü ilin dekabrında daha 9 mərkəz (Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab) Dövlət Komitəsinin tabeçiliyinə verilib.

Uşaq zorakılığına bir səbəb də erkən nigahdır. Erkən nigahla bağlı apardığımız işləri qənaətbəxş hesab edirik. Ancaq problem qalmaq üzrədir. Rəsmi statistikaya görə, 4300 nəfər 2011-ci ildə erkən nigaha girib. Bu ilə kimi həmin statistik rəqəm 1000 nəfərə qədər azalıb. Uşaqlar arasında intiharların sayı çoxdur. Bununla bağlı Təhsil Nazirliyi ilə bağlı birlikdə planlaşdırırıq. Uşaq hüquqlarının pozulmasında, o cümlədən, internet təhlükəsizliyi məsələsi ilə bağlı problemvar. Bunun həlli üçün beynəlxalq təcrübədən istifadə etmək gərəkdir. Həmçinin televiziya verlişlərində uşaq hüquqları pozulur. Bu sahədə də ciddi görülməlidir.

Bizi narahat edən bir məsələ də, doğulan uşaqların cinsə görə balansının pozulmasıdır. Buna görə, gələcəkdə demoqrafik problemin olacağı gözlənilir. Hazırda 53,6 faiz oğlandır. Bu çox ciddi problemdir. Bu problemin həllində maariflənmə işi aparılmalıdır. Qeyd edim ki, 2012-ci ildə PrezidentinUşaq hüquqlarına nəzarət qaydaları ilə bağlı” sərəncamı işimizi sürətləndirməkdə və başqa qurumlarla komleks şəkildə problemin həllinə dəstək oldu. Uşaq hüquqlarının müdafiəsində işlərimizi davam etdirməkdəyik, bu sahədə bizə dəstək olan hökumət və qeyri-hökumət təşkilatılarına təşəkkürümüzü bildiririk”.

“Övladlarınıza travma yaşatmayın”

Tədbirdə çıxış edən omudsman Elmira Süleymanova bildirdi ki, evin içərisində və uşağın gözü qarşısında baş verən münaqişələr uşaq üçün travmatikdir: “Məhz bu səbəbdən onların yanında münaqişədən, mübahisə etməkdən çəkinmək lazımdır. Bu mübahisələrə şahid olan uşağın yaşadığı hisslər onun şəxsiyyətinə və gələcəkdəki münasibətlərinə neqativ yönümdə təsir edir. Belə də olur ki, böyüklərin mübahisələrinə şahid olan uşaq bu münaqişələrin həyatın bir hissəsi olduğunu öyrənər və barışıqla nəticələnən bir mübahisədən dəyərli bir həyat dərsi alar. Gələcək həyatında gərginlik yaşayan vaxtlarda tez həyacanlanan, narahatlıq keçirən bir şəxsiyyət inkişaf etməz və münaqişəni təbii bir hadisə kimi qəbul edər.

İnsanların həyat döngələri olduğu kimi münasibətlərin də həyat döngələri var. Uşaq sahibi olmağa qərar vermək münasibətin fərdi olaraq necə yaşanıldığı və qavranıldığı ilə əlaqədardır. Hamiləliyin ixtiyari olması və ya olmaması, münasibət daxilində anadan olacaq uşağayoldaşa necə yer verildiyi, daha sonrakı münasibət ailə böhranlarında vacib bir yer tutur. Ata-ana münaqişələri müxtəlif səbəblərdən ola bilər. Uşağa dair öhdəliklər, uşağı böyütmə, tərbiyələndirmə barəsində ziddiyyətlər, ər-arvad münasibətindəki problemlər, bu problemlərlə bağlı olaraq meydana çıxan alkoqolizm, qumar oynama,iqtisadi çətinliklər, bir başqa münasibətə yönəlmə kimi problemlər,münasibətdə fərdiləşmə (tənhalıq) və ortaq nöqtələrin tapılması, həddindən artıq qısqanclıq və sahiblənmə kimi bir çox səbəb mübahisəyə yol aça bilər.

Bu mübahisələr zamanı çox vaxt psixoloji iqlim ağırlaşır. Bəzi hallarda sözlüya fiziki şiddət belə tətbiq olunur. Həmçinin bir-birlərinin şəxsiyyətinə yönəlmiş ağır təhqirlər söyləyirlər. Bəzən bu mübahisələr keçici ayrılıqlara gətirib çıxara bilər və tərəflərdən biri evi tərk edə bilər. Ata-ana mübahisəsi zamanı uşaqlar qorxu, narahatlıq, əlacsızlıq, nifrət, qəzəb və s. bu kimi hissləri yaşayır. Fiziki şiddət, yüksəlmiş səs tonu və gərginlik mühitində bu havanı tənəffüs edən uşağın yaşadığı ilk iz qorxu olacaqdır. Uşaq başa düşə bilmədiyi səbəblərdən ötrü ata-anasının bir-biri ilə mübahisə etmələrinə görə özününya valideynlərinin zərər çəkəcəklərindən qorxur. Mübahisə zamanı qulaqlarını tutar, qışqırar, yataqdadırsa, yorğanın altına girib ağlaya bilər. Əgər səsini eşitdirə bilirsə, qorxduğunu və mübahisə etməmələrini söyləyə bilər”.

Azərbaycanda ilk dəfə...

Konfransda məlumat verildi ki, son illərdə Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansı, eləcə də digər yerli və beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalara görə cəmiyyətimizdə uşaqlara qarşı zorakılıq hallarının artması müşahidə edilib. Bu araşdırmalar nəticəsində zorakılığın ən çox rast gəlinən formaları məişət zorakılığı, uşaqlara qarşı etinadsızlıq, cinsi zorakıklıq və sair olmuşdur. Belə halların mövcudluğu, xüsusən də gələcəyimiz olan uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ciddi addımların atılmasını tələb edir. Məhz bu məqsədlə 2011-ci ilin Avqust ayında Ümidli Gələcək Gənclər Təşkilatı və Uşaq Hüquqları üzrə QHT Alyansı bir sıra yerlixarici təşkilatların dəstəyi ilə Azərbaycan Respublikasında ilk dəfə “Zorakılığın və Cinayətin Qurbanı Olan Uşaq və Gənclər Üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi”ni yaradıb.

Reabilitasiya Mərkəzi zorakılıq və cinayətin qurbanı olan uşaqlara, gənclərə və onların ailələrinə xidmət göstərən ixtisaslaşmış mərkəzdir. Mərkəzin xidmətləri kənd və şəhərdə yaşayan:

1. hər hansı cinayət və zorakılıq, o cümlədən, ailədaxili zorakılıq, cinsi, fizikipsixoloji zorakılıq, zorlanmayaya təcavüzə məruz qalan;

2. habelə işgəncə, məcburi yerdəyişmə, döyülməyə məruz qalan;

3. istismar, o cümlədən, əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövqya məcbur edilməyə məruz qalan;

4. valideynlərini və ya digər yaxın şəxslərin itkisindən psixoloji sarsıntı keçirən;

5. həmyaşıdlar tərəfindən təzyiqlə üzləşən;

6. insanuşaq hüquqlarının pozulmasından stres keçirən;

7. müxtəlif hadisələr nəticəsində yaranmış emosional pozğunluqsosial disadaptasiyadan əziyyət çəkən uşaq və gənclərə ixtisaslaşmış yardım göstərməyə yönəlib.

Reabilitasiya Mərkəzi, həmçinin təbii fəlakətlərin qurbanı olan uşaq və ailələrə təcili psixo-sosial yardım göstərir. Müvafiq tədbirlər görməklə Reabilitasiya Mərkəzi cinayətə və zorakılığa, habelə yuxarıda təsvir edilmiş digər hallara məruz qalmış uşaqların, gənclərin və onların ailələrinin təhlükəli vəziyyətdən çıxa bilmələri üçün onların ətrafında vahid müdafiə şəbəkəsinin formalaşmasına çalışır. Mərkəz 5-23 yaş arasında olan və yuxarıda sadalanan müxtəlif növ zorakılıq və cinayətin qurbanı olmuşya risk altında olan hər bir uşaq və gənci qəbul edir. Eyni zamanda Mərkəzdə fiziki, psixolojiya cinsi zorakılığa məruz qalmış və etinadsizlıqdan əziyyət çəkən uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvəqqəti sığınacaq da fəaliyyət göstərir. Bu sığınacaqda aşağıda göstərilən səbəblərdən zorakılığa məruz qalmış üşaq və gənclər müvəqqəti olaraq qəbul olunurlar.

Cinsi zorakılıq, sui-istifadə, cinayətin qurbanı olan və müxtəlif qurumlar tərəfindən mərkəzə yönəldilmiş uşaq və gənclər, habelə mərkəzə fərdi qaydada müraciət etmiş uşaq və gənclər mərkəzin əməkdaşları tərəfindən ilkin dəstək və xidmətlərlə yanaşı, həmçinin cinsi zorakılıq və istismarın çoxsaylı nəticələrinin aradan qaldırılması üçün genişləndirilmiş dəstək və yardım şəklində əlavə kömək əldə etmək imkanına malikdir. “Zorakılıq və Cinayətin Qurbanı olan Uşaq və Gənclər üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi”ndə reabilitasiya edilən uşaq və gənclər müxtəlif dövlət qurumları tərəfindən də yönəldilə bilər. Bu qurumlar sırasına aşağıdakılar daxildir:

· Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya;

· Polis uşaq inspektorları;

· Məhkəmə;

· Prokurorluq;

· Məktəb;

· Digər mərkəzi və yerli dövlət qurumları;

· QHT-lər və digər ictimai təşkilatlar

· Valideynlər və sıravi vətəndaşlar.

Mərkəz yuxarıda göstərilən yönəldici qurumlar tərəfindən göndərilmiş uşaq və gənclərlə fərdi reabilitasiya işi aparır, uşağın və gəncin ümumi sosial durumu və ailə vəziyyətinin müəyyənləşdirilməsinə, uşağın və gəncin zorakılıq hadisəsi ilə bağlı psixo-emosional durumunun həlli üçün onun fərdi ehtiyaclarının ödənilməsinə yönəlik

 

(Davamı gələn sayımızda)

 

Ramid

 

Bizim yol.-2013.- 22 noyabr.- S.13.