Avropa Şurasında 12 il...
Azərbaycan özünü Avropa
ailəsinin üzvü kimi görə bildimi?
Azərbaycanın
Avropa Şurasına üzv qəbul olunmasının 12 ili
tamam olur. 2001-ci il yanvarın 25-də ölkəmizin bu
nüfuzlu quruma tamhüquqlu üzvlüyü cəmiyyətdə
böyük ümidlər doğurmuşdu. İnsan
hüquqlarının, siyasi azadlıqların bərpa
olunacağına, yerli medianın problemlərinin, məhkəmə
sistemindəki çatışmazlıqların
qarşılıqlı dialoqla aradan qaldırılması
üçün böyük imkanlar vəd olunurdu.
Avropa
Şurasına üzvlüyə hakimiyyətlə
yanaşı ölkə müxalifətinin əsas siyasi
qüvvələri də imza atdı.
Bəs
ötən illərdə nə baş verdi? Azərbaycan cəmiyyətinin
bu quruma üzvlükdən gözləntiləri
özünü doğrultdumu?
Xatırladq
ki, Azərbaycan Avropa Şurasına qoşularkən üzərinə
14 məsələ ilə bağlı öhdəlik
götürdü. Bu öhdəliklər ölkənin
fundamental problemlərin həllini nəzərdə tuturdu. Azərbaycan
hökuməti qanunvericlikdə ciddi dəyişikliklər həyata
keçirməli, normal seçki sistemi
formalaşdırmalı, Ombudsman institutu təsis etməli,
mediada pülüralizimi, ictimai TV yaratmalı siyasi məhbus
probleminin həll etməli, alternativ hərbi xidmət
haqqında qanunu qəbulunu, Qarabağ münaqişəsinin
yalnız sülh yolu ilə həllini, müstəqil məhkəmə
hakimiyyətinin təmin olunmasını həyata keçirməyi
üzərinə götürmüşdü.
Hər
bir öhdəliyin icra vəziyyəti ilə bağlı qəzetimizin
növbəti sayında geniş araşdırma
yazıları dərc edəcəyik. Bu yazıda ümumi
şəkildə öhdəliklər arasında prinsipial hesab
etdiyimiz məsələlərin icra vəziyyətinə nəzər
salmaq istərdik.
İTV Avropa Şurasının
görmək istədiyi televiziya kanalıdırmı?
Azərbaycan
Avropa Şurasının üzvü olaraq, dövlət
televiziyasının ləğvi və onun yerində
İctimai Kanal yaradılması barədə öhdəliyə
imza atdı. İTV-nin yaranmasından sonrakı proses göstərdi
ki, Azərbaycan nəinki, dövlət televiziyasını ləğv
etdi, onu saxlamaqla bərabər İTV-nin timsalında hakimiyyət
maraqlarını ifadə edən daha bir telekanal
yaradıldı. Beynəxalq qurumların Azərbaycanda ifadə
azadlığnın durumu ilə bağlı hesabatlarında
İTV daha çox rəsmi xəbərləri yayan KİV
kimi təqdim olundu. Reportyorların Azadlğı və Təlhükəsizliyi
İnstitunun ötən prezident seçkilərində
İTV-nin «Xəbərlər» proqramı ilə bağlı
apardığı monitorinqdə yayılan xəbərlərin
daha çox rəsmi və xarici xəbərlər olduğu
üzə çıxdı. İTV ictimai maraqların ifadəçisi
kimi yaradılan bu telekanalda cəmiyyət üçn
xüsusi əhəmiyyət kəsb edən mövzular debatlar
səviyyəsində müzakirə edilmədi.
Seçki Məcəlləsi niyə
təminatlı qanunverici bazaya çevrilmədi?
Hər
bir seçkinin nəticəsinin ictimai etimada əsaslanması
üçün vacib şərtlərdən biri təminatlı
qanunverici bazanın olmasıdır. Bu məqsədlə Avropa
Şurası Azərbaycan hökuməti qarşısında
Seçki Məcəlləsinin qəbulu ilə bağlı
xüsusi öhdəlik götürdü. Bu gün hökumət
və parlament rəsmiləri Azərbaycanın öhdəliklərini
vicdanla yerinə yetirdiyini bəyan edirlər. Doğrudur,
Seçki Məcəlləsi qəbul edildi. Amma bu sənədin
qəbulu zamanı Azərbaycan hökuməti ilə Avropa
Şurasının Venesiya Komissiyası arasında ciddi
mübahisələr oldu və irəli sürülən
tövsiyyələrin böyük əksəriyyəti qəbul
edilmədi. Xüsusilə, seçki komissiyalarının
formalaşdırılması məsələsində yerli və
beynəxalq ictimaiyyətin rəyi nəzərə
alınmadı. Bu gün də Avropa Şurası, ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu
Azərbaycandan seçki qanunverciliyində ciddi islahatlar tələb
edir. Yəqin ki, prezident seçkiləri ərəfəsində
bu çağırışlar daha da davamlı hala
çevriləcək.
Məhkəmə-hüquq
islahatları
Hər
bir cəmiyyətin demokratikliyini şərtləndirən
amillərdən biri azad məhkəmə sisteminin
olmasıdır. Azərbaycan Avropa Şurasına daxil olandan
sonra məhkəmə-hüquq islahatına
başladığnı bəyan etdi. Hakim korpusunun test yolu ilə
formalaşdırılması yönündə atılan
addımlar bu sahənin uğurları kimi təqdim olunsa da
reallıqlarımız başqa şeyləri deyir.
Hakim
korpusunun yazılı test imtahanından keçməsi
müsbət addım olsa da hakim olmaq üçün bu yetərli
sayılmır. Qeyd edək ki, yazılı test imtahanından
sonra ikinci mərhələ-Şifahi müsabiqə mərhələsi
gəlir ki, bu hakim olmaq istəyənlər üçün
arzuolunan hal deyil.
Azərbaycan
Avropa Şurasına üzv qəbul ediləndən sonra həm
də ölkə 1200 namizəd arasında ilk
üçlüyə düşən tanınmış
hüquqşünaslar sonradan şifahi müsabiqədən
“keçə” bilmirlər.
Həmçinin,
ötən illər ərzində məhkəmə sisteminin fəaliyyəti
bu orqanın azad olmadığnı da göstərib.
Statistikaya görə, Azərbaycandan ildən-ilə Avropa Məhkəməsinə
göndərilən şikayətlərin sayının
artması da məhkəmələrdə bir çox vətəndaşların
iddialarının ədalətli
araşdırılmadığını göstərir.
Konstitusiya təminat verir amma...
Azərbaycan
Avropa Şurasın üzvü olaraq, vətəndaşlara
Konstitusiya, qanunlarla, habelə beynəxalq konvesiyalardan irəli
gələrək verilmiş hüquqlarına təminatı
da üzərinə götürüb. Buraya siyasi
azadlıqlardan tutmuş, mülkiyyət və bir sıra
fündamental hüquqlar aiddir. Müşahidəçilər
hesab edir ki, vətəndaşların sərbəst toplaşmaq
azadlığı son 7 ildə daha da pisləşib. Monitorinqlər
göstərir ki, 2005-ci ilə qədər Bakının mərkəzinə
yaxın ərazilərdə sərbəst toplaşma qismən
təmin edilirdisə, son 7 ildə bu hüquq tamamilə
qadağan edilib.
Ötən
illər ərzində Avropa Şurasının baş katibi,
İnsan hüquqları üzrə komissarı, Monitorinq Komitəsinin
rəhbərliyi və həmməruzəçiləri Azərbaycan
hökumətinə bununla bağlı xatırlatmalar edib.
İndiyədək
azad toplaşmaq hüququndan yararlanmaq istəyən onlarla
müxalif fəallar həbs edilib və məhkəmə qərarı
ilə barələrində uzun müddətli azadlıqdan məhrumetmə
cəzası kəsilib.
Bu həm
də Azərbaycan hökumətinin ölkədə siyasi məhbuslar
olmayacağına dair öhdəliyinin də yerinı yetirilməməsi
deməkdir. İllərdir ki, Azərbaycanla Avropa Şurası
arasında siyasi məhbus məsələsi ilə
bağlı mübahisələr davam edir. Müşahidələrə
göstərir ki, siyasi məhbus mövcudluğunu inkar edən
hökumət ancaq Avropa Şurasının təkidlərindın
sonra onların bir qismini azadlığa buraxmağa
razılaşır.
Həbslərin
davamlılığı isə Azərbaycanda siyasi məhbus
probleminin birdəfəlik həllinə imkan vermir. Vəziyyət
o həddə çatıb ki, artıq Avropa Şurası Azərbaycandakı
siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin
edib.
Ombudsman
təsisatının da yaradılması da öhdəliklər
sırasında olub. Azərbaycan bu öhdəliyə əməl
edərək, İnsan Hüququları Üzrə Müvvəkkili
fəaliyyətə başlasa da qonşu Gürcüstandan fərqli
olaraq, Ombudsman müstəqil deyil.
Korrupsiya ilə mübarizə
effektlidirmi?
Azərbaycanda
korrupsiya ilə mübarizə də öhdəlikılər
sırasına aiddir. Bu məsələ ilə bağlı
Prezident Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiya yaradılıb. Bundan başqa Baş Prokuror Yanında
da Korrupsiya cinayətlərini araşdıran xüsusi idarə
fəaliyyət göstərir. Amma ictimaiyyət Azərbaycan
hökumətinin korrupsiyaya qarşı mübarizədə səmimi
olmadığı qənaətindədir. Hökumətbir
qayda olaraq aşağı ranqlı məmurların həbsini
korrupsiyaya qraşı mübarizənin məntiqi nəticəsi
kimi dəyərləndirir.
Pərviz Həşimli
Bizim Yol.-2013.-8 yanvar.-S.13.