11263 nəfər məcburi köçkün
işlə təmin olunub
2008-ci ildə
qaçqınların və məcburi köçkünlərin
sosial problemlərinin həllinə 338,1 milyon manat vəsait sərf edilib
Azərbaycan
Respublikasında qaçqın və məcburi
köçkünlərə göstərilən dövlət
qayğısı çərçivəsində, hansı
işlərin görülüb? Dövlət bu təbəqədən
olan vətəndaşlarının sosial rifahının
yaxşılaşdırılması məqsədilə nə
kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsindən
aşağıdakı məlumatı əldə etdik.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş
«Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin
icrası, 2007-ci il 4 sentyabr tarixdə prezident İlham Əliyevin
sədrliyi ilə qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli ilə
bağlı keçirilmiş müşavirədə ölkə
başçısı tərəfindən qarşıya
qoyulmuş vəzifələrin, habelə bu sahədə
mövcud olan nörmativ-hüquqi sənədlərin yerinə
yetirilməsi ilə əlaqədar 2008-cı il ərzində
aşağıdakı işlər
görülmüşdür:
-
2008 ci ildə qaçqınların və məcburi
köçkünlərin sosial problemlərinin həllinə
338,1 milyon manat vəsait sərf edilmişdir (163,1 milyon manat
büdcə, 145 milyon manatı Dövlət Neft Fondunun, 30
milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının
vəsaiti). Bu da 2003-cü ildə (103,4 milyon manat, o cümlədən
53,4 milyon manat (AZN) büdcə, 20 milyon manatı Dövlət
Neft Fondunun, 30 milyon manatı isə beynəlxalq humanitar və
inkişaf təşkilatlarının vəsaiti) qeyd olunan məqsədlər
üçün istifadə olunan vəsaitdən 3,2 dəfə
çoxdur.
-
Dövlət büdcəsindən qaçqınların və
məcburi köçkünlərin sosial problemlərinin həllinə
2008-ci ildə (163,1 milyon manat) 2003-cü illə müqayisədə
(53,4 milyon manat) 3 dəfə artıq vəsait
ayrılmışdır.
Ağdam
rayonunun ərazisində Quzanlı qəsəbəsində Olimpiya
İdman Kompleksinin tikintisi başa
çatdırılmış və 17 yanvar 2008-ci il tarixində
Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə həmin
kompleksin rəsmi açılışı olmuşdur.
-
Saatlı, Sabirabad rayonları ərazisində çadır
düşərgələrində və İmişli rayonu ərazisində
dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti
məskunlaşmış 4179 məcburi köçkün ailəsi
üçün Füzuli, Biləsuvar, Sabirabad, Ağdam və
Ağcabədi rayonları ərazisində yeni qəsəbələrin
salınması, habelə Sabirabad və Saatlı rayonları ərazisindəki
çadır düşərgələrinin ləğv edilməsi
nəzərdə tutulmuş müddətdə başa
çatdırılmışdır.
- Azərbaycan
Respublikasının Prezidenti cənab İ.Əliyev 2008-ci il
18 aprel tarixdə Füzuli, Biləsuvar və Beyləqan
rayonlarına səfəri zamanı Füzuli rayonunda məcburi
köçkünlər üçün yeni
salınmış Zobucuq qəsəbəsindəki məktəbin
açılışında iştirak və
çıxış etmişdir. Görülən işləri
yüksək qiymətləndirən ölkə prezidenti elə
həmin gün Biləsuvar rayonunda məcburi
köçkünlər üçün salınmış
yeni qəsəbədə məktəbin
açılışında, tarix diyarşünaslıq
muzeyində olmuş və məcburi köçkünlərlə
səmimi söhbət etmişdir.
-
Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi
köçkünlər üçün 500 ailəlik yeni qəsəbənin
tikintisi başa çatmış, məcburi
köçkün ailələri qəsəbədə olan
evlərə köçürülmüşlər.
-
Goranboy rayonu ərazisində Xocalı rayonundan olan məcburi
köçkünlər üçün 500 ailəlik 4 yeni qəsəbədən
Aşağı Ağcakənd qəsəbəsində - 150
ailəlik, Börü qəsəbəsində - 130 ailəlik,
Meşəli qəsəbəsində - 100 ailəlik qəsəbələrin
tikintisi başa çatmış, hazırda məcburi
köçkün ailələri qəsəbələrdə
olan evlərə köçürülürlər. Yuxarı Ağcakənd qəsəbəsində
- 120 ailəlik qəsəbənin
tikintisi davam edir.
- 2008-ci ildə 1000 ailə 4500 nəfər məcburi köçkün üçün
5 yeni qəsəbə
inşa edilmişdir. Ümumi sahəsi 52 min kvadrat metr olan
yaşayış evləri
ilə yanaşı 5
məktəb, 2 uşaq
bağçası, 2 tibb
müəssisəsi, 2 rabitə
evi, 2 klub - icma mərkəzi, 5 inzibati bina, 2 yanğın postu tikilib istifadəyə verilmiş, 59 kilometr yol, 70 kilometr su xətti, 110 kilometr hava elektrik
xətti çəkilmiş,
6 ədəd artezian quyusu qazılmış müxtəlif həcmə
malik 10 su anbarı inşa edilmiş, 33 transformator quraşdırılmışdır.
- İstismar müddəti başa çatmış
fin tipli qəsəbələrdə,
eləcə də ayrı-ayrı şəhər
və rayonlardakı məktəb binalarında
müvəqqəti məskunlaşmış
məcburi köçkün
ailələrinə zəruri
sosial-texniki infrastrukturu
olan yeni qəsəbələrin, binaların
və evlərin layihələndirilməsi və
tikintisi ilə bağlı işlərin
həyata keçirilməsi
üçün MKSİF tərəfindən
tender komissiyası formalaşdırılmışdır.
- Kəlbəcər rayonundan
olan 596 məcburi köçkün ailəsi
üçün Goranboy
rayonunun ərazisində
inşa edilməsi nəzərdə tutulan qəsəbənin layihə-smeta
sənədləri hazırlanaraq
başa çatdırılmış,
qəsəbənin tikintisinə
2009-cu ilin əvvəllərində
başlanılacaqdır.
- 983 məcburi köçkün
ailəsi üçün
İmişli rayonunun ərazisində yaşayış
qəsəbəsinin, Yevlax
rayonu ərazisində
612 məcburi köçkün
ailəsinə çoxmərtəbəli
binaların inşası
üçün torpaq
sahələri ayrılmış,
tikinti üçün
layihə-smeta sənədlərinin
hazırlanmasına başlanılmışdır.
- Şəki (423 ailə üçün 84,0 ha), Bərdə (195 ailə üçün 134 ha), Ağdam
(651 ailə üçün
52 ha), Ağcabədi (681 ailə
üçün 136,0 ha) rayonlarında
və Mingəçevir
şəhərində (502 ailə üçün
8,0 ha) qəsəbələrin və ya hündürmərtəbəli
yaşayış binalarının
tikintisi üçün
torpaq sahələri ayayrılmış, qəsəbələrin
və ya hündürmərtəbəli yaşayış binalarının
layihələndirmə işlərinə
başlanılması üçün
texniki şərtlərin
verilməsi barədə
aidiyyəti təşkilatlara
müraciətlər edilmişdir.
- Göygöl rayonu ərazisində 26 məcburi
köçkün ailəsi
üçün evlərin,
yol-küçə və
elektrik şəbəkəsinin
tikintisinə dair podratçı təşkilatla
müqavilə bağlanılmış,
hazırda tikinti işlərinə başlanılması
üçün hazırlıq
işləri aparılır.
- Qəbələ rayonu ərazisində 152 məcburi
köçkün ailəsi
üçün beş mərtəbəli
evlərin tikintisinə
başlanılmışdır.
- Abşeron rayonu ərazisində, Mehdiabad qəsəbəsinin yaxınlığında
mövcud yeni salınmış 108 və
40 ailəlik qəsəbələrin
həmsərhədində 15 məcburi köçkün
ailəsi üçün
məhəllənin tikintisi
başa çatmış
və məcburi köçkün ailələri
evlərə köçürülmüşlər.
Bundan başqa, 31 məcburi köçkün
ailəsi üçün
qəsəbə tikilməsi
məqsədilə bu
ərazidə 4,0 ha torpaq sahəsi ayrılmışdır. Qəsəbənin tikintisinə dair layihə smeta sənədlərinin hazırlanması
başa çatdırılmış
və rəy alınması üçün
sifaişçi təşkilat
tərəfindən Dövlət
Ekspertizası idarəsinə
təqdim olunmuşdur.
Cari ilin sonunadək qəsəbənin tikintisinə
dair podratçı təşkilatla müqavilə
bağlanılacaqdır.
- Təcili təmirə ehtiyacı olan 130 məskunlaşma obyektinin bir hissəsində təmir işlərinin aparılması üçün
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008- ci il 10 iyun tarixli 211s nömrəli sərəncamı
ilə sifarişçi
təşkilat funksiyaları
Azərbaycan Respublikasının
Məcburi Köçkünlərin
Sosial İnkişaf Fonduna (MKSİF) həvalə
edilmişdir. Təmir işlərinin
aparılması üçün
layihə təşkilatı
müəyyən edilmiş
və müqavilə bağlanmışdır. Artıq layihə təşkilatı
tərəfindən layihə
işləri yerinə
yetirilmiş, 40 obyektdə
təmir işlərinin
aparılmasına dair
podratçı təşkilatlarla
müqavilələr bağlanılmışdır.
- Bakı şəhəri, Binəqədi rayonu 2 ¹-li Evtikmə Kombinatının ərazisində
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinə
3,0 ha torpaq sahəsi ayrılmışdır və
hazırda 364 məcburi
köçkün ailəsinin
yerləşdirilməsi üçün
4 ədəd 9-mərtəbəli binanın tikintisinə başlanılmışdır.
- Məcburi
köçkünlərin məskunlaşdıqları yerlərdən
köçürülməsi ilə əlaqədar Komitəyə
1289 müraciət daxil olmuş, onlardan 927 müraciət
qaçqın və məcburi köçkünlərdən,
362 müraciət isə vətəndaşlar tərəfindən
daxil olmuşdur. 115 məhkəmə prosesində Komitənin
nümayəndəsi iştirak etmiş, köçürülmələrin
qarşısı alınmış, vətəndaşlara
müvafiq cavablar verilmişdir.
-
Hesabat dövründə 11263 nəfər məcburi
köçkünün məşğulluğu təmin
olunmuşdur. Onlardan 7598 nəfəri yeni yaşayış
yerlərində torpaq sahəsinin ayrılması hesabına,
126 nəfər Komitənin Mənzil İstismar Departamentinin
yerli strukturlarında, 150 nəfər
arıçılıqda, 340 nəfər “Azərsun Holdinq”
şirkətinin emal zavodunda, 1752 nəfər tikinti sahəsində,
1297 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi və onun struktur bölmələri ilə
qarşılıqlı fəaliyyət nəticəsində
işlə təmin olunmuşdur.
- 392
nəfərə işsiz statusu verilmiş, 401 nəfərə
işsizlik müavinəti təyin edilmiş, 281 nəfər
qaçqın və məcburi köçkün əmək
bazarının müasir tələbləri əsasında
peşə hazırlığı kurslarına, 187 nəfər
isə haqqı ödənilən ictimai işlərə cəlb
olunmuşdur.
-
Qaçqın və məcburi köçkünlərin
müvəqqəti məskunlaşdıqları 22 obyektdə
340 min manat vəsait həcmində cari, 480 min manat vəsait həcmində
isə 16 məskunlaşma obyektində əsaslı təmir
işləri aparılmışdır.
-
Dövlət investisiya xərcləri hesabına
respublikanın müxtəlif rayonlarında tikintisi
yarımçıq qalmış 58 evdə tikinti işləri
başa çatdırılmışdır.
- Məcburi
köçkünlərin istifadə etdikləri kommunal xərclər
üçün 2008-ci ildə təsdiqlənmiş 70,0 milyon
manat vəsait müəyyən edilmiş normativlər üzrə
faktiki istehlaka görə mərkəzləşmiş qaydada,
birbaşa xəzinadarlıq vasitəsilə xidmət təşkilatlarına
ödənilmişd
Ardı var...
Bizim Yol.-2013.-10 yanvar.-S.13.