Prezident
məcburi köçkün
ailəsinə qonaq oldu
Yataqxanalardan yeni mənzillərə köçürülmə alqışla
qarşılansa da, məcburi köçkünlərin
başqa tələbləri
var
Son illər ölkəmizdə məcburi
köçkünlərin sosial
problemlərinin həlli
istiqamətində ciddi
işlər görülüb. Köçkünlər yemək xərci
müavinəti alır, kommunal xərclərdən
azad olunublar. Ali təhsil müəssisələrində məcburi
köçkün gənclərin ödənişdən
azad olunması, müvəqqəti məskunlaşdığı
yerlərdən çıxarılmaması kimi
tədbirlərin sayəsində onların vəziyyətləri
xeyli yaxşılaşıb.
Torpaqlarından didərgin
düşən bu insanların həyat
şəraitinin yaxşılaşdırılması üçün onların dövlətin xüsusi qayğısına ehtiyacları var. Odur ki, məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, onlar
üçün iş
yerlərinin açılması, sosial infrastrukturun bərpası ilə bağlı
davamlı tədbirlərin həyata keçirilməsi üçün yeni bir təşkilatın yaradılması gərəkli
hesab edildi. Beləliklə, 1999-cu il 6 dekabr tarixli fərmanı
ilə Məcburi Köçkünlərin Sosial
İnkişafı Fondu (MKSİF)
yaradıldı. Təşkilatın vəzifəsi
ayrılmış vəsait hesabına nəzərdə tutulan layihələrin həyata keçirilməsini
və eyni zamanda, bu vəsaitlərin səmərəli və
məqsədyönlü istifadəsini təmin etmək olaraq müəyyənləşdirildi. Bu fond Nazirlər Kabineti yanında fəaliyyət göstərən
qurumdur və onun ali idarəetmə orqanı Müşahidə
Şurasıdır. Fondun sonrakı illərdə
həyata keçirdiyi tədbirlər nəticəsində
məcburi köçkünlərin sosial-məişət
şəraitinin yaxşılaşdırılması üçün onların əksəriyyəti
yeni mənzillərə köçürülüb.
Son
illər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması üçün Dövlət Proqramı və ona iki əlavə qəbul olunub. Son illər MKSİF-in
maliyyələşmə mənbələri artıb. Fondun hazırda maliyyələşmə mənbələrinin
sırasına Dövlət Neft Fondu və Dövlət Neft
Şirkəti, büdcə vəsaitləri, Dünya
Bankı, İslam İnkişaf
Bankı, Yaponiya Sosial
İnkişaf Fondu və
digər donorların maliyyə resursları daxildir.
MKSİF-in əsas fəaliyyəti Dövlət Neft Fondunun maliyyələşdirdiyi
dövlət proqramları ilə bağlı olduğundan,
Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarına uyğun olaraq 2001-ci ildən etibarən ölkədəki
çadır düşərgələrində və digər
uzunmüddətli yaşayış üçün yararlı sayılmayan yerlərdə məskunlaşmış
məcburi köçkünlər üçün
yeni məhəllə və qəsəbələrin
tikintisinə başlanılıb. Bu günə kimi qaçqınlar və məcburi
köçkünlər üçün
Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, İmişli, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri
ərazisində 77 qəsəbə (zəruri sosial-texniki
infrastrukturla) salınmışdır ki, bunların da 63-ü MKSİF
tərəfindən tikilib. Həmin
qəsəbələrdə 21.548 köçkün
ailəsi məskunlaşıb.
Diqqət
yetirilən önəmli məqamlardan biri
də ondan ibarətdir ki,
məcburi köçkünlər üçün
yeni qəsəbələr onların məskunlaşdığı
ərazidə salınır və bu,
müəyyən parametrlər baxımından olduqca böyük əhəmiyyətə
malikdir.
Belə ki, məcburi köçkünlərin
əksəriyyəti məskunlaşdıqları rayonlarda öz işlərini
qurublar. Onları öz
işlərindən kənarlaşdırmamaq üçün
elə məskunlaşdıqları rayonlarda
yeni qəsəbələr tikilir. Bu da,
öz növbəsində, məcburi köçkünlərin
yeni yaşayış məskəninə
köçürüldükdən sonra işsizlik problemi ilə
qarşılaşmamalarına gətirib çıxarır.
Prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı
ilə təsdiqlədiyi “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı” qeyd olunmalıdır. 2007 və 2011-ci illərdə
həmin proqrama əlavələr edilib və
buna müvafiq olaraq qaçqınların və məcburi
köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da
yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata
keçirilib.
Məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, sosial
müdafiəsinin gücləndirilməsi sahəsində
aparılan genişmiqyaslı işlərin davam
etdirilməsini nəzərdə tutan sərəncama
əsasən, “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması
və məşğulluğunun artırılması üzrə
Dövlət Proqramı”na yeni əlavələr
edilib. Həmin əlavələrin
icrası nəticəsində 2011-2015-ci illərdə məcburi
köçkünlərin mənzil-məişət şəraitini,
sosial vəziyyətlərini əhəmiyyətli
dərəcədə
yaxşılaşdırılacağı deyilir.
Narazılıq nə
ilə bağlıdır?
Hazırda bu sahədə işlər görülsə
də, müəyyən problemlər var.
Həmin problemlərdən biri də Azərbaycan
Dövlət Neft Akademiyasının (ADNA)
yataqxanalarında müvəqqəti məskunlaşmış
məcburi köçkünlərlə bağlıdır.
Belə ki, burada məskunlaşmış
köçkünlər köçürülmə prosesindən
narazıdırlar. Onlar
köçürülmə zamanı ailə sayının nəzərə
alınmamasından şikayətçidirlər. Deyirlər ki, otaqların sayı və mənzilin sahəsi
ailənin sayına uyğun gəlmir.
“Torpaqlarımızdan
didərgin düşən zaman uşaq olan ailə
üzvləri artıq böyüyüb, indi onların bir otaqda qalması arzuolunan deyil. Eləcə də, böyüyən uşaqlardan bəziləri ailə qurub, onun həyat
yoldaşını nəzərə almırlar.
Köçürülmə prosesinə rəhbərlik edən
komissiyanın üzvlərinə narazılıq bildirəndə
“o qadın məcburi köçkün
deyil” deyə bildirirlər. Bəs məcburi
köçkün ilə ailə həyatı
quran qadının mənzil problemi necə həll olunacaq?”,
-deyə sözügedən yataqxanada məskunlaşmış
məcburi köçkünlər bildirdilər.
Onların sözlərinə
görə, məcburi köçkün olmayan vətəndaşla ailə quran məcburi köçkün
xanıma da mənzil verilmir.
Bir sözlə məcburi
köçkünlər köçürülmə prosesi ilə bağlı olaraq
yaradılan komissiyanın fəaliyyətindən
narazıdırlar.
Narazılardan
olan Zəngilan rayonundan
məcburi köçkün Məmməd
Quliyev bildirir ki, qaçqın və məcburi köçkün ailələrinin
köçürülməsi zamanı evlərin bölgüsü ailələrdəki fərdlərin
saylarına uyğun olaraq
aparılmalıdır: “Bütün hallarda
qaçqın və məcburi köçkün
ailələrinin ictimai binalardan
köçürülməsi arzuolunandır. Yəni bu insanlar 20 ildir ki, yataqxanalarda
yaşayırlar. Bu müddətdə onlar iztirabla
yaşayıblar: darısqal otaq, ensiz, qaranlıq və üfunət qoxusu verən dəhliz, ayaqyolu
və hamam problemi.
Ümumilikdə mən köçürülmə prosesini müsbət dəyərləndirirəm.
Bu vətəndaşlar 20 ildir
ki, mənzil problemi ilə
yaşayırlar. Ona görə də çox yaxşı olardı ki,
verilən mənzillərdə normal şərait
olsun. Yəni evlərin təmirli olduğunu deyirlər. Mənzillərdə
işıq, qaz, su məsələləri
ilə bağlı problemlərin olmadığı bildirilir. Bu yaxşı
haldır. Amma... Narazılığım da var. Bu
ondan ibarətdir ki, mənzildə
olan otaqların sayı ailə üzvlərinin
sayına uyğun gəlmir”.
Qeyd edək ki, artıq
başlanımış proses çərçivəsində
ADNA-nın 6 yataqxanasından 760 ailə Abşeron
rayonunun Masazır qəsəbəsində
inşa edilmiş
şəhərciyə köçürüləcək. Burada onlar üçün
13 ədəd beşmərtəbəli binalar
tikilib.
“Aldığımız
müavinətin bazar şərtlərinə
uyğun deyil”
Məcburi
köçkünlər bu günlərdə
köçkünlərə yemək xərci üçün
verilən aylıq müavinətin artırılmasına da münasibət bildirdilər. Artım nəticəsində
sentyabrın 1-dən məcburi köçkünlərə
18 manat 15 qəpik müavinət veriləcək.
Məcburi köçkünlər bu
artımın onların sosial
rifahının yaxşılaşdırılmasına təsir
etməyəcəyini bildirirlər.
“Məcburi
köçkünlərə pulsuz torpaq sahəsi verilir. Bu statusa malik
insanların mənzil və məişət şəraitinin
yaxşılaşdırılması üçün
qəsəbələr, şəhərçiklər
salınır. Ancaq
aldığımız müavinət bazar
şərtlərinə uyğun deyil. Günü-gündən qida
məhsullarının qiyməti artır. Aldığımız
müavinətin bazar şərtlərinə
uyğunlaşdırılması arzuolunan
olardı. Və çox istərdik ki, məcburi köçkünlərin məşğuliyyət
problemi də həll olunsun,
iş yerləri açılsın”, -deyə
Zəngilan rayonundan məcburi köçkün Əli Ağyev
bildirdi.
Prezident köçkünlərin arasında
Bu
arada, bir xəbəri
də çatdıraq ki, dünən Azərbaycan
prezidenti İlham
Əliyev Bərdə rayonunda 866 məcburi
köçkün ailəsi üçün yeni
salınan beşmərtəbəli 15 yaşayış
binasından ibarət məhəllə ilə tanış olub. Azərtac-ın
verdiyi məlumata görə, dövləti
başçısı məhəllədə tikilən 280 yerlik uşaq bağçası
ilə tanış olub.
Prezident İlham Əliyevə məlumat
verən Baş nazirin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, zəruri
avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi
üçün bütün
tələblər nəzərə
alınıb.
İlham Əliyev bağçanın
binasında görülən işlərlə,
ayrı-ayrı otaqlarda yaradılan şəraitlə
yaxından tanış olub. Daha sonra prezident
540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün
tam orta məktəbində
yaradılmış şəraitlə tanış olub.
Dövlət
başçısı daha sonra Ağdam rayonundan məcburi köçkün,
şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində
olub. Ev sahibi məcburi köçkünlər üçün yaradılan bu
gözəl şəraitə görə dövlət
başçısına təşəkkür edib.
“Əhəmiyyətli
qərarlar qəbul edilib”
“Bu
insanların sosial rifahı, həyat şəraitinin
yaxşılaşdırılması ilə bağlı sistematik, davamlı işlər görülür. Bildiyiniz
kimi, bir neçə ildir ki, çadır
şəhərcikləri ləğv edilib
və orada məskunlaşmış
qaçqın və məcburi köçkünlərin
yaşaması üçün yeni qəsəbələr salınıb. Qeyd edim ki,
möhtərəm Prezidentimizin rəhbərliyi
ilə qaçqın və məcburi köçkünlərin
sosial rifahının yüksəldilməsi
istiqamətində əhəmiyyətli qərarlar, dövlət
proqramları qəbul edilib”.
Bu
fikirləri isə “yap.org.az
<http://yap.org.az/>” saytına «Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması» İctimai Birliyinin
sədri Bayram Səfərov deyib: “Ümumiyyətlə, məcburi
köçkünlərin həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində
dövlət başçısı tərəfindən xeyli sayda Fərman və Sərəncam
imzalanıb. Bu sənədlərin
icrası məcburi köçkünlərin sosial
rifahının yüksəlməsində mühüm
rol oynayır”.
Ramid
Bizim
yol.-2013.- 11 sentyabr.- S.
13.